Transcript Hepatit C
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Tibb Universiteti
Tələbə: prezident və YAP təqaüdçüsü
Əliyev Emil Səməndər
Fakültə: I Müalicə-profilaktika
Kurs: II
Qrup: 36
Mövzu: Hepatit C
Hepatit C haqqında prezentasiyanın mövzu planı:
I. Hepatit C virusunun təsnifatda yeri
II. Hepatit C virusunun yoluxma yolları
III. Hepatit C virusunun qaraciyərə vurduğu zərər
IV. Hepatit C xəstəliyinin əlamətləri və təsbit edilmə yolları
V. Hepatit C virusundan qorunma yolları
VI. Hepatit C xəstəliyinin müalicəsi və
profilaktikası
I. Hepatit C virusunun təsnifatda yeri:
Hepatit C xəstəliyi Hepatit C virusu tərəfindən törədilir. O, Flaviviridae ailəsinin Hepacivirus adlı
bölümündə qərarlaşıb. Hepatit C virusunun bir-birindən fərqli 6 genotipi məlumdur. Onun quruluşu mürəkkəbdir və iki ayrı kapsiddən ibarətdir.
Daxilində isə virusun RNT-si yerləşmişdir.
Hepatit C virusunun sxemdə quruluşuna nəzər yetirsək görərik ki, onun daxili kapsidi 6 bucaqlı kristal şəklindədir. Onun da daxilində virusun RNT-si yerləşir. Xarici kapsidi isə asanlıqla modifikasiya oluna
bilən iki yüngül polipeptid zəncirindən və bir neçə ağır
zəncirdən ibarətdir. Bu səbəbədən də, Hepatit C virusunun bir neçə genotipinə rast gəlinir.
Xarici kapsid
HCV RNT-si
Yüngül
polipeptid
Daxili kapsid
Hepatit C virusu (HCV) qaraciyər biopsiyasından
hazırlanmış preparatda elektron mikroskopiyası
zamanı aydın görülür. Hepatit C virusunun
diametri 50 nm-dir. Göstərilən elektron mikroskopik görüş bucağında HCV aydın görünür. Onun
ətrafında olan çubuqşəkilli quruluşlar isə bu virusun antitelləridir.
İmmunoqlobin G
(HCV antitelləri)
Hepatit C
virusları
II. Hepatit C virusunun yoluxma yolları:
Aşağıda göstərilən hallarda HCV-yə yoluxma ehtimalı
mümkündür:
1) HCV-yə yoluxmuş şəxsin qanı ilə bu və ya digər vasitələrlə
əlaqədə olma (100%)
2) Qeyri-steril tatuaj və ya pirsinqdən istifadə (10-15%)
3) HCV-li partnyorlarla cinsi əlaqədə olma (5-10%)
4) HCV-li hamilə ananın qanından dölün qan dövranına (6%)
5) Qeyri-steril və ya bir neçə dəfə istifadə edilən inyeksiya şprisləri
(narkotik aludəçilərində daha tez-tez rastlanır)
6) HCV-li xəstənin qanı ilə bu və digər formada (cərrahi əməliyyat
zamanı, inyeksiya zamanı tibb işçisinin təsadüfi zədələnməsi)
7) Gündəlik minimal gigiyenik normalara əməl etmədikdə
8) Qana və ya qanla təmasa girən cihazlara ehtiyacı olan
xəstələrin (hemofiliya, talesemiya, böyrək çatışmazlığı
(hemodializ))
9) stomatoloji, eləcə də manikür-pedikür alətlərindən qeyri-steril
istifadə zamanı
HCV-yə yoluxma yolları kifayət qədər bəlli olsa
da, xəstəliyin 10% hallarda yoluxma mənbəyi
bəlli deyil. HCV-yə yoluxmanın səbəblərinin illər
üzrə sayla göstəriciləri (şəxslər üzrə):
Say
Venadaxili inyeksiya
Cinsi əlaqə
Qan/qan məhsulları
Məişət xidmətləri
İllər
HCV-nin ölkələr üzrə yayılması (ÜST-nin rəsmi məlumatları əsasında):
Dünya əhalisinin 4%-ə qədəri HCV-yə yoluxmuş durumdadır
(təxminən 300 mln nəfər). Bu şəxslər daha çox aşağıdakı ölkələrdə yaşayırlar:
a) Çili, Argentina, Yeni Zelandiya, Norveç – 3 mln nəfər
b) ABŞ, Səudiyyə Ərəbistanı, Hindistan, Almaniya, Rusiya – 3,5-5 mln nəfər
(Azərbaycan da daxildir)
Azərbaycanda HCV-li
xəstələrin dəqiq sayı
məlum deyil. Maariflənmənin aşağı olması da
HCV-nin rahatlıqla yayılmasına səbəb olur.
Monqolustanda əhalinin
90%-i HCV haqqında heç
nə bilmir.
III. HCV-nin qaraciyərə vurduğu zərər:
HCV müxtəlif yollarla orqanizmə düşdükdən sonra qanla qaraciyərə gəlir. Onun yoluxmasından 1 ay sonra HCV hepatositlərə daxil
olur və çoxalır. Bu zaman xəstədə heç bir şikayətlər olmur. Bu,
Hepatit C xəstəliyinin ilk (akut) dövrü adlanır. 6 aydan sonra isə
xronikiləşmə başlayır və bəzi əlamətlər meydana çıxır. HCV
müalicə olunmazsa, qaraciyər sirrozu, qaraciyər fibrozuna, həm də
qaraciyər xərçənginə də səbəb ola bilər (ölkəmizdə rastlanmayıb).
HCV-yə
yoluxmuş
hepatosit
Qida borusu
Nazik bağırsaq
Qaraciyər
Öd kisəsi
Mədə
Çənbər
bağırsaq
Sağlam
hepatosit
Qaraciyər biopsiyası (EMG)
Qarın boşluğu
IV. Hepatit C xəstəliyinin təsbit edilmə yolları və
əlamətləri:
Hepatit C xəstəliyini müxtəlif testlər vasitəsilə aşkarlayırlar:
1) antitel testləri (anti-HCV)
2) ALT və AST (qaraciyər fermenləri) testi
3) HCV RNT (Real time PCR) testi
4) Fermentin İmmun Say Sistemi (FİSS) testi
1) İstənilən yad cisim kimi HCV-də orqanizmə
yoluxduqda plazmosit hüceyrələri tərəfindən
antitel hazırlanır. Antitellər immunoqlobin G
təbiətlidir. Bu analiz zamanı cavabların 3 halı
mümkündür:
a) Əgər yoxlama zamanı antitellər cüzi miqdarda
çıxarsa, bu HCV-nin xroniki olması deməkdir.
b) Əgər İg-G kifayət qədər çox çıxarsa, o zaman
Hepatit C xəstəliyinin akut dövrüdür.
c) Əgər cavab neqativ olarsa, bu şəxsin HCV-yə
yoluxmadığını bildirir.
2) Qaraciyər fermentlərinin (AlT, AsT) analizi
zamanı nəticələrin 3 halı mümkündür:
a) AlT və AsT normadan azca çoxdursa, bu,
akut HCV-nin olması deməkdir.
b) AlT və AsT-nin normadan çox olması, xroniki
HCV-nin olması deməkdir.
c) AlT və AsT norma daxilindədirsə, HCV-dən
söhbət gedə bilməz.
3) HCV RNT testi (Real time PCR):
Ən dəqiq və ən bahalı test üsuludur. Müayinə zamanı
HCV-nin RNT-sinin aşkarlanmasına əsaslanır. Cavab
pozitiv çıxarsa, şəxs 100% HCV-yə yoluxub.
Hepatit C xəstəliyinin formaları:
1) akut Hepatit C – yoluxmadan 1-6 ay müddətindəki
dövr
2) xroniki Hepatit C – yoluxmadan 6 ay sonrakı dövr
Hepatit C xəstəliyinin əlamətləri:
Akut Hepatit C xəstəliyi zamanı heç bir əlamət olmur. Bu
səbəbdən də, aşkarlanma əksər hallarda (98% hallarda)
xəstəliyin xroniki vaxtında olur. Lakin xroniki Hepatit C
xəstəliyinin əlamətləri mövcuddur və xəstə bunlardan
şikayətlənərək həkimə müraciət edir.
Xroniki Hepatit C xəstəliyinin əlamətləri
aşağıdakılardır:
1)
2)
3)
4)
5)
6)
7)
halsızlıq və əzəzlələrdə zəiflik hissi
baş ağrısı
qarın ağrısı
ürək bulanması
tünd qəhvəyi rəngdə (kola) sidik ifrazı
arıqlama
yağlı yeməklərdən iyrənmə və onları gördükdə
belə ürəyin bulanması
8) nadir hallarda sarılıq
9) oynaq ağrıları
Hepatit C xəstəliyinin xronikiləşməsini artıran
amillər aşağıdakılardır:
1) alkoqol içkilərindən mütəmadi istifadə
2) siqaret və tütün məmulatlarından fasiləsiz
istifadə
3) HİV-ə yoluxma
20-30 il ərzində formalaşan sirozlu xəstələrin bu
vəziyyətinə səbəb əksər hallarda HCV-dir.
*Şəxsi araşdırma:
Apardığım sosial sorğu nəticəsində (100 təsadüfi nəfər)
müəyyən etdim ki, Azərbaycanda əhalinin 45%-i Hepatit
C virusu haqqında heç bir məlumata malik deyil. 53%
sorğu iştirakçıları isə çox cüzi məlumat sahibidirlər. Cəmi
2% iştirakçı isə məlumat baxımından qənaətbəxşdir:
V. Hepatit C xəstəliyinin müalicəsi və
Profilaktikası
Həkim xəstəni müayinədən keçirdikdən və
Hepatit C xəstəliyini və onun akut və ya
xroniki olmasını müəyyən edəndən sonra
müalicəyə başlamalıdır.
1) Əgər xəstə akut Hepatit C xəstəsidirsə, bu
zaman tətbiq edilən müalicənin, virusu 98%
halda tamamilə aradan qaldırdığı müəyyən
edilmişdir.
2) Əgər xəstə xroniki Hepatit C xəstəsidirsə,
o zaman xəstənin 50% hallarda orqanizmindən
HCV tamamilə təmizlənir. Yerdə qalan hallarda
isə bir ildən-bir müalicə təkrarlanmalıdır.
Müalicə 2 əsas dərmanla aparılır:
Interferon və ribavirin (interferon+ribavirin)
Bəzən peqinterferon da istifadə edilir. Bu,
peqasus adlı inyeksiya məhlulu şəklində
satılır.
HCV-nin 6 genotipi məlumdur:
Hepatit C
virusu
(HCV)
G-1
G-2
G-3
G-4
G-5
G-6
G1-a G1-b G2-a G2-b G2-c G3-a G3-b G5-a G5-b
Onlar fərqli vaxtlarda müalicə olunur:
24 həftə (6 ay)
müalicə
48 həftə (1 il)
müalicə
Materiklər üzrə HCV genotiplərinin yayılması
Ölkəmizdə HCV-nin G1, G2, G3a genotiplərinə
rast gəlinir.
Diqqətinizə
görə təşəkkür
edirəm.