Beynəlxalq maşın və avadanlıqlar bazarı (Vüsal VƏLİYEV )

Download Report

Transcript Beynəlxalq maşın və avadanlıqlar bazarı (Vüsal VƏLİYEV )

Azərbaycan Dövlət İqdisad Üniversiteti
Fakültə: Beynəlxalq İqtisadi Münasibətlər
Müəllim: Elşən BAĞIRZADƏ
Qrup: Dİ 6
Tələbə: Vəliyev Vüsal
Dünya maşın və
avadanlıqlar bazarı
PLAN
Maşın və avadanlıqların növləri və
təsnifatı
 Beynəlxalq maşın və avadanlıqlar
bazarının strukturu və coğrafiyası
 Dünya maşınqayırma
kompleksinin iqtisadi vəziyyəti və
xüsusiyyətləri
 Maşın və avadanlıqlar istehsalında
və ticarətində TMK-ın rolu

Maşın və avadanlıqların
növləri və təsnifatı
. Bu kompleksin bölgüsünə dair müxtəlif fikirlər irəli
sürülüb. Fikrimizcə, dünya maşınqayırma
kompleksi 5 böyük qrupa ayrılır:
1. Dəzgahqayırma
2. Kənd təsərrüfatı maşınqayırması
3. Ağır maşınqayırma
4. Nəqliyyat maşınqayırması
5. Elektron və elektrotexniki maşınqayırması

Dəzgahqayırma

Ümumi maşınqayırmanın aparıcı sahəsi
dəzgahqayırma hesab olunur. Dəzgahqayırma müasir
dünyada elmi-texniki inkişafı müəyyən edir, yüksək
ixtisaslı əmək ehtiyatlarının istifadəsini tələb edir, ona
görə də əsasən sənayecə İEÖ-in ərazisində
yerləşdirilir. Təsadüfi deyildir ki, dünya dəzgah
istehsalının 75%-i ABŞ, yaponiya, Almaniya, İtaliya,
İsveçrə və Fransanın payına düşür. 2002-ci ildə dünya
dəzgahqayırma bazarında dövriyyəyə görə liderliyi
Almaniya (6,73 mlrd.dol.), Yaponiya (6,37 mlrd.dol.),
İtaliya (3,77 mlrd.dol.), Koreya (3,02 mlrd.dol.) və ABŞ
(1,91 mlrd.dol.) paylaşırdılar. Dəzgahqayırma
məhsullarının aparıcı ixracatçıları Almaniya, Yaponiya,
İtaliya və İsveçrədir. Bu ölkələrdə istehsal olunan
dəzgahların yarıdan çoxu ixrac olunur.
Kənd Təsərrüfatı
maşınqayırması

Dünya kənd təsərrüfatı maşınqayırması bazarı
maşınqayırma kompleksinin strukturunda əhəmiyyətli pay
sahibi deyil. Bunun isbatı olaraq, ən iri istehsalçı olan
ABŞ-nin “John Deere” kompaniyasının illik dövriyyəsi 6,4
mlrd. avro (avtomobil nəhənglərinin illik dövriyyəsindən
100 dəfə az) olduğunu göstərmək olar. Kənd təsərrüfatı
maşınqayırması istehlak yerlərinə meylli olduğu üçün
əsasən, dünyanın əsas kənd təsərrüfatı regionlarında
mərkəzləşmişdir. XX əsrin sonu-XXI əsrin əvvəlində kənd
təsərrüfatı texnikası istehsalını azaldaraq daha çox
keyfiyyət göstəricilərinin yüksəldilməsinə diqqət yetirməyə
başladılar. Bununla belə, kənd təsərrüfatı üçün maşın
istehsalında lider mövqe AbŞ, İtaliya və Fransaya
məxsusdur. İlk altılıqda ABŞ-ın “John Deere”, “Agco”,
ABŞ-İtaliya birgə şirkəti “CNH”, Almaniya-Fransa birgə
şirkəti “Claas+Renault Agriculture”, həmçinin İtaiyanın
“Argo” və “Same-DeutzFahr” kompaniyaları yer alırlar.
Ağır maşınqayırma

Dünya üzrə ağır maşınqayırma
istehsalçılarının sırası məhduddur. Ağır
maşınqayırmanın bütün nomenklaturasını
istehsal edən ölkələrə ABŞ, Yaponiya,
Almaniya, B.Britaniya daxildir. Bəzi ölkələr
(Çin, Rusiya) nisbətən az çeşiddə məhsul
istehsal edirlər. Digər ölkələr isə ayrı-ayrı
sahələr üzrə ixtisaslaşıb. Məsələn, İsveç və
Finlandiya kağız sənayesi üçün avadanlıq,
Avstriya metallurgiya zavodları üçün
avadanlıq istehsal edirlər.
Nəqliyyat maşınqayırması
Nəqliyyat maşınqayırması üzrə liderlik avtmobilqayırma
sahəsinə məxsusdur. Müasir beynəlxalq ticarətdə tutumluluğu
və əhəmiyyətli dərəcədə vacibliyi ilə seçilir. Avtomobil insanların
sürətli hərəkətini təmin etməklə ictimai əməyin effektivliyini
artırır və bir çox sahələrdə əhaliin həyat tərzinə təsir göstərir.
Hal-hazırda avtomobil müasir sivilizasiyanın texnoloji və sosial
simvoluna çevrilib.
 Sahənin genişliyi onunla xarakterizə olunur ki, dünya
avtomobilqayırmasında son məhsulun ümumi dəyəri təxminən
1,5 trln.$ təşkil edir, o cümlədən: ABŞ -288 mln., Yaponiya –
342 mln., Almaniya – 172 mln. Avtomobilqayırmanın sosialiqtisadi əhəmiyyətini artıran göstəricilərdən biri də məşğulluğun
həcmidir. Bu sahə üzrə təkcə ABŞ-da 1 mln.-dan artıq,
Almaniyada 775 min insan işləyir. Dolayı yolla
avtomobilqayırma sahəsi ilə əlaqəsi olan insanların sayı isə
göstərilən rəqəmlərdən dəfələrlə çoxdur.
 Dünya avtomobil sənayesi dünya sənayesinin ən çox
inhisarlaşmış sahəsidir. Təkcə 5 ölkənin 10 iri şirkəti dünya
avtomobil istehsalının 80%-ni təmin edir. Ölkə sərhədlərin ən
çox aşan şirkətlər də məhz avtomobilqayırma sənayesinin
təmsilçiləridir.

Elektron və elektrotexniki
maşınqayırması
Son on ildə elektron və elektrotexnika sənayesi xüsusi əhəmiyyət kəsb
edirlər. Bu sahələrin əhəmiyyəti ilk növbədə onların ETT-nin maddi
əsasının inkişafına böyük tövhələri ilə müəyyən olunur.
 Elektronika və elektrotexnika sahəsi istehsal alət və vasitələrinin
təkmilləşdirilməsinə birbaşa təsir göstərərək iqtisadiyyatın ən müxtəlif
sahələrində əməyin məhsuldarlığının yüksəldilməsinə aktiv surətdə kömək
edir, elmi-texniki inkişafın artım tempini nəzərə çarpacaq dərəcədə
sürətləndirir.
 Elektron və elektrotexniki maşınqayırma sahələri yüksək texniki inkişafa
və yüksək ixtisaslı kadrlara, texniki cəhətdən yaxşı təchiz olunmuş təcrübə
bazalarına, elmi-tədqiqat mərkəzlərinə, institut və laboratoriyalarına malik
rayonlarda yerləşdirilir. Elektron maşınqayırma sahəsində 100.000 adda
məhsul istehsal edir. Elektron və elektrotexniki məhsulların istehsalı üçün
geniş çeşiddə texniki vasitələr, həmçinin sənayenin digər sahələrində
istehsal olunan materiallar tələb olunur.
 Elektron və elektrotexniki maşınqayırmanın müasir maşınqayıma
kompleksində payı 30-32% təşkil edir, ümumi (35-37%) və nəqliyyat (3335%) maşınqayırmasından sonra üçüncü yeri tutur. Proqram idarəetmə və
hesablama texnikasından istifadə sürətlə genişlənir. 80-ci illərdən
başlayaraq bu sahə inkişaf tempinə görə maşınqayırmanın digər sahələri
arasında ilk yeri tutur.

Beynəlxalq maşın və
avadanlıqlar bazarının strukturu
və coğrafiyası.



Maşınqayırma kompleksinin bir çox sahələrinin ixtisaslaşma və beynəlxalq
əmək bölgüsü proseslərinin dərinləşməsi şəraitində istehsal məhsullarının
kütləvi buraxılışı sənayedə komplektləşdirici detallar, aqreqat
təchizatçılarının quraşdırma məssisləri qovşağı ilə aralarındakı qarşılıqlı
asılılığı həm ölkə, həm regional, həm də qlobal səviyyədə artmasını
şərtləndirir. Bu tendensiya son illər istehsalın təşkili üsulunun dəyişilməsi
(postfordizm, “çevik” istehsal) “dəqiq vaxt” təchizat sisteminn tətbiqi
hesabına, xüsusilə avtomobilqayırma, məişət elektronikası istehsalı
sahəsində qlobal səviyyədə artır.
İxtisaslaşmanın bu, və ya digər növü (predmet, texnoloji, detal üzrə)
buraxılan məhsulun xarakteri ilə təyin olunur. Maşınqayırma müəssisələrinin
ərazi əmək bölgüsü üzrə ixtisaslaşması dar ixtisaslaşmış sənaye
mərkəzlərinin və hətta rayonlarının yaranmasına səbəb olur. Bu prosesə öz
istehsal qüvvələrini bütün dünya üzrə paylaşdıran TMK-ın bütün
strukturlarının fəaliyyəti əhəmiyyətli dərəcədə kömək edir.
Maşınqayırmanın bir çox sahələrində istehsalın yüksək əməktutumluluğu
nəzərə çarpır, bəzilərində isə (məsələn, cihazqayırma, elektronika, aviasiya
və aerokosmik sahələrdə) işçi qüvvəsinə yüksək ixtisas dərəcəsi tələbi irəli
sürülür
Müasir dünya təsərrüfatında 4
regional maşınqayırma mərkəzi
ayrılır:




Şm.Amerika – maşınqayırma məhsullarının demək olar
ki, bütün nomenklaturası üzrə istehsal müəssisələrinə
malikdir.
Q.Avropa – əsas etibarilə kütləvi maşınqayırma
məhsulları istehsal olunur. Bununla belə, bəzi ən yeni
maşınqayırma sahələri də yüksək inkişaf edib.
C-Ş.Asiya – bu regionda kütləvi maşınqayırma
məhsullarını ən yüksək texnologiyalı məmulatlarla
uyğunlaşdıra bilən Yaponiya liderlik edir.
MDB ölkələri – kifayət qədər məhsuldar qüvvəlrə
malikdir, lakin elmtutumlu sahələrin zəif inkişafı ilə
Dünya maşınqayırma kompleksinin
iqtisadi vəziyyəti və xüsusiyyətləri



İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maşınqayırma
istehsalının sənayedə payı 30-50% arasında dəyişir. Bu göstərici
Almaniyada 53.6%, Yaponiyada 51,5 %, İngiltərədə 39,6 %,
İtaliyada 36,4%, Çində 35,2 % təşkil edir. Bu, bütün sənayenin hər
8-10 ildən bir texniki cəhətdən yenidən “silahlanmasını” təmin edir.
Bunula belə, ÜDM-də maşınqayırma istehsalının payı Avropa
Birliyi ölkələrində 36-45%, ABŞ-da 10%, Rusiyada 18% təşkil edir.
İEÖ-in (ABŞ, Almaniya, Yaponiya, İngiltərə) maşınqayırma
istehsalının strukturunda bütün sahələr təmsil olunur və xüsusilə
də elektrotexnikanın payı yüksəkdir. Yüksək keyfiyyət və
rəqabətqabiliyyətlilik sayəsində ixracın ümumi çəkisində də
maşınqayırma məhsulları böyük çəkiyə (Yaponiya – 64%, ABŞ,
Almaniya – 48%, Kanada 42%, İsveç – 44%) malikdir.
Maşınqayırma inkişaf etmiş ölkələrin daimi innovasiya təşəbbüsü
mənbəyidir. ABŞ-da maşınqayırma sahəsində elmi tədqiqatlara
hər il ÜDM-in orta hesabla 2-2,5% , Avropa Birliyi ölkələrində
təxminən 3%-i həcmində vəsait xərclənir.
Maşın və avadanlıqlar istehsalında və
ticarətində TMK-ın rolu
Electronics – şirkət
yarımkeçiricilər, telekommunikasiya
avadanlıqları və rəqəmli
konvergensiya istehsalı üzrə dünya
lideri olmaqla, eyni zamanda, yaddaş
çipləri, mobil telefon və monitor
istehsalı üzrə də aparıcı mövqeyə
malikdir. 56 ölkənin ərazisində
yerləşən 124 ofisdə 138000 insan
işləyir.
 Samsung
Şirkətin əsas fəaliyyət
istiqamətləri:

Device Solution Networks
(yarımkeçiricilər və maye-kristal displey)
 Digital Media Networks (rəqəmli
mediatexnologiya)
 Digital Appliance Networks (məişət
texnikası)
 Telecommunication Networks
(informasiya texnologiyaları və
telekommunikasiya)
Ford Motor Company - əsas binası Miçiqan ştatında yerləşən şirkət
dünyada ilk dəfə olaraq klassik avtoquraşdırma konveyerini tətbiq
etmişdir.
“Ford”, “Linkoln”, “Merkuri” markaları altında minik və kommersiya
avtomobilləri istehsal edir, eyni zamanda şirkətin nəzarəti altında
Volvo Cars, Land Rover, Aston Martin, Jaguar, Daimler kimi
avtomobil istehsalçıları var.
Əsas müəssisələri ABŞ, Kanada, Meksika, Almaniya, Braziliya,
Argentina, İspaniya və Çində yerləşir. Dünya üzrə şirkət işçilərinin
sayı 327,5 min nəfərə çatıb.
“Ford” şirkəti istehsal həcminə görə General Motors və Toyota
şirkətlərindən sonra 3-cü yeri tutur.
DİQQƏTİNİZƏ GÖRƏ
MİNNƏTDARAM