Beynəlxalq Əmək Bölgüsü
Download
Report
Transcript Beynəlxalq Əmək Bölgüsü
Müəllim: Elşən BAĞIRZADƏ
Plan:
1) BƏB obyektiv əsası kimi.
2) BƏB nədir?
3) BƏB növləri.
4) BƏB üstünlükləri.
5) BƏB və ölkələrarası qarşılıqlı asılılıq problemi.
6) Ölkələrin BƏB-də iştirakını tələb edən faktorlar.
7) Ölkələrin açıqlıq indeksi.
BƏB ölkədaxili əmək bölgüsündən bu
proseslərdə fəaliyyət göstərən obyektlərin əhatə
dairəsinin irihəcmliliyi ilə də fərqlənir. Məlumdur
ki, ölkədaxili əmək bölgüsünün obyektləri kimi
müxtəlif əmtəələr və xidmətlər çıxış edirlər. Ölkə
daxilində müəssisələr həmçinin texnoloji
nailiyyətlərlə, elmi-texniki təcrübə ilə,
mütəxəssislər və işçilərlə mübadilə edirlər. Bütün bu
sadalanan obyektlər BƏB üçün də xarakterikdir,
lakin onların əhatə dairəsi əhəmiyyətli dərəcədə
fərqlidir.
Əmək bölgüsü ümumi mənada fərdin və yaxud
bir qrup adamın müəyyən əmək fəaliyyətinə görə
bir-birindən ayrılması nəzərdə tutulur. Əmək
bölgüsü ayrı-ayrı təsərrüfat subyektlərinin müxtəlif
əmtəə və xidmətlər istehsalında ixtisaslaşmaları və
sonradan bu əmtəə və xidmətlərlə mübadilənin baş
verdiyi əməyin təşkili sistemi və ya üsuludur. BƏB
isə ictimai əmək bölgüsünün xüsusi növüdür. O,
ölkədaxili əmək bölgüsünün inkişafı əsasında
yaranır. BƏB-də müəssisələrin ixtisaslaşması
müəyyən növ məhsulların istehsalı və bu
məhsullarla mübadilə əsasında baş verir.
Beynəlxalq əmək bölgüsü müxtəlif ölkələrin
müəssisələrinin müəyyən əmtəə və xidmətlərin
istehsalı üzrə ixtisaslaşdıqları və sonradan bu əmtəə
və xidmətlərlə mübadiləni həyata keçirdikləri,
qarşılıqlı surətdə asılı olan istehsalın təşkili sistemi
və ya üsuludur.
BƏB ictimai əmək bölgüsünün xüsusi növüdür,
ölkədaxili əmək bölgüsündən fərqli olaraq BƏB
müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında
baş verir.
Beynəlxalq Əmək Bölgüsünün 2 növü var:
.İstehsalın beynəlxalq ixtisaslaşması
Beynəlxalq istehsal kooperativləşdirilməsi
İstehsalın beynəlxalq ixtisaslaşması ölkələr
arasında əmək bölgüsünün elə bir formasıdır ki,
milli istehsalların diferensiallaşması əsasında
dünya üzrə eynicinsli istehsalın təmərküzləşməsi,
müstəqil texnəloji proseslərin ayrılması baş verir
və bu zaman ayrı-ayrı istehsal sahələrində
məhsul istehsalı daxili ehtiyacları aşır.
Beynəlxalq ixtisaslaşmanın istiqamətləri;
1) istehsal:
a. Sahələrarası ixtisaslaşma
b. Sahədaxili ixtisaslaşma
c. Müxtəlif firma və müəssisələrin
ixtisaslaşması
2) ərazi aspekti:
a. Ayrı-ayrı ölkələr
b. Ölkə qrupları
c. Regionlar
3) Texnologiya
a. Texnoloji proseslərin həyata keçırılməsi
b. Hazır məhsulun hissələrinin istehsalı
c. Predmet ixtisaslaşması
Kooperativləşdirmə müəyyən məhsulun
hazırlanmasında iştirak edən və bu zaman
özünün təsərrüfat müstəqilliyini saxlayan
müxtəlif müəssisələr arasında istehsal
əlaqələrinin mövcudluğu deməkdir.
Beynəlxalq istehsal kooperativləşdirilməsinin
növləri;
a. Subyektlərin sayına görə:
- ikitərəf li
- çoxtərəf li
b. Obyektlərin sayına görə:
- birpredmetli
- çoxpredmetli
c. Əlaqələrin sahəvi srukturuna görə:
- sahədaxili
- sahələrərası və.s
BƏB-də iştirak etməklə hər bir ölkə müəyyən iqtisadi
maraq, mənfəət güdür. Bu zaman əsas üstünlüklər
aşağıdakılar hesab olunur:
İxrac edilən əmtəə və xidmətlərin beynəlxalq və daxili
qiymətləri arasında fərqdən əldə olunan üstünlük.
Daha ucuz idxaldan istifadə etməklə milli istehsaldan
imtinanın daxili xərclərin qənaətinə gətirib çıxarması.
Beynəlxalq iqtisadi cəmiyyətin ən nəzərə çarpacaq
xüsusiyyəti ölkələrin qarşılıqlı olaraq bir-birlərindən
asılı olmasıdır. Bu mal, xidmət və faktor axınlarının
təbii nəticəsidir.
Beynəlxalq ticarətdən asılılığın əsas göstəricisi:
(İxracat/ÜDM)x100, nə qədər yüksəkdirsə, asılılıq da o
qədər yüksəkdir.
Milli iqtisadiyyatda olduğu kimi beynəlxalq iqtisadi
cəmiyyətdə də əsas prinsip əmək bölgüsü və
ixtisaslaşmadır .
Ölkələriin sosial-iqtisadi xüsusiyyətləri
Ölkələr arasındakı təbii-coğrafi fərqlər
Beynəlxalq amillər
Açıqlıq İndeksi ölkənin tam ticarətinin
nisbəti kimi hesablanan iqtisadi
metrikdir.
Açıqlıq indeksi=( İdxal + İxrac )/ÜDM
1. Şamil Qafarov. İctimai əmək bölgüsü və
onun müasir sosial-iqtisadi problemləri. –
Bakı: BDU, 1999
2. Авдокушин Е.Ф. Международные
экономические отношения. – Москва: ИКЦ
«Маркетинг», 2001
3. Международные экономические
отношения / под редакцией В.Е.Рыбалкина.
– Москва: ЮНИТИ, 2003
4. Акопова Е.С., Воронкова О.Н., Гаврилко
Н.Н. Мировая экономика и международные
экономические отношения. – Ростов-наДону: «Феникс», 2001
5. Хасбулатов Р.И.. Мировая экономика. –
Москва: «Экономика», 2001, Т I.