"Təbiətdə davranış qaydaları" | Yüklə
Download
Report
Transcript "Təbiətdə davranış qaydaları" | Yüklə
Biz ümumi evimiz olan Azərbaycana
real kömək göstərmək istəyən hər bir
insanı etibarlı və sağlam gələcək
naminə ekoloğiyamızı qorumağa
çağırırıq!
Danimarkada Orxus adlı bir şəhər var, o
şəhərdə vacib ekoloji konvensiya qəbul edilib,
Azərbaycan dövləti də ona qoşulub. Orxus
konvensiyasına görə hər birimizin ekoloji
məlumat əldə etmək hüququ var.
Bu gün ekoloji təhlükənin bir mənbəyi də
meşələrin mühafizəsi və bərpası sahəsində yol
verilən nöqsanlarla bağlıdır. Hər kəs davranış
norması olan ən adi, elementar ekoloji
qadağaları bilməlidir.
Uşaqlar üçün
təbiətdə davranış
qaydaları,
ekoloji qadağalar
Ağac və kolların
budaqlarını qırma.
Ağac canlı varlıqdır. Onun budaqları və
yarpaqları ağacın həyatında mühüm rol
oynayır. Məsələn, yarpaqlar bitkinin
nəfəsini hiss edir.
Bitkilər yarpaqların köməyi ilə
qidalanır: işıqda (karbon qazı və sudan)
onlarda bitki, heyvan və insanlar üçün
zəruri olan qida maddələri (nişasta,
oksigen) yaranır. Budaqları qıraraq
bitkinin həyatına son qoymağa bizim
haqqımız varmı? Axı, yarpaqlar həm də
havanı oksigenlə zənginləşdirir, tozu
özünə yığır. Təsadüfi deyil ki, yaşıllıq
çox olan yerdə rahat nəfəs almaq olur.
Biz həm də bitkilərin təbiətə verdiyi
gözəlliyi də unutmamalıyıq. Budaqları,
gülləri qırmaqla biz bu gözəllikdən də
məhrum oluruq.
Ağacların gövdəsinin qabığını
zədələmək olmaz!
Məlumdur ki, uşaqlar tez-tez
ağacların gövdəsində öz
adlarını və digər qeydləri
etmək üçün onların qabığını
cızırlar. Bu, təbiətin gözəlliyini
korlamaqla ağaclara çox
ziyan vurur (cızıq yerindən
ağacın şirəsi axır, qabığın
altına mikroblar ( göbələk
)keçir ki, bunlar da ağacın
xəstələnməsinə, hətta,
məhvinə səbəb olur.
Tozağacı ağacının şirəsini
yığmayın. Unutma, bu, ağaca
ziyan edir.
Meşədə və çəməndə gülləri
qırma.
Qoy gözəl bitkilər təbiətdə qalsın! Yadda saxla ki, gül dəstələrini
yalnız insanın əkib becərdiyi güllərdən tutmaq olar.
Gül dəstəsinin yabanı çiçəklərdən tutulması təbiətə mənfi təsir
göstərən amillərdən biridir. Çox zaman yanlış olaraq bu amili
qiymətləndirmir, onu diqqətdən kənar qoyurlar. Lakin məhz köhnə
adət olan gül toplama vərdişi insanların çox gəzişdiyi yerlərdə bir çox
bitki növlərinin yoxa çıxmasına səbəb olur. Bizim güllərə qarşı
“sevgimizin” qurbanları təkcə əvvəldən nadir olan bitkilər deyil, həm
də adi, zənciçiçəyi kimi geniş yayılmış bitkilərdir. Hərənin hətta bir
çiçək dərməsi təbiətə nə qədər ziyan vurur. Axı, hər dəfə bütöv bir
sinif gül dəstəsi toplasa həmin gözəl bir çəmənlikdən əsər-əlamət
qalmaz. Çəməndə bitmiş bitki burada “öz evindədir”, o, burada digər
sakinlərlə əlaqədədir. Məsələn, güllərə həşəratlar qonur və onun
şirəsini çəkərək qidalanırlar. Çiçəklənmədən sonra meyvə və toxumlar
əmələ gəlir. Bu toxumlar torpağa düşərək yenidən həmin bitkilərin
çoxalmasına səbəb olur. Bu halda müvəqqəti zövq almaq üçün bu
çiçəkləri qırmağa bizim haqımız varmı? Əlbəttə, yox. Bunun üçün
bağlarda, güllüklərdə gözəl bitkilər yetişdirilir. Gözəl, yabanı çiçəklər
isə qoy təbiətdə qalsınlar.
Dərman bitkilərindən yalnız o
ərazidə çox yayılmışını
toplamaq olar
Bitkilərin bir hissəsinin təbiətdə qalması çox vacibdir.
Dərman bitkiləri qiymətli təbii sərvətdir və ona qayğı ilə
yanaşmaq lazımdır. Onlardan bir çoxunun (pişikotu,
inciçiçəyi, qıjıyaoxşar bitki) kütləvi şəkildə toplandığına
görə sayı azalmışdır. Buna görə də uşaqlar sayı çox olan
bitkiləri toplaya bilər (boymadərən, kəklikotu, çobanyastığı
və s...). Lakin elə bu bitkilərin də çox hissəsinin toxunulmaz
qalaraq toplamaq lazımdır.
Əlbəttə ki, dərman bitkilərinin toplanması müəllimin,
valideynlərin, ən yaxşısı isə, tibb işçisinin və ya aptek
işçisinin rəhbərliyi altında keçirilməlidir. Dərman
xammalının hazırlanması heç də “qeyd” xətrinə, elə-belə
kütləvi tədbir kimi keçirilməməlidir. Bu həm pedaqoqların
ekoloji tərbiyə sahəsində apardığı işə, həm də təbiətə
böyük ziyan verə bilər.
Göbələkləri , hətta
zəhərlilərini belə ayaqlayıb
əzmək olmaz.
Yadında saxla ki, onlar təbiətdə çox
lazımdırlar.
Bir çox uşaqlarda zəhərli göbələklərə qarşı pis
münasibət formalaşıb. Belə göbələkləri
görəndə onları məhv etməyə çalışırlar və
bəhanə gətirirlər ki, belə göbələkdən insanlar
və ya heyvanlar zəhərlənə bilərlər. Məlumdur
ki, göbələklər, həmçinin insan üçün zəhərli
göbələklər meşənin bir komponenti sayılır.
Özlərinin yeraltı hissələri - göbələk telləri ilə
ağac, kol, ot gövdələri ilə birləşərək onları su,
mineral duzlar, boyatma maddələri ilə təmin
edir. Göbələklər meşənin sanitarı sayılırlar:
onlar bitki qalıqlarının çürümə prosesində
iştirak edirlər.
Meşədə hörümçək torlarını
qırma və hörümçəkləri
öldürmə.
İnsan həmişə hörümçəklərə ikrah hissi ilə
yanaşıb. Bu münasibət ətraf mühitə qarşı
diqqətsizliyin, onu tanımamağın nəticəsidir.
Hörümçəklər də başqa canlılar kimi təbiətin
tam hüquqlu tərkib hissəsidir.
Hörümçəklərin həyatı maraqlı təfərrüatlarla
doludur və bu xırdalıqları özünüz müşahidə
etsəniz daha yaxşı olar. Hörümçək torları
və elə onların özləri çox gözəldir. Onlar
insana və təsərrüfata ziyan vuran çoxlu
milçək, ağcaqanad və digər həşaratları
torları vasitəsilə məhv edirlər.
Kəpənək, eşşək arısı, cırcırama və
başqa həşəratları tutma.
Eşşək arısının yuvasını dağıtma.
Eşşək arısı sayı azalan
həşaratlardandır. Bunun səbəbi kənd
təsərrüfatında bu arıların həssas
olduğu kimyəvi vasitələrdən
səriştəsiz istifadə; ot yığımında, quru
otların yandırılması zamanı onların
yuvasının dağıdılmasıdr. Bu arıların
dadı olmayan balının yığılması və ya
elə sadəcə əyləncə xatirinə onların
yuvasının dağıdılması vəziyyəti bir az
da ağırlaşdırır. Axı, eşşək arıları
paxlalı bitkilər üçün yeganə
tozlandırıcılardır. Bunlarsız meşələrdə
və çəmənlərdə qarayonca, lərgə,
noxud, yonca kimi bitkilər bitməz.
Qarışqa yuvalarını dağıtma! Qurbağaları
və çömçəquyruqları qoru! İlanları, hətta,
zəhərlilərini belə öldürmə.
Onlar hamısı
təbiətdə lazımlıdırlar.
Zəhərli ilanlardan isə
insan çox qiymətli
dərman alır.
Vəhşi heyvanları tutub evə
aparma.
Məlumdur ki, kərtənkələlər, kirpilər, bəzi balıqlar, quşlar çox
vaxt sizin təbiətə məhəbbətinizin qurbanlarına çevrilir. Yəni
bu heyvanları tutub evə gətirməklə, onları azadlıqdan məhrum
edirsiniz. Çox vaxt ev şəraitinin təbii mühiti əvəz edə
bilməməsi nəticəsində bu heyvanlar məhv olurlar. Canlılar
üçün ən yaxşı ev meşə, çəmən, su hövzəsidir. Biz evdə yalnız
o heyvanları saxlaya bilərik ki, onlar məxsusi olaraq insanlar
tərəfindən yetişdirilib və insanlarla yanaşı yaşamağa
uyğunlaşdırılıblar
Quş yuvalarına yaxın getmə.
Quş yuvalarını dağıtma.
Sənin izlərinlə vəhşi
heyvanlar onların
yuvasaını tapa və
dağıda bilər. Əgər
təsadüfən yuvaya
yaxınlaşsan, ona əl
vurma və oranı tez tərk
et. Yoxsa, valideyn
quşlar yuvanı həmişəlik
tərk edər.
Əgər sənin itin varsa, onu
meşədə və ya parkda yazda,
yayın əvvəlində gəzintiyə
özbaşına buraxma
Sağlam quş və heyvanları
tutub evə aparma.
Çox vaxt uşaqlar evə və
ya sinfə yuvasından
yıxılmış ətcəbala, tülək
quşları gətirirlər. Əslində
bu quşlar təzəcə uçmağı
öyrənən quşlardır və
valideynləri onları hələ
də yemləyirlər. Belə bala
quşlar ev şəraitində tez
məhv olur.
Meşədə cığırla gəzməyə
çalış, otları tapdalama
Tapdalama
nəticəsində bir çox
bitki və həşəratlar
məhv olur.
Meşədə, parkda səs-küy
salma.
Səs-küylə sən
meşədə heyvanlara
mane olarsan, onları
qorxudarsan, özünsə
heç nə eşitməzsən.
Yazda çəmənlikdə otları
yandırma.
Yazda quru otla birlikdə
təzə otun cücərtiləri də
yanır, bir çox bitkilərin
yeraltı hissələri məhv
olur və nəticədə
onlardan bəziləri
tamamilə yox olur.
Oddan bir çox
həşəratlar, quş və
eşşək arısı yuvaları
məhv olur. Yanğın
meşəyə və tikintilərə
keçə bilər.
Meşədə, parkda, çəməndə,
çay yaxınlığında zibil qoyma
Su hövzəsi yaxınlığında
zibil atma.
Bu, ən sadə və eyni
zamanda ən mühüm
qaydalardan biridir. İnsanlar
tərəfindən hər tərəfə atılan
zibil təbiətin simasını
korlayır. Su hövzələrinə
atılmış, hətta, sadəcə olaraq
sahildə qoyulmuş zibil
sonradan suya düşərək
insanalara zərər gətirir.