Transcript File

İnformatika fənn kurikulumu
Respublikamızda gedən böyük iqtisadi irəliləyiş
və məqsədyönlü dövlət siyasəti nəticəsində
respublikamız son illər İKT-nin inkişaf sürətinə
görə dünya ölkələri arasında lider
dövlətlərindən birinə çevrilmişdir. İnformasiya
cəmiyyətinə doğru sürətlə getdiyimiz dövrdə
informatika sahəsində bacarıqlara
yiyələnməyin ictimai əhəmiyyət getdikcə artır.
Yaranmış yeni şərait məktəb informatika
fənninin tədrisinə verilən tələbləri də dəyişir.Bu
səbəbdən şagirdlərdə informasiya ilə işləmək
mədəniyyətinin,onların analitik və sistemli
düşüncə tərzinin, informasiya proseslərini
anlama qabilliyətlərininnin informasiya
texnologiyalarından istifadə bacarıqlarının
formalaşdırılması məktəb informatika
kursunun əsas vəzifələrini təşkil edir.
İbtidai siniflərdə informatikanın tədrisində şagirdlərin ilkin informasiya
və
kommunikasiya bacarıqlarına yiyələnmə pirinsipi nəzərdə tutulur. Təlim materialları elmi
məntiqə görə deyil,usaqların maraqlarına,onların həyat və təbiətlərinə uygun olaraq
formalaşdırılmısdır.Usaqlar o zaman həvəslə fəaliyyət göstərirlər ki,onlar öz
fəaliyyiətlərinin nəticəsini görə bilsinlər.İnformatika kursunun nəticə yönümlü olması da
elə o deməkdir ki, şagirdin fəaliyyəti ideya, hipotez, şəkil, mətn və digər formalarda onun
şəxsi təlim nəticələrinə çevrilir. Əldə olunmus təlim nəticələrinin keyfiyyəti isə şagirddə
lazımi bacarıqların reallaşdırılması sürətini və onun irəliləyişlərini qiymətləndirməyə əsas
verir.
İbtidai siniflər ücun informasiya kursu asağıdakı vəzifələrin həllini nəzərdə tutur.
Şagirdlərdə:
ətrafımızdakı informasiya axınında süurlu surətdə istiqamət
götürmək və sistemli analiz etmək bacarıqlarını inkisaf
etdirilməsi;
informasiya mədəniyyətinin və ilkin kompyuter savadlığının
formalaşdırılması
alqoritmik təfəkkürün inkisafı və alınmıs informasiyanın öz
fəaliyyətində səxsi biliyə çevirmək bacarığının reallaşdırılması
Azərbaycan dili , Riyaziyyat, Həyat bilgisi və digər fənlərdə
aldiği informsiya ile praktik is vərdislərinin formalaşdırılması
Insan fəaliyyətinin müxtəlif sahələrində informasiya
texnologiyalarından istifadə qanunauyğunluqlarını müəyyən
etmək
Sadə informasiya texnologiyalarından (telefon, televizor,
maqnitofon və s.) istifade etmək bacarıqlarının
formalaşdırılması
Öyrənilən obyekt və proseslərin informasiya modellərinin
(sxem, cədvəl, xəritə və s.)yaradılma təcrübəsinə yiyələnmək
Sadə kompyuter proqramlarında ilkin iş bacarıqlarının
formalaşdırılması
İnsanlar və maşınlarla informasiya mübadiləsi məqsədilə
kommunikativ bacarıqların formalaşdırılması .
Kurikulum çərçivə sənədinə əsasən
İnformatika fənni təliminin aşağidakı məzmun
xətləri müəyyənləşdirilmisdir
1. İnformasiya və informasiya prosesləri
2.Formallaşdırma,modelləşdirmə,alqoritmləşdirmə
və proqramlaşdırma
3.Kompyuter, informasiya və kommunikasiya
texnologiyaları və sistemləri
4. Cəmiyyətin informasiyalaşdırılması
Motivasiya
Müəllim sinifə müraciət edir:
- Bu qrupu nece adlandırmaq olar?
- Qrupa daxil olan obyektlər onun elementləri adlanır. Bu qrupun elementlərinin ümumi
əlamətləri hansılardır?
Şagirdlər bu fiqurların tərəflərinin düz xətt parçaları və onların bucaqlarının olduğunu
söyləyirlər.
- Bu qrupa daxil olan fiqurlar arasında neçə qırmızı fiqur var? Neçə düzbucaqlı var?
Müəllim izahat verir:
- Əgər bir qrupun bütün elementləri başqa qrupa daxil olarsa, onda birinci qrup ikincinin
altqrupu adlanır. Bizim halda "Qırmızı fiqurlar" və "Düzbucaqlılar" "Çoxbucaqlılar"
qrupunun altqruplarıdır. Bu qrupu daha hansı altqruplara ayırmaq olar?
TƏDQİQAT SUALI: Qrupun ümumi əlamətlərini necə müəyyən etmək olar?
Qrupu altqruplara necə ayırmaq olar?
Tədqiqatın aparılması
Müəllim dərslikdən istifadə edərək şagirdlərin fəal iştirakı ilə informasiyanı şərh edir.
Şagirdlər 4 qrupa bölünür.
Bütün şagird qrupları üçün tapşırıqlar müxtəlif olsa da, şərtləri eynidir:
I cədvəldə verilmiş qrupun ümumi əlamətlərini yazmaq tələb olunur. Onun elementlərindən
mümkün qədər çox altqruplar yaradılıb onların adlarını və hər altqrupun xüsusi
əlamətlərini cədvəldə göstərmək tələb olunur.
I qrup:
1.
I cədvəldə “Ağaclar” qrupunun ümumi əlamətlərini yazın.
2. Mümkün qədər çox altqruplar yaradın. İkinci cədvəldə hər bir altqrupun adını və
xüsusi əlamətlərini göstərin.
II qrup:
1.
I cədvəldə “Quşlar” qrupunun ümumi əlamətlərini yazın.
2. Mümkün qədər çox altqruplar yaradın. İkinci cədvəldə hər bir altqrupun
adını və xüsusi əlamətlərini göstərin.
III qrup:
1.
I cədvəldə “Bina” qrupunun əlamətlərini yazın.
2. Mümkün qədər çox altqruplar yaradın. İkinci cədvəldə hər bir altqrupun adını və
xüsusi əlamətlərini göstərin.
IV qrup:
1.
I cədvəldə “Ayaqqabı” qrupunun əlamətlərini yazın.
2. Mümkün qədər çox altqruplar yaradın. İkinci cədvəldə hər bir altqrupun adını və
xüsusi əlamətlərini göstərin.
Məlumat mubadiləsi və muzakirəsi
Hər bir qurupun numayəndəsi islərini təqdim edir.Məlumat mubadilesi bas
verir.Muəllim suallar verir:
1. qrupa:
-“Agaclar” qrupunun hansi umumi əlamətləri var?(bitir,bərk gövdəsi
var,budaqları,yarpaqları,kökü
var) Nəyə görə “meyvəsi var” –ümumi əlamət deyil?(hər ağacın meyvəsi olmur)
-“Əkirlər”-ümumi əlamətdir? Niyə?(hər ağaci əkmirlər,eləsi var ki,özü bitir)
-Bəs “payızda yarpaqlarını tökür”?
-Hansı altqrupları yazdınız?(“iynəyarpaqli ağaclar”,”enliyarpaqlı ağaclar”,”meyvə
ağacları”,”hə-
mişəyaşıl ağaclar”)
2. qrupa:
-Bütün quşların ümumi əlamətləri nədir?(qanadlari,tükləri,dimdiyi,quyruğu var,yumurta
qoyur,
dənləyir,qanad çalir)
-Bəs “uçur” əlaməti bütün bunlarin əlaməti sayila bilərmi?(bəzi quşlar uçmur,ona görə də
bu,
ümumi əlamət deyil)
-Bəs “Soyuq havalarda isti ölkələrə köçür”əlaməti?
-Quşlari hansi altqruplara ayirmaq olar?(“uçan quşlar”,”uçmayan quşlar”,”köçəri
quşlar”,”ev
quşlari”, “yirtici quslar”)
3. qrupa:
- Bütün binaların ümumi əlamətləri nədir? (insan tərəfindən tikilir, insanlar istifadə edir,
girişi, qapısı, damı, pəncərəsi var)
- “İçində insanlar yaşayırlar”-ümumi əlamət sayıla bilərmi? (yox)
- “Onun mərtəbələri var”- ümumi əlamət sayıla bilərmi? (yox)
- Binaları hansı altqruplara ayırmaq olar? (mağazalar, məktəblər, institutlar, fabriklər,
zavodlar, bağçalar, apteklər..)
- Mağaza fabrikdən nə ilə fərqlənir? Bəs bağça məktəbdən?
4. qrupa:
- Ayaqqabı qrupunun ümumi əlamətləri nədir? (insan tərəfindən hazırlanır, geyimin bir
hissəsidir, ayağa geyinilir, insanın ayaqlarını zədədən qoruyur)
- “Bütün ayaqqabılar soyuqdan qoruyur” ümumi əlamət sayıla bilərmi? (yox. Hər ayaqqabı
soyuqdan qorumur)
- “Dabanı var” ümumi əlamət sayıla bilərmi? (yox)
- “Xəzi var” ümumi əlamət sayıla bilərmi?
(yox)
- Ayaqqabıların hansı alt qruplarını yaratmaq olar? (idaman ayaqqabıları, qış
ayaqqabıları)
- İdman ayaqqabısının fərqləndirici əlaməti
nədir?
Nəticə
Müəllim sinifə müraciət edir:
Obyektlər hansı əlamətlərinə görə qruplaşdırılır? Qrupun ümumi əlamətini necə
müəyyən etmək olar? Qrupa daxil olan obyektlərin ümumi əlamətlərindən savayı hansı
əlamətləri var? Qrupa daxil olan obyektləri altqruplara necə ayırmaq olar?
Müəllim şagirdlərin cavablarını ümumiıləşdirib onlarla birlikdə nəticə çıxarır:
Obyektləri ümumi əlamətlərinə görə qruplaşdırırlar. Deməli, qrupun “ümumi
əlaməti” deyəndə, bu əlamət ona daxil olan hər bir obyektə aid olmalıdır. Ümumi əlamət
obyektlərin tərkib hissələrinə, hərəkətlərinə, yaxud da digər kəmiyyət və keyfiyyət
xassələrinə görə ola bilər. Qrupa daxil olan obyektlərdən bəzilərini digər oxşar əlamətlərinə
görə başqa cür qruplaşdırmaq olar. əsas qrupun obyektlərindən təşkil olunmuş yeni qrup
əsas qrupun altqrupu olacaq. Altqrupa daxil olan obyektlərin əsas qrupun ümumi
əlamətlərindən başqa, bu altqrupu fərqləndirən digər əlamətləri də var.
Qiymətləndirmə
Müəllim tədqiqat işinin əvvəlində şagirdlərlə birlikdə müəyyən etdikləri meyarlar üzrə
qrup işlərini qiymətləndirə bilər. O, həmçinin, öz şagirdlərinin özünüqiymətləndirmə
formasında dərsin məqsədlərinə uyğun meyarlarla cədvəl üzrə qiymətləndirmə aparır.
Hazırladı:
Sumqayıt şəhər
36 nömrəli
tam orta məktəbin İnformatika
müəllimi Emma Piriyeva..