PowerPoint - Sumqayıt Şəhər Təhsil Şöbəsi

Download Report

Transcript PowerPoint - Sumqayıt Şəhər Təhsil Şöbəsi

“Hər bir xalqın milliliyini , mənəvi
dəyərlərini yaşadan , inkişaf etdirən onun
dilidir”.Ulu öndərimizin söylədiyi bu sözlər bu gün
hər bir azərbaycanlının yaddaşına həkk
olunmuşdur. Dil hər bir millətin maddi və mənəvi
irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən
güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı
bilməli və onu qorumalıdır. Məhz elə bu səbəbdən də
SŞTŞ-nin təşəbbüsü ilə noyabr ayı məktəblərdə Ana
dili ayı kimi qeyd olundu.
Belə bir təşəbbüs məktəbimizin müəllim və
şagird kollektivi tərəfindən sevinclə qarşılandı.Elə ilk
gündən başlayaraq hər gün davamlı olaraq səhər
idmanından əvvəl ölməz sənətkarımız G.
Məmmədovun ifasında “Şirin dil “ mahnısı səslənir,
sonra isə ana dilimizə həsr olunmuş şeirlər
söylənməyə başlandı. Ana dili ilə bağlı bütün fənn
müəllimləri divar qəzetləri və bülletenlər
çıxardılar.Məktəbimizin dəhlizləri görkəmli
şəxsiyyətlərin, yazıçı və şairlərimizin dil haqqında
söylədikləri kəlamlarla bəzəndi.
Həm ibtidai sinif , həm də Azərbaycan dili müəllimlərinin
birgə axtarışları, birgə səyləri nəticəsində bir-birindən maraqlı
açıq dərslər keçirildi. Bütün dərslərdə İKT-dən, yeni təlim
metodlarından bacarıqla istifadə olundu.Məmmədova Nəzakət
“Üç oğlan”(3c), Vəliyeva Aybəniz “Koroğlu” (1b), Fətəliyeva
Aytən “Bağban və oğulları ( 2b ), Atamxanova Firuzə “D”
hərfi (1c), Ağayeva İlhamə “Eyni mənalı və yaxınmənalı
sözlər” (2a), Məhərrəmova Aynurə “Qaraca qız” (3b),
Hüseynov İradə “Ana” əsərinin təhlili ( 9a ), Fərmanova Şəhla
“Say və onun növləri” (6a),Quliyeva Sahibə “Miqdar
saylarının yazılışı” (6b), Kalbalıyeva Rəhilə “Azərbaycan” şeiri
(5b), Mustafayeva İradə “Lakonizm nədir?” (5a) mövzusunda
açıq dərslər keçirdilər. Onu da qeyd edim ki, bu açıq dərslərin
keçirilməsində məktəbin azərbaycan dili və ibtidai sinif
müəllimlərinin xüsusi diqqəti və zəhməti oldu.
Açiq dərslərlə yanaşı 4-cü siniflər arasında “Dilim mənimanam mənim” mövzusunda inşa müsabiqəsi keçirildi.
Müsabiqədə bəzi şagirdlərin inşaları xüsusilə seçildi. Onlardan
Abdullazadə Əminə, İsmayılov Firudin, Nəcəfov Cavidan,
Xudaverdiyev Vahid, İlyaslı Uğur, Qulamov Sərdar və
başqalarının adını qeyd etmək olar. Yuxarıda adları qeyd
olunan şagirdlərin inşalarında ana dilinə olan məhəbbətləri
qabarıq şəkildə əks olunmuşdur.
4a və 4b sinifləri arasında bilik yarışı da şagirdlər
arasında böyük marağa səbəb oldu. Xüsusən də Azərbaycan
dilindən keçirilən bu bilik yarışması maraqlı anlarla yadda
qaldı. Komandaların hər biri qalib olmaq üçün öz bilik və
bacarıqlqrını nümayiş etdirdilər.Birinciliyi əldən verməmək
üçün sona qədər mübarizə apardılar.Sonda qalib olan
şagirdlərə fəxri fərman və hədiyyələr də təqdim olundu.
Qalibilər : Nəcəfzadə Cavidan 4a - I yer , İlyaslı Uğur 4b – II
yer , İbrahimova Rauf 4a - III yer
Ən yadda qalan tədbilərdən biri də 1 və 11-ci siniflər
arasında keçirilən şeir yarışması oldu. Şagidlər şairlərimizin
doğma dilimizə həsr etdikləri, insanın ruhunu oxşayan birbirindən gözəl şeirlərini söylədilər. Müsabiqənin sonunda
məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlar və hədiyyələr
təqdim edildi.
“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda
konfrans keçirildi. Konfransda müəllimlər məruzələrlə
çıxış etdilər. Xüsusilə müəllimlərdən Quliyeva Sahibə və
Mustafayeva İradənin çıxışları daha da yadda qalan oldu.
Həmin çıxışları Sumqayıt Təhsil Şöbəsinin saytında
e-tehsil.net yerləşdirilib.
Aylığın sonunda “ Ana dilim, səndədir xalqın əqli
hikməti” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin
keçirilməsində müəllim və şagird kollektivi ilə yanaşı
valideynlər də yaxından iştirak etdilər. Tədbirdə
şagirdlərimiz bir-birindən gözəl şeirlər, rəngarək
səhnəciklər, milli rəqslər, mahnılarla çıxış edərək ana
dilimizi necə sevdiklərini ,sözün əsl mənasında, sübut
etdilər. Sonda məktəbin direktoru Müqabil Abbasov
şagirdlərə, müəllim və valideynlərə dərin təşəkkürünü
bildirdi və ana dilimizi həmişə sevməyi , qorumağı
tövsiyə etdi.
2 nömrəli məktəbin kollektivi adından SŞTŞ-nin
rəhbərliyinə bu gözəl təşəbbüs üçün təşəkkür edrik .
Qeyd etmək istəyirik ki,bu cür tədbirlərin keçirilməsi
şagirdlərdə ana dili və ədəbiyyatımıza olan marağın
artmasına, onlarda vətənpərvərlik ruhunun
yüksəlməsinə və xalqımıza, dövlətimizə layiq şəxsiyyət
kimi formalaşmasına təkan verir.Sonda nəzərinizə
çatdırmaq istəyirik ki, qarşıdakı aylarda məktəbimizdə
keçiriləcək fənn aylıqlarının da başlanmasına start
verildi.
Ana dili aylığında keçirdiyimiz gecə , açıq dərslər, bilik
yarışması və sairə tədbirləri müəllimlərimiz e-tehsil.net
saytında yerləşdirib.