Faylın ölçüsü: 1.43 MB

Download Report

Transcript Faylın ölçüsü: 1.43 MB

Adətən insanlar zamanın ardınca gedir. Yalnız dahilər
zamanı qabaqlayırlar. O, zamanı qabaqlamağa qadir
şəxsiyyət idi. Qısa zaman kəsiyində dünyanın nəhəng
dövlətlərinin mənafeyini Azərbaycanda birləşdirdi. Dövlət
qurdu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini
formalaşdırdı. Dünya azərbaycanlılarının birliyini yaratdı.
Sonda isə ölüm aman vermədi.
12 dekabr 2003-cü il. Həmən gün o acı xəbərə heç kim inanmaq
istəmirdi. Bu acını qəbul etmək, həzm etmək mümkün deyildi də. Hər
dəfə ulu öndər səfərdən dönərkən hava limanın yollarına dikilən
gözlərə bu dəfə kədər çökmüşdü. Bu, hava limanında ulu öndərin son
qarşılanma mərasimi idi. Matəm karvanının keçdiyi yol boyunca
qırmızı qərənfillər düzülmüşdü. Minlərlə insan matəm karvanını qəhərli
göz yaşlarıyla müşaiyət edirdi. Bu insanları küçələrə, yollara çıxmağa
heç kim məcbur etməmişdi. Onları bura gətirən insani hisslər, ulu
öndərə olan son borclarınnın vermək istəyi idi. Bu gedişi ilə o, əbədi
olaraq ürəklərə köçdü. Hər bir azərbaycanlının ürəyinə. Ulu yaradan
ona çox şey vermişdi: fenomen yaddaşı, dərin təhlil qabiliyyətini, öz
xalqına, vətəninə bağlılığı, sadəliyi, dözümü, bəlağətli nitqi, hətta
yaraşıqlı boy-buxunu. Və nəhayət tarix yaratmaq bacarığını…
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində
anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində 6 nömrəli orta
məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutuna (MDBƏİ) daxil olmuş, təhsilini başa vurduqdan sonra 1982-ci
ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1985-ci ildə
dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda
müəllim işləmişdir.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya
müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. Eyni zamanda, 1997-ci ildən
Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. Bu sahədəki xidmətlərinə görə Beynəlxalq Olimpiya
Komitəsinin ali ordeni ilə təltif edilmişdir. İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının
Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin
edilmişdir. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini,
2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında
(AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvar
ayında AŞPA sədrinin müavini və Büro üzvü seçilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti
seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına
və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və
AŞPA medalı ilə təltif edilmişdir. 2008-ci il oktyabrın 15-də İlham Əliyev
ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti
seçilmişdir. Hakimiyyətdə olduğu müddətdə Azərbaycanın daxili və xarici
siyasətində, mədəni inkişafında böyük işlər görmüş İlham Əliyev yenidən
xalqın etimadını qazanaraq 5 il sonra 2014-cü il oktyabrın 9-da üçüncü
dəfə Azərvaycan Respublikasının prezidenti seçilmişdir.
Görkəmli şərqşünas və tarixçi, Sovet İttifaqı qəhrəmanı, Dövlət mükafatı laureatı, əməkdar elm xadimidir.
Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1939-cu ildə orta
məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirmişdir. İkinci Dünya
Müharibəsində iştirak edərək, Berlinədək şərəfli döyüş yolu keçirmişdir. Leytenant Ziya Bünyadov 1942-ci ildə
Mozdok yaxınlığında ilk döyüş sınağından çıxmışdır. Z. Bunyadov II Dünya müharibəsində iki dəfə yaralanır və
kontuziya alır. 1945-ci il yanvarın 14-də Ziya Bünyadov əsgərləriylə Polşanın Visla rayonunda Pilitsa çayı üzərində
strateji əhəmiyyetli körpünü tutur. Həmin döyüşdə rota 100 nəfər hitlerçini məhv edib, 45 nəfər əsir götürür və
düşmənin döyüş texnikasını ələ keçirir. Bu qəhrəmanlığına görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 27
fevral tarixli fərmanı ilə bölmənin komandiri Ziya Musa oğlu Bünyadova ən yüksək fəxri ad – “Sovet İttifaqı
Qəhrəmanı” adı verilir. Ziya Bünyadov, II Dünya Müharibəsi cəbhələrində göstərdiyi igidlik və qəhrəmanlıqlara
görə “Qırmızı Bayraq”, “Qırmızı Ulduz”, “Aleksandr Nevski”, “II dərəcəli Vətən Müharibəsi Ordenləri”, “Qafqazın
Müdafiəsinə görə”, “Varşavanın azad edilməsinə görə”, “Berlinin alınmasına görə” və “Almaniya üzərində qələbəyə
görə” medallari ilə təltif edilmişdir. Müharibə qələbə ilə bitəndən sonra 1946-cı ilədək Ziya Bünyadov Berlinin
Pankov rayonunda hərbi komendant yardımçısı kimi çalışıb.
Ölkənin quruculuq həyatında da fərqlənən qəhrəman Ziya Bünyadov Almaniyanın ən yüksək mükafatlarından
biri –“Vaffenbruderşaft”" qızıl medalı ilə təltif edilir. Almaniyanın Gənclər İttifaqı isə Ziya Bünyadovu “Artur
Bekker” qızıl medalına layiq görür.
Ordudan tərxis olunduqdan sonra Z.Bünyadov 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin
institutun aspiranturasına daxil olur. 1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edən Ziya Bünyadov Moskva
və ya Sankt-Peterburqda qalıb işləmək təkliflərini qəbul etməyərək, Azərbaycana qayıdır.
Z.Bünyadov 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olmuşdur. Elə həmin ildə o, tarix elimləri
doktoru elmi dərəcəsi və 1965-ci ildə isə professor adına layiq görülmüşdür. 1967-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1973-cü ildə akademiyanın
həqiqi üzvü seçilmişdir.
Eyni zamanda 1970-ci ildən “Azərbaycan EA-nın Xəbərləri” jurnalının tarix, fəlsəfə və hüquq seriyasının baş redaktoru olmuşdur. Görkəmli
akademik 1980-ci ildə dövlət mükafatına layiq görülür.
Görkəmli alim 1981-ci ildən ömrünün sonunadək Azərbaycan EA-nın Şərqşünaslıq İnstitunun direktoru vəzifəsini icra etmiş, 1990-cı ildə isə
Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Elmi fəaliyyəti ilə yanaşı, siyasətlə də məşğul olan Z. Bünyadov milli məclisin deputatı olduğu
müddətdə öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixcilərinin əsassız iddialarını faklarla ifşa etmişdir.
Tanınmış alim 1997-ci il fevral ayının 21-də nəməlum cinayətkarlar tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Akademik Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay şəhərlərinin fəxri vətəndaşı idi.
Z. Bünyadovun daha çox şöhrət tapmış monoqrafiyaları – “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylər dövləti” (1136-1225)
“Qafqaz Albaniyası tarixindən”, “Xəzər dənizi ərəb məxəzlərində”, “Torpaq mülkiyyəti vergilərinin növləri: Vergilər və Xarəzmşahların vergi yığımı”
(1097-1203), “Dinlər, təriqətlər, məzhəblər” adlı qiymətli elmi və “Polis məmuru Dümbül bəyin macərası” (bənzətmə), “Naxçıvan sancağının müfəssəl
dəftəri”, “Tarixnamə” və s-dir.
Ziya Bünyadov həm də Şərq dillərinin bilicisi kimi gözəl tərcüməçi idi. Onun əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və dünyanın bir sıra
başqa ölkələrində nəşr olunmuşdur. O, dünyanın bir sıra alimlərinin əsərlərini ingilis, ərəb, rus və türk dillərindən tərcümə etmişdir. Görkəmli alim
həyatının son illərində Tacəddin əs-Salmaninin “"Tarixnamə”, V.V.Bartoldun “Xəzəryanı vilayətlərin müsəlman aləmində yeri”" əsərlərini tərcümə edir.
Xüsusilə qeyd etməliyik ki, Akademik Z.Bünyadovun ən yaddaqalan töhfələrindən biri də professor Vasim Məmmədəliyevlə birgə “Qurani-Kərim”i
Azərbaycan dilinə tərcümə etməsidir.
Napoleon Bonapart döyüşdə İspaniyanı məğlub etmişdir. İspaniya kralı "siz ancaq
pul və mal üçün döyüşərsiniz, biz isə namusumuz və şərəfimiz üçün döyüşərik"
demişdir...
Buna cavab olaraq Napoleon deyir: -Bəli insanın nəyi əskiksə, onun üçün döyüşər…
Az bilib çox danışan Bədxərclik edən kasıba oxşayır.
Daranın ailəsi əsir götürülmüşdü, İsgəndər hamıya tapşırdı ki, onlarla şah ailəsi kimi rəftar
etsinlər, qadınların saxlandığı çadıra yaxınlaşmasınlar. Makedoniya çarının bu alicənablığı
Asiya xalqları arasında ona böyük nüfuz və hörmət qazandırdı.
Döyüşdən sonra Dara İsgəndərə xəbər göndərib öz imperiyasının bir hissəsini Yunanıstandan Dəclə-Fərat sahillərinə kimi geniş bir ərazini ona təklif etdi. Makedoniya
ordusunun ən nüfuzlu sərkərdəsi Parmenion İsgəndərə dedi:
-Mən İsgəndər olsaydım, razılaşardım.
-Mən də razılaşardım əgər İsgəndər olmasaydım - deyə cavab verdi.
O, Daraya öz məşhur cavabını göndərdi: «Mən İranın hamısını yarısına dəyişmək fikrində
deyiləm.»
Hun imperatoru Atilla 452-ci ildə Romaya yönəldi. İmperiya təşviş içində idi. Atilla Romanın
qapılarının ağzına çatanda Roma papası başda olmaqla onun yanına nümayəndə heyəti
göndərildi. Atilla bu heyəti öz qərargahında qəbul etdi. "Səni salamlayıram, Allahın bəlası!"
deyərək Papa Atilladan Romanı bağışlamasını xahiş edirdi. Onun bütün şərtləri qəbul edilirdi,
təki qoşun şəhərə girməsin. Atilla İstanbula girmədiyi kimi, Romaya da girmədi. Orada dünya
memarlığının nadir inciləri, qədim dövrlərə aid saysız-hesabsız qiymətli əlyazmalar, kitablar
vardı. Bunların məhvi dünya mədəniyyətinə böyük zərbə olardı. İsgəndəriyyə kitabxanasının
yandırılmasına səbəb Makedoniyalı İsgəndər və Sezardan fərqli olaraq, Atilla tarixi irsin gələcək
nəsillər üçün qalmasını istəyirdı.
Nəhayət, Roma papası 1-ci Lev Atillanın onun qarşısında əyilib başına tac qoydu və onu
Avropanın imperatoru elan elədi. Bunu Napoleon da düşünürdü və o da Atilla kimi papanı
hüzuruna gətirdən ikinci Avropa imperatoru oldu.
Azərbaycan xalqının birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr
qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik
gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.Bu gün
Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 20 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50
milyona yaxın azərbaycanlı qeyd edir. Düz 23 il bundan əvvəl, 1989-cu ildə Ordubaddan tutmuş Şəruradək sərhəd dirəkləri
sökülməyə başlayıb. Naxçıvanda bir qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa toplaşan hərəkat
liderlərinə hədiyyə edilib. Həmin gün dünyanın ən gözəl çiçəkləri kimi hamı o məftilləri bağrına basıb. Elə həmin tarixdə
İstanbulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər şey də o tarixdən başlandı. İstanbulda Dünya Azəri Türk
Dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair
qərar verildi. İki il ötdü,1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci
ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda qeyd olunur.
Bayramınız mübarək!
Yeni il dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, bizim də məişətimizə daxil olub. Hər şeyin əvvəli olduğu
kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim
germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Alimlərin fikrincə, ilk sivilizasiya eramızdan əvvəl IV minillikdə Nilin aşağı vadisində yaranıb və elə Yeni il də ilk dəfə (III
minillikdə) burada qeyd edilib. Yerli əhali torpaqla bağlı işlərə martın sonunda başlayırdı. Əkin-biçinə başlamazdan əvvəl onlar 12 gün
ərzində işıq allahı Mardukun ölüm və dağıdıcı qüvvələr üzərindəki qələbəsinə həsr edilmiş gəzintilər, karnavallar və maskaradlar təşkil
edirdilər. Həmin gün işləmək, məhkəmə qurmaq, kimisə cəzalandırmaq qadağan edilirdi. Deyilənlərə görə, bu ənənə vavilonlulardan
yəhudilərə, yəhudilərdən isə yunanlara keçib. Beləliklə də Qərbi Avropaya yayılıb. Romalılar Avropanı zəbt etdikdən sonra isə bayram
yanvarın 1-nə keçirilib.
Yeni il şənliklərində küknar ağacının bəzədilməsi adəti də qədim dövrlərə təsadüf edir. Amma
qədimdə Yeni il bayramı üçün albalı ağacı yetişdirilirdi. Bayram günü çiçəkləmiş kiçik albalı
ağacının yanında şamlar yandırılırdı. Küknar ağacının bəzədilməsi tarixi isə təxminən iki min il
əvvələ gedib çıxır. Ümumiyyətlə, insanlar ağacları müqəddəs hesab edərək bəzəməyə başlayıblar.
Qədimdə ağacların sehri və ovsununa çox böyük inam var idi. Həmişəyaşıl küknar xüsusi
fərqlənirdi. O, həyat və yeni doğuluşun rəmzi kimi müqəddəs, dünyəvi ağac hesab edilirdi. Hər il
dekabrın sonunda (günəş ili başlananda) insanlar bol məhsul almaq məqsədi ilə ruhları
mehribanlaşdırmaq üçün məhz bu ağacın üzərinə müxtəlif hədiyyələr asırdılar. Qədim avropalılar
isə yaşıl budaqlara məhsuldarlıq, bərəkət rəmzi kimi alma, inkişaf edən həyat, harmoniya və
firavanlığın rəmzi kimi yumurta asırdılar. Belə bəzədilmiş küknarın şər qüvvələri qovduğu güman
edilirdi. Küknar budaqlarını həm də evin qapısından asırdılar. Sonralar isə küknarı oyuncaqlarla
bəzəməyə başlayırlar. Və tədricən almanlara məxsus olan bu ənənə mülklərə və qəsrlərə gedib çıxır.
Burada isə əcnəbilərlə nikah bağlayan şahzadələr yaşayırdı. Məhz Britaniya taxt-tacının varisinə ərə
gedən gənc alman şahzadəsi XVII əsrin sonunda İngiltərədə ilk bəzəkli küknar ağacını qurur.
Almaniyadan olan daha bir şahzadə bunu fransızlara da öyrədir. Rusiyada isə ilk küknar ağacları
XIX əsrin 30-cu illərində bəzədilməyə başlayır. Evlərin küknar budaqları ilə bəzədilməsinə I
Pyotrun dövründə rast gəlinsə də, bayramda küknar ağacını yalnız Peterburq almanlarının
evlərində görmək olardı. Paytaxt küçələrində isə bəzəkli küknar yalnız 1852-ci ildə qurulur.
Qədim dövrlərdə küknar ağacını şər qüvvələrdən qorunmaq üçün bəzəyirdilərsə, indi bu
barədə heç kim düşünmür...