Sinoptik meteorologiya f*nninin tarixi

Download Report

Transcript Sinoptik meteorologiya f*nninin tarixi

MİLLİ AVİASİYA
AKADEMİYASI
Meteorologiya elmi atmosferi, onun
quruluşunu, xüsusiyyətlərini və onda baş verən
fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki
yunan sözünün birləşməsindən: meteor atmosfer hadisəsi, logiya - elm sözlərindən
yaranmışdır. Atmosferdə baş verən proseslərin
öyrənilməsinin əsas mahiyyəti bu proseslər
üzərində müşahidələrin aparılırması və alınmış
nəticələrin sonradan təhlil olunmasından
ibarətdir.







Meteorologiya elmi bir neçə sahəyə bölünür və onlardan
ən mühümləri aşağıdakılardır:
Aviasiya meteorologiyası - aviasiya uçuşlarının meteoroloji
təminat məsələlərini öyrənir;
Atmosfer fizikası - atmosferin dinamik və termodinamik
məsələlərini, optikasını və atmosfer cərəyanını öyrənir;
İqlimşünaslıq - Yer kürəsinin iqlim xüsusiyyətlərini və iqlim
yaradan amillərin qarşılıqlı əlaqəsini öyrənir;
Sinoptik meteorologiya - proqnoz məqsədilə atmosfer
proseslərinin yaranma mexanizmlərini, hava şəraitinin
dəyişmə səbəblərini öyrənir;
Aqrometeorologiya
meteoroloji
şəraitin,
hava
hadisələrinin kənd təsərrüfatı bitkilərinə təsirini öyrənir;
Aerologiya
radiozondlar
vasitəsilə
atmosferin
təbəqələrində meteoroloji parametrləri və onların
dəyişməsini öyrənir;
Aktinometriya – Günəş, Yer və atmosfer şüalanmasını
öyrənir.
Sinoptik meteorologiya fənninin predmeti havanın
qabaqcadan xəbər verilməsi (proqnozu) məqsədi ilə
atmosfer proseslərinin inkişaf qanunauyğunluqlarını
öyrənməkdir.
Müəyyən zaman anında Yer kürəsinin ixtiyari
məntəqəsi və ya rayonu üzərində atmosferin vəziyyəti
hava adlanır. Hava təzyiq, temperatur, rütubət, külək,
buludluq, atmosfer yağıntıları kimi əsas meteoroloji
kəmiyyətlərin qiymətləri, duman, tufan, çovğun, toz,
(qum) fırtınası və s. kimi xüsusi hadisələr toplusu ilə
səciyyələnir.
Meteorologiya elminin tarixi qədim dövrlərə təsadüf
etməklə, e.ə. II əsrdə Yunanıstanda Hipparx tərəfindən elmə
gətirilmişdir.
XVII əsrin ortalarında barometrin və termometrin
ixtirasından sonra onların göstəricilərinə əsasən havanın
proqnozuna cəhd göstərilirdi.
Meteorologiyanın sinoptikaya qədərki dövrц sinoptik
meteorologiyanın inkişafına şərait yaratdı. Bu dövrdə bir çox
ölkələrdə havanın müşahidəsi üçün sistemli müşahidə
məntəqələri yerləşdirildi. Küləyin istiqamətinin paylanma
qanunauyğunluqları (passatlar) kəşf olundu, ilk külək xəritələri
və daha sonra atmosferin ümumi sirkulyasiya sxemləri tərtib
olundu.
Sinoptik meteorologiyanın inkişafı XIX əsrdə başladı.
Hava şəraitinin təhlil vasitələrinin, və ya, proqnoz metodlarının
inkişasfını səciyyələndirən bir neçə mərhələni ayırmaq olar.
Hazırlıq dövrü (1826-1860) - ilk sinoptik xəritələrin tərtib
olunmasından müntəzəm hava xidmətinin təşkilinə qədər.
1826-cı ildə Almaniyada Brandes tərəfindən bir neçə
məntəqənin 24-25 dekabr 1821-ci il və 2-3 fevral 1823-cu il
tarixlərinə aid müşahidə məlumatları əsasında tərtib olunmuş
hava xəritələri nəşr olundu. Xəritələrdə təzyiqin normadan
sapmaları qeyd olunmuş, lakin, materiklərin konturları və hərhansı izoxətlər qeyd olunmamışdı.
1846-cı ildə ABŞ-da Lumis tərəfindən 1842-ci ilin bir neçə
gününə aid müşahidə materiallarına əsasən tərtib olunmuş
xəritələr nəşr olundu. Bu xəritələrdə havanın daha dəqiq
xüsusiyyətləri göstərilmiş və bir neçə meteoroloji kəmiyyətin
izoxətləri qeyd olunmuşdu.
1843-cu ildə K. Kreyl Praqada ilk dəfə olaraq meteoroloji
məlumatın teleqraf vasitəsilə toplanması ideyasını irəli
sürmüşdü.
Birinci mərhələ (1860-1920) - Hava xidmətinin təşkil
olunmasından atmosfer cəbhələrinin təhlilinin operativ işə daxil
edilməsinə qədər.
Meteoroloji məlumatın beynəlxalq mübadiləsi 1856-cı ildə
Fransa və Rusiya arasında sülh imzalandıqdan sonra mümkün oldu.
İlk mərhələdə siklon və antisiklonların ümumi yerdəyişmə
qanunauyğunluqları aşkarlanmış və hava proqnozunun ilk üsulları
işlənib hazırlanmışdır. Daha böyük diqqət barik sistemlərinin
təhlilinə ayrılırdı. Siklonların konvektiv (Espi, Ferrel, Moi) və
termik (P.İ. Brounov) nəzəriyyələri geniş vüsət aldı.
1878-ci ildə Li və Keppen "qasırğa xətti" adlandırdıqları
simoptik obyekti kəşf etdilər ki, bu sinoptik obyekt Düran və
Qrevilin sonrakı (1892) tədqiqatları nəticəsində soyuq cəbhə adını
aldı.
Bu dövrdə sinoptik meteorologiyanın növbəti mərhələlərinin
inkişafı üçün bünövrə qoyulmağa başladı. Frontal səthin meylliyini
ifadə edən düsturlar əldə olunmuş (Qelmqols, 1889; Marqules 1906)
və barik topoqrafiya metodunun prinsipləri işlənib hazırlanmışdı (V.
Byerknes, 1910-1912.).
İkinci mərhələ (1920-1940) - operativ işə atmosfer
cəbhələrinin
təhlili
və
atmosferin
radiozond
məlumatlarının daxil edilməsi.
Bu dövrdə atmosfer cəbhələri və siklonlar haqqında
nəzəriyyə daha da inkişaf etdirildi, hava kütlələrinin
transformasiyası haqda dərslik işlənib hazırlandı.
P.A. Molçanov tərəfindən 1930-cu ildə radiozondun
icadı sinoptik meteorologiyanın inkişafında yeni səhifə
açdı. Atmosferin şaquli quruluşunun öyrənilməsi dolayı
metodlarla (yerüstü müşahidə məlumatlarına əsasən)
deyil, atmosferin radiozondlama məlumatlarına əsasən
mümkün oldu. Aeroloji müşahidə məntəqələri şəbəkəsi
yaradıldı və ilk barik topoqrafiya xəritələri tərtib
olunmağa başladı.
Üçüncü mərhələ (1940-1960) - yüksəklik hava
xəritələrinin və ədədi proqnoz metodlarının geniş tətbiqi.
Məhz bu mərhələdə barik topoqrafiya xəritələrinin
tətbiqi sayəsində atmosfer proseslərinin sinoptik təhlili
üçölçülü şəkil aldı. Bu mərhələdə barik sistemlərin
yerdəyişməsi və evolyusiyası ilə hava axınları sahəsinin
xüsusiyyətləri arasında əlaqə müəyyən olundu.
1943-cü ildə E.N. Blinova tərəfindən ədədi
uzunmüdətli proqnozlar sahəsində təcrübələr həyata
keçirilməyə başlandı.
XIX əsrin 70-ci illərində (1872-1873) Beynəlxalq
Meteorologiya təşkilatı yaradılmışdır ki, İkinci Dünya
müharibəsindən sonra (26 iyun 1945-ci il) o, Ümumdünya
Meteorologiya (WMO) təşkilatı adını aldı.
23 mart 1950-ci il tarixində Ümumdünya
Meteorologiya Təşkilatının Konveksiyası qüvvəyə mindi.
Dördüncü mərhələ (1960-cı ildən müasir dövrə qədər
- Peyk meteoroloji məlumatların istifadəsi və hidrodinamik
proqnoz metodlarının operativ işdə geniş tətbiqi.
Ötən əsrin 60-cı illərinin sonunda Sovet Höküməti və
ABŞ-da meteoroloji kosmik sistemlər quraşdırıldı.
Müntəzəm peyk şəkillərinə əsasən bu və ya digər sinoptik
obyektlərlə əlaqəli olan müxtəlif miqyaslı bulud sistemləri
aşkarlandı.
Son 20 il ərzində atmosfer prosesləri, barik obyektlər,
onların enerjisi, dinamikası və yaranma xüsusiyyətləri, hava
şəraitinin proqnoz metodları haqqında geniş elmi praktiki
əhəmiyyət daşıyan biliklər əldə olunmuşdur. Yüksək
texnologiyaların inkişafı ilə əlaqədar olaraq yeni
kommunikasiya və rabitə sistemləri yaradılmışdır. İnternet,
GPS və GPRS, GSM mobil rabitə sistemləri, Meteoroloji
süni peyklər (MSP) və doppler radiolokatorları sinoptik
meteorologiyanın inkişafını xeyli gücləndirmişdir.