Atmosferin t*dqiqat metodlar*

Download Report

Transcript Atmosferin t*dqiqat metodlar*

MİLLİ AVİASİYA
AKADEMİYASI
Atmosfer və onda baş verən hadisələrin öyrənilməsi
bir neçə əsr davam etsə də, bu tədqiqatlar Yerə yaxın
qatlarla məhdudlaşırdı. Lakin, XIX əsrdə radiozondun və
təyyarənin kəşfindən sonra atmosfer Yerə yaxın qatlarla
yanaşı müxtəlif hündürlüklərdə öyrənilməyə başlandı.
Atmosferin quruluşu və fiziki xüsusiyyətləri haqqında
məlumatları əldə etmək üçün birbaşa və dolayı
metodlardan istifadə olunur.
Atmosferin birbaşa tədqiqat metodları atmosfer
parametrlərinin Yer üzərində və hündürlüklərdə
radiozondlar, təyyarə və raketlərlə qaldırılan cihazlar
vasitəsilə ölçməyə imkan verir.
Yer səthində meteoroloji müşahidə məntəqələrində
aparılan müşahidələr birbaşa metod kimi dəyərləndirilir.
Sutka ərzində yer səthində hava üzərində 100000
müşahidə aparılır. Meteoroloji məntəqələrdə müntəzəm
olaraq buludluq (miqdarı, forması, aşağı sərhəddinin
hündürlüyü), görünüş məsafəsi, havanın temperaturu,
küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, havanın
rütubətliyi və atmosfer hadisələri üzərində müşahidə
aparılır.
Müşahidələr eyni vaxtlarda, beynəlxalq sazişlərlə
razılaşdırılmış proqram üzrə saat 0000-dan başlayaraq hər
3 saatdan bir aparılır. Aviasiya uçuşlarını meteoroloji
məlumatlarla təmin etmək üçün isə müşahidələr hər 30
dəqiqədən bir aparılır.
Birbaşa tədqiqat metodlarından olan radiozond
metodunun əsası P.A. Molçanov tərəfindən qoyulmuşdur.
1930-cu ildə ilk radiozond havaya buraxılmışdır. Bu
radiozond sadə quruluşa malik olması ilə fərqlənirdi.
İlk radiozondlar teodolit vasitəsilə yer səthindən
müşahidəçi tərəfindən izlənilirdi və bu radiozondar
küləyin hündürlüklərdə xüsusiyyəti haqda məlumat
verirdi. Radiozondun ötürdüyü siqnallar yerdə qısadalğalı
qəbulediciyə ötürülürdü. Müasir dövrdə isə radiozondlar
radio vasitəsilə məlumatı kompyuterə ötürürlər və bu
məlumatlar real vaxt rejimində kompyuterin yaddaşında
toplanır. Radiolokasiya qurğularının yaranması ilə
zondların radar vasitəsilə izlənməsi mümkün oldu.
Bəzən radiozondlar təyyarələrdən
buraxılırlar. Onlardan ilk öncə elmitədqiqat
proyektlərində
istifadə
olunur.
Müasir radiozondların hündürlüyə
qalxması şarpilotun keyfiyyətindən
asılı olub, orta hesabla 20km və
maksimal olaraq 35 km təşkil edir.
2011-ci ildə ÜMT Vaisala
şirkətinin istehsalı olan radiozondları
ən keyfiyyətli radiozond olduğunu
elan etdi.
Şəkil 1. Radiozond
Müasir radiozondlar aşağıdakı kəmiyyətləri ölçürlər:
- təzyiq;
- hündürlük
- coğrafi mövqe (enlik/uzunluq);
- temperatur;
- nisbi rütubətlik;
- küləyin xüsusiyyətləri (sürət və istiqaməti);
- böyük hündürlüklərdə kosmik şüaların intensivliyi;
- ozonun konsentrasiyası (ozonozondlar).
Atmosferin yuxarı qatlarının tədqiqinin dolayı metodları yer
səthindən Atmosferin yuxarı qatlarında baş verən atmosfer
proseslərinin (qütb parıltısı, gümüşü buludlar, meteoritlərin
yanma izləri və s.) müşahidəsi əsasında atmosferin tərkibi və
quruluşu haqqında məlumat əldə etməyə imkan verir.
Atmosferin daha yuxarı qatları meteoroloji (100 km-ə
qədər) və geofiziki raketlər (400 km-ə qədər) vasitəsilə
öyrənilir. Hər bir raket meteoroloji avadanlıqlarla təchiz
olunmuş konteynerləri fəyaza qaldırır ki, daha sonra bu
konteynerlər paraüutlar vasitəsilə yerə qayıdırlar.
Dünyada ilk meteoroloji raket SSRİ-də proektə alınmış və
1937-ci ildə kosmik fəzaya buraxılmışdır. Raket 4500 m-ə
qədər hündürlüyü qət edə bilmişdir.
1957 ci ildən keçmiş SSRi-də Yerin ilk süni peykinin
buraxılması meteorologiya və digər elmlər qarşısında yeni
imkanlar açdı. Meteoroloji raketlərin buraxılması ilə SSRİ
və ABŞ-da yuxarı atmosferin sistemli öyrənilməsinə
başlandı.
Şəkil 2. Meteoroloji süni peyklər
Atmosferin kosmosdan öyrənilməsi
Meteoroloji peyk