Cəbhə dumanlarının proqnozu

Download Report

Transcript Cəbhə dumanlarının proqnozu

MİLLİ AVİASİYA
AKADEMİYASI
Dumanın proqnozu
Atmosferin aşağı təbəqəsində su buxarının
kondensasiyası nəticəsində görünüş məsafəsi 1000 mdən az olarsa, bu meteoroloji hadisəyə duman deyilir.
İntensivliyinə görə dumanlar 4 tipə bölünürlər:
- zəif dumanlar – görünüş məsafəsi 500-1000 m;
- mülayim dumanlar – görünüş məsafəsi 200-500 m;
- güclü dumanlar - görünüş məsafəsi 50-200 m;
- çox güclü dumanlar – görünüş məsafəsi 50 m-dən az.
Dumanların əmələ gəlməsinin sinoptik şəraiti çox
müxtəlifdir. Havanın soyuması nəticəsində yaranan
dumanlar aşağıdakılardır:
1) Radiasiya dumanları;
2) Advektiv dumanlar;
3) Qarışıq (advektiv-radiasiya) dumanlar.
Dumanların əmələ gəlməsinə hava şəraiti (buludluq,
külək, havanın rütubətliyi, şaquli temperatur qradiyenti),
səthin vəziyyəti və relyefin xüsusiyyətləri və s. təsir göstərir.
Duman şəraitinin proqnozu əsas etibarilə iki
temperaturun proqnozuna əsaslanır: duman əmələgəlmə
temperaturu (Tt), havanın minimal temperaturu (Tmin).
Duman əmələgəlmə temperaturu minimal temperaturdan
böyük olarsa hava proqnozunda duman gözlənilməlidir.
Tt  Tmin  
Radiasiya dumanlarının
proqnozu
Radiasiya dumanlarının yaranmasının əsas səbəbi
gecə saatlarında yerüstü təbəqədə səthin radiasiya
soyuması nəticəsində havanın temperaturunun aşağı
düşməsidir.
Radiasiya dumanlarının yaranması üçün əlverişli
şərait:
- Aydın və ya az buludlu hava şəraiti;
- Zəif külək (3-4 m/san-dən zəif);
- Soyuq havanın toplanmasını təmin edən çökək
relyef.
Radiasiya dumanlarının şaquli qalınlığı bir neçə
metrdən bir neçə on metrə qədər, bəzən isə 100-200 m-ə
qədər çata bilir.
N.V. Petrenko metodu ilə radiasiya
dumanlarının proqnozu
N.V. Petrenko duman əmələgəlmə temperaturunun
təyini üçün aşağıdakı tənliyi təklif etmişdir:
Tt = Td - Tt
burada, Td – ilkin anda şeh nöqtəsinin temperturu,
Tt – dumanların əmələ gəlməsi üçün lazım olan
soyuma temperaturudur.
N.V. Petrenko duman əmələgəlmə temperaturunu
müəyyən etmək üçün qrafik təklif etmişdir.
Radiasiya dumanlarının proqnozu
üçün operativ metodlar
Şəkil 1. Radiasiya dumanlarının proqnozu üçün qrafik.
Şəkil 2. N.V. Petrenko metodu ilə radiasiya dumanlarının proqnoz qrafiki.
1 – çən xətti, 2 – zəif duman xətti, 3 – güclü duman xətti.
Advetkitv dumanların proqnozu
Sinoptik şəraitin proqnozunda soyuq səth üzərinə isti
və rütubətli havanın adveksiyası proqnozlaşdırılırsa
advektiv advektiv dumanları gözləmək mümkündür.
Advektiv dumanlar bir qayda olaraq, qışda və ilin keçid
vaxtlarında havanın nəzərə çarpacaq dərəcədə isinməsi
zamanı yaranırlar.
Advektov dumanların yaranması üçün ümumi şərtlər
aşağıdakılardır:
- Yer səthində şeh nöqtəsi çatışmazlığının temperaturu
çox böyük olmamalıdır (d3°C şəraitində adətən,
dumanlar yaranmırlar);
- Yer səthində küləyi sürəti 8 m/s-dən çox
olmamalıdır.
İ.V. Koşolenko metodu ilə advektiv
dumanların proqnozu
Şəkil 3. Advektiv dumanların əmələgəlmə mümkünlüyü
üçün İ.V. Koşolenko qrafiki
N.V. Petrenko metodu ilə advektiv
dumanların proqnozu
N.V. Petrenko advektiv
dumanların proqnozu üçün
hərəkət
trayektoriyasının
başlanğıcında temperaturun
üfüqi qradiyentini (/∆S),
şeh nöqtəsi çatışmazlığını (d)
və yer səthində küləyin
proqnozlaşdırılan sürətini (v)
nəzərə almağı təklif edir.
Deyilənləri
əyaniləşdirmək
üçün N.V. Petrenko kompleks
qrafik təklif edir.
Şəkil 4. Advektiv dumanlar üçün
N.V. Petreko qrafiki.
Advektiv dumanların dağılma vaxtını təyin etmək və
proqnozlaşdırmaq üçün aşağıdakıları bilmək vacibdir.
Advektiv dumanlar:
- İsti
adveksiyasindan sonra dağılırlar (küləyin
istiqamətinin əksinə dönməsi);
- Günəşin çıxmasından sonra (temperaturun artması və
yer səthinin qızması);
- Yer səthinin radiasiya soyuması nəticəsində dağılırlar;
- Yerüstü küləyin sürətinin 8 m/s-dən daha çox artması
1-6 saatdan sonra dumanların dağılmasına səbəb olur;
- Yağıntıların
düşməsi nəticəsində də advektiv
dumanlar dağılırlar.
Cəbhə dumanlarının proqnozu
Cəbhə dumanları azhərəkətli isti cəbhələrin önündə
və ilin söyuq dövründə, yaxud, azhərəkətli soyuq
cəbhələrin arxasında yaranırlar. Cəbhə dumanlarının
yaranmasının əsas səbəbi yağış və çiskin damcılarının
buxarlanmasıdır. Bu tip dumanların fiziki mahiyyəti isə
daha isti hava kütləsindən nisbətən soyuq səthə düşən
yağış damcılarının kondensasiyasından ibarətdir.
Stasionar cəbhələrin dumanları adətən gecə
saatlarında müşahidə edilirlər.
Cəbhə dumanlarının proqnozu zamanı aşağıdakıları
nəzərə almaq lazımdır:
- Cəbhə inversiyalarının yuxarı sərhəddində havanın
temperaturu 0°C olmalıdır;
- Cəbhə inversiyalarının yuxarı sərhəddində havanın
temperaturu yer səthinin temperaturundan çox və ya
3°C-yə bərabər olmalıdır;
- Yer səthində yağıntı zonalarından kənarda soyuq
hava üçün şeh nöqtəsi çatışmazlığı 2°C-dən yuxarı
olmamalıdır;
- Yer səthində soyuq havada küləyin sürəti 6 m/s-dən
çox olmamalıdır.
Şəkil 5. Cəbhə dümanlarının proqnoz qrafiki
Aşağı təbəqə buludluğunnun
proqnozu
Y.N. Volnovski metodu ilə aşağı buludluğun
yaranma vaxtının proqnozu.
Y.N. Volnovski aşağı buludluğun yaranma vaxtının
proqnozu üçün aşağıdakı empirik düsturu təklif
etmişdir:
∆t = a1 (100% - R0) + a2(R3 – R0) + a3
burada, ∆t = t – t0 günəşin batması ilə aşağı buludluğun
əmələgəlmə anı arasında zaman intervalı; R3 və R0 –
günəşin batma anında və 3 saat sonra havanın nisbi
rütubətliyi;  - Günəşin batma anında küləyin istiqaməti
ilə gecə saatlarında hakim külək istiqaməti arasındakı
bucaq; a1, a2 a3 empirik seçilmiş əmsallar olmaqla,
a1 = 0.85, a2 = 0.94, a3 = -0.06.
Konvektiv buludların proqnozu
Səciyyəvi konvektiv buludlar topa (Cu) və topayağış (Cb) buludlarıdır. Konvektiv buludların proqnozu
mövcud olan və gözlənilən sinoptik vəziyyətə görə
müəyyən edilir.
Konvektiv buludluğun miqdarının proqnozu
A.N. Moşnikov tərəfindən alınmış empirik tənlik
vasitəsilə alınır:
Nmax = 0,075 ∆h±1,5
burada, Nmax – gündüz saatlarında buludluğun
ballarla miqdarı; ∆h – konvektiv dayanıqsız təbəqənin
qalınlığıdır.
Abşeron
yarımadasında
aşağı
buludluğun
proqnozlaşdırılması zamanı N.Ş. Hüseynovun təklif etdiyi
metoddan istifadə etməklə yaxşı nəticələr əldə etmək
mümkündür. Bu metoda əsasən Bakıda suyun temperaturu
ilə Mahaçqalada (cənub istiqamətli küləklər zamanı
Lənkəranda) havanın temperaturunun fərqinin Bakıda şeh
nöqtəsi çatışmazlığına nisbəti (K) hesablanır:
B  M(L)
K 
δT w  a
(T  Td )
B
,
burada, K –Hüseynov parametri;  TwBaM ( L ) - Bakıda su
səthinin temperaturu ilə Mahaçqalada (cənub küləkləri üçün
Lənkəranda) havanın temperaturu arasındakı fərq;
(T – Td)B - Bakıda şeh nöqtəsi çatışmazlığı.
Şimal küləkləri zamanı 6 saat müddətində buludların aşağı
sərhəddinin proqnozu aşağıdakı xətti tənliklər vasitəsilə
mümkündür:
L = - 0,573 VM – 0,372 (TM - TB) + 0,241K + 2,627
H = 1,417( TM - TB) – 7,437  T – 12,161(T - Td )M + 317,
B M
w a
burada, VM
- Mahaçqalada üfüqi görünüş məsafəsi;
(TM - TB) Mahaçqala və Bakı arasında havanın temperatur
B M
fərqləri; K – Hüseynov parametri;
- Bakıda suyun
 Tw  a
temperaturu ilə Mahaçqalada havanın temperaturunun fərqi;
(T - Td)M - Mahaçqalada şeh nöqtəsi çatışmazlığı;
L – diskriminant funksiyanın qiyməti; H – buludların aşağı
sərhəddinin proqnozlaşdırılan hündürlüyü.
L  0 olduqda, 300 m-dən aşağı hündürlüklü buludluq
proqnozlaşdırmaq olar, əksinə, L  0 olarsa,  300 m buludluq
gözləmək olmaz.
Şəkil 6. Soyuq adveksiyası zamanı 300 m-dən aşağı
buludluğun proqnozu üçün nomoqram.
Şəkil 7. İsti adveksiyası zamanı 300 m-dən aşağı
buludluğun proqnozu üçün nomoqram.
Aşağı buludluq yarandıqdan sonra yaxın 3 saat
ərzində buludların minimal hündürlüyünün proqnozu
üçün N.Ş. Hüseynov aşağıdakı reqressiya tənliklərini
tərtib etmişdir:
- şimal küləkləri zamanı
Hmin = (0,56H0 + 58) ±50,
- cənub küləkləri zamanı
Hmin = (0,76H0 + 3) ±36,
burada, H0 – proqnoz tərtib olunan zaman proqnoz
məntəqəsində aşağı təbəqə buludlarının başlanğıc
hündürlüyü, m-lə.
Buludların aşağı sərhəddinin hündürlüyünün
proqnozu yarımempirik tənliklər vasitəsilə də həll edilir.
Təcrübədə bu məqsədlə aşağıdakı tənliklərdən istifadə
olunur:
İppolitov tənliyi
H = 24(100 – R)
Ferrel tənliyi
H = 122(T – Td)0.
Hər iki tənlikdə H – buludların aşağı sərhəddinin
hündürlüyü; T – yer səthində havanın temperaturu, °Cilə, R – nisbi rütubətlik, %-lə.
Atmosfer yağıntıları və oların
proqnozu
Yaranma şəraitindən, düşən hissəciklərin xarakterindən və
yağıntının davamiyyət müddətindən asılı olaraq aşağıdakı
yağıntı tipləri fərqləndirilir:
1. Çiskin yağıntılar – St və ya Sc buludlarından düşməklə
çox kiçik su damcıları və ya qar dənəciklərindən (diametri 0,5
mm) ibarət olurlar.
2. Aramsız yağıntılar – Ns, bəzən isə As (ilin soyuq
dövründə) buludlarından düşürlər. Su damcıları və ya qar
dənəciklərinin diametri 0,5 mm olur.
3. Leysan yağıntılar – topa yağış (Cb) buludlarından güclü
turbulentliklə əlaqədar olaraq iri su damcıları və ya qar
lopaları, bəzən isə dolu şəklində düşürlər.
Aviasiya Meteorologiyasında yağıntıların intensivliyi
onların meteoroloji görünüş məsafəsinə göstərdiyi təsirə
görə qiymətləndirilir və aşağıdakı kimi təsnif edilir:
- zəif yağıntılar – görünüş məsafəsi 2000 m;
- mülayim yağıntılar – görünüş məsafəsi 1000-2000 m;
- güclü yağıntılar – görünüş məsafəsi 1000 m.
Yağıntıların proqnozu buludluğun proqnozu ilə sıx
əlaqədardır.
Yağıntının növü yer səthində havanın gözlənilən
temperauturu və 0°C izoterminin yer səthindən
hündürlüyünü nəzərə almaqla proqnozlaşdırılır. Belə ki,
0°C izoterminin hündürlüyü 500 m-dən yuxarı və
yerüstü təbəqədə havanın temperaturu +3°C-dən artıq
olarsa, yalnız yağış proqnozlaşdırmaq olar. 0°C
izoterminin hündürlüyü 500 m-dən aşağıda və yerüstü
təbəqədə havanın temperaturu +3°C-dən az olarsa, qar
və ya sulu qar proqnozlaşdırılır.