Transcript File
D ÜNYA OKEANI VƏ ONUN HİSSƏLƏRİ
HAZIRLADI:M.MƏNSURƏ RƏHBƏR:Ə.ARZU
ÜMUMİ
• Okean yun. okeanos-okean,Yeri əhatə edən böyük çay. Dünya okeanı-Yerin materikləri, adaları əhatə edən və ümumi duz tərkibinə malik olan bütöv su örtüyü. Hidrosferin 94% ini, Yer səthinin isə 70,8% ini tutur. Dünya okeanının orta duzluluğu 1 litr suda 35 qramdır.
• Buz örtüyü.
Qütb enliklərinə doğru suyun tempraturu xeyli aşağı düşür və okeanın qütb və qütbyanı hissələri buz bağlayır. Duzlu olduğuna görə dəniz suyu -2C-də donur. Arktik və subarktik enliklərdə buz örtüyü geniş sahə tutur.
• Buz örtüyü birillik və çoxillik, hərəkətsiz və üzən (dreyf edən) buzlardan ibarətdir. Əgər okean buzunun quru ilə əlaqəsi varsa, o hərəkət etmir. Qurudakı örtük buzlaqlardan qırılıb okeana düşən buzlar
aysberqlər
adlanır.
SAKİT OKEAN (ƏN İSTİ OKEAN) ATLANTİK OKEANI HİND OKEANI ŞİMAL BUZLU OKEAN (ƏN SOYUQ OKEAN )
SAKİT(BÖYÜK) OKEAN
Ona bu adı Magellan vermişdi. Səthinin sahəsi 179,68 milyon kvadrat kilometrdir. Ən böyük dərinlik Sakit okeanındakı Mariya çökəkliyidir (11022 metr).
Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika və Antarktida materikləri arasındadır. Oval formaya malikdir.
ATLANTİK OKEAN
Dərinlik çox deyil. Ən dərin yeri Cənubi Sandviç çökəkliyidir(8428 metr). Bu okean Avropanın iqliminə və havasına güclü təsir edir. Dünya okeanında ən yüksək qabarma burada Fandi körfəzində olub (18 metr). Qrelandiya,İslandi ya(şimalda),Avrop a, Afrika(şərqdə) arasındadır.Atlanti
da ilə bağlıdır.
HİND OKEANI
Daha kiçikdir.
Sahil xətləri daha sadədir, az parçalanmışdır. Ən böyük yarmadalar şimalda Hindistan, Ərəbistan, şimal qərbdə Somali yarımadalarıdır. Vulkan və mərcan mənşəli adalar var. Qədim Hondava qurusunun parçalanması nəticəsində yaranmışdır.
ŞİMAL BUZLU OKEAN
Dünya okeanının 4,5% dən bir qədər çoxunu əhatə edir. Şimal qütb sahəsinin – Arktikanın mərkəzində yerləşmişdir. Materik mənşəli adalar daha çoxdur. Okeanda və onun sahillərində olan coğrafi adlar bu yerləri tədqiq edən səyyah və coğrafiyaşünaslar ilə bağlıdır(Barens və s.).
• Qeyd 1.
3 okean okeanları cənubdan Antarktika su halqası ilə birləşiblər.
Sakit, Atlantik və Hind SAKİT OKEAN
Relyefi.
Materik dayazlığı Sakit okean sahəsinin yalnız 10%-ni tutur. Dərinliyi 4000 m dən artıq olan sahələr isə okean ərazisinin yarısını əhatə edir. Sakit okean, əsasən bir litosfer tavası üzərində yerləşir. Bu tavanın üzərində materik yoxdur. Orta okean dağ silsilələri az sahə tutur(Şərqi Sakit okean, Cənubi Sakit okean silsilələri).
• Okeanda 10 mindən çox ada, onun dibində isə 10 mindən artıq vulkan olması müşahidə olunmuşdur. Onlardan bir çoxu adalar əmələ gətirmişdir. Sakit okeanla onu əhatə edənmateriklərin sərhədi planetin ən fəal vulkan və zəlzələ zonasıdır .
• Sərvətləri.
Sahəsinə və dərinliyinə görə ən böyük okean olan Sakit okean canlı aləmin zənginliyi ilə seçilir. Bu okean böyük balıq və dəniz heyvanları ehtiyatına malikdir, ekvatorial və tropik enliklərin mərcan riflərinin üzvi aləmi ilə daha zəngindir. Okeanın dibində çoxlu faydalı qazıntı ehtiyatları müəyyən edilmişdir.
• QEYD 2.
Okeanın şimal nə cənub hissələrində passat və qərb küləklərinin təsiri ilə yaranan okean cərəyanları böyük dövran əmələ gətirir.
ATLANTİK OKEANI
Relyefi. Atlantik okeanı geoloji inkişaf tarixinə görə daha cavan olmaqla, litosfer tavalarının bir-birindən ayrıldığı ərazidə yaranmışdır. Dib relyefi çox mürəkkəb deyil. Okeanın ortası ilə şimaldan cənuba nəhəng orta okean silsiləsi uzanır(Şimali Atlantika və Cənubi Atlantika silsilələri). Şimal hissədəki İslandiya adasında dağlar okeanın səthinə çıxır. Okeanın sahil boyu şelf zonası ensiz olmaqla, az sahə tutur. Yalnız Avropa sahillərində şelf sahəsi xeyli genişlənir.
• Sərvəti.
Üzvi aləmin zənginliyinə görə atlantik okeanı Sakit okeandan geri qalmır. Bu, okeanın nisbətən cavan olması və 4-cü dövr buzlaşmasının təsiri ilə izah olunur. Üzvi aləmin növ zənginliyi az olsa da, miqdarı çoxdur. Şelf və sualtı qalxmalar sahəsində dayazlıqlar üzvi aləmin zənginliyinə əlverişli şərait yaradır.
• QEYD 3.
Atlantik okean cərəyanları həm şimal, həm də cənubda dövran əmələ gətirir. Lakin Atlantik okeanında cərəyanlar daha çox meridinal istiqamətdə uzanır. Tropik enliklərin isti su kütlələrini mülayim enliklərə gətirən Holfstrim cərəyanı xüsusi qeyd edilməlidir. O öz istiliyini atmosferə verir, qərb küləkləri isə onu Avropa sahillərinə gətirir.
HİND OKEANI
• Relyefi.
Hind okeanı cavan okean hesab olunur. Litosfer tavalarının hərəkəti nəticəsində yaranan orta okean silsilələri okeanı bir neçə hissəyə bölmüşdür. Orta okean dağları okeanın ərazisinin ¼ hissəsini tutur. Dağlar okeanın mərkəzindən 3 istiqamətdə şaxələnmişdir( Avstraliya Antarktida, Qərbi Hind, Ərəbistan-Hind). Dənizin dibi Afrika və Hind-Avstraliya tavalarının ayrılması nəticəsində genişlənir .
• Sərvətləri.
Okeanın üzvi aləmi ərazi üzrə qeyri bərabər paylanmışdır. Bitki və heyvanlar aləminə görə bu okean Sakit okanın qərb hissəsinə oxşayır. Çoxlu plankton, qiymətli balıq növləri var. Hind okeanı mineral ehtiyatlarla da zəngindir. İran körfəzində mühüm neft yataqları kəşf olunmuşdur. Okeandan, xüsusilə onun şimal hissəsindən, mühüm nəqliyyat yolları keçir. Neft hasilatı və daşınması okean sularını çirkləndirən əsas amillərdir.
• Qeyd 4.
Hind okeanın şimal hissəsinin iqliminə
musson küləklərinin
həlledici rol oynayır.
də böyük təsiri var. Mussonlar okeanın şimal hissəsində özünəməxsus hava şəraitinin yaranmasında
ŞİMAL BUZLU OKEAN
• Relyefi.
Sahəsinin kiçik olmasına baxmayaraq, Şimal Buzlu okeanın dib relyefi çox mürəkkəbdir. Onun mərkəz hissəsini dağ silsilələri kəsib keçir(Lomonosov, Mendeleyev, Hekkel). Onların arasında isə dərin çökəkliklər yerləşir. Lomonosov silsiləsi Novasibir adalarından Kanada-Arktika arxipelağına qədər 2000 km məsafədə qütbü kəsərək uzanır. Şelf dayazlığı okeanın ümumi sahəsinin 1/3 hissəsini tutur.
• Sərvəti.
Okeanın üzvi aləmi digər okeanlarla müqayisədə daha kasaddır. Lakin mövcud orqanizmlər soyuq suda və hətta buz altında belə, yaşamağa uyğunlaşmışlar. Bitki və heyvanlar aləmi Şimali Avropa hövzəsində, şelf zonasında çayların mənsəblərinə yaxın ərazilərdə daha zəngindir. Burada plankton, dib yosunları, çoxlu balıq növləri və s. yayılmışdır.