Faylın ölçüsü: 2.47 MB
Download
Report
Transcript Faylın ölçüsü: 2.47 MB
Avrasiya materikində Yer kürəsində mövcud olan bütün təbii zonalara rast gəlmək olar.
Bunun səbəbi materikin bütün iqlim qurşaqlarında yerləşməsidir. Təbii zonaların
yerləşməsində materikin özünəməxsus xüsusiyyətləri var. Həmin xüsusiyyətlər
Avrasiyanın təbii şəraitinin həddən çox zənginliyi və iqlim qurşaqlarının yerləşməsi,
qərbdən şərqə iqlim tiplərinin dəyişməsi, kontinentallığın artması və ərazinin
mürəkkəb relyef quruluşu ilə əlaqədardır.
Arkika səhraları Şimal Buzlu okeanda yerləşən adaları əhatə edir.
Arktika səhraları tamamilə Artika iqlim qurşağında yerləşmişdir.
Ondan cənuba doğru tundra və meşə-tundra zonaları uzanır. Avropa
sahillərində tundra zonası ensiz dar zolaq şəklində başlayırvə şərqə tərəf
onun sərhədi xeyli cənuba meyil edir. Bu xüsusiyyət qərbdən şərqə
getdikcə iqlimdə kontinentallığın artması ilə əlaqədardır. Tundra
zonasının xarakterik torpaqları qleyli, torflu bataqlıq torpaqlardır. Əsas
bitkiləri mamır, şibyə, bataqlıq otları, tozağacı, alçaq söyüd və
başqalarından ibarətdir. Tipik heyvanları şimal maralı, qütb tülküsü, ağ
kəklik, qütb bayquşu, morj, suiti və başqalarıdır.
Şimalda sahəcə daha böyük ərazini əhatə edən Tayqa meşələri
zonası uzanır. Tundra və meşə-tundra zonasına nisbətən bu
zonada yay daha isti və davamlı olduğundan, ağac bitkiləri geniş
sahə tutur. Tayqa zonası da Tundra zonası kimi şərqə doğru
getdikcə çox genişlənir. Şərqə doğru iqlimin kontinentallığının
artdığı üçün Avropanın ensiz tayqa meşələri şərqə tərəf
genişlənir və böyük bir ərazi tutur. Tayqa zonasında
soyuğadavamlı – kəskin kontinental iqlimində belə yaxşı inkişaf
edən ağac növləri, küknar və şam ağacı bitir. Tayqada podzol
torpaqlar yaxşı inkişaf etmişdir. Avropa ərazisində geniş sahə
tutan qarışıq və enliyarpaqlı meşələr zonası şərqə getdikcə
ensizləşir və tamamilə yoxa çıxır.
Səhra və yarımsəhra təbii zonaları materikdə həm mülayim qurşaqda
həm də tropik və subtropik qurşaqlarda yayılmışdır. Bitki və heyvanlar
aləminin kasadlığı az məhsuldar torpaqların, bəzi hallarda isə
şoranlıqların inkişafı bu zonaların quru kontinental iqlimi ilə bağlıdır.
Okeanlardan materikə daxil olan mülayim və rütubətli hava kütlələri
daxili regionlara irəlilədikcə öz rütubətliyini itirir. Buna görə daxili
səhra və yarımsəhralar az miqdarda yağıntı alır.
Subtropik codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar zonası
Aralıq dənizi sahillərini əhatə edir. Bu zonada qış ayları mülayim
yay ayları quru və isti keçir. Məhsuldar qəhvəyi torpaqlar inkişaf
etmişdir. Zonanın bitki örtüyü insanın təsərrüfat fəaliyyətinin
təsiri ilə xeyli dəyişmişdir. Meşələr qırılmış, yerində əkin sahələri
və plantasiyalar salınmışdır. Çinin və Yaponiyanın cənubunu
əhatə edən subtropik qurşağın şərqində musson meşələri geniş
sahə tutur.
Ekvatorial meşələr başlıca olaraq Böyük və Kiçik Zond adlarının ekvatorboyu
qurşağında yerləşir. Bu meşələr daim rütubətli, həmişəyaşıl və çox zəngin
tərkibli olması ilə seçilir. Hər iki zonanın heyvanlar aləmi öz zənginliyi ilə seçilir.