Transcript D*r*c* toru

Bakı Dövlət Universiteti
Coğrafiya Fakultəsi
Qrup 954
Zülfüqarova Günay
.
Elmi Rəhbər: N.S Seyfullayeva
Dərəcə toru
.
Dərəcə toru meridian və
paralellərin kəsişməsindən
yaranan şəbəkəyə deyilir.
Dərəcə toru elementləri:
qütblər, meridian, paralel.
.
Yerin xəyali fırlanma oxunun Yer səthi ilə kəsişdiyi nöqtələr
coğrafi qütblər adlanır. İki coğrafi qütb var: şimal və cənub .
Bütün meridianlar coğrafi qütblərdə birləşir.
.
Yer səthindən keçməklə coğrafi qütbləri birləşdirən xəyali xətlər
meridian adlanır. Meridian latınca “ günorta xətti ” deməkdir. Yer
səthində bütün meridianların uzunluqları və formaları eynidir. 1°-lik
meridian qövsünün uzunluğu 111.1 km-dir.
.
1884-cü ildə
London yaxınlığındakı
Qrinviç
rəsədxanasından keçən
meridian sıfırıncı və ya
Başlanğıc (Qrinviç)
meridianı kimi qəbul
edilmişdir.
Başlanğıc meridian yer
kürəsini şərq və qərb
yarımkürələrə ayırır
..
Eyni meridian üzərində yerləşən
məntəqələrdə yerli vaxt eynidir.
.
EKVATOR
Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş çevrə ekvator
adlanır. Mənası “ tənbölən ” deməkdir. Ekvator yer səthində
çəkilə bilən ən böyük çevrədir. Ekvator yer səthini şimal və
cənub yarımkürələrinə ayırır.
.
Ekvatora paralel olaraq çəkilmiş çevrələr paralel
adlanır. Yerin kürəvi əyriliyindən asılı olaraq
ekvatordan qütblərə doğru getdikcə paralellərin
radiusu və uyğun olaraq 1°-lik paralel qövsünün
uzunluğu ( km-lə) azalır.
.
1924-cü ildə Beynəlxalq sazişə görə Yerin ölçüləri aşağıdakı kimi qəbul
edilmişdir.
1. Ekvator radiusu – 6378 km.
2. Qütb radiusu- 6357 km.
3. Ekvator çevrəsinin uzunluğu- 4076 km.
4. Meridian çevrəsinin uzunluğu-4009 km.
Dərəcə toru cəhətlərin təyin edilməsində, coğrafi
koordinatların hesablanmasında əsas rol oynayır.
.
Tapşırıqlar
A və B məntəqələrinin ümumi cəhətləri:
1. Eyni paralel üzərindədirlər
2. Hər ikisi şərq yarımkürəsindədir.
3. Eyni meridian üzərindədirlər.
4. Qütblərdən məsafələri eynidir.
5. Yerli vaxtları eynidir.
.
.
cavab: 2,3,5.
Uyğun olanı seçin:
1. Başlanğıc meridian yer səthini şərq və qərb yarımkürələrinə
ayirir.
2. Ekvatordan qütblərə doğru paralel qövsünün uzunluğu azalır.
3. Paralellər coğrafi qütblərdə birləşir.
4. Ekvatora paralel olaraq çəkilmiş çevrələr paralel adlanır.
5. Bütün meridianlar üzərindəki məntəqələrdə vaxtlar eynidir.
6. Yer səthinə çəkilən ən böyük çevrə meridiandır.
Cavab : 1,2,4
.