Transcript Slide 1
5 Elmi Rəhbər : N.S Seyfullayeva Yerin daxili qurluşu • Yerin daxilinin müxtəlif təbəqələrdən ibarət olması fərz edilir. • Yerin mərkəzində,radiusu təqribən 3500 km - ə yaxın, çox yüksək temperaturu və təzyiq olan nüvə yerləşir. • Yerin nüvəsi qalınlığı 2800 – dən artıq olan mantiya ( latınca “örtük”)ilə əhatə olunmuşdur. • Mantiya ərimiş, lakin yüksək təzyiq nəticəsində sıxılmış maddədən ibarətdir. • Yerdə ən ağır və sıx maddələr aşağı mantiya və nüvədədir.Yerin ümumi kütləsinin 80%dən artığını təşkil edir. • Yerin səthə yaxın olan yuxarı hissəsi yer qabığı adlanır. • Yer qabığı 3 qatdan ibarətdir: • 1. çökmə süxurlar (gil, qum, əhəngdaşı və s) • 2.qranit qatı • 3. bazalt qatı • Yer qabığı ilə ona yaxın olan üst mantiya birlikdə litosfer (“lito”yunanca “daş”) adlanır. • Litosferin qalınlığı 90 – 250 km arasında dəyişir. • Yer qabığını öyrənmək üçün alimlər bir sıra işlər görsələrdə lakin, bu kifayət etmir. • Son illər kosmik gəmilərdən alınmış fotoşəkillər və digər materiallar Yer qabığının öyrənilməsinə imkan açır. • Kosmik şəkillər artıq Dünya okeanın dibində 600 – 700m dərinliklərin öyrənilməsini təmin edir. Yer qabığının təsviri Mətndə səhvləri tapın Yerin mərkəzində, radiusu təxminən 3000 km-ə yaxın olan, yüksək temperaturu və təzyiqi olan mantiya yerləşir.Mantiya latınca “səth” deməkdir. Yerdə ən ağır və ən sıx maddələr yuxarı mantiyada və Yer qabığında yerləşir. Yer səthinə yaxın olan yuxarı hissəsi Yer qabığı adlanır. Yer qabığı ən yumşaq təbəqədir. Yer qabığının ən qalın yeri Sakit okeanda Mariyan çökəkliyindədir. Yer qabığı ilə alt mantiya birləşərək Litosferi əmələ gətirirlər. Litosfer cox böyük çatlarla iri litosfer tavalarına bölünür. Cavablar 3000km, mantiya, səth, yuxarı mantiya, yer qabığı, yumşaq, Sakit okeanda Marian çökəkliyi, alt mantiya