Yerüstü hava xəritəsi

Download Report

Transcript Yerüstü hava xəritəsi

Yerüstü hava xəritələri və
onların təhlili
Mühazirəçi: Hacıyev Aqil
Sinoptik xəritələr
Sinoptik xəritə — müəyyən zamanda meteoroloji müşahidə
məntəqələrində əldə edilən məlumatların təhlilinin rəqəm və şərti
işarələrlə köçürüldüyü coğrafi xəritədir. Belə xəritələr hava xidməti
orqanlarında müntəzəm olaraq gün ərzində bir neçə dəfə tərtib edilir.
Əsasən bu xəritələrin təhlili vasitəsilə havanın proqnozu təyin edilir.
Tərkibinə görə sinoptik xəritələr: yerüstü, dairəvi və yüksəklik
xəritələrinə bölünür.
Yerüstü hava xəritəsi meteoroloji müşahidə məntəqələrinin
məlumatına əsasən hər 3 saatdan bir tərtib edilir. Xəritənin üzərində KN01 beynəlxalq sinoptik kodu vasitəsilə müxtəlif meteoroloji elementlər
yazılır.
N
Hava xəritəsi üzrə aşağıdakı təhlillər aparılır:
- izobarların yerləşməsinə görə hava şəraitini təyin edən barik sistemlərin yerləşməsi
müəyyən edilir;
- barik sistemlərin mərkəzində barik tendensiyalara görə onların intensivliyi və inkişaf
mərhələsi qiymətləndirilir;
- atmosfer cəbhələrinin tipi və aktivliyi təyin edilir;
- bircins hava kütlələrinin xüsusiyyəti və onların rütubət tutumu qiymətləndirilir;
- Aviasiya uçuşları üçün daha təhlükəli hava şəraiti olan ərazilər seçilir.
Dairəvi hava xəritəsi — müəyyən «dairənin» (bir
meteomərkəzə bağlı olan meteoməntəqə şəbəkəsi) yerüstü hava
xəritəsidir. Müəyyən ərazilərdə çox qısa müddətli (cari)
proqnozların hazırlanmasında bu xəritələrdən istifadə olunur.
Xəritədə rəngli qələmlərlə meteoroloji hadisələr, təzyiqin artma və
azalma
mərkəzləri,
cəbhə
zonaları
göstərilir..
Aeroloji və ya yüksəklik xəritələri yüksəkliklərdə temperatur
paylanması, təzyiq və külək parametrlərini xarakterizə edir.
Yüksəklik üzrə sinoptik xəritələrin 2 növü var: mütləq və nisbi
topoqrafiya xəritələri; mütləq barik topoqrafiya xəritələrinə
müəyyən izobarik səth üçün, daha doğrusu atmosfer təzyiqi bütün
nöqtələrdə eyni olan səth üçün yuxarıda göstərilən elementlər
köçürülür;
Sinoptik xəritələr (yerüstü və yüksəklik)
Xüsusi atmosfer hadisələri xəritəsi
Küləyin
istiqaməti və
sürəti
Yuxarı təbəqə buludları
Orta təbəqə buludları
Buludların ümumi
miqdarı
Atmosfer
təzyiqi
Temperatur
3 saat ərzində
təzyiqin
dəyişməsi
3 saat ərzində
barik
tendensiya
Cari hava şəraiti
Görünüş
məsafəsi
Şeh nöqtəsi
Müşahidələr
arası hava şəraiti
Suyun temperaturu
(dəniz meteostansiyası
üçün)
Yağıntıların
miqdarı (mm)
Aşağı təbəqə buludları
Aşağı təbəqə
buludlarının
hündürlüyü
Aşağı təbəqə
buludlarının miqdarı
(oktantla)
Gəminin sürəti və
istiqaməti (dəniz
meteostansiyası üçün)