"Həyatımız təhükədədir" | Yüklə

Download Report

Transcript "Həyatımız təhükədədir" | Yüklə

HƏYATIMIZ
TƏHLÜKƏDƏDİR!
«Qırmızı Kitab» - nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki
növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir..
Alimlər öyrənmişlər ki, 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvanların və
quşların nəsli tamamilə kəsilmişdir.
Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar
verilmişdir. Kitab 1989-cu ildə nəşr olunmuşdur. Bitki və heyvanların “Qırmızı
kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır.
Respublikamızın “Təbiət gözəli” olan ceyranların sayı indi artaraq 8 min başa
çatmışdır. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə
qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunmuşdur.
600 heyvan növünün qırılmaq təhlükəsi var.
QIRMIZI KİTABIN TƏSNİFAT
NÖVLƏRİ
1. İtməkdə olan növlər
2. Qorunan növlər
3. Nadir növlər
4. Təyin olunmamış növlər
5. Bərpa olunan növlər
6. İtmiş növlər
Yer kürəsinin nadir və
itməkdə olan bitki və heyvan
növləri ilə tanış olun.
Qarabatdaq
QARABATDAQ -
Qarabatdaq
quşu
Sümsük quşları, zamanının böyük
bir hissəsini dənizlərdə keçirər.
Üçbucaq qanadları, xəncər formalı
quyruğu və iti dimdikləri vardır. 30
metr
yüksəklikdən
gözünə
görünən balıqları ovlamaq üçün
dimdikləri ilə suya cumurlar. .
VİQON
Viqon
–
cütdırnaqlılar
sinfindən, lamaya oxşar
gövşək
heyvandır.
.
Hündürlüyü 1,5 м. And
dağlarında məskunlaşmışdır.
Bu
heyvanın
qiymətli
yununa
görə
onu
ovladıqlarından sayı xeyli
azalmışdır.
KİSƏLİ CANAVAR
KİSƏLİ CANAVAR
Kökü kəsilmiş heyvanlardan
olub, məməlilərin kisəlilər
sinfindəndir. Başı itə oxşayır.
Bədənin uzunluğu 100-130 sm,
quyruğu 50-60 sm. Bütün
Avstraliya boyu yayılmışdı.
(dinqoya qədər) Həmçinin Yeni
Qvineyada XIX əsrin axırları və
XX əsrin əvvələrinə qədər
Tasmaniyada olmuş, yırtıcı
olduğundan, qoyunları
yediyindən fermerlər tərəfindən
qırılmışdır.
DƏNİZ İNƏYİ
DƏNİZ İNƏYİ– dəniz
məməlilər sinfindəndir.
1741-ci
ildə
Steller
tərəfindən kəşf olunub.
Uzunluğu
10 metrə
yaxın, çəkisi 4 tondur.
Komandor
adalarında
məskunlaşmışdır.1768-ci
illərdə
vəhşicəsinə
ovlandığından tamamilə
kökü kəsilmişdir.
QATTERİYA
QATTERİYA (tuatara) – Sürünənlər sinfinin nümayəndəsidir. Xarici görünüşcə kərtənkələyə
oxşayır. Uzunluğu 75 sm. Kürək və quyruğu pulcuqlarla örtülmüşdür. Dərinliyi 1 m. Olan yuvada
yaşayır. 19-cu əsrin axırlarına qədər Yeni Zellandiyanın adalarında avropalılar məskunlaşana qədər
məskunlaşmış, tamamilə tələf olmuşlar. Hazırda xüsusi qoruqlarda yaxın adalarda qorunur. Sidney
zooparkında müvəffəqiyyətlə çoxaldılır.
İRBİS
İRBİS (şimal bəbiri) – məməlilərin pişikkimilər fəsiləsindəndir. Bədənin uzunluğu 130 sm, quyruğu 105
sm. Mərkəzi və Orta Asiya dağlarında yaşamışdır. Dağlarda bəbir üçün yem (dırnaqlılar) azaldığından
və zooparklar üçün tutulduğundan kökü kəsilməkdə olan heyvanlardan hesab olunur. Zooparklarda
çoxaldılır.
CIRTDAN BEQEMOT
BEQEMOT – cütdırnaqlı heyvanların gövşəməyənlər yarımsinfindəndir. Ekvator
Afrikada 2 növü vardır. Adi beqemotun bədəninin uzunluğu 4,5 metrə yaxın, çəkisi 23,2 (hərdən 4 tona yaxın) olur. Cırtdan begemotun bədəninin uzunluğu 1,7-1,8 metr,
çəkisi isə 250-270 kq. Nadir heyvandır.
KALİFORNİYA KONDORU
KONDOR – Cənubi Amerikanın dağlıq yerlərində yaşayan çox iri yırtıcı quşdur.
Uzunluğu 1 m, qanadlarının uzunluğu isə 3 metrdir. (ən iri yırtıcı quşdur). Başı və
boynu tüksüzdür. And dağlarının Alp qurşağında məskunlaşmışdı. Hazırda
kondorların nəsli kəsilməkdədir.
AĞ SUZANBAĞI
Rusiyanın Avropa və Sibir hissəsində
rast gəlmək olar. Durğun və sakit
axan sularda 2 metr dərinlikdə bitir.
Təsadüfi hallarda pöhrələri olur.
Gülləri çox gözəldir, ona görə də ağ
suzanbağı adlanır. Bu bitki təkcə
gülləri ilə deyil, həm də yarpaqları ilə
gölləri, bataqlıqları, su hövzələrini
gözəlləşdirir. Təssüflər olsun ki,
əhalinin sıx yerləşdiyi belə göllərdən
çiçəklərin
toplanması,
dərilməsi
bitkinin itməsinə səbəb olmuşdur.
Həmçinin bir səbəb də hövzələrin
çirklənməsidir. Belə ki, suzanbaqları
yalnız təmiz sularda yaşayır.
MAMONT AĞACI
MAMONT AĞACI – iynəyarpaqlı ağaclar sinfinin zəhərli növündəndir. Tək bir növü –
mamont ağacıdır. Yalnız Kaliforniyanın nəbatat bağlarında qorunur. (Nevadanın qərb
yamaclarında) Dekorativ növ kimi dünyanın bir çox bağ və parklarında əkilir.
Səhləbçiçəyi
Çoxillik səhləb fəsiləsindəndir. Şimal
yarımkürəsinin aşağı qurşaqlarında
50-yə yaxın növü vardır. Bir çox
növləri dekorativdir. Venerin 19-cu
əsrin sonlarında Avropada qorunur,
Beynəlxalq təbiət və təbii resurslarnın
qorunması - Qırmızı kitaba salınmışdır.
İstixanalarda bu adla tropik səhləbin
digər növləri yetişdirilir.
TALIŞ QIRQOVULU


Azərbaycanda sayı kəskin azalan,
oturaq yarımnövdür.
Dağətəyində taxıl tarlaları ilə
meşəarası tarlalarla növbələşən
keçilməz meşələr və sıx kol
cəngəlliklərində yaşayır.
Talış qırqovulu yox olma təhlükəsi
altındadır. 1982-ci ildə regionda talış
qırqovulunun sayı yazda – 102 fərd,
yayın sonu – payızın əvvəllərində 242
fərd olmuşdur.
Qanunsuz ovlanması (xüsusən qalın
qar düşəndə), qamış və kol
cəngəlliklərinin yandırılması,
meşələrin qırılması və mal-qaraya
otarılması; onların əvəzinə əkin
sahələrinin və dirriklərin
genişləndirilməsi qırqovulun sayını
azaldır
Canlı orqanizmlərin
Yer üzündə
qorunma qaydaları
QORUQ
Qoruq - mövcud təbiət komplekslərini
qorumaq, təbiət proseslərinin təbii
hərəkətlərini öyrənmək üçün xüsusi
qorunan təbiət əraziləridir. Azərbaycanda
6 milli park, 13 dövlət təbiət qoruğu, 19
dövlət təbiət yasaqlığı, yaşı 100-dən
yuxarı 2083 ağac, 37 geoloji və
paleontoloji obyektlər və 15 min hektar
endemik və qiymətli meşə növü sahələri
vardır.
Respublikada xüsusi mühafizə olunan
təbiət ərazilərinin sahəsi 594939,1
hektardır və ümumi ərazinin 7%-ni təşkil
edir.
ZOOLOJİ PARK
Zoopark - bioloji müxtəlifliyin, xüsusən
nadir və nəsli kəsilmək təhlükəsi
qarşısında olan fauna növlərinin
qorunması baxımından mühüm
əhəmiyyət kəsb edir. Azərbaycanın
Qobu kəndində (230 hektar)
yaradılacaq zooloji park nəsli
kəsilməkdə olan canlıların
çoxaldılaraq təbiətə qaytarılmasında
böyük əhəmiyyəti olacaq.
MİLLİ PARK - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət
komplekslərinin və obyektlərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi,
mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmitədqiqat idarəsi statusuna malik ərazidir.
Hirkan Milli Parkı
Ağ göl Milli Parkı
Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı
-
Şirvan Milli Parkı
Altıağac Milli Parkı
Abşeron Milli Parkı
Şahdağ Milli Parkı
Göy-göl Milli Parkı
VƏTƏGƏLƏR- Vətəgələrdə “Qırmızı kitab”a
daxil edilmiş balıq növləri, nərə cinsli balıq növləri
yetişdirilir.
PİTOMNİK
Əsasən canlıların çoxalması ilə məşğul olan bir təsərrüfat sahəsidir ki, burada təkcə
bitkilər deyil, həmçinin heyvanlar (ilanların, itlərin və s.) çoxaldılaraq müxtəlif
sahələrdə istifadə olunur.
Belə sahələr elmi tədqiqat institutlarının təcrübə apardıqları yerdir
BOTANİKA BAĞI
Botanika İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi
təşkilatdır. Mərkəzi herbari fondunun qorunub saxlanılması, yeni bitki növləri ilə
zənginləşdirilməsi, elmi əsərlərin, monoqrafiyaların, regional floraların hazırlanması üçün
materialların təqdim edilməsi; Botanika İnstitutları ilə herbari mübadiləsinin aparılması;
bitkilərin yayılmalarına dair xəritələrin hazırlanması və s.
Bölmənin əsas elmi nəticələri:
Herbari fondu əsasında çoxsaylı fundamental və tətbiqi əsərlər nəşr edilmişdir: "Qafqaz
florasının birinci nəşri, 3 cildli Azərbaycan florası; 8 cildli Azərbaycan florası (rus dilində); 3
cildli Azərbaycanın ağac və kolları; Azərbaycanın dərman bitkiləri; Azərbaycanın taxılları və
fundamental əsərlərin yazılmasında istifadə
Suallara cavab verin



Artıq, hamıya aydın oldu ki, təbiəti dağıtmaq
olmaz. Buna baxmayaraq bu ziyanakarlıq,
məhvetmə davam edir... Sizin fikrinizcə nadir
bitkiləri, kökü kəsilməkdə olan hevvanları məhv
edən insanlar hansı keyfiyyətə malikdirlər?
Nəyə görə hətta qoruqlarda, milli parklarda, zooloji
parklarda belə nadir bitki və heyvan növlərini
qorumaq mümkün deyil?
Sizin fikrinizcə, bitki və heyvanların sayının
gündən-günə azalmasını dayandırmaq üçün
müxtəlif ölkələrin hökumətləri hansı təşəbbüs
etməlidir?