Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası. Mühazirə IX

Download Report

Transcript Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası. Mühazirə IX

Torpaqşunaslıq,aqrokimya və
ekoloji kənd təsərrüfatı
kafedrası.
Mühazirə IX
Mövzu: Ölkə ərazisinin fitosenotik örtüyü və bitki
tipləri.
Gəncə - 2010
Plan.
1. Torpaqəmələgəlməsində bitki örtüyünün
rolu.
2. Azərbaycanın bitki örtüyü.
3. Azərbaycanda meşə bitkilərinin yayılması.
Torpaqəmələgəlməsində bitki örtüyünün
rolu.
Torpaq əmələgəlməsində bioloji amillər, xüsusəndə bitki örtüyü
aparıcı rola malikdir. Torpağın inkişafı üçün vaxt, yəni bir neçə min
illər lazımdır ki, bu müddət ərzində bütün bitki növlərinin onlarla nəsli
dəyişilir. Torpaq bitki ilə müqaisədə daha uzun inkişafın məhsuludur.
Bitki torpağa daxil olan və torpaqda humusa çevrilən üzvi maddələrin
əsas mənbəyidir.
Orqanizmlər, ilk növbədə bitkilər, vacib kimyəvi elementlərin oksigen,azot,kalium,kalsium bir çox mikroelementlərin biogen dövranının
əsas iştirakçılarıdır. Beləliklə, üzvi aləm ətraf mühitə çox geniş və
mürəkkəb təsir göstərir. Müxtəlif qrup bitkilərin xəzəli təkcə biokütləsinə görə deyil,eyni zamanda biokimyəvi tərkibinə görə də bir-birindən
fərqlənir. Üzvi qalıqların parçalanması zamanı ayrılmış kül maddələri
torpaq tərəfındən udulur, çevrilir və yenidən bitkiyə daxil olur. Bu kül
elementləri torpaq profili boyunca hərəkət edir.
Ali bitkilər, xüsusən də taxıl kimilər torpaq strukturunun
formalaşmasına da əsəslı təsir göstərir. Bu zaman köklərin
mexaniki təsiri torpaq hissələrinin ayrılmasma,koklərin kimyəvi təsiri bu hissəciklərin sementləşməsinə və suya davamlılıq
xassəsi əldə etməsinə səbəb olur. Bu,torpaqəmələgəlmə, torpağın struktur təşkilinə səbəb olur, onun zərərli təsirlərə qarşı
davamlılığını artırır.
Azərbaycanın bitki örtüyü çox müxtəlif və özünə məxsusdur. Respublikanın bitki örtüyünün öyrənilməsində bir çox
botaniklərin, xüsusən A. A. Qrosheymin rolu böyük olmuşdur.
Müasir tədqiqatlara görə Azərbaycan ərazisində 4000 bitki
növü olub, onun onda biri endemikdir.Endemik bitkilərə misal
olaraq eldar şamını,xəzər süsənini və Talis meşələrinin bir çox
ağac və kol bitkilərini göstərmək olar.
Respublika ərazisində L.İ. Prilipko (1970), V.D. Hacıyev
(1959,1970), Y.S. Səfərov (1961,1965) aşağıdakı əsas bitki
tiplərini ayırırlar: I - meşələr; II - kollar; III - çəmən və çəmənçöllər; IV – bataqlıq çəmənlər və çəmənli bataqlıqlar; V-kserofit seyrək meşəliyi; VI - bozqırlar; VII - yarımsəhra və səhra;
VIII – dağlıq - kserofit bitkiləri.
Qeyd edilən tiplər və qurşaqlıq xarakterli bölmələr daxilində
geniş yayılmış bitki birlikləri və onlarm kompleksi ayrılmışdır.
l.Meşələr,Azərbaycan meşələrinin tipoloji tərkibi çox zəngin
və müxtəlifdir ki, bu da dendrofloranın zənginliyi ilə izah edilir. Ауrı – ауrı meşə tipləri az hallarda böyük sahəbri tutur;
adətən hər yamacda meşə tiplərinin kompleksinə və ya mozaikasına rast gəlmək mümkündür ki, bu zaman kompleksin һər
üzvü böyük olmayan ərazini əhatə edir.
II. Kolluqlar. Azərbaycanın bütün ərazisində təsadüf olunan
fıtosenozların əksəriyyətində kolluqlar onun əsas elementini
təşkil edir. Kol həyatın xüsusi formasıdır; Azərbaycanda kolluqlu fitosenozlar düzənlikdən tutmuş yüksək daşlıq sahələrə
kimi yayılmışdır; bəzi kol növlərinə alp qurşağmda da rast
gəlmək mümkündür, lakin onların əksəriyyəti lokal şəkildə yayılmışdır.
III. Çəmənlər və çəmən-çöllər. Çəmən bitkiləri düzənliklərdən
tutmuş, yüksək dağlıq sahələrə kimi yayılmışdır. Onlar müxtəlif şəraitlərdə inkişaf etmiş və müxtəlif formasiya və assosasiyalarla təmsil olunmuşlar.
IV. Bataqlı çəmənlər və çəmənli bataqlıqlar. Bitkiliyin bu tipi
Azərbaycanda geniş yayılmışdır. Onlar lokal ləkələr şəklində
bataqlıqlaşmış çökəkliklərdə və təbii su hövzələri ətrafında
təsadüf olunur.Çəmən bataqlıqlar Kür - Araz ovalığında,Xəzər
sahili boyunca / Lənkəran ovalığı / və qərb düzən rayonlarında
yayılmışdır. Onların az təsadüf olunduğu yerlər Respublikanın
dağlıq ərazilıridir.
V. Kserofit seyrək meşəliyi və ya arid seyrək meşəliyi;
Zaqafqaziyanın cənubunda və şərqində isti quraq iqlim şəraitində formalaşmış xüsusi və özünə məxsus ağac və kollardan ibarət olan bitki qruplaşmasıdır.
VI. Dağ - kserofıt bitkibri. Bitkiliyin bu tipi Naxçıvan MR.
xüsusən də dağlıq qurşaqda geniş yayılmışdır. Bundan başqa
bu tipdən olan bitkilər Diabar çökəkliyində tez - tez müşahidə
olunur. Dağ kserofıt bitkilərə Qobustanda, Bozqır yaylada və
Qarabağın cənubunda da ləkələr şəklində rast gəlmək mümkündür.
Naxçıvan M.R. Bitkilərin kseromorfluğu bütün yüksəklik
qurşağında – Araz boyunda, aşağı və orta dağlıq qurşaqda, az
da olsa yüksək dağlıq ərazilərdə özünü göstərir. Naxçıvanın
dağ kserofitləri yağıntıların az olduğu (200 - 400 mm- ə qədər)
lakin yüksəkliyi artdıqca, yayı isti və quru, qışı soyuq (qar
örtüyü demək olar ki, yoxdur), kəskin kontinental iqlim şəraitində (maksimum temperatur avqustda 42 dərəcə,minimum
fevralda 30 dərəcə) formalaşmışdır.
VII. Bozqırlar. Hazırda xam bozqır bitkiləri təbii halda
Azərbaycanın çox kiçik ərazilərində qalmışdır. Lakin əkinçilikdən əvvəlki vaxtlarda bozqırlar respublika ərazisində xeyli
yayılmışdır. Çöl bitkilərinin iri massivləri Böyük Qafqazın
şərq qurtaracağının aşağı və orta dağlıq qurşağında ( Şamaxı Altıağac ). Bozqır yaylada cənub rayonlarında ( Füzuli ) və
Talışın şimal qurtaracağında mövcud olmuşdur. Adı çəkilən
massivlərdə xam bozqırların böyük hissəsi şumlanmış və hazırda dəmyə əkinçiliyində ( taxıl, üzüm və s. ) istifadə olunur.
Çöl bitkiləri bu massivlərdə yalnız adalar,fraqmentlər şəklində
qalmışdır.
VIII.Yarımsəhra və səhralar. Bitkiçiliyin bu tipi Azərbaycanda Xəzər boyu ovalığında, Kürboyu zolaqda, Naxçıvanda
Arazboyu vadidə,Abşeronda, ən geniş isə Kür-Araz ovalığında
yayılmışdır. Bu tipdən olan bitkilər alluvial, prolüvial və dəniz
çöküntüləri ilə örtülmüş ovalıqda inkişaf etmişdir. Onlar dağətəyi düzənliklərdə də tez - tez müşahidə edilirlər.
Azərbaycanın bitki örtüyü.
Bioloji amillər xüsusən də bitki örtüyü.Torpaqəmələgəlmədə
aparıcı rol oynayır. Torpağın inkişaf etməsi üçün bir neçə min il
lazımdır. Məhs bu vaxt ərzində bütün bitki növlərinin nəsli qismən dəyişilir. Bitkilərdən fərqli olaraq torpaq daha uzun müddətli inkişafın məhsuludur. Bitkilik – torpağa daxil olan və torpaqda humusa çevrilən üzvi maddələrin əsas mənbələrindən
biridir.
Orqanizmlər, ilk növbədə isə bitki orqanizmləri ən mühüm
kimyəvi elementlərin oksigen, karbon, azot, fosfor, kalium, kalsium, bir çox mikroelementlərin biogen dövranının əsas iştirakçısıdır.
Ali bitkilər, xüsusən taxıl bitkiləri torpaqların strukturunun
formalaşmasına böyük təsir göstərir.Bu zaman köklərin mexaniki təsiri torpaq hissələrinin ayrılmasına, köklərin kimyəvi təsiri
bu hissəciklə sementləşməsinə və suya davamlılıq xassəsi əldə
etməsinə səbəb olur.
Azərbaycanda meşə bitkilərinin
yayılması.
Azərbaycan ərazisinin 12 faizi meşəlik olub, əsasən
dağ zonasında və qismən də düzənlərdə yayılmışdır.
Düzən (aran) meşələri başlıca olaraq Lənkəran düzündə, Kür - Araz ovalığında, Alazan – Əyriçay vadisi və
Xudat - Xaçmaz zonasının dəniz kənarına yaxın sahələrdə yayılmışdır.
Dağ meşələri respublika ərazisində Böyük Qafqaz
sıra dağlarının şimal-şərq yamacı qurtaracağmdan başlayaraq Dağıstana qədər uzanır.Yamacın cənub və cənub - qərb hissəsində meşələr Quba - Qusar və Dəvəçi
rayonlarının dağ hissəsini əhatə edir.
L.İ.Prilipko Azərbaycan meşələrinin xalq təsərrüfatındakı
əhəmiyyətini nəzərə alaraq, onu üç qrupa ayırır: I - qrup meşələr. Bu qrapa 1.qoruq meşəsi, 2.kurort əhəmiyyəti olan meşələr
3.Torpaq və su mühafizəedici meşələr, 4.Tarlaqoruyucu meşə
zolaqları, 5.Kür çayı ətrafında sahil bərkidici meşələr və, 6.Qırılmış seyrək meşələr daxildir.
Birinci qrup meşələr əsasən dağ meşələrindən ibarət olub,
respublikada ümumi meşə sahəsinin 65 % - ni təşkil edir
II- qrup meşələr - bu qrupa su və torpaq mühafizə edən dağ
meşələri aid olub ümumi meşə sahəsinin 30 % - dən artığını
təşkil edir.
III - qrup meşələr - bu qrupa tuqay meşələri daxil olaraq
ümumi meşə sahəsinin 1, 9 % - ni təşkil edir.Hazırda bu meşənin çox hissəsi Mingəçevir su hövzəsi altında qalmışdir.
Azərbaycanda yayılmış əsas meşə tipləri.
(L.İ. Prilipkoya görə)
İynəyarpaqlı
meşələr
Enliyarpaqlı
ardıc
şam
2,37
0,033 31,68 26,01 23,40 3,58
meşələr
Şərq Qaf- Müx- Müx- Qızıl Cökə
fıstı- qaz
təlif təlif -ağac
ğı Vələ- palıd çinar
si
növ- növləri
ləri
1,87
1,71
Qara ağca- söyüd Yar-ğac qayın
paqlılar
1,16 0,22
0,19
7,76
Ədəbiyyat.
l. M.İ.Cəfərov – Torpaqşünaslıq - Bakı, 2005.
2. M.İ.Cəfərov - Azərbaycanın təbii sərvətləri
və ondan səmərəli istifadə - Bakı, 2005.
3. Q.Ş.Məmmədov - Azərbaycan torpaqlarının
ekoloji qiymətləndirilməsi-Bakı-Elm-1998.
4. Л.И.Прилипко - Растительный покров
Азербайджана - Баку, 1970.