Zamanın idarə olunması

Download Report

Transcript Zamanın idarə olunması

ZAMANIN IDARE OLUNMASI
NERGIZ EZIMZADE
KIFAYƏT QƏDƏR VAXTINIZ VARMI ?
.


Əslində insan vaxtı idarə etməz, idarə edə bilməz!
çünki əqrəblə dəqiqə əqrəbinin hərəkəti bizim
rəhbərliyimizin xaricindədir. Bunlar dayanmadan
hərəkət edərlər və biz nə etsək edək, vaxt əvvəldən
qərarlaşdırılmış bir sürətlə axıb gedər. Məsələ
saatı idarə etmək deyil, özümüzü vaxt içində
idarə edə bilməkdir

Vaxtını yaxşı dəyərləndirmənin ən yaxşı yolu
işləri sistemləşdirməkdir. Özünüz üçün illik, altı
aylıq, aylıq, həftəlik və günlük fəaliyyət planları
qurun. Tez tez kiçik planlar qurun. Gündəlik
işlərinizi qrafikləşdirərək əsas işinizə daha çox
vaxt ayırın. Vaxtınızı planlaşdırmaq üçün bir
nece məsləhət:
VAXTIN IDARƏ OLUNMASINDA ƏN ÇOX YOL
VERILƏN 10 SƏHV

Səhv №1. Müntəzəm olaraq görüləsi işlərin siyahısını tutmaq
vərdişinin olmaması.
Bəzən elə hallar olur ki, insan işin vacib hissəsini yerinə yetirməyi
unudur. Yəqin ki, bu, sizin də başınıza gəlib. Əgər belədirsə, deməli,
siz ya gördüyünüz işlərin siyahısını tutmursunuz, ya da həmin
siyahıdan effektiv şəkildə istifadə etməyi bacarmırsınız.
SƏHV №2. ŞƏXSI HƏDƏFLƏRIN OLMAMASI.
SIZ ALTI AYDAN SONRA NƏ ƏLDƏ ETMƏK ISTƏDIYINIZI
BILIRSINIZ? BƏS BIR YA ON IL SONRA, NECƏ? ƏGƏR
CAVAB YOXDURSA, ONDA SIZ TƏCILI OLARAQ ÖZÜNÜZ
ÜÇÜN ŞƏXSI HƏDƏFLƏR TƏYIN ETMƏKLƏ MƏŞĞUL
OLMALISINIZ.

Səhv №3. Prioritetləri səmərəli, savadlı şəkildə
düzmək vərdişinin olmaması.
Prioritetləri sıralamaq elə də asan deyil, lakin bunu
öyrənmək mümkündür və eyni zamanda çox vacibdir.
Effektiv prioritet bölgüsünün ən vacib aləti isə Eyzenxauer Matrisasıdır. Onun haqqında məqalə oxuyun
və onun əsasında qurulmuş pulsuz gündəlik yükləyin.

Səhv №4. Diqqət yayındırıcı faktorları idarəetmə
səriştəsinin olmaması.
Siz bilirsinizmi ki, tədqiqatlara əsasən diqqət yayındırıcı
faktorlar gündəlik iş vaxtının iki saata qədərini yeyir?
Əgər siz öz iş gününüzə nəzarət etmək istəyirsinizsə,
onda diqqət yayındırıcı faktorları idarə etməyi öyrənin.
Məsələn, siz öz iş masanızın üzərində balaca
«məşğul/azad» sözləri yazılmış lövhə qoya bilərsiniz.
Çalışın ki, iş yoldaşlarınız başa düşməyə öyrəşsinlər ki,
sizi nə vaxt narahat etmək olar, nə vaxt isə yox.

Səhv №5. Prokrastinasiya
Prokrastinasiya – yerinə yetirilməli olan işin icrasını sonraya
saxlamaq və ya ləngitməkdir. İşə başlamağı ləngitdikdə siz buna
görə özünüzü günahkar hiss edirsiniz. Bu qapalı dairə sonda onunla
nəticələnir ki, siz işi vaxtında təhvil ver bilmirsiniz.

Səhv №6. Həddindən artıq işin altına girmə vərdişi.
İnsanlara «yox» demək sizə nə qədər çətin görünür? Bu,
digər tərəfdən öz üzərinə qaldıra bilməyəcək qədər ağır
yük götürmək, prioritetləri düzgün sıralaya bilmək
bacarığının olmaması ilə bağlı ola bilər.
«Yox» demək sizə nə qədər çətin görünsə də bunu
etməyi bacarmalısınız.

Səhv №7. Məşğulluq hissindən həzz almaq.
Vinni Pux haqqındakı nağılda olan Dovşanı
xatırlayırınız. Bu sözlər elə ona aiddir: Vacib tapşırıqların
həllini son ana saxlamaq, diqqət tələb edən bir yığın
kağız-kuğuz, ardı-arası kəsilməyən telefon zəngləri...
Bütün bunlar insanda əsl adrenalin yüksəlməsinə səbəb
ola bilər. Lakin sonda o bir asılılığa çevrilir və bu qaynar
aktivlik fonunda iş öz mahiyyətini və nəticəsini itirir.
Problem ondadır ki, məşğulluğa olan bu ehtiras, çox
nadir hallarda həm də effektivlik ilə uzlaşır, yəni bir
ahəng təşkil edir. Sonda isə bu, çox ciddi stressə gətirib
çıxara bilər.

Səhv №8. Eyni zamanda çox iş görmək.
Bu problem daha çox kişilərdə müşahidə olunur. Çünki
tədqiqatlara əsasən, bir neçə işi eyni vaxtda görmək
qadınlar üçün daha asandır.
Əgər diqqəti məhz bir tapşırığın icrasında cəmləsək,
sonra isə tapşırıqları prioritetlər ardıcıllığına uyğun
şəkildə həyata keçirsək, işin keyfiyyəti kifayət qədər
yüksələcək və stressin səviyyəsi aşağı düşəcək

Səhv № 9. İşdə fasilələrin yoxluğu.
Hər şeydə qızıl orta qaydasını qorumaq lazımdır. İş
fasilələri heç də vaxt itkisi kimi qəbul olunmalı deyil.
Onlar beyinə müəyyən qədər istirahət imkanı yaradır. Bu
isə bəzi məsələlərin həlli ilə bağlı intuitiv çıxış yollarını
tapmağa kömək edə bilər.



Səhv № 10. İş gününün qeyri-effektiv şəkildə
planlaşdırılması.
Siz torağaysınız ya bayquş? (ya da başqa cür
soruşaq: siz gündüzlər daha məhsuldar olursunuz ya
axşamlar?) Ən çox enerji qabarması sizdə nə vaxt
müşahidə olunur? Naharın həzm olunması üçün sizə
nə qədər vaxt lazımdır? Bəlkə nahardan sonra
elektron poçtuna əl gəzdirmək lazımdır? Gün
ərzindəki iş prosesinin tapşırıqlarını savadlı şəkildə
sıralamaq sizin işin səmərəliliyini kəskin şəkildə
yüksəldə bilər.

Həyatımızda olan balans, həyatımızın ayrılmaz parçaları
olan ailə, karyera, inkişaf, fiziki və mənəvi sağlamlıq,
hobbilərimiz, dostlarımız olmadan mümkün deyil.
Karyera edən bir insanın ailəsindən uzaq qalması və
ailəsinə yetərincə vaxt ayırmaması, fiziki və mənəvi
sağlamlığına daim və zamanında diqqət yetirməməsi
uzun müddətdə ciddi fəsadlara yol aça bilir.

Ümumiyyətlə, uğurlu insan kimdir? Hansı meyarlara
görə insanın müvəffəqiyyət qazanıb-qazanmadığını
olmadığını dəyərləndirmək olar? Daim vaxtını, enerjisini
işə ayıraraq ailəsinə və şəxsi həyatına vaxt ayıra
bilməyən insan nə qədər uğurludur? Bunu, onun
ailəsindən soruşmaq lazımdır. Daim vaxtını, enerjisini işə
ayıraraq səhhətinə diqqət etməyən və müəyyən yaşdan
sonra səhhətində ciddi problemlər meydana gələn insan
nə qədər müvəffəqiyyətlidir? 50-60 yaşına qədər həyatını
ancaq işinə həsr edərək səhhətinə ciddi şəkildə zərər
verən onlarla insanı şəxsən tanıyıram. Bu insanların
həyatlarında əsas hissə işləri və karyeraları olmuşdur.