Ali təhsil müəssisəsinin

Download Report

Transcript Ali təhsil müəssisəsinin

Ali Təhsildə Keyfiyyət və
Onun Təminatı
Natiq Yusifov -Tədris İşləri üzrə Prorektor
Jalə Qəribova -Beynəlxalq Əlaqələr üzrə Prorektor
Aytən Mirzəyeva - Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri
Keyfiyyət Nədir?
İcraçının iş fəaliyyətinin nəticələrinin və
yekun məhsulunun maraqlı tərəflərin
gözləntilərinə/tələblərinə/standartlarına
cavab verməsi/verməməsi (dərəcəsi)
Keyfiyyətin Ölçü Vahidi
Maraqlı tərəflərin
standartlarına/tələblərinə/gözləntilərinə
cavab vermə dərəcəsini ölçməyə imkan
verən kəmiyyət göstəriciləri
Keyfiyyətin İndikatorları
Maraqlı tərəflərin standartlarına,
tələblərinə və gözləntilərinə cavab
verilməsini təmin edən vasitələr, üsullar,
metodlar, resurslar, infrastruktur və s. (və
bunların qəbul olunmuş beynəlxalq
standartara nə dərəcədə cavab verməsi)
Keyfiyyətin Təmin Edilməsi
Müəssisənin/qurumun/fərdin istehsal etdiyi
məhsulların, göstərdiyi xidmətlərinin və s.
müəyyən edilmiş keyfiyyət standartlarına
cavab verməsini təmin etmək məqsədi ilə
həmin müəssisənin/qurumun/fərdin
fəaliyyətinin müxtəlif aspektlərinə sistemli
şəkildə nəzarət, onların mütəmadi
yoxlanılması və dəyərləndirilməsi üçün
daimi fəaliyyətdə olan proqram
Ali təhsildə Keyfiyyət Məfhumu
Tarixi kontekst
1990-cı illərin sonu – ali təhsildə keyfiyyət və standartlar məfhumunun qloballaşması.
Berlin Kommünikesi – 2003
- E4 Qrupu (ENQA, ESİB, EUA, EURASHE) – keyfiyyətin təminatı üzrə strukturların yaradılması
Bergen Toplantısı – 2005
- Təhsildə Keyfiyyət Təminatının Standartları
Lissabon prinsipləri – 2007
Vahid Avropa Ali Təhsil Məkanının yaradılması
Keyfiyyət məfhumunun qlobgallaşmasını meydana gətirən faktorlar:
Universitetlərin kəmiyyət və keyfiyyətcə dəyişikliyi
Ali təhsil məkanında artım və müxtəliflik
Universitetlərin beynəlmiləlləşməsi
“Elit” sistemdən “kütləvi” sistemə keçid
Resursların azalması
Ali təhsilin maliyyələşdirilməsi metodologiyasında dəyişiklik
Ali təhsil məkanına “bazar” prinsiplərinin daxil edilməsi (yeni teminlər: menecment, müştəri, maraqlı tərəflər,
audit, akkreditasiya)
Vroeijenstijn: “Keyfiyyət məfhumu ali təhsil ənənəsi üçün yeni deyil: o hər zaman bu ənənənin bir hissəsi
olmuşdur. Dəyişən yalnız ali təhsillə cəmiyyət arasındakı bağlılığın məzmunudur*.”
*Vroeijenstijn A. I., 1995, İmprovement and Accountability, Navigating betüeen Scylla and Charybdis, Guide for Quality Assessment in Higher Education.
LondonŞ Jessica Kingsley Publishers.
Ali Təhsildə Keyfiyyətin Fəlsəfəsi
Ali təhsil müəssisəinin missiyası:


Cəmiyyətə xidmət (təhsilin və elmin dövlətin və cəmiyyətin maraqlarını təmin etməsi)
Ali təhsil müəssisəsinin öz maraqlı tərəflərinin tələblərini, standartlarını və gözləntilərini qarşılaması
Ali Təhsil məkanında keyfiyyətin təmin edilməsinin ilkin və universal şərtləri:










Ali təhsil müəssisəinin qarşısına qoyduğu missiyası əsasında starteji inkişaf planının mövcudluğu
Ali təhsil müəssisəinin missiyası əsasında öz daxili standartlarını müəyyən etməsi
Ali təhsil müəssisəsinin muxtariyyəti
Ali təhsil müəssisəsinin hesabatlılığı (dövlət və maraqlı tərəflər qarşısında)
Aşkarlıq
Şəffaflıq
Maliyyə imkanlarının artırılması yollarının tapılması
Müasir idarəçilik prinsipi
Peşəkar inkişafa və resurs və infrastrukturun yaradılmasına maliyyə vasitələrinin yönəldilməsi
“Keyfiyyət mədəniyyətinin” mövcudluğu
Ali Təhsil Müəssisəsinin keyfiyyətinin əsas göstəriciləri









Rəqabətədavamlı tədris proqramları
Yüksək standartlara cavab verən elmi fəaliyyət və onun tədrisə inteqrasiyası
Beynəlxalq mübadilələr və tələbə mobilliyi
Tələbələrə dəstək strukturlarının mövcudluğu
Mütəmadi peşəkar təlimlər, ixtisasartırma proqramları və s.
Lazımi resurslar və infrastrukturların mövcudluğu
Planlaşdırma, iş bölgüsü, icraya nəzarət (aşağıdan yuxarı və yuxarıdan aşağı
hesabatlılıq; qiymətləndrimə) və motivasiya (qiymətləndirmənin nəticələrinin
tətbiqi prinsipləri) mexanizmlərinin mövcudluğu
Universitetdaxili etik normaların mövcudluğu
Universitetin ictimai məsuliyyət funksiyasını yerinə yetirməsi
Ali Təhsil Müəssisəinin
Fəaliyyətində Maraqlı Tərəflər
1. Dövlət (ali təhsil dövlətin starteji proqramının
prioritet sahələrindən biri kimi)
2. Əmək bazarı (işəgötürənlər lazımi bilik və
vərdişlərə malik gənclərin fəaliyyətə cəlb
edilməsində maraqlıdırlar)
3. Tələbələr (universiteti bitirdikdən sonra öz
arzularına/planlarına uyğun iş fəaliyyəti ilə təmin
olunmaqda maarqlıdırlar
4. Valideynlər
5. İşçi Heyəti (əmək bazarının tələblərinə cavab
verən, yəni davamlılığı təmin edilmiş bir
müəssisədə işləməkdə maraqlıdırlar)
Ali Təhsil müəssisəinin İşinin Qiymətləndirilməsi
Qiymətləndirən Tərəflər
A) Dövlət
B) Əmək bazarı
C) Tələbələr
D) Valideynlər
E) Əməkdaşlar
F) Müstəqil (yerli və ya beynəlxalq) akkreditasiya qurumları
G) Digər ali məktəblər (qarşılıqlı dəyərləndirmə)
H) İctimaiyyət
Qiymətləndirmənin mahiyyəti
Tələbənin məqsəd olaraq qarşısına qoyduğu dərəcəni alması üçün müvafiq təlim şəraiti yaradılmışdırmı
(keyfiyyətli tədris proqramları, uyğun kadrlar, müvafiq resurslar, infrastruktur, tələbəyə dəstək xidməti, müvafiq idarəetmə
mexanizmi, uyğun qiymətləndirmə sistemi)?
Keyfiyyətin Təminatı Şöbəsi bunların yerinə yetirilməsi üçün prosedurlar hazırlamalıdır
(sorğu anketləri tərtib etməli, sorğunun dövriliyini müəyyən etməli, mütəmadi olaraq
sorğunu keçirib təhbərliyə təqim etməlidir)
Ali Təhsil müəssisəsinin hansı komponentlərinin keyfiyyəti ölçülməlidir
A. Ali Təhsil Müəssisəsinin özü (məqsəd və vəzifələri, missiyası, fəlsəfəsi, təklif etdiyi proqramları və onların
rəqabətədavamlılığı, tələbələrə dəstək qurumları, resursları, infrastrukturu, fəaliyyətdə olan heyətinin akademik
statusu, elmi fəaliyyəti, akademik heyətin beynəlxaql elmi arenada təmsil edilməsi səviyyəsi, ali məktəbin öz
işçilərinə yönəltdiyi motivasiya sxemi, təhlükəsizlik tədbirləri və qurumları, ali məktəbin ictimaiyyətlə əlaqəsi və s.)
Ölçü krieriyası (beynəlxalq standartlara uyğun özünüqiymətləndirmə, beynəlxalq akkreditasiya, dövlət
akreditasiyası)
B. Ali Təhsil Müəssisəsinin Qurumları (təklik etdiyi ixtisasların məqsəd və vəzifələri (ıearning outsomes), proqramın
yerinə yetirilməsi üçün resurslar və infrastruktur (dərslik və dərs vəsaitləri, proqramda dərs deyəcək akademik
heyət, proqramın yönəldiyi sahə üzrə elmi araşdırmalar, texniki dəstək və s., idarəçilik)
Ölçü krieriyası (beynəlxalq standartlara uyğun özünüqiymətləndirmə, beynəlxalq akkreditasiya, dövlət
akreditasiyası, qarşılıqlı qiymətləndirmə, əmək bazarı tərəfindən qiymətləndirmə)
C. Akademik Heyət (tədris fəlsəfəsi, müasirlik, rəqabətədavamlılıq, bilik və bacarıqların ötürülməsinin effektivliyi)
Ölçü kriteriyası (silabus, açıq dərslərin nəticəsi, özünüqiymətləndirmə, tələbə qiymətləndirilməsi, tələbə testlərinin
və imtahanlarının nəticəsi, tələbələrin müvafiq fənn üzrə əldə etdikləri bilik və bacarıqların əmək bazarı
nümayəndələrin tərəfindən qiymətləndirilməsi, beynəlxalq səviyyəli sertifikatlar və s.)
D. Digər heyət (tutduğu vəzifəyə uyğunluq, işə münasibət, fəaliyyətin nəticələri)
Ölçü kriteriyası (özünüqiymətləndirmə, qurum rəhbəri tərəfindən qiymətləndirilmə)
E. İxtisaslar (ixtisasların rəqabətədavamlılığı və dövlət standartlarına cavab verməsi, tələbələrin işlə təmin olunmasını
təmin etməsi səviyyəsi)
QEYD: KTŞ Yuxarıda göstərilənləri təmin edəcək prosedurlar hazırlamalıdır
Qiymətləndirmə Mexanizmi
(1)
Daxili
qiymətləndirmə:
Akademik heyət,
İxtisas
proqramları,
Struktur vahidləri
Özünü
qiymətləndirmə
Kənar
təftiş
Yuxarıdan
qiymətləndirmə
Tələbə
qiymətləndirməsi
Qiymətləndirmə Mexanizmi (2)
Kənar
qiymətləndirmə:
Şöbələr
Universitet
İxtisas proqramları
Kənar təftiş
Müstəqil
nümayəndəliklər
Dövlət
akkreditasiya
komitəsi
Beynəlxalq
qurumlar
Qiymətləndirmə Mexanizmi
(3)
Qiymətləndirmənin
nəticəsi olaraq
(heyət)
Müqavilə
uzadılması
İnkişaf etdirmə
İnkişafa təkan
“Problemli
məsələ”lərin həlli
Qiymətləndirmə Mexanizmi
(4)
Qiymətləndirmənin
nəticəsi olaraq
(şöbələr/
İxtisas proqramları/
Universitet)
İxtisas
proqramlarının/
şöbələrin fəaliyyətinin
uzadılması/
dayandırılması
Muxtariyyət
verilməsi
İslahatlar
prosesində rəylər
Maddi dəstəyin
artırılması
İlkin Mərhələdə Qiymətləndirmə:
İşə Qəbul
Professor-müəllim heyəti üçün
Vakansiya haqında elana əsasən sənədlərin təqdimatı (qanunvericilik üzrə nəzərdə tutulan sənədlər, lazımi bilik və
vərdişləri təsdiq edən sənədlər, CV, namizəd tərəfindən yazılmaış motivasiya məktubu, fənn üzrə tərtib edilmiş
silabus)
Sənədlərin qəbulu və ilkin təhlili
Sənədlərin qiymətləndirmə üçün müvafiq komissiyaya təqdim edilməsi (Peşəkar bilik və bacarıqlar müvafiq
əsasnamənin tələblərinə uyğun yaradılacaq Komissiya tərəfindən həyata keçiriləcəkdir)
Rəhbər vəzifələri tutmaq üçün (prorektor, dekan, kafedra müdiri, şöbə rəhbərləri)
Müvafiq Əsasnaməyə uyğun olaraq
Texniki-yardımçı heyət üçün
Vakant yerin doldurulması üçün elana əsasən və digər kanallar vasitəsilə cəlb edilmiş namizədin sənədlərin
təqdimatı (qanunvericilik üzrə nəzərdə tutulan sənədlər, əmək kitabçasından çıxarış)
Sənədlərin qəbulu və ilkin təhlili
Sənədlərin qiymətləndirmə üçün müvafiq komissiyaya təqdim edilməsi (Peşəkar bacarıqlar qurum rəhbəri
tərəfindən qiymətləndirilir)
İşin İcrasının Qiymətləndirilməsi (ProfessorMüəllim Heyəti üçün) (1)
Qiymətləndirmə Mexanizmi
A) Fərdi hesabat (silabus, təlim fəlsəfəsini əks etdirən sənəd/məlumat, professional bilik və
bacarığı əks etdirən sənəd, sertifikat, elmi əsərlərinin siyahısı və s.)
B) Özünüqiymətləndirmə
C) Qarşılıqlı qiymətləndirmə (dərslərə qarşılıqlı davamiyyət, müşahidə, kafedra iclaslaında
müzakirələr, açıq və nümunəvi dərslər)
D) Tələbələr tərəfindən qiymətləndirmə
F) Struktur Rəhbəri tərəfindən qiymətləndirmə
G) Müsahibə (lazım olduqda)
Qiymətləndiriləcək keyfiyyətlər
Tələb edilən bilik və bacarıq
Pedaqoji hazırlıq
Elmi fəaliyyət
Motivasiya
Korporativ ruh
İşin İcrasının Qiymətləndirilməsi (ProfessorMüəllim Heyəti üçün) (2)
Nəticənin təhlili və nəzərə alınması
a) Nəticələrin fakültə və Univesitet elmi şuralarına təqdim edilməsi
b) İşçinin müqaviləsinin uzadılması/uzadılmamsı, vəzifədə irəli çəkilməsi, həvəsləndirilməsi, lazım ilduğu halda əlavə
təkmilləşdirmə tədrbirlərinə cəlb edilməsi və s.
Qiymətləndirmədə dövrilik və qiymətləndirməni aparan qurumlar
a) fərdi hesabat və özünüqiymətləndirmə – hər semstrin sonu
b) qarşılıqlı qiymətləndirmə (kafedranın tərtib etdiyi qrafik əsasında)
c) tələbə qiymətləndirilməsi (hər semestrdə) (KT şəbəsi tərəfindən aparılır)
d) struktur rəhbəri tərəfindən qiymətləndirmə (hər semstrdə)
Müstəsna hallarda vəzifənin yerinə yetirilməməsi situasiyalarının təsnifatı və onların bu təsnifat üzrə tənzimlənməsi
a) Müstəsna hallarda vəzifənin yerinə yetirilməməsi situasiyalarının təsnifatının yaradılması (üzürlü səbəbdən dərs
buraxma və bu haqda məlumat verilməsi,üzürlü səbəbdən dərs buraxma və bu haqda məlumat verilməməsi,
üzürsüz səbəbdən dərs buraxma, dərsin buraxılması və unun əvvəlcədən və ya sonradan əvəz edilməsi, dərsin
buraxılması və unun əvvəlcədən və ya sonradan əvəz edilməməsi və s.)
b) belə hallarda müəllimin üzərinə düşən məsuliyyət (dərsin müəllim tərəfindən əvəz edilməsi, əlavə dərs və s.)
c) bu cür hallarda kafedranın üzərinə düşən məsuliyyət (dərsin əvəz edilməsi və onun keyfiyyətinin təmin olunması və
s.)
d) bu cür hallar üzrə hesabat mexanizmi (müəllim və kafedra tərəfindən)
e) Müstəsna hallarda vəzifənin yerinə yetirilməməsi situasiyalarının təsnifatı (üzürlü səbəbdən dərs buraxma və bu
haqda məlumat verilməsi)
Müəllimin Fəaliyyətinin Qiymətləndirilməsi zamanı nəzərə
alınacaq əsas keyfiyyətlərin kriteriyaları və ölçü mexanizmi
(1)
Bu keyfiyyətlər həm işə qəbul zamanı, həm də fəaliyyətin icrası prosesində yoxlanılmalıdır
a)
b)
peşəkar bilik və bacarıqlar
qiymətləndirmə üçün lazım olan indikatorlar (müvafiq sənəd, peşəkar testlər, müsahibə,
silabus)
pedaqoji-psixoloji hazırlıq:
Dərsin təşkili və qrupu idarə etmə
Tələblərin aydınlığı
Tələbə biliyinin qiymətləndirilməsinin obyektivliyi
Təlimin metodları
Tələbələrə münasibət və ünsiyyət səviyyəsi
İstifadə etdiyi ədəbiyyat
Tələbələrə dəstək (məsləhət saatları, tələbələrlə mütəmadi ünsiyyət və s.)
Dərsin keyfiyyətinin təminatı (tədris fəlsəfəsi, müasirlik, qloballıq, beyməlxalq standartlara
cavab vermə,
Bazara yönümlülük (praktiklik)
Peşəkar etika
qiymətləndirmə üçün lazım olan indikatorlar (silabus, silabusun yeniləşdirilməsinin tezliyi və
yeniləşmənin məzmunu, tədrisdə istifadə etdiyi ədəbiyyat, tələbə soröusu, struktur rəhbərinin
qiymətləndriməsi, açıq dərslərin nəticələri, tələbələrin imtahan və testlərinin nəticələri, əmək
bazarı nümayəndələrinədn alınangeriyə məlumat)
Müəllimin Fəaliyyətinin Qiymətləndirilməsi zamanı nəzərə
alınacaq əsas keyfiyyətlərin kriteriyaları və ölçü mexanizmi
(2)
c)
motivasiya dərəcəsi
kritik situasiyalarda qərarvermə bacarığı və istəyi, təşəbbüskarlıq, həmkarlarına və iş yerinə münasibət, lazım
olduqda iş saatlarından əlavə işləmək bacarığı və istəyi, intizamlılıq, dərslərin keyfiyyətini və öz peşəkar
səviyyəsini artırmaq üçün gördüyü əlavə işlər, intizamlılıq, tələbələrlə lazım olduqda iş saatında əlavə işləmək
istəyi
qiymətləndirmə üçün lazım olan indikatorlar (motivasiya məktubu, özünüqiymətləndirmə, müsahibə, açıq dərslər,
struktur rəhbərinin qiymətləndirməsi, qarşılıqlı qiymətləndirmə, tələbə sorğusu)
d)
elmi fəaliyyət
qiymətləndirmə üçün lazım olan indikatorlar (elmi nəşrlər və onların kəmiyyət və keyfiyyət təhlili, elmi
konfranslarda iştrak, elmi-metodik fəaliyyət,
dərsliklər, tədris vəsaitləri və s.)
e)
korporativ ruh
əməkdaşlarla qarşılıqlı ünsiyyət, lazım gəldikdə və ya kritik situasiyalarda məsuliyyəti üzərinə götürmə və şəxsi
təşəbbüskarlıq, universitetin resurslarına, onların
qorunmasına və s. qarşı qayğı və təəssübkeşlik, işin icra edilməsi üçün yalnız yuxarı instansiyanın göstərişini
gözləməmə, lazım gəldikdə qərarvermə bacarığı, universitetin
ictimai işlərində iştirak, yeni işçiləri işə həvəsləndirmə və onlarla işləmə, universitetə yeni və keyfiyyətli insan
reurslarının cəlb edilməsində maraqlılıq, dürüstlük və rəhbərliyə
düzgün, ədalətli məlumatın verilməsi. Intizamlılıq, pozitiv mövqe, tənqidə açıqlılıq, digərlərinin və xüsusilə
gənclərin müsbət təşəbbüslərini dəstəkləmə
qiymətləndirmə üçün lazım olan indikatorlar (tələbə qiymətləndirməsi, aşağıdan yuxarı qiymətləndirmə, struktur
rəhbəri tərəfindən qiymətləndirmə)
İşin İcrasının Qiymətləndirilməsi (Dİgər
Heyət Üçün)
Rəhbər İşçilər
Rəhbər işçinin özünüqiymətləndirməsi
Strukturun işçiləri tərəfindən (aşağıdan yuxarıya) anonim qiymətləndirmə
Müvafiq yuxarı instansiya tərəfindən qiymətləndirmə
Texniki və yardımçı heyətin qiymətləndirilməsi
Özünüqiymətləndirmə
Qurum rəhbəri tərəfindən qiymətləndirmə (bu qiymətləndirməyə işçinin
fəaliyyəti və bu fəaliyyətin
yerinə yetirildiyi iş yeri qiymətləndirilir)
Qiymətləndirmənin nəticəsinin tətbiq edilməsi
Fəlsəfəsi: İnstitusional qiymətləndirmə müəyyən nəticələrə gətirib
çıxarılmalıdır. Lakin qiymətləndirmə nəzarət mexanizmi və ya cəza tədbiri
yox, inkişafı stimullaşdıran vasitə rolunu oynamalıdır.
İnstitusional qiymətləndirmənin komponentləri
Proqramların (ixtisas proqramları) qiymətləndirilməsi
Struktur vahidlərinin (fakültələrin, kafedraların və s.) qiymətləndirilməsi
struktur vahidinin (fakültənin və ya kafedranın)
•strategiya və planlarını
•idarəetmə sistemini
•digər struktur vahidləri ilə və xarici strukturlarla əlaqəsi, nüfuzu və s.
• təklif etdiyi ixtisasların məqsəd və vəzifələri, onların rəqabətədavamlılığı
• ixtisaslar üzrə müəyyən edilmiş məqsəd və vəzifələri yerinə yetirmək üçün mövcud resurs və infrastrukturu
• tələbələrə dəstək vermə dərəcəsi
•elmi fəaliyyətin səviyyəsi
•strateji kommunikasiya və məlumat təminatı səviyyəsi (kurs kataloqları, reklam materialları, internet
səhifəsi, məlumat kitabçaları və s.)
qiymətləndirilir
Şöbələrin özünüqiymətləndirməsinin təsviri
Məqsəd və strategiyaların təsviri
Heyət üzvlərinin siyahısı
Təlim vasitələri
Tələbə məsələləri
Tədqiqat fəaliyyətləri
Tədris idarəçiliyi məsələləri
Universitetdaxili, universitetlərarası və beynəlxalq əməkdaşlıq
Ən mühüm nəaliyyətlər
Problemlərin ən zəif tərəfləri (real və ya gözlənilən)
Yaxın gələcək üçün planlar
Məzunların profilləri və təyin edilmış təlim nəticələri
İxtisasların Qiymətləndirilməsi
Məqsəd:
proqramıarın tələblərə cavab-verib-verməməsini aşkar etmək,
onlarla bağlı nöqsanları vaxtında aradan qaldırmaq
Qiymətləndirmə obyekti: ixtisasın aktuallığı, proqramın ixtisasın məqsədlərinə xidmət edib-etməməsi,
təlim metodları, resurslar və s.
Özünüqiymətləndirmə
Kənar qiymətləndirmə
Kənatr
qiymətləndirmənin
qiymətləndirilməsi
Fakültə rəhbəri/kafedra
müdiri/proqram üzrə məsul
şəxs proqram haqqında
hesabatı/qiymətləndirməni
fakültə şurasına təqdim edir.
Fakültə şurası özünüqiymətləndirməni
əsas götürərək proqramın kənar
qiymətləndirilməsini həyata keçirir
Nöqsanların aradan qaldırılmasında
kömək edir
Proqramla bağlı müsbət təcrübənin
yayılmasında kömək edir
Proqramla bağlı daha yuxarı
instansiyaya hesabat/qiymətləndirmə
təqdim edir
Fakültə şurası
proqramın
qiymətləndirilməsini
daha yuxarı instansiyaya
(rektora, elmi şuraya)
təqdim edir.
İxtisasın qiymətləndirilməsi
kriteriyaları
• İxtisasın dövlət və beynəlxalq standartlara cavab verməsi
• İxtisas daxilində tədris olunan fənlərin ixtisas profilinə
uyğunluğu
• İxtisasın məzunları işlə təmin etmə potensialı
• Avropa kredit sisteminə (ECTS) uyğunluğu
• Təlimin məqsədləri üzrə müəyyən edilmiş deskriporlara
(learning outcomes descriptors) uyğunluq dərəcəsi
• Tələbə biliyini qiymətləndirmə kriteriyaları
• Cəlb edilmiş resurslar
• Beynəlxalq səviyyədə rəqabətədavamlılıq
• Davamlılıq
Tədris proqramlarının müasirləşdirilməsi
Tələbələr- Mərkəzləşdirilmiş yanaşma
İnteraktiv təlim
Təlim nəticələrinin müəyyənləşdirilməsi
Təlim porsesində çeviklik
Tənqidi təlim
Heyət işi
Təlim
Qiymətləndirmə və attestasiya
Tələbə seçimi (seçkilər)
Şəffaflıq
Tələbələrin dərs yükü
Boloniya prosesinin sürətləndirilməsi
Təlimin məqsədləri üzrə müəyyən edilmiş deskriporlar
(learning outcomes descriptors)
Bilik və anlama
Bilik alma və anlama
Mühakimə yürütmək
Ünsiyyət
Öyrənmə vərdişləri
Ənənəvi yanaşma
Müasir tələblər
Mahiyyət etibarilə özünüqiymətləndirmə qiymətləndirmənin tərkib Özünüqiymətləndirmə qiymətlədirmənin əsas hissəsidir
hissəsi deyil
Qiymətləndirmə yuxarıdan aşağıya aparılır
Qiymətləndirmə vertikal prosesdir
Qiymətləndirmə inzibati tədbirlərə və nəzarət məqsədlərinə
yönəldilmişdir
Qiymətləndirmə mərkəzləşmə prinsipinə yönəldilir
Qiymətləndirmə həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya
aparılır
Qiymətləndirmə horizontal prosesdir
Qiymətləndirmə inkişafa yönəldilmişdir
Qiymətləndirmə muxtariyyət prinsipinə yönəldilir
Qiymətləndirmə daha çox formal xarakter daşıyır və formal
meyarlara söykənir (Kim? Nə? Nə zaman? Harada? Nə qədər?)
Qiymətləndirmə analitikdir və
(Nə üçün? Nə məqsədlə? Hansı yollarla? Necə? Hansı əsasda?)
Qiymətləndirmə statikdir və perspektivlərə yönəlməmişdir
Qiymətləndirmə dinamikdir və gələcək perspektivlərə yönəlmişdir
Qiymətləndirmə daha çox prosedur təkmilləşməsinə yönəlmişdir
Qiymətləndirmə yaradıcı yanaşmanı stimullaşdırır
Qiymətləndirmə sistemində interaktivlik yoxdur; geriyə əlaqə
Qiymətləndirmə interaktivdir; bütün həlqələr arasında qarşılıqlı
yoxdur; sistemin bütün elementləri tərəfindən informasiya yalnı ən əlaqə mövcuddur
son instansiyaya ötürülməyə yönəlmişdir
Qiymətləndirmədə tələbələr iştirak etmir
Tələbə tərəfindən qiymətləndirmə ümumi qiymətləndirmənin
mühüm hissəsini təşkil edir
Qiymətləndirmə yalnız fəaliyyətin əsasən faktlar əsasında (analitik Qiymətləndirmə həm də ehtiyacların, problemlərin üzə çıxarılıb
deyil) ıks etdirilməsinə yönəlmişdir
həll edilməsinə yönəldilmişdir
Qiymətləndirmə kriteriyalarının aşkarlanmamsı
Qiymətləndirmə kriteriyalarının aşkarlığı
Ənənəvi yanaşma
Hesabat:
Təsviri
nə etmişəm
hansı həcmdə iş görmüşəm
fəaliyyətimi harada və nə zaman yerinə yetirmişəm
Müasir yanaşma
Öz fəaliyyətinə qiymət vermə
nə etmişəm
hansı uğurları qazanmışam
Analitik
fəaliyyətimi nə cür aparmışam
fəaliyyətimin uğurlu olduğunu necə
əsaslandıra bilərəm
tətbiq etdiyim metodların
səmərəliliyini necə sübut edə bilərəm
fəaliyyətim ümumi məqsədə necə
xidmət edir
güclü və zəif tərəflər
problemlərin aradan qaldırılması
üçün nə tədbirlər görülmüşdür
Tənqidi
Nöqsanlarım
Fəaliyyətimə mane olan faktorlar
Keyfiyyətin Təminatı
Mərkəzi
Mərkəzin əsas vəzifəsi Universitetdə təhsilin
keyfiyyətini qiymətləndirməkdən ibarətdir
Qiymətləndirmə alətlərindən biri:
Sorğu
Əcnəbi tələbələr arasında sorğu-May,iyun-2005
İmtahanların qiymətləndirilməsinə dair sorğuYay-2005
Əcnəbi müəllimlərin qiymətləndirməsinə dair
sorğu-2006
Təhsilə dair müəllimlər arasında sorğu-2006
Gözləntilər və gələcək planlara dair II kurs
tələbələri arasında sorğu-Oktyabr-2006
Təhsil və sosial problemlərə dair əcnəbi
tələbələr arasında sorğu-2007
Müəllimlərin qiymətləndirilməsinə dair illik tələbə
sorğuları-2006, 2007, 2009
Qiymətəlndirmə prosesində fəal
tərəflər:
Tələbələr
Müəllimlər
Professorlar
Digər mütəxəssislər
Təhsilə dair müəllimlər arasında
sorğu-2006
Respondentlərin
istifadə etdikləri
metodlar
İnteraktiv
39,4%
Ənənəvi
30,9%
Şəraitdən asılı
olaraq
15,4%
Bütün metodlar
11,9%
Fərdi yanaşma
11,3%
Yay imtahanlarının qiymətləndirilməsi(2-ci kurs,1NB İngilis dili)
n-145, maks 3, min 1
2.7
Fakültə rəhbərlri imtahanı yaxşı
təşkil etmişdir
2.6
Şparqalka üzərində ciddi nəzarət
var
2.4
Biliyin qiymətləndirilməsi düzgün
aparılır
2.3
Fikirləri şifahi ifadə etmək daha
yaxşı olardı
2.6
İmtahana qədər konsultasiya
saatları mövcuddur
2.7
Imtahan sualları proqrama
uyğundur
0
0.5
1
1.5
2
2.5
3
Kadrların idarə edilməsi
istiqamətində tərtib olunan standart
formalar
İşə qəbul prosesində istifadə olunan formalar (İş
üçün müraciət forması, Cv forması, motivasiya
məktubu, Sorğu anketləri)
Vakansiyalar üçün (ləğvi,
məhdudlaşdırılması,əvəzlənməsi,artırılması)
Özünüqiymətləndirmə (struktur rəhbəri,işçilər,
şöbənin fünksiyaları)
Vəzifə təlimatları
Ünvan: R.Behbudov küç., 60, ADU, Bakı şəhəri
Əlaqə: E-Poçt Ünvanı: __________ Tel: 440-64-82 (1-33,1-46dax.)
Vəzifənin adı: Metodist
Faks: ______________
Əmək haqqı: Həftəlik  Ayllıq  İllik 
Vəzifənin növü: Yeni  Daimi  Müvəqqəti  (____dan
________dək)
İş saatları: 9:00 – 16:30
İş günləri: I - VI
Hesabat verir: Tədris şöbəsinin müdirinə
Vəzifənin əsas məqsədi: Saathesabı dərs yükləri ilə bağlı olan
məsələlərdə tədris şöbəsinə yardımcı olmaq.
Əsas tapşırıqlar və məsuliyyətlər:
İnterval
Tapşırığa sərf olunan vaxtın %-i
* Saathesabı müəllimlərin aidiyyatı üzrə təyin olunması üçün
sənədlərin toplanması
mütamadi
Həftəlik iş saatının 20%-i (8saat)
* Saathesabı müəllimlərin aidiyyatı üzrə işə təyin olunması və işdən
azad olunması, əmək haqlarının ödənilməsi haqda məlumatların
toplanması və əmrlərin hazırlanması
* Heç bir yerdə işləməyən saathesabı müəllimlərin əmək kitabcasına
qeydlərin aparılması
Gündəlik
Mütəmadi
Həftəlik iş saatının 40% -i (16saat)
Həftəlik iş saatının 10%-i (4 saat)
* Saathesabı müəllimlərin pedoqoji stajı haqda arayışların verilməsi
mütamadi
Həftəlik iş saatının 10%-i (4 saat)
*Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi.
mütamadi
Həftəlik iş saatının 20%-i (8saat)
Tələb olunan bilik və bacarıqlar:
*Ali təhsil
*Kompüter vərdişləri – Microsoft Office
Şəxsi keyfiyyətlər:
*İntizamlı və məsuliyyətli , *Hesabatlılıq,*Dəqiqlik
Prosedurların tətbiq olunduğu
şöbələr:
Beynəlxalq Əlaqələr üzrə Prorektorluq
Tədris hissəsi
Problemlər
Perspektivlər
Kadrların idarə edilməsinin daxili
auditi
Yoxlanılır:
Struktur təlimatları
1. Strukturun fəaliyyət istiqamətləri
2. Strukturun məqsədləri
3. İllik fəaliyyət planı
4. Universitetin məqsədlərinə uyğun mövsumi planlaşdırma
5. İllik fəaliyyət planının icrası
6. İllik iş planının icrası üçün kifayət qədər işçinin olması
7. Struktur fəaliyyətinin illik qiymətləndirilməsi:özünüqiymətləndirmə və kənar
qiymətləndirmə (işin planlaşdırılması və icrası)
İşçi heyət
1. İşə qəbul və seçim proseduru
2. Vəzifələrin təsnifatı
3. İşçi heyətinin inkişafı
4. Işin icrasına nəzarət
5. İşçi münasibətləri
6. Mükafatlandırma
7.Təhlükəsizlik və sağlamlıq
Ali Təhsil Müəssisəsinin
Akkreditasiyası
Ali təhsil müəssisəsinin (proqramın) attestasiyası
2.1. Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası təhsil müəssisələrində təhsilin
keyfiyyətinə dövlət-ictimai nəzarətin əsas forması
olaraq mütəxəssis hazırlığının dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu
müəyyənləşdirən prosedurdur.
Ali təhsil müəssisəsinin (proqramın) akkreditasiyası
1.2. Attestasiyanın və Akkreditasiyanın əsas məqsədi və vətəndaşların təhsil sahəsində
konstitusiya ilə müəyyən edilmiş hüquqlarını və təhsil müəssisələrinin fəaliyyətinin təhsil
qanunvericiliyi və dövlət təhsil standartlarının tələbləri səviyyəsində qurulmasını təmin
etməkdən ibarətdir.
3.1. Akkreditasiya təhsil müəssisəsinin statusunun (tipinin və növünün) və onun təhsil haqqında
dövlət nümunəli sənəd vermək hüququ olan təhsil proqramları siyahısının müəyyənləşdirilməsi
prosedurudur.
Wikipedia
təhsilin akkreditasiyası-təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil
standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur;
İqtisadi durum - motivasiya
Qanunvericilik çərçivəsi
Daxili ünsiyyət (tələbə-müəllim münasibəti; tabeçilik formatı)
Strateji ünsiyyət (reklam, məlutmatlılıq)
İdarəçilik sistemi
İdarəçilik vərdişləri (soft skills)
Yaradıcı fəaliyyət üçün lazım olan muxtariyyət dərəcəsi – qərar qəbuletmə məhdudiyyəti
İnfrastruktur
İnteraktiv metodlar
İxtisasların aktuallığı
İnkişaf planı və strateji planlaşdırma
Ali Təhsildə Keyfiyyət: Ali Təhsildə İdarəçilik
(1)
Hesabatlılıq və məsuliyyətlilik çərçivəsində müstəqillik
Vertikal və horizontal idarəetmə
Vəzifələrin və funksiyaların konkretliyi
Vəzifə və funksiyaların zəncirvari bağlılığı
Struktur sabitliyi çərçivəsində fəaliyyətin dinamikliyi
Müntəzəmlik
İnzibati tədbirlərə deyil, inkişafa yönümlülük
Qiymətləndirmədə formal deyil, keyfiyyət göstəricilərinə
əsaslanma
Aşağıdan yuxarıya təşəbbüslər və bu təşəbbüslərin
əngəllənməməsi
Rəhbərliyə məlumat
Strateji ünsiyyət
Ali Təhsildə Keyfiyyət: Ali Təhsildə İdarəçilik
(2)
Ali təhsil müəssisəsində çalışan və təhsil alan bütün insanların iştirakı ilə təmin edilən bir sistemdir (hər
bir səviyyədə özünüqiymətləndirmə, hesabatlılıq, yuxarıdan aşağıya və aşağıdan yuxarıya
qiymətləndirmə, paralel strukturların bir-birini qiymətləndirməsi)
Hər bir vəzifə tələbinin müfəssəl şərh edilməsini və bu tələbləri yerinə yetirmə prosedurlarının aydın
olmasını tələb edir (ali təhsil müəssisəsində çalışan hər bir şəxsə (akademi, inzibati və s.) onun vəzifəsi
aydın şərh edilməlidir, belə ki, qiymətləndirmə qoyulan konkret tələblər əsasında aparılır)
Ümumi müəyyən edilmiş standartlara (məs., hər hər hansı bir ixtisasın hazırlanması üçün dövlətin
qoyduğu minimum standartlara əməl edilməsi, ali təhsilin müəyyən edilmiş missiyası və dəyərləri
çərçivəsində fəaliyyət göstərilməsi tələbi və s.) riayət olunmasını tələb etməklə yanaşı hər bir strukturun
və hər bir vahidin muxtariyyətini tələb edir.
Fərdi subyektivliyə imkan yaratmır (həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya yönəlmiş və eyni
zamanda hər bir strukturun və hər bir vahidin bərabər iştirakını tələb edən bir sistem olduğu üçün).
Qymətləndirmənin nəticəsi inzibati tədbirlərin görülməsinə deyil, inkişafa, nöqsanların aradan
qaldırılmasına yönəldirmişdir.
Müntəzəm olaraq təkrarlanan prosedurların mövcudluğunu tələb edir, lakin bu prosedurlar mütəmadi
olaraq təkmilləşdirilməlidir.
Ali təhsil müəssisəinin fəaliyyətinin nəticələri, tədris proqramları, resurslar haqqında məlumat və s. həm
rəhbərliyə, həm də ictimaiyyətə müntəzəm olaraq çatdırılmalıdır.
KŞ fəaliyyətinin yenidən qurulması
1. Hər bir vəzifə üçün mövcud normativ-hüquqi baza əsasında və
müvafiq qurum rəhbərinin tövsiyələri nəzərə alınmaqla daxili tələb
və standartların (job descriptions) hazırlanması
2. İşə iddialı olan şəxslərin həmin tələb və standartlarla dərhal təmin
olunması
3. İşə iddialı olan şəxsin sənədlərinin qəbulu və təhlili
4. İşə iddialı olan şəxslərlə ilkin müsahibənin keçirilməsi
5. Universitetin əməkdaşları üçün motivasiya və həvəsləndirmə
mexanizminin işlənməsi
6. Müəssisədaxili münaqişələrin həll edilməsi mexanizmi
7. Vakant yerlər üçün elanların hazırlanmasında yeni prinsiplər (yeni
vəzifə tələblərinə uyğun və s. elanlar hazırlanmalıdır; elanda
vəzifənin qısa xarakteristikası və namizədin vəzifəni yerinə yetirməsi
üçün tələb edilən minimum keyfiyyətlər öz əksini tapmalıdır)
Təhsildə Keyfiyyət: Əsas Faktorlar
GÖRÜNƏN TƏRƏFLƏR
GÖRÜNMƏYƏN TƏRƏFLƏR
Uyğun insan resursları
Korporativ ruh
Adekvat ödəniş
Motivasiya, professional inkişaf, maraq
Qanunun aliliyi və daxili qaydalara riayət
Məsuliyyətin dərk edilməsi
Şəffaflıq və aşkarlıq prinsipləri
Tədris və elmi fəaliyyətin keyfiyyəti, rəqabətədavamlılığı,
yeni düçüncə tərzinə malik müəllim və tələbə resursları, maliyyə
imkanlarının artırılması
Aşağıdan yuxarıya qiymətləndirmə, həm üfqi
həm də horizontal idarəçilik, hesabatlılıq və
özünənəzarət mexanizminin mövcudluğu
Yeni İdarəçilik fəlsəfəsi, yeniləşmə meyli və müstəqil
düşünmə tərzi
Elmi aktuallıq
Maliyə vəasaitlərinin axını, rifah, nüfuz
İnfrastruktur
Professional inkişaf
Daxili qaydalar və professional davranış, professional etika,
ünsiyyət normaları
Ziyalı “etiketi”, mənəvi inkişaf, yüksək nüfuz
Daxili və xarici əlaqələrin inkişafı
Rəqabətə davamlılıq, beynəlxalq nüfuz
Akkreditasiya
Müstəqil fəaliyyət