Orta ixtisas təhsili müəssisələrində kredit sisteminin tətbiqi

Download Report

Transcript Orta ixtisas təhsili müəssisələrində kredit sisteminin tətbiqi

Orta ixtisas təhsili müəssisələrində
kredit sisteminin tətbiqi
Təhsilin inkişafının əsas strateji
istiqaməti
Azərbaycan Respublikası təhsil sisteminin inkişafının
əsas strateji istiqamətlərindən biri onun dünya
standartlarına
uyğunlaşdırılması,
dünya
təhsil
məkanına inteqrasiya edə biləcək rəqabətqabiliyyətli
milli təhsil sisteminin modelinin formalaşdırılmasıdır.
2
Təhsilin inkişafının Bolonya istiqaməti
Bu məqsədlə 2005-ci ildə Azərbaycan könüllü olaraq Bolonya
prosesinə qoşuldu. Qloballaşma şəraitində vahid Avropa təhsil
məkanında baş verən proseslərdən özünü təcrid etmə Azərbaycanın
təhsil sistemi üçün mənfi nəticələrə gətirib çıxara bilərdi.
Eyni zamanda bu prosesə qoşulmaq onun dünya təhsil məkanına
inteqrasiya etmək məqsədlərinə cavab verirdi.
Bolonya prosesinə qoşulmaqla Azərbaycan öz milli ənənələrini
saxlayaraq Avropa təhsil məkanının bir hissəsinə çevrilirdi,
aparılacaq islahatların gələcək istiqamətlərini və onun hüdudlarını
qabaqcadan müəyyənləşdirdi.
3
Təhsilin inkişafının Bolonya istiqaməti
Bolonya bəyannaməsinin əsas tələblərindən biri olan - tədris
prosesinin Avropa Kredit Transfer Sisteminə uyğun olaraq təşkil
edilməsi ali məktəblərimiz üçün yeni bir texnologiya oldu. Bu sistem
tədris planlarının şəffaflığını təmin edir, təhsil proqramlarının
akademik tanınmasına imkan yaradır, tədris planının strukturunu,
tələbələrin dərs yükünü və onların təlimdə əldə etdikləri nəticələri əks
etdirir. Tələbələr üçün bu sistem, xaricdə akademik tanınmaya
zəmanət verir, digər ali təhsil müəssisələrində təhsillərini davam
etdirməyə şərait yaradır.
Bu sistemin tətbiq mərhələsi 2006/2007-ci tədris ilindən başlanılmış
və hazırda bütün ali təhsil müəssisələrini əhatə edir.
4
Avropa Kredit Transfer Sistemi
Orta ixtisas təhsili müəssisələrində ali təhsil müəssisələrində oluğu kimi
Avropa Kredit Transfer Sistemi tətbiq ediləcəkdir.
Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən
olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma
istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin
mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və
tanınması prosedurlarını asanlaşdırır.
AKTS Avropa Komissiyası tərəfindən 1988-ci ildə hazırlanmış və 1989-cu
ildə ERASMUS tələbə mobilliyi inkişaf proqramı çərçivəsində tətbiq
edilmişdir.
Hazırda
bu
sistem
kreditlərin
transferi
(accumulation) funksiyasını həyata keçirir.
ilə yanaşı
onların
yığımı
5
Orta ixtisas təhsili müəssisələrində kredit
sisteminin tətbiqinin zəruriliyi
Məlumdur ki, 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edilmiş və həmin dövrdə “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin Fərmanı olmuşdur.
Qanunda orta ixtisas təhsili müəssisələrində subbakalavr hazırlığının həyata
keçirilməsi nəzərdə tutulmuşdur. Burada həmçinin orta ixtisas təhsili
proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğunun
təmin edilməsi və subbakalavrların topladığı kreditlərin uyğun ixtisaslar üzrə
ali təhsil müəssisələrində nəzərə alınması öz əksini tapmışdır.
Bununla bağlı Təhsil Nazirliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində
kredit sistemi ilə təşkili barədə qaydalar hazırlanmış və təsdiq üçün
Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.
6
Orta ixtisas təhsili müəssisələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydaları
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun və
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr ratixli 156 nömrəli Fərmanının 2.2.
bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
26 dekabr 2013-cü il tarixli 354 nömrəli Qərarı ilə “Orta ixtisas
təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları”nı təsdiq etmişdir.
7
Orta ixtisas təhsili müəssisələrində kredit
sisteminin tətbiqinin mərhələləri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr
2013-cü il tarixli 354 nömrəli Qərarının icrasını təmin etmək
üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin (31.01.2014cü il tarixli 101 nömrəli) əmri ilə nazirliyin müvafiq struktur
bölmələrinə və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
2014/2015-ci tədris ilindən başlayaraq orta ixtisas təhsili
müəssisələrində tədris prosesinin kredit sistemi ilə təşkilinin
həyata keçirilməsi tapşırılmışdır.
Qaydaları Sizə təqdim edərək onun əsas məqamlarını və tətbiqi
ilə bağlı problemlərini çatdırmaq istərdik.
8
Kredit nədir?
Kredit – fənnin məzmununa və həcminə uyğun olaraq, onun
mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.
Kredit -təhsilin nəticələrini müqayisə etmək üçün Avropa məkanında
qəbul olunmuş etalondur.
Kredit həmçinin təhsil proqramında fənn üzrə bilik və bacarığa
(kompetensiya) qoyulan tələblərə nail olmaq üçün tələbənin əmək
tutumunun ölçü vahididir.
Tələbənin əmək tutumu dedikdə onun mühazirələrin dinlənməsinə;
seminar və laboratoriya işlərində iştirakına; imtahanların verilməsinə;
müstəqil işə və s. sərf etdiyi vaxt nəzərdə tutulur. Bir kredit tələbənin
auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir.
9
Təhsilalanların fəaliyyəti üzrə kreditlərin
müəyyənləşdirilməsi
Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə
müəyyənləşdirilir:
- auditoriya (mühazirə, seminar, praktik məşğələlər,
laboratoriya) dərslərində iştirak etməsi;
- auditoriyadankənar işi (tələbənin müstəqil və müəllimin
rəhbərliyi ilə sərbəst işi);
- təcrübələrdə iştirak etməsi;
- laboratoriya işlərini yerinə yetirməsi;
- kurs işini və layihələrini hazırlaması və müdafiəsi;
- imtahanlara hazırlığı və imtahanları verməsi;
- buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də yekun
dövlət attestasiyasına hazırlığı və imtahan verməsi.
10
Tədris prosesinin kredit sistemi ilə təşkilinə yeni
konseptual yanaşma
Tədris prosesinin kredit sistemi ilə təşkilinin əsasında
subyekt-subyekt təhsil paradiqması dayanır və bu sistemdə
həmin konsepsiya daha tam gerçəkləşir.
Bu konsepsiyaya əsasən tələbə nəyi və necə öyrənməli
olduğunu özü həll edir, müəllim isə onu diqqətlə müşahidə
edir və onun fəaliyyətini lazımi istiqamətə yönəldir.
Beləliklə, tələbə və müəllim tədris prosesinin bərabər
hüquqlu iştirakçısı olurlar.
11
Kredit sisteminin əsas funksiyaları
Kredit sisteminin 3 əsas funksiyası vardır:
- tədris prosesində tələbə və müəllimlərin bərabərhüquqlu
subyekt kimi qəbul edilməsi;
- tələbənin
öz
təhsil
alma
trayektoriyasını
müstəqil
müəyyənləşdirməsi və bununla da onun fəallığının artırılması;
- tələbənin mobilliyinin təmin edilməsi, yəni tələbəyə digər
təhsil müəssisəsində ayrı-ayrı fənlərin mənimsənilməsinə
şəraitin yaradılması və onun nəticəsinin təhsil aldığı təhsil
müəssisəsində tanınması.
12
Kredit sistemi əsasında təşkil olunmuş
tədris prosesinin xüsusiyyətləri
Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
- hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris
planının olması və bu planın tərtibində onun iştirakı;
- orta ixtisas təhsili müəssisəsinin tədris planlarına uyğun
olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin
miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin
(tyutorların) seçiminin sərbəstliyi;
- təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların)
cəlb olunması;
- tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
- biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;
13
Kredit sistemi əsasında təşkil olunmuş
tədris prosesinin xüsusiyyətləri
- hər semestrdə tədris qruplarının fənlər üzrə
formalaşdırılması;
- hər bir fənn üzrə ayrıca jurnalın tərtibi;
- tələbə və təhsilverənlərin mobilliyinin təmin
olunması;
- təhsilalma müddətinin tələbənin nailiyyətindən
asılılığı;
- şöbələrin, fənn birləşmə komissiyalarının,
ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin
kodlaşdırılması.
14
Kredit sistemində istifadə edilən
tədris sənədləri
Kredit
sistemində
aşağıdakı
sənədlərindən istifadə edilir:
tədris
•ixtisasın tədris planı;
• ixtisasın tədris qrafiki;
•ixtisas üzrə illik işçi tədris planı;
•tələbənin fərdi tədris planı;
•müəllimin illik işçi tədris planı.
15
İxtisasın tədris planı
İxtisasın tədris planı – orta ixtisas təhsili müəssisəsinin ixtisas üzrə təhsil
proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar
məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici
sənəddir
Sem
estrl
ər
Auditoriya saatları
Semestrlər üzrə bölgü
Sıra
№
Fənlərin adı
Cə
mi
Müh
azirə
Semina
r
(məşğəl
ə)
Labor
atoriy
a
Həftəli
k
auditor
iya
saatı
Kurs
işi və
ya
kurs
layih
əsi
Tələb
ələrin
sayı
Kre
diti
n
sayı
1
2
3
Cəmi:
Dərslərin başlanması:
15 sentyabr
Qış imtahan sessiyası:
_______________________
Tətil:
_______________________
Dərslərin başlanması: _______________________
Yay imtahan sessiyası: _______________________
Təcrübə: müddəti tədris planları ilə müəyyənləşdirilir (1 həftə - 1,5 kredit)
Tətil: müddəti tədris planı ilə müəyyənləşdirilir (6-10 həftə)
16
Tədris planında fənlərin bölünməsi
Tədris planında fənlər vacibliyinə və məzmununun
mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa
bölünür:
• məcburi və ardıcıl öyrənilən (prerekvizit)
fənlər;
• məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər;
• tələbələrin öz seçimi əsasında öyrənilən fənlər.
17
İxtisasın tədris qrafiki
İxtisasın tədris qrafiki – ixtisasın tədris planında göstərilmiş
fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir
_________________________________________
(ixtisasın şifri və adı)
TƏDRİS QRAFİKİ
Sır
a
№
Fənnin şifri
Fənnin adı
Krediti
n sayı
Prerekvizit
(öncə
tədrisi
zəruri olan)
fənlərin
şifri
Korekvi
zit
(tədrisi
paralel
nəzərdə
tutulan)
Fənnin
tədrisi
üçün
nəzərdə
tutulan
semestr
(payız və
ya yaz)
Tədris illəri üzrə
Burada müvafiq tədris ilində
nəzərdə tutulmuş tədris fəaliyyəti
(kurs layihəsinin hazırlanması,
istehsalat və pedaqoji təcrüblərin
keçirilməsi və s.) göstərilir.
18
İxtisas üzrə illik işçi tədris planı
İxtisasın tədris planı – orta ixtisas təhsili müəssisəsinin ixtisas üzrə təhsil
proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar
məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici
sənəddir
Sem
estrl
ər
Auditoriya saatları
Semestrlər üzrə bölgü
Sıra
№
Fənlərin adı
Cə
mi
Müha
zirə
Seminar
(məşğələ
)
Labora
toriya
Həftəlik
auditori
ya saatı
Kurs
işi və
ya
kurs
layihə
si
Tələbə
lərin
sayı
Kred
itin
sayı
1
2
3
Cəmi:
Dərslərin başlanması:
Qış imtahan sessiyası:
Tətil:
15 sentyabr
_______________________
_______________________
Dərslərin başlanması: _______________________
Yay imtahan sessiyası: _______________________
Təcrübə: müddəti tədris planları ilə müəyyənləşdirilir (1 həftə - 1,5 kredit)
Tətil: müddəti tədris planı ilə müəyyənləşdirilir (6-10 həftə)
19
İxtisas üzrə illik işçi tədris planı
İxtisasın illik işçi tədris planı müvafiq
təhsil proqramı, tədris planı, tədris qrafiki
və tələbələrin fərdi tədris planları
əsasında orta ixtisas təhsili müəssisəsi
tərəfindən hazırlanır.
20
Təhsilalanın fərdi tədris planı
Təhsilalanın fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı
fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını
əks etdirən sənəddir.
•Tələbənin fərdi tədris planı
•Şöbə:
_________________________
•İxtisas:
_________________________
•Tələbə:
____________________________________________
(soyadı, adı, atasının adı)
•Tələbənin təhsil ili
________________________
•Tədris ili:
_________________________
•Seçilmiş fənn və müəllimlər:
Semestrlər üzrə
№
Fənnin
kodu
Fənnin adı
Kredit
sayı
Fənn
birləşm
ə
komissi
yası
Müəllim
Vəzifəsi,
soyadı,
adı, atasının
adı
Qeyd
1
2
3
21
Təhsilalanın fərdi tədris planı
Hər tədris ili üçün ixtisasın tədris qrafiki əsasında
tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin
prerekvizitliyi (tədrisi ilk növbədə zəruri olan fənlər)
gözlənilməklə, tələbənin fərdi tədris planı özü tərəfindən
tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun)
köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris
planı tərtib edilərkən, orta ixtisas təhsili müəssisəsi ona
həm fənnin, həm də yüksəkixtisaslı müəllimlərin
(vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə)
seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün
tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk
növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil
edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq
semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə
qrup yaranmadığı halda, bu tələb istisna edilir.
22
Təhsilalanın fərdi tədris planı
Orta ixtisas təhsili müəssisəsinə yeni qəbul olunan
tələbələrə fərdi tədris planı birinci tədris ili üçün
şöbə tərəfindən hazırlanır. Tələbə sentyabrın 10-dək
həmin fərdi tədris planını almalıdır. Növbəti tədris
ilində isə tələbələr öz fərdi tədris planını hazırlayır
və iyulun 5-dən 15-dək şöbəyə təqdim edir. Fərdi
tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər
edə bilər. Fərdi tədris planı təhsil müəssisəsi
tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq
edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir
nüsxəsi isə orta ixtisas təhsili müəssisəsinin
müəyyən etdiyi qurumda saxlanılır.
23
Müəllimin illik işçi tədris planı
Müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə
(laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin
fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzə
tələbələrin sayını özündə əks etdirən sənəddir
№
Şöbənin
şifri və
adı
Fənnin
şifri və
adı
Tədris
ili və
semestr
1
2
3
4
Qrupun
nömrəsi
(fənn
üzrə)
Fənnin tədrisinə ayrılan saat
Tələbənin
sayı
5
Cəm
i
Müha
zirə
Məşğələ
və ya
seminar
Labor
atoriy
a
Qeyd
6
7
8
9
10
Müəllimlərin illik işçi tədris planı ixtisasın illik işçi tədris qrafiki və
tələbələrin fərdi tədris planları əsasında hazırlanır.
24
Tələbənin biliyinin qiymətləndirilməsi və
kreditlərin qazanılması
Təhsil proqramlarının tələbələr tərəfindən mənimsənilmə
səviyyəsi
və
keyfiyyəti,
onların
biliyinin
qiymətləndirilməsi çoxballı sistemlə (100 ballı) həyata
keçirilir.
Fənn üzrə semestr göstəricilərinə və imtahanların
nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin
fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə,
tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fəndən
akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu
qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu
zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak
etməklə, onun (onların) mənimsənilməsinə qoyulan
tələbləri tam yerinə yetirməlidir.
25
Tədrisin təşkili
Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan
əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də
təşkil oluna bilər.
Orta ixtisas təhsili pilləsində əyani təhsilalma forması üzrə
tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5
həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit
müəyyənləşdirilir. Tələbənin 5 (beş) günlük iş rejimində
həftəlik auditoriya və auditoriyadan-kənar yükünün ümumi
həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5
kreditdir.
İxtisas üzrə təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili
pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120180 kredit, ümumi orta təhsil bazasından təhsilalanlar üçün
isə 180-240 kredit müəyyənləşdirilir.
26
Tədrisin təşkili
Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə
də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa,
imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə
ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
Tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin
tədrisi
müəyyənləşdirilir.
Bundan
əlavə,
müvəffəqiyyətlə təhsil alan və bütün təhsil
müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal
arasında olan tələbələrə əlavə ödəniş etmədən
(akademik borcu olanlar üçün isə ödənişli əsaslarla)
hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə
fənn (fənlər) seçməyə icazə verilir.
27
Yay semestrinin təşkili
Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:
• akademik borcların ləğv edilməsi;
• fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər
bölümünə daxil olan və orta ixtisas təhsili müəssisəsi
tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin
qazanılması;
• müvəffəqiyyət
qazanılan
fəndən
qiymətin
yüksəldilməsi;
• orta ixtisas təhsili müəssisəsinin təklif etdiyi ayrı-ayrı
fənlər üzrə digər orta ixtisas təhsili müəssisəsi
tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin
yaradılması.
28
Yay semestrinin təşkili
• Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan
artıq olmamalıdır.
• Orta ixtisas təhsili müəssisələrində yay semestri könüllülük
prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.
• Dövlət orta ixtisas təhsili müəssisələrində yay semestrinin
təşkili ilə bağlı bütün xərclərin maliyyələşdirilməsi həmin
semestrdə iştirak edən tələbələrin ödədikləri vəsait hesabına
həyata keçirilir.
• Yay semestri və imtahanlar
növbəti semestrin
başlanmasına 2 həftə qalana qədər başa çatdırılır.
• İmtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə
müəyyən edilmiş dərslərin 50 faizdən çoxunda iştirak etdiyi
halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək
hüququna malikdir.
29
Akademik məsləhətçi (tyutor) xidməti
Kredit sistemi ilə təhsil alan tələbələrə kömək
göstərmək məqsədi ilə orta ixtisas təhsili
müəssisələrində akademik məsləhətçilər (tyutorlar)
xidməti təşkil olunur.
Dövlət orta ixtisas təhsili müəssisələrində tyutorların
sayı əlavə ştat vahidləri cəlb olunmamaqla, həmin
müəssisələrin mövcud ştatlarının optimallaşdırılması
hesabına tənzimlənir.
Tyutorlar ən azı bakalavr dərəcəsi və tədrisin təşkili
sahəsində müəyyən təcrübəsi və səriştəsi
olan şəxslərdən seçilirlər.
30
Akademik məsləhətçinin (tyutorun) vəzifələri
Tyutorlar:
• tələbələrin hüquqlarını və akademik maraqlarını
qoruyurlar;
• tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları
və sənədləri tələbələrə təqdim edirlər;
• tələbələrin fərdi planlarının tərtibi üçün onlara
məsləhətlər verirlər;
•Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və
ixtisaslar üzrə illik işçi tədris planlarının tərtibində iştirak
edirlər;
• tələbələrə fərdi tədris planlarında dəyişikliklər
edilməsinə yardım göstərirlər;
• yay semestrinin təşkilində iştirak edirlər.
31
Tələbənin mobilliyi
Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin
müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların
digər orta ixtisas təhsili müəssisələrində, o cümlədən xarici
ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil
müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə
təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri
qazanması təhsil aldığı orta ixtisas təhsili müəssisəsinin
razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş
şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri
arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil
aldığı orta ixtisas təhsili müəssisəsi tərəfindən tanınmalıdır.
Digər orta ixtisas təhsili müəssisələrində qazanılacaq
kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30
faizindən çox olmamalıdır.
32
Tələbənin mobilliyi
Tələbənin akademik mobilliyini təmin etmək
üçün aşağıdakı sənədlər olmalıdır (nümunələr
Təhsil Nazirliyinin 31.01.2014-cü ul tarixli 101
nömrəli əmrinə əlavə olunub):
• akademik transkript;
• tələbənin
ərizə
(təhsil
doldurulur) forması;
• tədris razılığı;
• məlumat paketi.
alacağı
dildə
33
Orta ixtisas təhsili müəssisələri
rəhbərlərinin nəzərinə!
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354
nömrəli qərarı ilə təsdiq olunmuş «Orta
ixtisas təhsili müəssisələrində kredit sistemi
ilə tədrisin təşkili Qaydaları»na dair bütün
suallarınızı cavablandırmağa hazırıq.
Suallarınızı [email protected]
ünvanına göndərə bilərsiniz.
34
Təşəkkür edirik
35