***** 1 - meteonaa.esy.es

Download Report

Transcript ***** 1 - meteonaa.esy.es

MİLLİ AVİASİYA
AKADEMİYASI
Əsas meteoroloji kəmiyyətlər
Meteoroloji kəmiyyətlər olan təzyiq,
havanın
temperaturu,
nizbi
rütubətlik,
külək,buludluq, yağıntı sahələri mürəkkəb
sahələrdir və hər birinin özünəməxsus
xüsusiyyətləri vardır. Bu kəmiyyətlərin sahə
vəziyyətlərinin təhlili sinoptik təhlilin əsas
məsələsidir və təhlilin nəticələri atmosfer
proseslərinin inkişaf qanunauyğunluqlarını
nəzərə almaqla hava proqnozlarını tərtib etmək
üçün ilkin material hesab olunur.
Atmosfer təzyiqi
Bütün atmosfer boyu yayılan hava sutununun vahid
üfüqi səth sahəsinə düşən ağırlığına atmosfer təzyiqi (P)
deyilir. Təzyiq barometr cihazı vasitəsilə təyin olunur.
Beynəlxalq vahidlər sistemində (Sİ) təzyiqin ölçü vahidi
hektopaskaldır (hPa). hPa ilə bərabər təzyiqin digər ölçü
vahidlərindən də istifadə olunur: millibar (mb) və
millimetr civə sütunu (mm c.s.).
1 mb = 1 hPa; 1 mm c.s. = 133.3 Pa = 1.333224 hPa
0°C temperatur şəraitində 760 mm c.s. təzyiqə uyğun
gələn atmosfer təzyiqi (1013.25 hPa) normal atmosfer
təzyiqi adlanır.
TƏZYİQİN AVİASİYADA İSTİFADƏ OLUNAN
QİYMƏTLƏRİ
Uçuşların meteoroloji təminatında təzyiqin QFE və QNH
qiymətlərindən istifadə olunur.
QFE [Question field elevation (Q - code)] – aerodrom səviyyəsində
və ya UEZ-in hüdudunda təzyiqin qiyməti.
QNH [Question normal height - sea level pressure (Q - code)] –
təzyiqin standart atmosfer şərtlərinə uyğun olaraq dəniz səviyyəsinə
gətirilmiş qiyməti.
METAR (SPECI) kodu ilə kodlaşdırılmış faktiki hava haqqında
məlumatda təzyiqin QNH qiyməti göstərilir, belə ki bu zaman təzyiq kiçik
qiymətə doğru tam hektopaskala qədər yuvarlaqlaşdırılır.
Yerli müntəzəm və vüsusi hava məlumatlarda təzyiqin
hektopaskalla QNH və QFE qiymətləri göstərilir, lazım gəldikdə isə
təzyiqin millimetr civə sütunu ilə QFE qiyməti də məlumata əlavə olunur.
Atmosfer təzyiqi sahəsi kəsilməz, skalyar sahədir.
Zamanın hər anında P təzyiqi (x, y, z) koordinatının
funksiyasıdır:
P=P(x, y, z),
başqa sözlə desək, təzyiq sahəsi üçölçülü kəmiyyətdir.
Təzyiq sahəsi müstəvi üzərində izobarlarla ifadə
olunur. İzobarlar eyni təzyiqə malik nötələri birləşdirən
səlis əyri xətlərə deyilir.
Müxtəlif hündürlüklərdə təzyiqi səciyyələndirmək
üçün alçaq və yüksək təzyiq sahələrində izobarik səthlərin
hündürlük fərqlərinə əsaslanan barik topoqrafiya
metodundan istifadə edilir. Müxtəlif hündürlüklərdə təzyiq
sahəsi izohipslərlə ifadə olunur. İzohipslər hər-hansı bir
izobarik səthin eyni hündürlüyə malik nöqtələrini
birləşdirən səlis əyri xətlərə deyilir.
Atmosfer təzyiqi məkan və zamana görə dəyişkən
meteoroloji kəmiyyətdir.
Müxtəlif hündürlüklərdə
təzyiq dəyişmlərinin əlaqəsini aşağıdakı barometrik
tənlikdən almaq olar:
p 2  p1e

gz
RTm
burada, p1 - ∆z təbəqəsinin aşağı sərhəddində təzyiq;
p2 - ∆z təbəqəsinin yuxarı sərhəddində təzyiq; Tm təbəqənin orta temperaturudur.
Təzyiqin hündürlükdən asılı olaraq dəyişməsini
səciyyələndirmək üçün barik pillə anlayışından istifadə olunur.
Barik pillə - təzyiqin vahid dəyişməsi üçün lazım olan
hündürlüyə deyilir və aşağıdakı düsturla hesablanır:
8000
h
(1 0,004t )
p
burada, p – təzyiq, t – temperaturdur.
Hündürlük artdıqca barik pillənin qiyməti artır. Yerüstü
təbəqədə təzyiq 1 hPa dəyişməsi üçün orta hesabla 8 m
hündürlüyə qalxmaq lazımdır, 5 km hündürlükdə barik
pillənin qiyməti 15 m və 18 km hündürlükdə isə 70-80 m təşkil
edir.
Barik pillənin qiyməti havanın temperaturu və təzyiqdən
asılıdır: isti havada barik pillə soyuq havadakından böyük olur.
Təzyiqin zaman daxilində dəyişməsini səciyyələndirmək
üçün barik tendensiya kəmiyyətindən istifadə olunur. Son 3
saat ərzində təzyiqin dəyişməsinə barik tendensiya deyilir.
Atmosfer təzyiqi aşağı düşərsə barik tendensiya mənfi,
əksinə, təzyiq artarsa barik tendensiya müsbət olacaqdır.
Beynəlxalq standart atmosfer
Beynəlxalq standart atmosfer (BSA, ing. ISA) —
yer atmosferində havanın temperaturunun, təzyiq və
sıxlığının şərti olaraq şaquli paylanmasına deyilir.
BSA üçün aşağıdakı şərtlər doğrudur: orta dəniz
səviyəsində 15°C temperaturda atmosfer təzyiqi
1013 mb (760 mm c.s.) təşkil edir, temperatur 11 km
yüksəkliyə qədər hər 1 km hündürlüyə qalxdıqca
6,5°C (hər 1000f- da 1,98 °C) azalır və 11 km
yüksəklikdə -56,5°C təşkil edir ki, bu hündürlükdən
sonra demək olar ki sabit qalır.
Havanın sıxlığı
Vahid həcmə düşən hava kütləsinə havanın sıxlığı
deyilir. Havanın sıxlığı hava gəmilərinin uçuşuna təsir
göstərən atmosferin əsas xüsusiyyətlərindən biridir. Ölçü
vahidi q/m3 və ya kq/m3-dir. Havanın temperatur və
təzyiqi məlum olarsa onun sıxlığını ideal qaz tənliyindən
istifadə etməklə müəyyən etmək olar:
ρ  P RT
burada, P – təzyiq, R – universal qaz sabiti, T – mütləq
temperatur.
Tənlikdən aydın olur ki, havanın sıxlığı təzyiqlə düz,
havanın temperturu ilə isə tərs mütənasibdir.
Müxtəlif temperatur şəraitlərində havanın
sıxlığının hündürlüyə görə dəyişməsi, q/m3
t, °C
-60
-40
-20
0
20
40
200
327
299
275
255
238
223
500
818
748
648
548
597
256
1000
1715
1495
1376
1276
1190
1113
P, hPa
Rütubətliyin havanın sıxlığına təsiri
Havanın sıxlığı həm də onun tütubətliyindən asılıdır.
Temperatur və təzyiqin bərabər qiymətlərində su
buxarının sıxlığı quru havanın sıxlığının 0,622 hissəsini
təşkil edir. Buna görə də rütubətli hava quru havadan daha
yüngüldür. 40°С və 100% nisbi rütubət şəraitində
rütubətli hava quru havadan 2,8 % daha yüngül olur.
Bircins atmosfer
Bütün hündürlüklərdə sıxlıq və temperaturu bərabər olan
şərti atmosferə bircins atmosfer deyilir. Vahid en kəsiyinə
malik hava sütununun kütləsini bilərək və atmosferin sıxlığını
sabit fərz edərək, vahid en kəsiyinə malik olan hava sütununun
hündürlüyünü hesablamaq olar. Bu hündürlük bircins
atmosferin hündürlüyü (H) adlanır və praktiki məsələlərin həlli
zamanı atmosfer hündürlüyünün miqyası kimi qəbul olunur. H
aşağıdakı düstur vasitəsilə hesablanır:
RT
H
Mg
burada, R – universal qaz sabiti, T – havanın temperaturu, g –
sərbəstdüşmə təcilidir.
Bircins atmosferin hündürlüyü təqribən 8000 m-ə
bərabərdir.