Klinika haqqında - SEBA (Seul

Download Report

Transcript Klinika haqqında - SEBA (Seul

Slide 1


Slide 2

Klinika haqqında
Şərq təbabətinin üstünlükləri
Xidmətlərimiz
Həkimlərimiz
Avadanlıqlar
Bizimlə əlaqə
www.seba.az


Slide 3

Koreya Kyung Hee Universiteti 1949-cu ildə 2 illik
kollec olaraq təsis edilmiş və 1952-ci ildə 4 illik universitet
olaraq fəaliyyətə başlamışdır. Müasir Koreya təhsil sahəsinin
qabaqcıl ali təhsil ocaqlarından olan Kyung Hee Universitetində
1971-ci ildən etibarən Tibb Mərkəzi fəaliyyət göstərir. SEBA Assosiasiyası
və Kyung Hee Universitetinin birgə əməkdaşlığı nəticəsində 2006-cı ilin fevral
ayında Bakıda həmin universitetin Şərq Təbabəti Klinikasının şöbəsi açılmışdır.
Həm ənənəvi Şərq təbabəti, həm də müasir tibbin bir çox sahəsi üzrə xidmət göstərən
klinikamızda peşəkar həkim heyəti fəaliyyət göstərir. İstifadə olunan avadanlıqlar, yüksək
peşəkar xidmət və pasientlər üçün yaradılan tam gigiyenik şərait Koreya Şərq Təbabəti
Klinikasını ölkəmizin qabaqcıl səhiyyə ocaqlarından birinə çevirmişdir.

www.seba.az


Slide 4

Koreya təbabəti qədim tarixə malikdir. Klassik Şərq Təbabəti
ənənələrini özündə təcəssüm etdirən Koreya təbabətini fərqləndirən əsas
cəhət insan bədənini 4 tipə ayıran Sasanq Konstitusiyasıdır. Bu nəzəriyyənin
əsasında dayanan fikir hər bir insanın ayrı-ayrı bədən üzvlərinin tam özünəməxsus
quruluşa malik olması və ümumi müalicə metodlarından qaçınmaqla hər bir pasientə
fərdi yanaşmanın lazım olmasıdır. Bu prinsip əsasında çalışan həkim müalicəyə başlamazdan
əvvəl mütləq şəkildə pasientlə onun şikayəti, ağrıları, qidalanması, həyat tərzi, xəstəliyin yaranma
səbəbləri barədə söhbət aparır. Söhbətdən sonra bədənə ümumi baxış, dilin, gözlərin, nəbzin
yoxlanılması həyata keçirilir. Müalicə klinikaya müraciət edən pasientlər üçün tam individual şəkildə
təyin edilir. Həkim pasientin yaşını, cinsini, həyat tərzini, fəaliyyət növünü, enerji balansını və s. nəzərə alaraq
müalicə və ya pəhriz təyin edir.
Koreya Şərq təbabəti metodları ilə aparılan müalicənin ən üstün cəhətlərindən biri də onun əks təsirə malik
olmamasıdır. Məsələn, bədəndə müxtəlif növ ağrılar zamanı təyin edilən akupunktura adət etdiyimiz ağrıkəsici
dərmanlardan fərqli olaraq bədənin digər orqanlarına ziyan yetirmir. Buna görə də xroniki ağrıları olan pasientlər bir çox
hallarda məhz bu müalicə metodlarına üstünlük verirlər.

www.seba.az


Slide 5

Klinikamızda müalicə zamanı müxtəlif növ akupunktura (iynə batırma)
üsullarından istifadə edilir. Pasientin şikayətindən asılı olaraq iynələrin qalınlığı,
tətbiq edildiyi sahə (qulaq, əl, ayaq, qarın və s.) müəyyən edilir. Bu proseduranın
üstün cəhətlərindən biri də odur ki, akupunktura zamanı infra-qırmızı işıqdan istifadə
olunur. Beləliklə də müalicənin effekti daha da artır və daha yaxşı nəticələr əldə olunur.

Moksibişn və ya Moksa unikal müalicə metodlarından biridir. Qədim Çin və Koreya təbabətində istifadə olunan bu terminin
mənası “dağlanma”, “isitmə” deməkdir. Burada müxtəlif həcmli və formalı qabların içərisində xüsusi bitkilər yandırılır və
müvafiq nöqtələrin üstünə qoyulmaqla müalicə aparılır. İnsan bədənində müəyyən orqanlara və enerji kanallarına nüfuz
edən yüzlərcə nöqtə mövcuddur. Həmin nöqtələrə istilik vermə ilə təsir edən həkim, bədənin daxili istiliyini balanslaşdırır,
enerji kanallarını açır və beləliklə də pasientin şikayəti üzrə olan xəstəliyi müalicə edir. Bu metodla nəinki daxili orqanlarla
bağlı olan xəstəlikləri, həmçinin travma, ağrı sindromları, psixi nasazlıqlar, epilepsiya və digər xəstəliklər də müalicə edilir.
Soyuq iqlimi və ya sərt qışı olan ölkələrdə moksibişn terapiyası bir çox xəstələrə tətbiq edilə bilər. Çünki soyuğun yaratdığı
fəsadlar bir neçə il ərzində yığılır və özünü müxtəlif simptomlar şəklində biruzə verir. İlin soyuq dövrlərində
moksibişn terapiyasını sırf profilaktik şəkildə də həyata keçirmək olar. Soyuğa qarşı dözümsüz olan insanlar
üçün isə, moksibişn terapiyasının rolu əvəzsizdir.

www.seba.az


Slide 6

Vakuum terapiyası xüsusi vakuum bankaları vasitəsilə orqanizmə təsir
edən ağrısız, yüksək təsirli müalicə metodlarındandır. Vakuum bankalarının
təsiri altında orqanizmə birbaşa təsir edən güclü təzyiq dəyişməsi baş verir. Dəri və
yumşaq toxumalar bankanın içərisində genişlənir və bu zaman qan dövranı, maddələr
mübadiləsi yaxşılaşır, toksin və digər zərər verici maddələr kənarlaşır, toxumaların
regenerasiya prosesi tezləşir. Orqanizm qanla, oksigenlə və qidalandırıcı maddələrlə təmin
olunur. Vakuum terapiyasının ev şəraitində qoyulan bankalarda ən əsas fərqli cəhəti onun daha
effektiv olması və xüsusi nöqtələrə tətbiq edilməsidir.

Klinikamızda həmçinin Azərbaycanın qabaqcıl həkimlərinin çalışdığı və ən müasir avadanlıqlarla təchiz edilmiş EKQ,
USM, laboratoriya, ginekoloji, otorinolarinqoloji (qulaq-burun-boğaz), rentgen, oftalmoloji, uronefroloji, pediatriya
kabinetləri də fəaliyyət göstərir.

www.seba.az


Slide 7

Klinikamızda hər biri müəyyən müddətə gələn Koreyalı
professor və fizioterapevt tərəfindən oynaq-əzələ, ürək-qan-damar,
allergik, dermotoloji, mədə-bağırsaq, tənəffüs, nevroloji, psixosomatik
xəstəliklərin müalicəsi həyata keçirilir. Burada müayinələr Azərbaycanda
analoqu olmayan cihazlarla aparılır, xəstəliklər müxtəlif üsullar ilə - akupunktura,
moksibişn,vakuum, autotens terapiyaları, nöqtə masajı, infraqırmızı işıq və bitki mənşəli
dərmanlarla müalicə edilir. Onu da qeyd etmək lazımdır ki, həkimlər tərəfindən təyin
edilən kimyəvi qatqısız bitki mənşəli dərmanlar Koreyadan gətirilir və yalnız bizim klinikada
əldə edilə bilər. Bu dərmanlar müalicə kursunda həm tək şəkildə, həm də bio-əlavələr kimi də
istifadə oluna bilər.

www.seba.az


Slide 8

Yandorak cihazı

Şərq təbabətinin prinsiplərinə görə orqanizmdə
müsbət və mənfi enerji balansı mövcuddur.Yandorak
cihazı orqanizmin mənfi və müsbət enerji nisbətini və
ümumi energetik vəziyyəti müayinə edir. Nəticələr qrafik
formada təqdim olunur. Bu üsul ayrı-ayrı orqanların fəaliyyətinə,
qan dövranı və vegetativ sinir sisteminə nəzarət etməyə imkan verir.

Meqçinqi cihazı
Bu üsul tətbiq olunarkən qan damarlarının elastikliyinin 60 müxtəlif növü aşkar
olunmuşdu. Aparat bu növləri xəstədə təyin və müqayisə edir. Bu parametrlər əsasında
qanın ürəyə daxil olma gücü və qan damarlarının elastikliyinin dərəcəsi müəyyən olunur.

FT-750R cihazı yalnız qan təzyiqi və nəbzi ölçmür, həmçinin ürək əzələlərinin işini də yoxlayır. Cihaz avtomatik
qoşulma sistemi ilə təchiz olunmuşdur. Nəticələr geniş LCD ekranda əks olunur və çap edilir.

Analizator orqanizmin bioenerjisini verilmiş zəif elektrik qıcıqlarına olan reaksiyası əsasında ölçür.
Alınmış nəticələr əsasında orqanizmin real vəziyyəti: nevroloji statusu, qan dövranı, ayrı-ayrı
orqanların funksional vəziyyəti və bir çox başqa parametrlər müəyyənləşdirilir. Bu sistemin
spesifik xüsusiyyəti xəstəliyin gizli və ilkin dövrlərini aşkar etmək imkanıdır. Analizator
həmçinin müalicənin adekvatlığının və effektivliyinin obyektiv müqayisəli
monitorinqini keçirir.
Son texnoloji nailiyyətlərə əsaslanan BIA (Bioelectrical Impedance Analyzer)
sistemi bədəndəki protein və mineralların miqdarını, ümumi toxuma
kütləsini, mayenin ümumi miqdarını, hüceyrədaxili və hüceyrəxarici
mayeni, ödemin və dehidratasiyanın dərəcəsini, orqanizmdəki piy
kütləsi, faizi və paylanmasının hesablanmasını mümkün edir.
Belə çətin hesablamaları dəqiqliklə və çox qısa müddətə
aparan bu analizator urologiya (böyrək xəstəlikləri),
neonatоlogiya (yeni doğulmuşlar) və
dietologiyada (piylənmə) geniş imkanlar
açır.

FT-750R
Qan təzyiqini
ölçən cihaz

OMD 3000
Bioenergetik
analizator

X-SCAN Plus II
Yüksəktezlikli
bioelektrik
analizator

www.seba.az


Slide 9


Slide 10

Beynəlxalq
Muğam
mərkəzi
Azneft
dairəsi

www.seba.az


Slide 11

Bakı şəhəri, Neftçilər prospekti 65 (Funikulyorun yaxınlığında)
Tel: (+99412) 437-18-10; 437-18-25
Faks: (+99412) 437-18-30
E-mail: [email protected]

www.seba.az