Transcript fizika

Mövzu: Maddələrin fiziki
xassələrinə kənar amillərin
təsiri
İcraçı: ADNA-nın “Fizika” kafedrası
Mövzunun
aktuallığı:
Texnoloji
proseslərin
səmərəliliyini artırmaq üçün ekoloji cəhətdən təmiz,
iqtisadi cəhətcə sərfəli olan fiziki sahələrin təsirindən
istifadə etmək effektlidir. Mayenin hərəkəti ilə
əlaqədər olan texnoloji proseslərdə fiziki sahələrin
təsiri ilə mayenin fiziki parametrlərini və deməli onun
hərəkət rejimini tənzimləmək olar. Müxtəlif fiziki
sahələrin (elektrik, maqnit, elektromaqnit sahələri,
ultrasəs dalğaları) təsiri ilə maye daxilində struktur
dəyişikliyi etməklə, texnoloji prosesi tənzimləmək
mümkündür. Bu yolla texnoloji proseslərin
səmərəliliyini artırmaq olar.
Tətbiq obyekti: Neftin çıxarılması və boru kəmərləri
ilə nəqli prosesində temperatur və təzyiqin dəyişməsi
ilə əlaqədar olaraq neftin tərkibindəki bəzi maddələr,
duz, parafin neftdən çöküb borunun buraxma
qabiliyyətini azaldır və nəhayətdə tıxac əmələ gətirir.
Duz və parafinin neftdən çökməsinə qarşı müxtəlif
üsullarla mübarizə aparırlar. Bu işdə fikirimizcə ən
effektli və iqtisadi cəhətdən səmərəli üsul fiziki
sahələrin təsirindən istifadə etməkdir. Onu qeyd
etmək kifayətdir ki, lazer şüalarının təsiri ilə mayenin
rejiminin dəyişməsini bir tərtib aşağı salmaq və
mayedə struktur dəyişikliyi etmək mümkündür. Lazer
şüalarının təsiri ilə neft daxilindəki olan duz və
parafin struktur dəyişməsinə (molekulyar səviyyədə)
məruz qalır.
Həlli metodu və alınan nəticələr:Enerjinin və
impulsun saxlanma qanunlarını tətbiq edərək
istilikkeçirmə və mayenin hərəkət tənliyi üçün tərs
məsələ həll edilir. Tərs məsələni həll edərkən heç bir
laborator qurğusundan istifadə olunmur. Bu məqsədlə
real şəraitdə mayenin hərəkət etdiyi sistemin iki
nöqtəsində təzyiq və temperaturun zamandan asılı
olaraq dəyişməsini bilmək kifayətdir.
Təzyiq və temperaturun zamandan asılı olaraq
dəyişməsi məlumatına əsasən mayenin istilikfiziki
parametrlərini təyin etmək üçün yeni qeyri stasionar
üsul təklif olunur. Təklif olunan alqoritm mayenin
istilikfiziki parametrlərinin zamandan asılı olaraq
dəyişməsini nəzərə almaqla real şəraiti xarakterizə
edir və avtomatlaşdırılmış mütəmadi ölçmə sistemi
yaratmağa imkan verir.
Fiziki sahələrlə qarşılıqlı təsir zamanı sahənin
enerjisi udularaq mayenin daxili enerjisinə çevrilir və
mayenin istilikfiziki parametrləri temperaturdan asılı
olaraq dəyişir. Qəbul olunur ki, dəyişmə aşağıdakı
şəkildədir.
n
 T 
 0  
i


1


T

 
   i 
C T  T  C0  0   i 1

Bir ölçülü temperatur sahəsi üçün istilikkeçirmə
tənliyi aşağıdakı kimidir
T   
T 
 T
C t  T 

    T 
  QT 

t

x

x

x




Sabit elektrik və maqnit sahəsi üçün udulan
dalğanın enerji sıxlığı:
QT   T E  B 2
T
QT    T I 0 exp  0  T d
Ultrasəs dalğaları üçün
Lazer şüaları üçün udulan enerjisinin sıxlığı
QT    T J t 
Müəyyənlik üçün qəbul olunur ki, udulan dalğanın
enerji sıxlığı aşağıdakı düsturla təyin olunur
n 


QT   Q0  T   i T i 1 
i 1 i  1


Tərs məsələ həll edilərək istilik fiziki parametrlərin
qeyri xəttilik əmsalları təyin olunur.
Bundan əlavə GaSe kristalında fotokeçiriciliyin
anizotropluğu təcrübi öyrənilmişdir. GaSe kristalı
impulslu maye lazerlə şüalandırılmışdır. Şüalanmanın
dalğa uzunluğu 594  643 nm, impulsun müddəti
şüalanmanın gücü 120 kVt. Təcrübələr göstərmişdir
ki, elektrik sahəsi kristalın optik oxuna paralel və
perpendikulyar olanda fotokeçiriciliyin maksimal
qiyməti fərqli olur. Fotokeçiriciliyin lyuks-amper
xarakteristikasının xüsusiyyəti kristalın anizotropluğu
ilə izah olunur.
GaSe kristallarının fotokeçiriciliyinin spektral
xarakteristikaları:
1 - Ec; 2 - E||c.
GaSe
kristallarının fotokeçiriciliyinin lyüks-amper
xarakteristikaları:
(a) - E||c; (b) - Ec.