Transcript Yüklə
SİNİF:VI FƏNN: Tarix : ___________________ Məzmun xətti:Eksperimental fizika və müasir həyat standartlar: 3.1.1. Sadə ölçü cihazlarından istifadə edir. 3.1.2.Sadə təcrübələr aparır, nəticələrini təqdim edir. Mövzu: “Həcm və onun ölçülməsi” *TƏLİM MƏQSƏDİ: * Təcrübələr aparır nəticələri təqdim edir. (inkişafetdirici) * Cismin həcmini menzurka ilə ölçür, alınan nəticələri sadə şəkildə şərh edir.(inkişafetdirici) * Həmin kəmiyyətin Beynəlxaq sistemdə, sistemdən kənar vahidlərini göstərir. (öyrədici) * İnteqrasiya: Riy.(V sinif)4.1.1.Uzunluğun, sahənin, həcmin və bucağın ölçü vahidlərini bilir və ölçmə alətlərindən istifadə edir. İş forması: İş üsulu: Resurslar: Qruplarla iş. Beyin həmləsi, suallar. Dərslik, iş vərəqləri, menzurka, bölgülü qablar, müxtəlif həcmli füqurlar. Dərsin gedişi: davamiyyəti yoxlayıram. 1.Motivasiya 2.Tədqiqatın aparılması 4. Məlumat müzakirəsi 3. Məlumat mübadiləsi və təqdimatı 7. Yaradıcı tətbiq etmə 5. Nəticələrin çixarilmasi 6. QİYMƏTLƏNDİRMƏ(Diaqnostik qiymətləndirmə) I. Motivasiya-3 dəq Şagirdlərdən lövhədən asılmış plakatlarda nə gördüklərini söruşuram. Su ilə dolu sınaq şüşəsinə xirda daş parçaları atıram, suyun müəyyən qədər əvvəlcə dən nişanlamış olçüdən yuxarı qalxır (NÜMUNƏ1; 2;). Şagirdlərə sual verirəm – “dəyişən kəmiyyətin adını uşaqlardan alıram.” Dərsin adını şagirdlərdən alıram. Tədqiqat sualı: 1.Kubun tili 5mm-dir. 1metr məsafədə biri –birinə söykənmiş neçə belə kub yerləşər? 2.BS-də həcm vahilərini yazın. II. Tədqiqatın aparılması -12 dəq *Şagirdləri 2 qrupa bölürəm. GƏNC FİZİKLƏR ULDUZLAR Şagirdlərə mövzu ilə bağlı snaq şüşələri (snaq aparmaq ucun lazım olan avadanlıqları), iş vərəqləri verirəm. Qrupların emblemləri partaların üzərinə qoyub, tapşırıqları həll etməyə başlayırlar.Qruplar həcminin ölçülməsi və dəyişilməsini müxtəlif sınaqlarla müşahidə edib, qeydiyyat aparmalarını və iş vərəqlərində sualları cavablandırmalarını tapşırıram. * “Gənc fiziklər” qrupu 1. Həcm vahidləri nədir? 2. Həcm hansı cihazla ölçülür? 3. A) 1l=?m3 B) 1ml=?m3 * “ULDUZLAR” qrupu 1. Eyni ölçülü dəmir, mis və taxta kub verilmişdir.Onlardan hansının həcmi ən böyükdür? 2. Uzunluğu 6m, eni 50 sm, hündürlüyü 3m olan dəmir parçasının həcmini hesablayın. 3. a b c düsturu ilə hansı fiziki kəmiyyət hesablanır? * III. Məlumat mübadiləsi- ( 5 dəq) Qruplar öz işlərini təqdim edir, görülən işin nəticələrini şərh etmək və alınmış nəticəni əsaslandırmaq üçün informasıya mübadiləsi baş verir. Verilmiş praktiki işdə hansı fiziki hadisəyə rast gəldiniz? * “Gənc fiziklər” qrupu 1. Həcm vahidləri nədir?-CAVAB: l, m3, sm3, dm3, 2. Həcm hansı cihazla ölçülür?-MENZURKA ilə ölçülür. 1. A) 1l=?m3 CAVAB 1l=0,001m3 B) 1ml=?m3 CAVAB 1ml=0,000001m3 * “ULDUZLAR” qrupu 1. Eyni ölçülü dəmir, mis və taxta kub verilmişdir.Onlardan hansının həcmi ən böyükdür? CAVAB: Taxtanın 2. Uzunluğu 6m, eni 50 sm, hündürlüyü 3m olan dəmir parçasının həcmini hesablayın. CAVAB: 9m3 3. abc düsturu ilə hansı fiziki kəmiyyət hesablanır? CAVAB: həcm VI. Məlumat müzakirəsi və təqdimatı -7 dəq 1. Böyük kürənin həcminin kiçik kürənin həcminin nisbətini hesablayın. 2. Həcm düsturlarını göstərin. V. Nəticənin çıxarılması -7 dəq Şagirdlərin fikirləri müzakirə edildikdən sonra ortaq bir nəticəyə gəlirik. Nəticələr ilk fərziyyələrlə müqaisə edilir. Fərziyyələrin təsdiqi və ya təkzibi haqqında nəticə çıxarılır. VI.Yaradıcı tətbiqetmə -7 dəq 1.Şagirdlərə sinfdə iş dəftərində “Həcm və onun ölçülməsinə” aid verilən tapşırıqları yerinə yetiriləməsini tapşırdım. 2. Evdə şəkildə verilmiş menzurkanın 1 bölgüsünün qiymətini hesablayın. QİYMƏTLƏNDİRMƏ –(4 dəq) Qruplar Gənc fiziklər Meyarlar Təcrübələr aparır nəticələri təqdim edir. Cismin həcmini menzurka ilə ölçür, alınan nəticələri sadə şəkildə şərh edir. Həmin kəmiyyətin Beynəlxaq sistemdə, sistemdən kənar vahidlərini göstərir. Əməkdaşlıq Nəticə Ulduzlar Kompyuterdə yığdı:Zümrüd Məmmədova Neftçala şəhəri: 2013