Transcript Yüklə
SİNİF:
Riyaziyyatı qonşuya baxaraq öyrənmək olmaz
Tarix. 25 sentyabr 2013
Məzmun xətti: Həndəsi təsvir, təsəvvür və məntiqi
mühakimələrin köməyi ilə fiqurların əlamət və
xassələrini araşdırır.
• Standart; 3.1.1. Nöqtə, düz xətt, şüa, parça,
müstəvi, bucaq, üçbucaq, dördbucaqlı, çevrə və
dairə anlayışları haqqında biliklərini nümayiş
etdirir. 3.1.2.Uzunluğu məlum olan parçanı,
dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və
onlar arasında qalan bucağa görə üçbucağı,
tərəflərinə görə düzbucaqlını qurur.
• 3.1.3. Üçbucağın və dördbucaqlının perimetrini,
düzbucaqlının və kvadratın sahəsini hesablayır.
MÖVZU: “DÖRDBUCAQLILAR”
TƏLİM MƏQSƏDİ:
1. Müstəvi fiqurlarının və sadə fəza
cisimlərinin xassələrini praktik həndəsi
məsələlərin həllində tətbiq edir,sadə
həndəsi qurmalar və ölçmələr aparır.
(öyrədici)
2. Dördbucaqlının perimetrini, düzbucaqlının
və kvadratın sahəsini hesablayır.
(inkişafetdirici)
İnteqrasiya: İNF.2.1.3. Obyektin informasiya
modelinin növlərini nümunələrlə şərh edir
İş forması: Qruplarla iş, kollektivlə iş
İş üsulu: Beyin həmləsi (əqli hücum), Venn
diaqramı, klaster, suallar.
Resurslar:
Dərslik, iş vərəqləri,
proyektor, müxtəlif dördbucaqlı maketləri,
Dərsin gedişi: davamiyyəti yoxlayıram.
1.Motivasiya
2.Tədqiqatın aparılması
4. Məlumat müzakirəsi
3. Məlumat mübadiləsi
və təqdimatı
6. Yaradıcı tətbiq etmə
5. Nəticələrin çixarilmasi
7. QİYMƏTLƏNDİRMƏ-
I.Motivasiya -4dəq
Şagirdlərin dördbucaqlılar haqqında məlumatlarını
yoxlamaq üçün lövhədə sxem çəkirəm. Mövzuya
aid şəkillər çəkərək şagirdlərdən onu tapmağı
tələb edirəm.
Şagirdlərin dördbucaqlılar haqqında məlumatlarını
yoxlamaq üçün lövhədə sxem çəkirəm. Mövzuya
aid şəkillər çəkərək şagirdlərdən onu tapmağı
tələb edirəm.
Tədqiqat sualı:
1.Dördbucaqlıların perimetrini,
sahəsini, bucaqlarının növünü və
bucaqlarının cəmini necə tapılmaq
olar.
II. Tədqiqatın aparılması -15 dəq
Şagirdləri 3 qrupa bölürəm.
I-Düzbucaqlı
II-Üçbucaq
III-Kvadrat
Qrupların emblemləri
partaların üzərinə
qoyurlar. Şagirdlərə iş
vərəqləri verirəm.,
tapşırıqları həll etməyə
başlayırlar.
Düzbucaqlı
ABCD nöqtələri ilə qeyd olunmuş fiqurun
ABbə CD tərəfləri 13sm, BC vəADtərəfləri paralel
olub, 15sm, 28 sm –dir. Bu fiquru adlandırın;
A) Bucaqlarını adlandırın;
B)Bucaqlarını ölçün;
C) Bucaqları cəmini hesablayın
D) Perimetrini hesablayin.
Üçbucaq
Kvadrat
2) Müxtəlif bucaqları olan 5 dördbucaqlı cəkin.
Bucaqlarını transporterin köməyliyi ilə ölçüb,
hər bucağın ölçüsünü qeyd edin. Hər bir
dördbucaqlının bucaqları cəmini tapın və
mühakimə yürüdün.
III. Məlumat mübadiləsi- ( 5 dəq)
Qruplar öz işlərini təqdim edir, görülən işin
nəticələrini şərh etmək və alınmış nəticəni
əsaslandırmaq üçün informasıyya mübadiləsi baş
verir.
VI. Məlumat müzakirəsi və
təqdimatı -6 dəq
Şagirdlərə əlavə olaraq yönləndirici sual
verirəm.
1.Düzbucaqlını və trapessiyadan
fərqləndirən əlamətləri sadalayın.
-Müxtəlif fikirlər söyləyib, bilgilərini
müzakirə edirlər.
V. Nəticənin çıxarılması -6 dəq
Şagirdlərlə yeni bilginin kəşfi yolunda konkret nəticəyə
gələrək, ümumiləşdirmə aparırıq. Həmçinin şagirdlər gəldiyi
nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə
müstəil olaraq tutuşdururlar.
Ənənəvi dərsdən fərqli olaraq, dərsin kulminasiyasını isə
bilgiləri məhs özləri kəşf etdikləri üçün üçün şagirdlərin
hədsiz sevinci və məmuniyyət hissi təşkil edir.
VI.Yaradıcı tətbiqetmə -6 dəq
1.Şagirdlərə sinfdə rəngli kağızlarda
müxtəlif dördbucaqlı madelləri çəkməyi
və onları kəsməyi tapşırıram.
2. Evdə “Dördbucaqlılar” mövzusuna
aid səhifə 112 də verilmiş tapşırıqları
yerinə yetirməyi verirəm.
QİYMƏTLƏNDİRMƏ( 3-dəq)
Holistik qiymətləndirmə
Qruplar
Bilik və bacarıqlar
(meyarlar)
Sadə həndəsi qurma və ölçməl
Fikrini dəqiq ifadə etmə
Dördbucaqlının bucaqlarının cəmini,
perimetrini və
sahəsini hesablama
Əməkdaşlıq
Nəticə
I II III
Kompyuterdə yığdı:Zümrüd Məmmədova
Neftçala şəhəri: 2013