Слайд 1 - ADAU E

Download Report

Transcript Слайд 1 - ADAU E

II Bölmə: Bitki xəstəlikləri
Mövzu 6. Tağlı bitkilərinin xəstəlikləri
(unlu şeh, yalançı unlu şeh,
antraknoz), örtülü və açıq şəraitdə
əsas xəstəliklərə qarşı
mübarizənin prinsipləri
Kənd təsərrüfatı elmləri doktoru,
professor əvəzi İbrahim Cəfərov
P L A N:
6.1 Tağlı bitkilərin göbələk xəstəlikləri
6.2 Tağlı bitkilərin bakteriya mənşəli xəstəlikləri
6.3 Tağlı bitkilərin virus mənşəli xəstəlikləri
Ədəbiyyat
1.Cəfərov İ.H. Kənd təsərrüfatı fitopatologiyası. Bakı: «Elm», 2001,
277 s.
2.Cəfərov İ.H. Tarla bitkilərinin xəstəlikləri. Bakı: «Elm», 2009, 326
s.
3.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri. Bakı:
«Maarif», 1988, 160 s.
4.Пересыпкин В.Ф. Сельскохозяйственная фитопатология. М.:
«Агропромиздат», 1989, 415 с.
5.Zitter A.Thomas, Hopkins L.Donald, Thomas E.Claude Compendium of Cucurbit Diseases // The American Phytopathological Society,
1996, 87 p.
6.MacNab A.A., Sherf A.F., Springer J.K. İdentifying diseases of
vegetables // The Pennsylvania State University, 1994, 61 p.
7. Zitter A.Thomas, Mohammad Babadoost Fruit Rots of Pumpkin.
A Serious Threat to the Pumpkin İndustry // The American Phytopathological Society, 2009.
6.1 Tağlı bitkilərin göbələk xəstəlikləri
Xiyarın yalançı unlu şehi - Pseudoperonospora
cubensis (Berk.& M.A.Curtis) Rost.
Təsnifatda yeri:
Chromista aləmi, Oomycota şöbəsi,
Oomycetes sinfi, Peronosporales sırası,
Peronosporaceae fəsiləsi,
Pseudoperonospora cinsi
Bioloji qrupu:
Biotrof
İstixanada mikroklimat
Cücərti
əmələ gələnə
qədər
Cücərti
əmələ
gələndən
sonra
Ştil
basdırılana
qədər
Meyvə
vermə
dövrü
Havanın temperaturu, gündüz 0С
27 – 28
15 – 18
18 - 25
24 - 26
Havanın temperaturu, gecə 0С
27 – 28
12 – 14
14 – 16
18 – 20
Torpağın temperaturu, 0С
27 – 28
17 – 18
18 – 20
21 az
olmayaraq
Nisbi rütubət, %
80 – 85
80 - 85
80 - 85
75 - 85
Şərait/dövr
Patogenin morfologiya və biologiyası. Örtülü və açıq qruntda
becərilən xiyar bitkiləri yoluxurlar. Xəstəlik bəzi illərdə yemiş,
qarpız və qabaq bitkilərində də rast gəlinir.
Bitkinin bütün inkişaf mərhələsində əsasən yarpaqlar sirayətlənir.
Yarpaqların səthində damar boyunca sarı-yaşıl dairəvi və ya kələkötür ləkələr inkişaf edir. Belə ləkələr az bir müddətdə irilənir və
bir-biri ilə qovuşur.
Ləkə kələ-kötür formada müşahidə edildikdə çox zaman onu
bakterioz kimi diaqnoz edirlər. Bakteriozdan fərqli olaraq yalançı
unlu şehdə yarpağın alt tərəfində olan ləkələrdə bakteriya yığınından
ibarət ekssudat toplanmır, borular arası toxuma tökülmür, havanın
yüksək rütubəti zamanı yalançı unlu şehlə yoluxmuş yarpaqların
altında boz-bənövşəyi örtük formalaşır. Bu örtuk isə xəstəliyi
törədən göbələyin spormərhələsindən ibarətdir. Müəyyən vaxtdan
sonra ləkə tamamilə böyüyür və yarpağın bütün özəyini tutur.
LƏNKƏRANASTARA
CƏNUBİ VƏ
ŞİMALİ
AMERİKA
AVROPA
ŞƏKİZAQATALA
MDB
YALANÇI UNLU
ŞEHİN YAYILMA
AREALI
DÜZƏN
QARABAĞ
AZƏRBAYCAN
DAĞLIQ
ŞİRVAN
GƏNCƏQAZAX
NAXÇIVAN
MR
GÖBƏLƏYİN EKOLOGİYASI
RÜTUBƏTLİ HAVA
100%-ə YAXIN
NİSBİ RÜTUBƏT
SPORULYASİYA
15-20º C
ZOOSPORLARIN
ƏMƏLƏ GƏLMƏSİ
10-15º C
OPTİMAL TEMPERATUR
15-22ºC
BU ŞƏRAİTDƏ
İNKUBASİYA 3-6 GÜN
Tələb olunan
minimum
Profilaktik
tədbirlər
Təbii
nizamlamaya
yardım
ƏTRAF
Kimyəvi
mübarizə
tədbirləri
Bioloji
mübarizə
tədbirləri
BİTKİÇİLİK
BİTKİÇİLİK
BİTKİÇİLİK
İnteqrir bitki mühafizəsinin qolları
Müxaniki və
fiziki
mübarizə
tədbirləri
MÜHİT
MÜBARİZƏ TƏDBİRLƏRİ
AQROTEXNİKİ
TƏDBİRLƏR
• Bitki qalıqları toplanmalıdır
• Növbəli əkin
• Tağlı bitkilər əvvəlki yerinə
2-3 ildən sonra qaytarılır
DEZİNFEKSİYA
İŞLƏRİ
• Parnik və istixana
dezinfeksiya edilməlidir
• Torpaq
zərərsizləşdirilməlidir
• Toxumlar TMTD (4 qr/kq)
dərmanlanır
VEGETASİYA
DÖVRÜ
ÇİLƏMƏLƏR
•
•
•
•
•
Ridomil MS 2,5 kq/ha
Misxloroksidi 2,1 kq/ha
Sandofan M8 2,0 kq/ha
Efal 3 l/ha
İşçi məhlulun məsarifi: açıq
sahədə 250-300 l/ha; örtülü
sahədə 500-600 l/ha
Tağlı bitkilərin unlu şehi- Erysiphe cichoracearum
Dc. f. cucurbitacearum Poteb., Sphaerotheca
fuliginea Poll. f. cucurbitae Yacz.
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi,
Ascomycota şöbəsi, Euascomycetes
sinfi, Erysiphales sırası,
Erysiphaceae fəsiləsi, Erysiphe və
Sphaerotheca cinsləri
Bioloji qrupu:
Biotrof
Patogenin morfologiya və biologiyası. Xəstəliklə açıq və örtülü
qruntlarda becərilən bütün tağlı bitkilər sirayətlənirlər. Örtülü şəraitdə
xəstəliyə hər yerdə, xüsusilə bitkilərin becərilmə rejimi pozulan
istixanalarda daha çox rast gəlinir. Xəstəlik bitkilərin bütün inkişaf
fazasında meydana çıxır.
Yarpaqların əvvəlcə üst, sonra alt tərəfində ağ unlu örtük inkişaf
edir. Yarpaqlar və gövdələr güclü yoluxan zaman tamamilə unlu
örtüklə əhatə olunur, yarpaqlar saralır və quruyurlar. Yoluxan
orqanların səthində formalaşan ağ örtük xəstəliyi törədən göbələyin
mitseli və spormərhələsindən ibarətdir. Mitsel əmzik əmələ gətirir və
qaustoriyanın köməyi ilə yarpaq hüceyrəsinə daxil olur.
Mitseldə zəncir üzərində düzülmüş konidilərlə konididaşıyanlar
əmələ gəlir. Bitkinin vegetasiyası dövrü xəstəlik konidilərlə yayılır,
bu zaman xəstəlik törədicinin inkubasiya müddəti hava şəraitindən
asılı olaraq 3-4 gündür.
Erysiphe cichoracearum Dc. Em. Salm. f.
cucurbitacearum Pot.
Leveillula cucurbitacearum Golov.