Səkər çuğundurunun peronosporoz və ya yalançı unlu şeh xəstəliyi - Peronospora schachtii Fuck. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırası, Peronosporaceae fəsiləsi, Peronospora.
Download ReportTranscript Səkər çuğundurunun peronosporoz və ya yalançı unlu şeh xəstəliyi - Peronospora schachtii Fuck. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırası, Peronosporaceae fəsiləsi, Peronospora.
Səkər çuğundurunun peronosporoz və ya yalançı unlu şeh xəstəliyi - Peronospora schachtii Fuck. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırası, Peronosporaceae fəsiləsi, Peronospora cinsi. Bioloji qrupu: Biotrof Patogenin morfologiya və biologiyası. Xəstəliklə birinci il bitkiləri və toxumluqlar yoluxurlar. Birinci il bitkilərində rozetin cavan mərkəzi yarpaqları saralır, onların ətrafları aşağıya doğru əyilir, qalınlaşır və kövrək olurlar. İkinci il bitkilərində vegetasiyanın əvvəlində mərkəzi və ya periferik tumurcuqların ən cavan yarpaqları şirayətlənir, ardınca xəstələnmə prosesi çiçəkdaşıyan zoğların təpəsində, çiçəkyanlığı, çiçəklər və hətta toxum yumaqlarında da davam edir. Yoluxmuş çiçəkdaşıyan zoğlar əyilir, böyümədən qalır və ölüşgəyir. Rütubətli havada yarpaqların alt tərəfində və başqa şirayətlənən orqanlarda göbələyin mitselindən ibarət boztəhər bənövşəyi örtük əmələ gəlir. Konididaşıyanlar 2-3 ədəd olmaqla ağızcıqlardan çıxır, onlar 6-8 dəfəlik dixotamik budaqlanandır. Konidilər yumurtayaoxşar, 21-27x16-20 mkm ölçülü, zərif boztəhər-bənövşəyi örtüklüdür. XƏSTƏLİYİN YAYILMA AREALI • • AZƏRBAYCAN • • MDB • • • • GORANBOY TƏR-TƏR BƏRDƏ AĞDAM UKRAYNA BELORUS RUSİYA QAZAXISTAN EKOLOGİYASI TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ MÜBARİZƏ TƏDBİRLƏRİ • • • • Nisbi rütubət 70%-dən çox Temperatur həddi 8-30ºC Optimal temperatur 15-17ºC İnkubasiya dövrü 5-20 gün • Meyvə məhsulu -5% • Toxum -65% • Şəkər - 30% AZALIR • • • • • Davamlı sort Səpinqabağı dərmanlama 1%-li bordo mayesi Monika bordo – 5 kq/ha Ridomil qold – 2 kq/ha Çuğundurun zonal ləkəliyi və ya fomozu – Phoma betae A.B.Frank. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Sphaeropsidales sırası, Dematiaceae fəsiləsi, Phoma cinsi Bioloji qrupu: Hemibiotrof Patogenin morfologiya və biologiyası. Xəstəlik vegetasiya dövrünün ikinci yarısında əmələ gəlir. Çuğundurun alt yarpaqlarında həlqəvi (3-5 mm diametrdə) sarı-şəffaf qonur nekrotik ləkələr formalaşır. Onlar tədricən böyüyür, adətən birləşir və daha iri ləkələr əmələ gətirir. Bu zaman nekrotik toxuma ləkənin ortasından düşür. Yarpaqlar quruyur. Daha sonra ləkələrdə kicik qara nöqtələr- piknidlər meydana çıxır. Yarpaq saplaqlarında, toxumluqların gövdəsində, çiçəkdaşıyan zoğlarda qonur, uzunsov ləkələr nekroz formasında zühur edir, eyni zamanda onların da səthində piknidlər əmələ gəlir. Göbələk habelə çiçəkyanlığını ləçəkləri və toxum yumaqlarını infeksiyaya uğradır. Mitsel rəngsiz, boz və ya tünd-boz, güclü budaqlanan, eni 3-5 mkm-dir. Piknidlər əvvəlcə epidermisə yüklənmiş, sonra səthə çıxır. Şarşəkilli, basıq, şəffafdan tünd qəhvəviyədək rəngli, 100-400 mkm diametrli, təpə hissədə 20-30 mkm-li deşiyi vardır. XƏSTƏLİYİN YAYILMA AREALI AZƏRBAYCAN • • • • • ŞƏMKİR SAMUX GORANBOY TƏR-TƏR GÖY-GÖL EKOLOGİYASI • Torpağın turşuluğu neytral – pH=7 • Havanın nisbi rütubəti 60-70% • Temperatur müddəti 15-30ºC TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ MÜBARİZƏ TƏDBİRLƏRİ • Kökümeyvələrin məhsuldarlığı29%, • Toxumların cücərməsi – 39,7%, • Şəkərlilik – 1,171,58%, • Toxumların kütləsi – 11,7-19,1% AZALIR ! • Dərin şum • Bitki qalıqlarından təmizlənmə • Növbəli əkin • Optimal səpin müddəti • Toxumların dərmanlanması Şəkər çuğundurunun kökyeyəni - Pythium debarianum R.Hesse., Fuzarium spp. Li: Fr., Phoma betae A.B.Frank. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Pythiales sırası, Pythiaceae fəsiləsi, Pythium cinsi Bioloji qrupu: Hemibiotrof, saprotrof Patogenin morfologiya və biologiyası. Çuğundurun kökyeyənikompleks xəstəlik olub, cücərtilərin inkişafı üçün əlverişsiz şəraitlə, və sonralar bitkilərin müxtəlif mikro-orqanizmlərlə yoluxmasının qarşılıqlı əlaqəsinin məntiqi yekunudur. Xəstəliyin formalaşmasında və əmələ gəlməsində ən çoxu Fusarium, Phoma, Pythium və başqa cinslərə daxil olan nümayəndələr iştirak edirlər. Lakin kökyeyən xəstəliyinin ən fəal xəstəlik törədiciləri arasında Pythium debarianum fəallığı ilə seçilir. O, cücərtilərin yeraltı hissəsini yoluxur, xəstəliyin ilkin simptomları onların inkişafının ilkin fazalarında əmələ gəlir. Bu zaman gövdənin aşağı hissəsi ölüşgəyir və qaralır. Kök bazası nazilir və həmin yer çürüməyə başlayır. Bitkinin yerüstü hissəsi böyümədən qalır, saralır, soluxur və adətən ölür. Xəstəlik xüsusilə soyuq və rütubətli dövr intensiv inkişaf edir, çünki bu zaman kök sistemi yavaş formalaşır, kökün ayrı-ayrı hissələri hava çatışmazlığı va torpağın həddindən artıq rütubətli olması nəticəsində ölür və infeksiya mənbəyi olur. XƏSTƏLİYİN YAYILMA AREALI GƏNCƏ-QAZAX, MİL-QARABAĞ NAXÇIVAN MR, MUĞAN RUSİYANIN MƏRKƏZI QARATORPAQ REGİONU BAŞQIRDISTAN, TATARISTAN UKRAYNA, BELORUS XƏSTƏLİYİN EKOLOGİYASI Pythium debarianum Fusarium spp. Phoma betae • Optimal temperatur 16-19ºC • 60%-dən yuxarı torpaq rütubətində pH 4,7-7,3 aktivdir • • • • Optimal temperatur 18-27ºC Minimal 10ºC Maksimal 35ºC Havanın optimal rütubəti 40-70% • Nisbi rütubət 60-80% • Temperatur 20-24%C XƏSTƏLİYİN TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ Əlverişsiz hava, torpaq və başqa şəraitdə bitkilərin məhv olması – 100% Kökümeyvələrin məhsuldarlığı – 40-50% Şəkərliliyi – 11-40,5% aşağı düşür MÜBARİZƏ TƏDBİRLƏRİ Növbəli əkin, Gübrələrin tətbiqi Dərin şum Səpindən sonra torpağın yumşaq saxlanması Zəif bitkilərin sahədən çıxarılması Vitavaks 200FF 2-3 l/t Royalflo 42S 1,5-2,0 l/t Siqnal 3,5-4,0 l/ha TMTD 400 10 l/t Şəkər çuğundurunun pası –Uromyces betae (Pers.) Lev. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Basidiomycota şöbəsi, Urediniomycetes sinfi, Uredinales sırası, Pucciniaceae fəsiləsi, Uromyces cinsi Bioloji qrupu: Biotrof Patogenin morfologiya və biologiyası. Xəstəliklə birinci və ikinci il bitkiləri (toxumluqlar) sirayətlənirlər. Parazit göbələk olan xəstəlik törədici təksahiblidir və bütün spormərhələləri (etsi, uredo, teleyto) yalnız çuğundur bitkisinin üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, digər göbələk növlərindən fərqli olaraq pas xəstəliklərini törədən patogenlər inkişaf tsiklini başa çatdırmaq üçün 3 mərhələ, 5 spor tipi əmələ gətirirlər. Pas adətən may ayının sonu iyun ayının əvvəllərində cavan çuğundur yarpaqlarında meydana çıxır. Bu zaman xəstəliyə əsasən rozetin alt yarpaqları tutulur. Yarpaqların səthində əvvəlcə narıncı dəyirmi, bəzən düzgün olmayan formalı, 2-6 və daha iri millimetrli qabarıq ləkələr meydana çıxır. Nəticədə yarpağın üst səthində ləkələrdə adi gözlə çətin görünən şəffafqəhvəyi nöqtələr- spermaqonilər görünür. Ləkənin alt tərəfində etsi spor formalaşır. Etsilər yetişən zaman yarpağın epidermisi partlayır və oradan küllü miqdarda narıncı tozlar tökülür. XƏSTƏLİYİN YAYILMA AREALI AZƏRBAYCAN • • • • • TOVUZ ŞƏMKİR GƏDƏBƏY DAŞKƏSƏN AĞDAŞ MDB • MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ • UKRAYNA QƏRBİ AVROPA • • • • • ALMANİYA FRANSA ÇEXİYA SLOVAKİYA POLŞA Ekologiyası. Xəstəlik törədici ekoloji amillərə qarşı yüksək tələbkarlığı ilə seçilir. 16-220C temperaturda çuğundurun uredinosporlarla sirayətlənməsi intensivləşir və bu şəraitdə inkubasiya müddəti 10-17 gün davam edir. İsti və rütubətli hava xəstəliyin güclü inkişafına təkan verir. Təsərrüfat əhəmiyyəti. Çuğundur pas xəstəliyini törədən göbələklə yoluxan zaman bitkilərin normal maddələr mübadiləsi pozulur. Çoxlu miqdarda yastıcıqların əmələ gəlməsi fotosintez prosesinin pozulmasına səbəb olur, yoluxma yerində epidermisin partlaması yarpaqların tənəffüsünü və transpirasiyanı gücləndirir. Mübarizə tədbirləri. Xəstəliklə mübarizədə aqrotexniki tədbirlər kompleksinə əməl edilməsi bitkilərin pasa qarşı davamlığını yüksəldən başlıca amillərdəndir. Növbəli əkin sisteminə əməl edilməsi, çuğundurun əvvəlki əkin yerinə 4-5 ildən sonra qaytarılması vacibdir. Toxumluq və əmtəə əhəmiyyətli plantasiyalar ən azı bir-birindən 1000 m məsafədə yerləşdirilməlidir. Fosfor-kalium gübrə-lərinin tələb olunan dozada verilməsi də adətən davamlılığı yüksəldir. Şəkər çuğundurunun alternariozu – Alternaria alternata (Fr.) Keissi. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Alternaria cinsi Bioloji qrupu: Hemibitrof Patogenin morfologiya və biologiyası. Son illər şəkər çuğunduru plantasiyalarında yarpaqların alternarioz xəstəliyi daha tez-tez qeydə alınır. Xəstəlik uzun sürən yağışlardan sonra yayın II yarısında diaqnostika edilir. Patogen bitki rozetinin yaşlı və kənar yarpaqlarını qaralma şəklində yoluxur. Alternariozla sirayətlənmə yarpağın kənarından başlayır və ortaya doğru yayılır. Bəzən xəstəlik iyulun sonu avqustun əvvəllərində qonur ləkələr formasında meydana çıxır. Bu hal adətən II yarus yarpaqlarında qeydə alınır. Güclü yoluxma zamanı ləkələr birləşir və yarpaq səthində geniş nekrozlu zonalar əmələ gəlir. Xəstəliyin törədicisi A.alternata göbələyi tünd rənglənmiş (tündboz, tünd-zeytuni, qara) çox budaqlanan mitsel verir. Qısa konidi daşıyanlarda əks sancaq formalı çoxhüceyrəli konidilər uzun zəncir şəklində formalaşırlar. Patogen – fakültətiv parazit olmaqla torpaqda yaşayır və saprotrof xüsusiyyətlərə malikdir. İnfeksiya mitsel və konidi şəklində xəstələnmiş bitki qalıqlarında və toxumlarda saxlanılır. AZƏRBAYCAN • • • • NAXÇIVAN MR GƏNCƏ-QAZAX ŞİRVAN DÜZƏN QARABAĞ • • • • BELORUS UKRAYNA RUSİYA QAZAXISTAN XƏSTƏLİYİN YAYILMA AREALI MDB • Yüksək rütubət 90-100% EKOLOGİYASI • Havanın gündəlik orta temperaturu 24-28ºC • Dərmanlanmamış TƏSƏRRÜFAT toxumlarda yoluxma ƏHƏMİYYƏTİ həddi -70-80% MÜBARİZƏ TƏDBİRLƏRİ • Alto super – 0,7 l/ha • Skor – 0,5 l/ha