Transcript mulkiyyet

“Hökmdar (dövlət) kimisə həyatından
məhrum etmək məcburiyyətində qalsa, O
bunu ədalətli və açıq şəkildə
əsaslandırmalıdır;
amma O heç vaxt başqalarının (təbaların)
mülkünə əl uzatmamalı, çünki insanlar öz
atalarının ölümünü tezliklə unutduqları
halda, öz mülklərindən məhrum edildiklərini
unutmazlar”.
Nicollo Makiavelli, Hökmdar
Mülkiyyət hüququ
 “İctimai müqavilə” adlı əsərində Rousseau belə
yazırdı: “Bir torpaq sahəsinin ətrafını hasarlayıb,
“bu mənimdir” deyən və ətrafında buna inanacaq
dərəcədə sadəlövh insanlar tapan şəxs, cəmiyyəti
yaradan şəxs olub”. Daha sonra Rousseau
fikirlərinə belə davam edir: “Bu insanın qarşısına
“birdən bu saxtakara inanarsanız ha, bu torpaq
heç kəsə aid deyil, üstündəki meyvələr də hər
kəsindir” deyən bir insan çıxa bilsəydi və onun
hasarını da söksəydi, insanlıq xeyli cinayətdən,
qəsdlərdən və fəlakətlərdən xilas olardı...”
Mülkiyyət hüququ
 “İnsan Hüquqlarının Ümumi
Bəyannaməsi”nin 18-ci maddəsində əksini
belə tapmışdır – “hər bir kəs təkbaşına və ya
başqaları ilə birlikdə əmlaka sahib olmaq
hüququna malikdir. Heç kim öz əmlakından
özbaşınalıqla məhrum edilməməlidir.”
 Neqativ yoxsa pozitiv hüquq? Dövlətin başlıca
öhdəlikləri nələrdir?
 Mülkiyyət anlayışı nəyi ifadə edir?
Mülkiyyət hüququ
 AİHK-nın əsas mətnində mülkiyyət hüququnun
qorunması ilə bağlı norma mövcud deyildir,
ancaq əlavə Protokolda yer alır. Konvensiyaya
mülkiyyət hüququnun müdafiəsi ilə bağlı
normanın daxil edilməsinin əleyhdarları belə
hesab edirdi ki, 1-ci maddə vətəndaşların
hüquqlarının müdafiəsində durmaqdan daha
çox, dövlətin hakimiyyət maraqlarına xidmət
edir.
Mülkiyyət hüququ
 1 saylı Protokolun 1-ci maddəsinə əsasən:
 “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən
(sahibliyində olanlardan - posessions) maneəsiz
istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin
maraqları naminə, qanunla və beynəlxalq
hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş
şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum
edilə bilməz
 Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara
müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti
həyata keçirmək üçün, yaxud vergilərin və ya
digər rüsum və ya cərimələrin ödənilməsini təmin
etmək üçün zəruri hesab etdiyi qanunları yerinə
yetirmək hüququnu məhdudlaşdırmır
Mülkiyyət hüququ
 Avropa İttifaqı Əsas Hüquqlar Şərtində mülkiyyət
hüququ 17-ci maddədə:
 “Hər kəsin öz mülkiyyətində qanuni əsaslarla əldə
etdiyi əmlaka malik olmaq, ondan istifadə etmək, onun
üzərində sərəncam vermək və onu vəsiyyət etmək
hüququ vardır. Heç kəs qanunda nəzərdə tutulan
hallarda və şərtlərlə ictimai fayda mülahizələrindən
başqa onun əldən çıxmasına görə vaxtında ədalətli
qaydada əvəzi ödənilmədən mülkiyyətindən məhrum
edilə bilməz. Əmlakdan istifadə ümumi maraqların
təmini üçün zəruri olan dərəcədə qanunla tənzimlənə
bilər. Əqli mülkiyyət müdafiə altındadır”.
 Digər hüquqlara olduğu kimi, mülkiyyət
hüququna da müdaxilə etmək, əlbəttə ki,
mümkündür. Lakin buradakı meyarlar,
məsələn ifadə azadlığının
məhdudlaşdırılmasında olan meyarlardan
bir az fərqlidir, düzünü desək, çox daha
genişdir. Konvensiyaların nəzərdə
tutduğu müdaxilə səbəbi, geniş məna
kəsb edən “ümumi / ictimai maraq”
anlayışıdır. AİHM mülkiyyət hüququna
müdaxilənin qanuniliyini təhlil edərkən
aşağıdakı meyarlardan istifadə edir:
Mülkiyyətə qanunsuz
müdaxilə varmı? meyarlar
1. Hadisədə mülkiyyət yaxud sahiblik hüququ
varmı?
2. Həmin hüquqa müdaxilə baş veribmi?
3. Bu müdaxilə ümumi yaxud ictimai maraqların
naminəmi aparılıb?
4. Müdaxilə “qanunla nəzərdə tutulmuş” standarta
cavab verirmi? Unudanlar üçün qeyd edək ki,
burada nəzərdə tutulan milli qanun “hüquqilik”
anlayışına uyğun gəlməlidir, yəni çatımlı və
anlaşılan olmalıdır. Hakimiyyət orqanları
mülahizə səlahiyyətini tətbiq ediblərsə, bu,
özbaşınalıq həddinə çatmamalıdır və buna qarşı
da təminatlar nəzərdə tutulmalıdır.
Mülkiyyətə qanunsuz
müdaxilə varmı? meyarlar
5. Müdaxilə mütənasiblik prinsipinə uyğun
gəlirmi?
Buradakı
mütənasibliyin
mənası odur ki, cəmiyyətin maraqları ilə
şəxsin maraqları arasında lazımi
tarazlıq qurulubmu? Müdaxilə şəxs
üzərində “aşırı və ağır yükə” səbəb
olmamalıdır.
Mülkiyyət kimi nə başa
düşülməlidir?
 Mülkiyyət dedikdə, əlbəttə ki, buraya daşınar və
daşınmaz əmlak daxil olacaq. Bir peşəni icra etmə
hüququ, bir kinoteatrın müştəri portfoliosu belə,
AİHM-nə görə “mülkiyyət” kimi qəbul oluna bilərdi.
Ümumiyyətlə AİHM, həm “mülkiyyəti”, həm də
“sahibliyi” müvafiq dövlətin milli hüququna görə
şərh etmir; bu anlayışın müstəqil olduqlarını irəli
sürür və hər hadisədə də ayrıca qiymətləndirir.
 mülkiyyəti vicdanla əldə edənin qanuni
gözləntilərini də (legitimate expectations) AİHM
mülkiyyət hüququnun müdafiəsi ilə əhatə etdi.
Mülkiyyət kimi nə başa
düşülməlidir?
 Bunlarla yanaşı maddi və qeyri-maddi
maraqlar, məsələn, səhmlər, patentlər, arbitraj
ödənişləri, pensiya alacağı, ev sahibinin kirayə
haqqı, sahibkarlıq fəaliyyəti nəticəsində əldə
olunan gəlir, kreditor hüquqları, AİHM-nə görə
“mülkiyyət” anlayışına daxildir. Delikt yaxud
müqavilə pozuntusuna görə dəyən ziyan da,
daha doğrusu, ziyanın məbləği də mülkiyyət
hüququnun müdafiəsi altına düşür.
 Gələcəkdə mülkiyyət əldə etmək hüququ,
AİHK-nın 1 protokolunun əhatəsi altına düşmür
Mülkiyyət kimi nə başa
düşülməlidir?
 Mövcud sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş
lisenziyanın ləğv edilməsi də, “posession” kimi
nəzərə alınır.
 Qüvvədə olan artıq bağlanmış müqavilə
müddəalarına təsir göstərən qanunvericilik
dəyişikliyi, mülkiyyətə müdaxilə kimi nəzərə
alınabilər.
 Hər hansı hüquq olmadan əmlaka sahiblik, 1-ci
Protokolun müdafiəsi altına düşmür. S v. the
UK, 1986.
Mülkiyyət kimi nə başa
düşülməlidir?
 Son dövrlər AIHM dəfələrlə milli məhkəmələrin
ərizəçilərə müəyyən məbləğdə pul ödənilməsini
(məsələn, əmək haqqı, pensiya) nəzərdə tutan
qərarların icrasından dövlət tərəfindən imtina edilməsini
1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu kimi
qiymətləndirmişdir. Məsələn, “Burdov Rusiyaya qarşı”
işdə məhkəmə Çernobıl qəzasının iştirakçısı kimi
ərizəçiyə təyin edilmiş kompensasiyanın
ödənilməməsini mülkiyyət hüququna müdaxilə kimi
qiymətləndirmişdir. Səhmdar cəmiyyətlərdə səhm
sahiblərinin hüquqları da bu kontekstdə ələ alınır
 Habelə burada qısaca qeyd edək ki, fiziki şəxslərlə
yanaşı, hüquqi şəxslər də, mənfəət məqsədi ilə
fəaliyyət göstərən iqtisadi birliklər də, SC və MMC kimi,
mülkiyyət hüquqlarının müdafiəsini tələb edə bilərlər.
Belə olan halda, hüquqi şəxs adına çıxış edənlər
nizamnamə üzrə təmsil səlahiyyəti olan şəxslərdir.
 Kreditor hüquqları da müdafiə altına düşən maraqlar
arasında yer alır. Buna AİHM Stran Greek Refineries
and Stratis Andreatis v. Greece (1994) işində qərar
vermişdi. Bu işdə ərizəçi dövlət üçün bəzi tikinti işləri
aparmışdı, daha sonra dövlət bu xidmətlərdən imtina
etdi. İşə baxan arbitraj məhkəməsi Stran şirkətinə 16
million USD kompensasiya ödənməsini qət etsə də
dövlət müxtəlif metodlarla bu pulu ödəməkdən boyun
qaçırırdı
Mülkiyyət kimi nə başa
düşülməlidir?
 Diqqətə layiq bir başqa işdə, daha əvvəl
mühasib kimi işləmiş şəxs yeni çıxmış qanuna
görə vəzifəyə davam edə bilmək üçün xüsusi
qurulmuş rəsmi Qəbul Heyətindən
qeydiyyatdan keçməli idi. Mühasibin müraciəti
rədd olundu, onun appelyasiya şikayəti də
təmin edilmədi. Ərizəçi Van Marle, hadisədə
AİHK-nın 1-ci Protokolunun 1-ci maddəsinin
pozul-duğunu irəli sürdü. AİHM bununla
razılaşdı
1-ci Protokol və “üç qayda”
 Sporrong və Lönroth İsveçə qarşı işdə, AİHM
bir analiz presedenti yaratdı. Belə ki,
mülkiyyətə müdaxilənin olması məsələsində 3
qayda (faktor) araşdırılır:
 Sahiblikdən konkret məhrum etmə olubmu (1-ci
paraqrafın 2-ci cümləsi)
 Istifadə üzərində məhdudlaşdırma (2-ci paraqraf)
 Sahiblikdən dinc istifadə məsələsi (1-ci paraqrafın
1-ci cümləsi)
3 qaydanın 2-cisi
 Mülkiyyətdən (sahiblikdən) məhrumetmə
 Burada sadəcə formal expropriasiya ya
da mülkiyyət hüququnun transferi deyil,
eyni zamanda de facto məhrum etmənin
olub olmadığı yoxlanılır. Məsələn yazılı
status dəyişikliyi olmadan faktiki olaraq
hərbçilərin daşınmazı zəbt etmələri de
facto məhrum etmə sayılır.
3 qaydanın 3-cüsü
MÜLKİYYƏTDƏN İSTİFADƏYƏ NƏZARƏT
2-ci paraqrafda : “dövlətin
ümumi maraqlara müvafiq olaraq,
mülkiyyətdən istifadəyə nəzarəti həyata
keçirmək üçün, ....
 zəruri hesab etdiyi qanunları yerinə
yetirmək hüququnu məhdudlaşdırmır
 Burada istifadə üzərində
məhdudlaşdırmadan söhbət gedir.




3 qaydanın 1-cisi
 Protokolun müvafiq maddəsinin 1-ci
cümləsində yer alsa da, bu meyar AİHM
tərəfindən, ilk iki qayda tətbiq edilə bilmədiyi
vaxtlarda işə salınır. Belə ki, məhrumetmə
olmadığı kimi, dövlətin əmlakın istifadəsi
üzərində nəzarət (məhdudlaşdırma)
məqsədi yoxdursa (sonrakı qanun
dəyişikliyinin təsiri - Stratis Andreadis işi),
lakin şəxsi nəticədə maddi itkilərə səbəb
olursa, 1-ci qayda tətbiq olunur
Mülkiyyətə müdaxilənin
olub-olmaması
 Mülkiyyətə müdaxilənin əsas və birinci forması,
ekspropriasiya şəklində olur. Ekspropriasiya –
latın köklü bir sözdür, mülkiyyətin əldən
alınması kimi başa düşülür; mahiyyətcə
mənası “dövlətləşdirməyə” ya da “milliləşdirmə”
(nationalisation) çox bənzəyir. Lakin müqayisəli
hüquqda bələdiyyələr də bu mexanizmdən
istifadə etdiyi üçün “dövlətləşdirmə” sözü
texniki olaraq bu mənanı tam əks
etdirməyəcək.
Mülkiyyətə müdaxilənin
olub-olmaması
 Ekspropriasiya, xüsusi mülkiyyətdə olan
əmlakın, dəyərini ödəməklə ictimai (public)
mülkiyyətə çevirilməsidir, bir qayda olaraq,
mülkiyyətçinin razılığı olmadan həyata keçirirlir.
 Ekspropriasiyanı legitim hala gətirən iki faktor
var: birincisi, ictimai tələbatın və marağın
olması, digəri də alınan əmlak əvəzində
kompensasiyanın ödənilməsidir. Beləliklə
şəxsin xüsusi mülkiyyət üzərində hüquqları
sona çatır (yaxud məhdudlaşır) və bu hüquqlar
hakimiyyət orqanlarına keçir.
Mülkiyyətə müdaxilənin
olub-olmaması
 Müdaxilənin ikinci şəkli mülkiyyət hüququnun
tanıdığı istifadə və sərəncam vermə
səlahiyyətlərinə məhdudiyyətlərin gətirilməsi
şəklində olur. Belə məhdudiyyətlər müxtəlif
formada ortaya çıxa bilər: şəxsin əmlakı sata
bilməməsi, ondan istədiyi formada
yararlanmaması, orda inşaat işlərinin apara
bilməməsi, istəmədiyi halda kiminsə onun
əmlakından yararlanması, faktiki olarak öz
əmlakından istifadə edə bilməməsi kimi ortaya
çıxa bilər.
SUALLAR:
 1. 1975-ci ildən əvvəl istehsal olunmuş
avtomobillərin ekoloji qayğılara görə istifadə
olunması tamamilə qadağan olunarsa?
 2. SSRİ illərində banklarda qalmış pulların geri
verilməsinə dair iddia yerli məhkəmələr tərəfindən
təmin edilməsə?
 30 ildən əvvəl tikilmiş və sakinlərin daimi istifadə
hüququ ilə yaşadığı həyət evləri üzrə mülkiyyət
hüququnun tanınmasına dair iddia təmin
edilməsə?
Mülkiyyətə müdaxilənin
olub-olmaması
 Sporrong and Lönnroth v. Sweden (1982)
işində, ərizəçilərin Stockholmdakı daşınmazı
üzərində 20 ildən uzun bir müddət üçün tikinti
qadağası qoyulmuşdu, bu da həmin daşınmazın
həm qiymətini aşağı salmış, həm də satmağı,
ümumiyyətlə, çətinləşdirmişdi. Maliklər “fərdi və
aşırı yükə” məruz qaldıqları üçün AİHM bunu
mülkiyyətə haqsız müdaxilə kimi saymışdı.
 AİHM-nin qərarları, bəzən çox da isabətli olmur.
1999 tarixində AİHM-nin baxdığı Brumarescu v.
Romania işinin predmeti bundan ibarətdi:
Ruminiyalı ərizəçinin valideyinlərinə aid ev, 1950ci ildə hökuməti tərəfindən milliləşdirilmişdi.
Müdaxilədə ictimai ya da
ümumi maraq varmı?
 Həm beynəlxalq sənədlərdə, həm də bir çox
mədəni dövlətlərin daxili qanunvericiliyində
dövlət tərəfindən mülkiyyət hüququna müdaxilə
olması üçün “ictimai maraq” şərti nəzərdə
tutulur. AİHK-da bunu açıq şəkildə görmək
mümkündür: “public interest” sözü ilə ifadə
olunan məhz budur. İctimai marağın bir digər
ifadəsi, “ümumi maraqdır”.
 İctimai maraq nə mənaya gəlir? Dövlət
maraqları, bütöv cəmiyyətin marağı, cəmiyyətin
ancaq bir təbəqəsinin (məsələn, qocaların)
maraqları, təbiətin qorunması kimi, bunlardan
hansı ictimai maraq kimi qəbul olunmalıdır?
 İctimai maraq geniş bir anlayışdır. O, hər
hadisədə ayrıca qiymətləndirilməlidir. Burada
aktual bir sual qoyub ona cavab axtaraq: çox
mənzilli yaşayış evlərinin tikintisi üçün şəhərin
mərkəzində yaşayan X şəxsinin 2 mərtəbəli evi
üzərində mülkiyyət hüququ inşaat şirkətinə
keçirilə bilərmi?
İctimai maraq anlayışı
 AİHM-nin adını çəkdiyimiz James v. the
UK işi üzrə qərarında sosial ədalətin
təmin edilməsinin ictimai marağa xidmət
etdiyi qeyd olunub. Onu da qeyd edək ki,
ictimai marağın müəyyən olunmasında
hakimiyyət orqanlarının mülahizə
səlahiyyətinin həddləri, “margin of
appreciation” xeyli genişdir. Sporrong
and Lönnroth v. Sweden (1982) işində:
 İctimai marağın nə olduğunun müəyyən
edilməsində, milli hakimiyyət orqanları
beynəlxalq hakimdən daha yaxşı
mövqedədirlər, çünki onlar öz cəmiyyətlərini və
onun ehtiyaclarını daha yaxşı bilirlər... İctimai
maraq doğuran problemin olub-olmadığını və
alınacaq tədbirlərin nə olduğunu müəyyən
etmək milli hakimiyyət orqanlarının işidir... Bu
işdə də onlar konkret mülahizə sərbəstliyindən
istifadə edirlər.”
 Belə hallarda bu geniş mülahizə səlahiyyətinə
tətbiq olunası hədd bundan ibarətdir:
qanunverici orqanın geniş qərarı açıq şəkildə
əsassız və qeyri-rasional olmamalıdır.
Müdaxilənin mütənasib
olub-olmaması
 Mütənasiblik şərti onu tələb edir ki,
müdaxilə legitim məqsədlər güdsə belə,
istifadə olunan vasitələr ilə ictimai maraq
arasında ədalətli tarazlıq olsun. Malik
(individual and excessive burden) “fərdi
və aşırı yükə” məruz qalmamalıdır.
 Nə UDHR-də, nə də ki, AİHK-da kompensasiyadan
açıqca bəhs olunmur. Lakin mülkiyyət hüququnun
toxunulmazlığının əhəmiyyəti də ondan ibarətdir ki, bu
hüquq əvəzsiz olaraq məhdudlaşdırılmır. İstər
mülkiyyətin alınması, istər mülkiyyətdən məhrum
etmədə, istərsə də istifadə hüququnun məhdudlaşdırılması ilə bağlı bir çox hallarda malikə kompensasiya
ödənilməlidir.
 Bunun istisnaları istifadə və ya sərəncam vermə
hüququnun məhdudlaşdırılmasında ortaya çıxa bilər;
bəzən belə hallarda kompensasiya ödənilməyə bilər.
Misal kimi tikinti ilə bağlı məhdudlaşdırılmaları göstərə
bilərik, 9 mərtəbədən çox tikmə qadağası kimi. Lakin
belə hallarda istifadə və sərəncam vermə hüququnun
məhdudlaşdırılması de facto olaraq mülkiyyətdən
məhrum etmə kimi qarşımıza çıxmamalıdır
Kompensasiya miqdarı
 Onu da qeyd edək ki, daha əvvəl adını
çəkdiyimiz James v. the UK işində AİHM-nin
verdiyi qərara görə, kompensasiya məbləği
mütləq əşyanın tam dəyərində olmamalıdır;
bəzi amillər kompensasiyanın əşyanın
dəyərindən daha az məbləğdə olmasını haqlı
göstərə bilər. Lakin belə hallarda da
kompensasiya məbləği əşyanın əsl dəyərinə
münasibətdə ağlabatan olmalıdır.
Kompensasiya məbləğinin azalmasına səbəb
olan amillər arasında, əşya sahibinin götürdüyü
fayda, əşyanın köhnəlməsi, qiymətlərin
düşməsi kimi halları göstərmək mümkündür.
Kompensasiya miqdarı
 İstisna olaraq belə halda əvəz ödənilmədən
mülkiyyətdən məhrum etmə mümkün ola
bilər: məsələn, müharibə ya da zəlzələ kimi
fövqəladə hal şəraitində, insanların həyatını
qorumaq, dağıntı altında qalanların həyatını
xilas etmək məqsədi ilə hakimiyyət
orqanları insanların əlində olan ağır
texnikaya əl qoyarsa (müvəqqəti olmalıdır),
belə halda kompensasiyanın ödənilməməsi
də nəzərdə tutula bilər
Yoxlama meyarları
 1. 1-ci maddənin əhatəsinə daxil olan hüquq
varmı?
 2. Bu hüquqa müdaxilə baş veribmi?
 3. Müdaxilə 1-ci maddədəki 3 qaydanın hansı
birinə görə nəzərə alına bilərmi?
 4. Müdaxilə ictimai maraq daxilində legitim
məqsəd güdürmü?
 5. Müdaxilə proporsional olubmu?
 6. Müdaxilə qanunilik, ya da qanuni dəqiqlik
“legal certainity” prinsipinə uyğun gəlirmi?
 Dövlət orqanları və ya yerli özünüidarəetmə orqanları
ictimai maraqlarla əlaqədar vətəndaşa mülkiyət hüququ
əsasında məxsus olan əmlakın götürülməsi və ya
həmin şəxsin hüquqlarının məhdudlaşdırılması barədə
qərar qəbul etdikləri zaman aşağıdakı halları nəzərə
almalıdırlar:
 Mülkiyyət ya da sahibliyə müdaxilə yalnız ictimai
tələbatın və ictimai marağın varlığında mümkündür
 şəxsə mülkiyyət hüququ əsasında mənsub olan
əmlakın götürülməsi barədə qərarın prosedura uyğun
həyata keçirilməlidir (prosessual təminatlar);
 Mülkiyyətə qismi müdaxilə, müvafiq hüququn
istifadəsini əhəmiyyətli dərəcədə çətinləşdirməməlidir;
 götürülmüş əmlaka görə təklif olunan konpensasiyanın
adekvat, götürülmüş əmlak əvəzinin “bazar dəyəri”nə
uyğunluğu təmin edilməlidir