Transcript isgence

İşgəncəyə məruz
qalmama hüququ
Right to not to be exposed
to torture




Torture – what is it?
Torture and inhuman treatment
Torture and degrading treatment
Treatment and punishment
Nələr qadağa olunur?
 Ümumi adla işgəncə qadağası, geniş çeşidli
rəftar və cəzaları əhatə edir. Lakin heç də
bütün pis rəftarları və ya cəzaları qadağan
edilən hərəkətlərdən biri kimi tövsif etmək
olmaz. “pis rəftar minimum ağırlıq dərəcəsinə
çatmalıdır... Bu minimumun qiymətləndi-rilməsi
istər-istəməz nisbi xarakter daşıyır; bu, işin
bütün hallarından, məsələn, rəftarın
müddətindən, onun fiziki və ruhi nəticələrindən
və bəzi hallarda qurba-nın cinsindən, yaşından
və sağlamlıq durumundan asılıdır
İşgəncə ilə digər pis rəftar
formaları arasında fərq
 İşgəncə ilə digər qadağan olunan rəftar və ya
cəza formaları arasında fərq, əsasən, şəxsin
məruz qaldığı əzabın ağırlıq dərəcəsində ifadə
olunur. Bundan əlavə, işgəncə yuxarıda qeyd
olunan konkret məqsədin olmasını tələb etdiyi
halda, pis rəftarın digər formaları bunu tələb
etmir. Qeyri-insani və ya ləyaqəti alçaldan
rəftar qəsd niyyətilə törədilən hərəkətdən daha
çox, tədbir görülmə-məsi nəticəsində baş verən
hərəkət ola bilər. Şəxsə ruhi əzab yetirilməsi də
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya
cəza hesab edilə bilər.
Fiziki zorakılıq
 Konkret işdə fiziki zor tətbiqi həmişə işgəncəyə
bərabər tutula bilməz, lakin hər halda,
mümkündür ki, zor tətbiqi qeyri-insani rəftara
yaxud ləyaqəti alçaldan cəzaya bərabər
tutulsun. Qeyri-insani rəftar məsələsi əksər
hallarda həbsdə olan şəxslər barəsində meydana çıxır. Məsələn, polis əməkdaşları
tərəfindən döyülmə qeyri-insani rəftara bərabər
hesab edilir. Ümumiyyətlə desək, döyülmələr
nisbətən az xəsarətə səbəb olduqda və onların
fiziki və psixoloji təsiri uzunmüddətli olmadıqda,
AİHM böyük ehtimalla belə hesab edir ki,
qurban işgəncəyə yox, qeyri-insani rəftara
məruz qalıb.
Ruhi əzab
 Fiziki əzabdan daha çox ruhi əzaba səbəb olan
rəftar qeyri-insani rəftar hesab edilə bilər.
Qurbanın zor tətbiqi ilə hədələnməsi, həmin
hədələr kifayət qədər real və birbaşa təhlükə
doğurursa, qeyri-insani rəftar təşkil edə bilər.
Hədələrin bu cür rəftar kimi qiymətləndirilməsi
üçün onların şəxsə adətən qeyri-insani rəftar
hesab edilən dərəcədə əzab gətirdiyi
təsdiqlənməlidir. Dövlət qurbanın yoxa
çıxmasının onun ailəsinə gətirdiyi ruhi əzaba
görə də cavabdeh hesab edilə bilər.
Ləyaqətin alçaldılması
 Rəftarın ləyaqəti alçaldan rəftar və ya cəza kimi tövsif
edilməsi üçün sözügedən rəftar konkret ağırlıq dərəcəsi
həddinə çatmalıdır. Rəftar o halda ləyaqəti alçaldan rəftar
kimi sayıla bilər ki, o: “qurbanları başqaları qarşısında
kobud surətdə alçaldır və ya onların fiziki və ya mənəvi
müqavimətini qıra bilən qorxu, əzab və acizlik hisslərinin
yaranmasına səbəb olsun”.
 3-cü maddənin məqsədləri baxımından əhəmiyyətli olan
təkcə bu deyil ki, şəxs ittiham hökmü ilə alçaldılmış olsun,
həm də odur ki, təyin edilən cəzanın icrası onu alçaltmış
olsun. Əgər qurban öz gözündə alçalırsa, bu, kifayətdir.
 Şəxsin həbsdə saxlanma şəraiti də ləyaqəti alçaldan
rəftara bərabər ola bilər.
Işgəncə nədir?
 1984 tarixli BMT Konvensiyası işgəncəyi belə tərif edir
(maddə 1):
 1)işgəncə, bir hərəkətdir; 2) Bu hərəkət ağır (şiddətli)
acı yada izdirab verir; 3) Bu təsirler, fiziki ya da zehni
səviyədə ola bilər; 4) Bu hərəkət, qəsdən törədilməlidir;
5) Bu hərəkətin məqsədləri bunlar ola bilər: a) Birbaşa
şəxsin özündən ya da üçüncü şəxsdən etiraf təmin
etmek, b) Birbaşa zərər çəkmişdən ya da üçüncü
şəxsin törətdiyi bir cinayətdən yahut törətməklə
şüphələndiyi üçün cezalandırmak, c) Birbaşa şəxsin
özünü ya da üçüncü şəxsi qorxutmaq ya da itaatə
məcbur etmək, d) bu hərəkət, ayrı-seçkiliyin hər hansı
növünə görə də törədilə bilər,
İşgəncə nədir?
 e) bu hərəkəti bir məmur adına hərəkət edən
başqa bir insan da törədə bilər, g) göstərilən
şəxslər bu hərəkəti ya birbaşa törədərlər ya da
hərəkət bu kimselerin qışkırtması ya da rıza
göstermesi yaxud bunlara razı olub ses
çıxarmamaları ilə reallaşa bilər, f) hüquqa
uygun verilen acı ve ızdıraplar yuxarıda sayılan
acı ve izdırab sayılmaz, yani işgəncə tanımına
girmir.
What is torture?
 Birincisi, işgəncə hadisəsində, davranış şəxsə
ağır acı və izdirab verməlidir. Şəxslər üzərində
konkret ya da bilinçli acı ya da izdirab
duymaları nəticəsini verməyən, lakin şəxsin
bütünlüyünə təcavüz olan (doğru söylətmə
iynələri kimi), onun iradəsini pozan,
toxunulmaz şəxsiyyət alanında təxribat
törədən zehni kontrol texnikləri bəzən tətbiq
edilir. Bu səbəblə bu cür davranışlar BM
Işgəncəyi Önləmə Sözləşməsi çərçivəsindəki
“işgəncə” tərifinə girmir.
3-cü maddə və CPT
 Avropa İşgəncənin qarşısının alınmasına
dair Konvensiyanın Preambulasında açıq
açıq göstərilir ki, CPT və onun fəaliyyəti,
AİHK 3-cü maddəsinə görə hüquqları
pozulduqları iddia edən şəxslərə tətbiq
edilir. Beləliklə, CPT, onun standartları,
dolayı olaraq, AİHK bir parçası kimi
nəzərə alınmalıdır.
Hüququn mütləq xarakteri
Sqbutetmə yükü
 Hətta ən çətin şəraitdə
belə məsələn mütəşəkkil
cinayətkarlığa və
terrorizmə qarşı
mübarizə şəraitində belə
Konvensiya
işgəncəni,qeyri insani
rəftarı mütləq mənada
qadağan edir.(AKSOY
Ttürkiyəyə qarşı)
 Ərizəçi 3 maddəyə zidd
olan hərəkətə və ya
cəzaya məruz qaldığını
sübut etmək vəzifəsi
daşıyır.
 Sübutetmə ağlabatan
şübhə yeri qoymayan
sübutdan
ibarətdir.(İndelikato
İtaliyaya qarşı)
Sübutetmə yükü
 Ərizəçi (vətəndaş) işgəncə, pis rəftara və ya
cəzaya məruz qaldığını sübut etmək vəzifəsini
daşıyır. Sübutetmə standartı “ağlabatan şübhə
yeri qoymayan” sübutdan ibarətdir. Hər halda,
bu cür sübut kifayət qədər güclü, aydın və birbiri ilə uzlaşan nəticələrdən və ya
təkzibedilməz ehtimallardan irəli gələ bilər.
Məhkəmə faktlardan irəli gələn bu nəticələrin
və ya təkzibedilməz ehtimalların nədən ibarət
olduğunu aydın edir.
Sübutetmə yükü
 Lakin şəxs həbsxanaya sağlam vəziyyətdə
salındıqda və azadlığa buraxıl-dıqdan sonra
onun xəsarət alması məlum olduqda,
sübutetmə yükü ərizəçidən dövlətə keçir. Belə
hallarda xəsarətin səbəbləri barədə inandırıcı
izahat vermək dövlətin borcudur. Bununla
bərabər, ərizəçi mümkün olduğu qədəri ilə bu
xəsarətləri tibbi sənədlərlə müəyyən etməlidir,
əlbəttə ki, nəzarət altında və həbsdə
saxlandıqda məhbus bu imkandan məhrum
olur.
Hüququn mütləq xarakteri
Sqbutetmə yükü
 Hətta ən çətin şəraitdə
belə məsələn mütəşəkkil
cinayətkarlığa və
terrorizmə qarşı
mübarizə şəraitində belə
Konvensiya
işgəncəni,qeyri insani
rəftarı mütləq mənada
qadağan edir.(AKSOY
Ttürkiyəyə qarşı)
 Ərizəçi 3 maddəyə zidd
olan hərəkətə və ya
cəzaya məruz qaldığını
sübut etmək vəzifəsi
daşıyır.
 Sübutetmə ağlabatan
şübhə yeri qoymayan
sübutdan
ibarətdir.(İndelikato
İtaliyaya qarşı)
Dövlətin öhdəlikləri
 Dövlətlər işgəncə hərəkətlərini və pis rəftarın digər
formalarını həyata keçirməkdən çəkinmək öhdəliyini
daşıyırlar. Dövlətlər 3-cü maddəyə zidd olan hərəkətlərdən
xəbərdar olmadıqlarını iddia edərək həmin hərəkətlərə
görə məsuliyyətdən yaxa qurtara bilməzlər.
 Fərdi intizamsızlıq (sistematik olmayan) hərəkətlərinin baş
verdiyi aşkar edilərsə, məsələn, müstəntiqin şübhəli şəxsi
döydüyü ortaya çıxarsa və dövlət də müvafiq tədbirlər
görərsə, o halda dövlət 3-cü maddədə nəzərdə tutulan
rəftara görə məsuliyyətdən yaxa qurtara bilər. Dövlət
məsuliyyət daşıyan şəxslər barəsində ciddi intizam
tədbirləri və belə hərəkətlərin təkrar olunmamasını təmin
etmək üçün tədbirlər görməlidir.
 CAT İşgəncələrin qadağan olunması haqqında
BMT Konvensiyanın 2-ci maddəsini şərh
edərkən bildirib ki, Konvensiya şəxslərin
üzərinə deyil, dövlətlərin üzərinə öhdəliklər
qoyur. Həmçinin, qeyd olunur ki, işgəncə və pis
rəftar qadağalarına dair öhdəliklərin əhatə
dairəsi təkcə həbsxanalarla məhdudlaşmır,
dövlət qulluqçularının və ya hər hansı bir
şəkildə dövləti təmsil edən, onun mənafeyinə
hərəkət edən hər bir şəxsin hərəkətləri də
işgəncə və pis rəftar qadağasına tabedir. Belə
ki, xəstəxanalar, məktəblər, uşaqların qeydinə
qalan müəssisələr, qocalar evləri, əqli
cəhətdən zəif və əlillər üçün müəssisələr, hərbi
xidmət və başqa müəssisələr də işgəncə
qadağasının tətbiq olunduğu sahələrdir.
Pozitiv öhdəliklər
 İşgəncəni və sair hərəkətləri həyata keçirməmək
öhdəliyindən irəli gələn pozitiv öhdəliklər, yuxarıda qeyd
edildiyi kimi, məsuliyyət daşıyan şəxslərə qarşı tədbir
görmək öhdəliyini ehtiva edir. Praktiki səviyyədə bu
öhdəlik, adətən, tələb edir ki, polis və hərbi personalın öz
səlahiyyətlərini qanun əsasında tətbiqini təmin etmək üçün
dövlətlər onlara təlim keçilsin. Eləcə də bu öhdəliklərə,
yurisdiksiyaları altın-da olan bütün şəxslərin 3-cü maddədə
nəzərdə tutulan pis rəftardan qorunmasını təmin etmək
üçün dövlətlərin gördüyü daha ümumi tədbirlər aiddir.
Bunlara belə rəftarın baş verməsinin qarşısını almaq üçün
dövlətlərin gördüyü tədbirlər aiddir.
 Pis rəftar özəl şəxslər tərəfindən baş verdikdə belə,
uşaqlar və əlverişsiz vəziyyətdə olan digər şəxslər xüsusi
diqqətə layiqdirlər. Həmçinin, dövlətlər azadlıqdan məhrum
edilmiş şəxslərin sağlamlığını qorumaqdan ibarət pozitiv
öhdəlik daşıyırlar.
Prosedur öhdəlikləri
 fərd polis və ya digər dövlət nümayəndəsi
tərəfindən qanunsuz şəkildə və 3-cü maddə
pozulmaqla ciddi dərəcədə pis rəftara məruz
qalması barədə əsaslı iddia irəli sürdükdə, bu
norma (3-cü maddə) AİHK-nın 1-ci maddəsi üzrə
dövlətin ümumi öhdəliyi ilə, yəni “yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiyanın 1ci bölməsində müəyyən olunmuş hüquq və
azadlıqları təmin etmək” öhdəliyi ilə birgə
götürülməklə, dolayısı ilə tələb edir ki, səmərəli
rəsmi araşdırma aparılsın. Bu araşdırma, AİHK 2ci maddəsində olduğu kimi, məsuliyyət daşıyan
şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə
nəticələnmək iqtidarında olmalıdır.
Pozitiv öhdəlik
 İşgəncələrin qadağan olunması haqqında
Konvensiyanın 2-ci maddəsinə şərh verərkən CAT
belə bir məsələyə də aydınlıq gətirdi ki, dövlət
qulluqçuları və ya dövlət adından çıxış edən digər
şəxslər dövlət adından çıxış etməyən mülki
şəxslərin işgəncə və ya pis rəftarla məşğul
olduğunu bildikdə və ya belə düşünməyə kifayət
qədər əsas olduğu halda, əgər bunun qarşısını
almasa, bu işi lazımınca tədqiq edib
cəzalandırmasa, onda dövlət məsuliyyət daşıyır
və onun rəsmiləri də belə bir hərəkətə razılıq
vermiş sayıldıqlarından bu işdə səbəbkar
sayılırlar.
İşgəncə qadağasını pozan konkret
hallar
 Həbsdəki insan üzərində fiziki gücdən istifadə etmək
 Döyülmə və döyülmə hədəsi
 şəxsin saxlandığı şərait qeyri-insani və ya ləyaqəti
alçaldan rəftara bərabərdirsə, bu halda da 3-cü
maddənin pozuntusu mövcud ola bilər. Saxlanma
yerində sakin-lərin həddən artıq olması və yatmaq
üçün şəraitin olmaması 3-cü maddəyə zidd olan rəftara
bərabərdir. Bundan başqa, lazımi qaydada isitmə
sisteminin, sanita-riya şəraitinin, qidanın, istirahətin və
ətraf aləmlə əlaqələrin olmaması da qeyri-insani və ya
ləyaqəti alçaldan rəftara bərabər ola bilər.
İşgəncə qadağasını pozan konkret
hallar
 Hətta fiziki qəddar rəftar olmadıqda belə
həbsdə olan adamın gözlərinin bağlanması,
xüsusilə də dindirilmə zamanı gözlərin bağlı
saxlanması despotik hərəkətdir və psixoloji
kobud rəftarla eyni güclüdür. İQK (=CPT)
polisdə həbs-də saxlanılanların gözlərinin
bağlanmasının qadağan edilməsini xüsusi
olaraq tövsiyə edir.
 Dindirmə zamanı video qeydin aparılması da
yaxşı haldır.
Müvafiq tibbi qulluq
 Dövlət orqanları azadlıqdan məhrum
edilmiş şəxslərin sağlamlığını qoru-maq
öhdəliyini daşıyırlar. Müvafiq tibbi qulluğun
olmaması 3-cü maddəyə zidd olan rəftara
bərabər tutula bilər. İlhan Türkiyəyə qarşı
işdə (2000) polis ərizə-çini döydükdən
sonra həkimin onu müayinə etməsini 36
saat ərzində təmin etməmişdi və bu,
ərizəçinin işgəncəyə məruz qaldığını
Məhkəmənin müəyyən etməsində həlledici
amil oldu.
Psixlər və əlillər
 Ruhi xəstəlikdən əziyyət çəkən məhbusların psixiatrik
müalicə ilə təmin edilməməsi 3-cü maddənin
pozuntusunu təşkil edə bilər. Psixiatrik müalicəyə
ehtiyacı olan məhbusların lazımi tibbi müalicə
almaması da 3-cü maddənin pozuntusunu təşkil edə
bilər. onlar bəzi hallarda hər hansı konkret rəftarın
təsirinə məruz qal-maları barədə anlaşılan şəkildə
şikayət edə bilmirlər, ya da ümumiyyətlə şikayət edə
bilmirlər.
 Həbs müddətində əlil şəxslər üçün lazımi şəraitin təmin
edilməməsi də 3-cü maddəni pozan rəftara bərabər
hesab edilə bilər.
Ayrı-seçkilik və ləyaqəti AR
 İrqə və ya cinsə asaslanan ayrı-seçkilik ləyaqəti alçaldan
rəftar hesab edilə bilər. Bu hal eyni zamanda “ayrı-seçkilik
qadağasını” pozan hal sayılacaq. İşgəncələrin qadağan
olunması haqqında Konvensiyanın 2-ci maddəsinə şərh
verərkən CAT qeyd edir ki, tərəf Dövlətlər Konvensiyadan
irəli gələn öhdə-liklərini nəzərə alaraq heç bir ayrı-seçkilik
qoyulmadan yurisdiksiyası altında olan hər bir kəsə öz
qanunvericiliyinin tətbiq olunduğuna zəmanət verməlidirlər. Həmçinin qeyd olunur ki, vətəndaşlıq statusu da
işgəncə və pis rəftar və ya cəzaya haqq qazandıra bilməz.
Komitə bildirir ki, işgəncənin olduğunu müəyyənləşdirərkən
ayrı-seçkiliklə edilmiş fiziki və ya ruhi zorakılıq və ya suiistifadə önəmli faktordur. Komitə israrla qeyd edir ki, cins,
gender əsas faktordur.
Xaricdə pis rəftara məruz
qalma təhlükəsi
 Göndəriləcəkləri ölkədə şəxslərin
işgəncəyə və ya digər pis rəftar
formalarına məruz qalmasına dair real
təhlükə vardırsa, o halda 3-cü maddə
ekstradisiya və ya deportasiya təhlükəsi
altında olan şəxslərə də şamil olunur.
 “Ölüm gözləmə halı” da AİHM-nə görə 3cü maddənin pozuntusudur