Avropa *ttifaq* **rq T*r*fda*l*** proqram*

Download Report

Transcript Avropa *ttifaq* **rq T*r*fda*l*** proqram*

1. Şərq Tərəfdaşlığı (ŞT) nədir?
ŞT Avropanın qonşu ölkələri ilə bir-birinə oxşar iqtisadi-siyasi əlaqələr qurmaqda kömək
etmək və müxtəlif fəaliyyət sahələrində islahatlar aparmaqda dəstək vermək üçün təklif
etdiyi layihədir.
2. ŞT-na hansı ölkələr daxildir?
Şərq Tərəfdaşlığına Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası
və Ukrayna daxildir.
3. Şərq Tərəfdaşlığının əsasının qoyulması nə zaman və kim tərəfindən təklif
olunub?
ŞT-nin əsası 7 may 2009-cu ildə Praqa (Çexiya) şəhərində keçirilən sammitdə Polşa və
İsveçin təşəbbüsü nəticəsində qoyulmuşdur.
4. ŞT-nin ümumi məqsədi nədir?
ŞT-nin məqsədi Aİ və onun şərq tərəfdaşları arasında siyasi birlik və iqtisadi inteqrasiyaya
nail olmaqdır. O, ümumi maraqlar və öhdəliklər, iştirakçılıq və qarşılıqlı məsuliyyət və
eləcə də uyğunlaşdırma prinsipləri və tam şəffaflıq meyarları əsasında yaradılıb.
5. ŞT toplantıları hansı intervalla keçirilir?
Dövlət və hökumət başçılarının toplantıları iki ildən bir, xarici işlər nazirlərinin görüşləri
ildə 1 dəfə keçirilir. Tərəfdaşlığın tematik platformaları çərçivəsində mütəmadi sessiyalar
isə 6 aydan bir baş tutur.
1. Məqsəd:
ŞT əsas məqsədi 6 üzv ölkənin iqtisadi, sosial və siyasi proseslərilə bağlı həyata
keçirdiyi islahatlara dəstək vermək və bunları Avropa Şurası və Avropa İttifaqı
standartlarına uyğunlaşdırmaqdır.
2. Hədəflər:
• Tərəfdaş ölkələrin Avropa İttifaqına iqtisadi və siyasi cəhətdən yaxınlaşmasına
təkan vermək;
• Təhlükəsizlik, stabillik və yaxşı idarəçiliyi təmin etmək;
• Vətəndaş cəmiyyəti təşkilatları və tərəfdaş dövlətlər arasında tərəfdaşlığın
əsasının qoyulmasını asanlaşdırmaq;
• Uzunmüddətli perspektivdə fərdi qayda və müəyyən edilmiş müvafiq şərtlər
daxilində viza rejiminin sadələşdirilməsi yolu ilə insanlar arasında əlaqələri
genişləndirmək;
• Enerji təhlükəsizliyini təmin etmək;
• Müxtəlif sahələrdə aparılan islahatları dəstəkləmək və ətraf mühiti qorumaq
Avropa Şurası
•Şərq Tərəfdaşlığı ölkələri ilə maliyyə və
əməkdaşlıq vasitəsi olan Avropa Qonşuluq
və Tərəfdaşlıq Alətinin (ENPİ) məqsədlərini
reallaşdırır.
EURONEST
•Tərəfdaşlığın parlament səviyyəsində
konsultasiya, nəzarət və monitorinqini icra
etmə vəzifəsini daşıyır.
Avropa İqtisadi və
Sosial Komitəsi
•Əsasən işəgötürən təşkilatlar və ticarət
birlikləri arasında dialoqun dərinləşməsinə
xidmət edir.
Regional və Yerli
Hakimiyyət Orqanları
•Şərq Tərəfdaşlığı üçün təşkil etdiyi
konfranslar dərin və hərtərəfli azad ticarət
zonalarının yaranmasına şərait yaradır.
Vətəndaş Cəmiyyəti
Forumu
•Üzv ölkələrdə vətəndaş cəmiyyəti
təşkilatları arasında görüşlər təşkil edir və
sonuncu ilə dövlət orqanları arasındakı
dialoqu asanlaşdırır.
Demokratiya, effektiv
idarəetmə və stabillik
İqtisadi inteqrasiya və Aİ
siyasəti ilə uyğunlaşma
Enerji təhlükəsizliyi
İnsanlar arasında
əlaqələr
•Qanunvericiliyin təkmilləşdirilməsi;
•Demokratik idarəetmə;
•Ədalət, Azadlıq və Təhlükəsizlik;
•İqtisadi inteqrasiya və qanunvericiliyin uyğunlaşdırılması;
•Dərin və hərtərəfli azad ticarət haqqında uzunmüddətli;
razılaşmaların əldə edilməsi;
• Enerji təhlükəsizliyi üzrə dialoqun inkişafı;
• Qanunvericilik və enerji siyasətlərinin
uyğunlaşdırılması;
• Enerji təklifinin diversifikasiyası;
• Gənclərin informasiya cəmiyyəti və media, təhsil və
tədqiqat, o cümlədən mədəniyyət və könüllülük
prinsipli əməkdaşlıq vasitəsilə inteqrasiyası
Şərq Tərəfdaşlığının fundamental
dəyərlərinə aşağıdakılar daxildir:
İnsan
Bazar
Demokratiya hüquqları və
iqtisadiyyatı
və hüquqi fundamental
və davamlı
azadlıqlara
dövlət
inkişaf
hörmət
•
ŞT sərhədlərin nəzarət olunmasına nə kimi yenilik gətirəcək?
ŞT sərhəd nəzarətinə dünya praktikasını tətbiq edərək onun Aİ standartlarına uyğunlaşdırılmasını həyata
keçirir, Avropa qitəsində vətəndaşların hərəkətini asanlaşdırır. Bura aşağıdakı sahələr daxildir: ticarət,
gömrük, viza, sərhədlərin delimitasiyası.
•
ŞT-nin Kiçik və Orta Sahibkarlıq üçün əhəmiyyəti nədir?
Kiçik və Orta Sahibkarlıq üçün olan mexanizmin əsas məqsədi tərəfdaş ölkələrdə yerləşən kiçik və orta
müəssisələrin rolunu biznes mühiti və qanunvericilik çərçivəsində artırmaqdır.
•
ŞT-nin enerji təminatına töhfəsi nədən ibarətdir?
ŞT-nin əsas məqsədlərindən biri Avropa İttifaqı, tərəfdaş dövlətlər və bir-biri ilə əlaqəli şəbəkələrin enerji
bazarları, enerji səmərəliliyi, təchizat təhlükəsizliyini artırmaq və iqlim dəyişikliyi ilə bağlı hədəflərin
yerinə yetirilməsinə töhfə vermək məqsədilə inteqrasiyasına nail olmaqdır.
•
ŞT-nin enerji təminatında rolu nədir?
ŞT enerji təminatında nail olmaq üçün istehsalçılar, istehlakçılar və operatorlar arasında daha sıx
əlaqələrin qurulmasına səbəb olacaq və Aİ və tərəfdaş dövlətlərdə tam təhlükəsiz enerji təchizatına
zəmanət verəcək, o cümlədən növbəti enerji böhranlarının qarşısını alacaq addımların atılması deməkdir.
•
Təbii fəlakətlər zamanı ŞT nəyə xidmət edir?
ŞT həmçinin təbii və ya insan fəaliyyəti nəticəsində yaranan fəlakətlərin qarşısını almaq, belə fəlakətlərə
hazırlıq olmaq üçün ŞT ölkələri və Aİ arasında daha sıx əməkdaşlıq vasitəsilə yerli və regional səviyyədə
baş verə biləcək fəlakətlərin qarşısını almaq və ya idarə etmək üçün imkanların yaradılmasına xidmət
edir;
•
Ətraf mühitin qorunmasında ŞT-nin iştirakı nədən ibarətdir?
Ətraf mühit idarəçiliyi , ətraf mühitin qorunması, tullantıların qarşısını almaq və iqlim dəyişikliyinin
azaldılmasına xidmət məqsədilə rəsmi və qeyri-rəsmi razılaşmalarda beynəlxalq, yerli və regional
səviyyədə bir sıra fəaliyyətlərin həyata keçirilməsinə xidmət edir.
ŞT-nin tərəfdaş dövlətlərdə Vətəndaş Cəmiyyəti Təşkilatlarına (VCT) nə təklif edir:
• Demoqrafik və bazar iqtisadiyyatı yolunda islahatların uğur qazanması üçün VCnin inkişafı və iştirakçılığı əsas faktordur. AŞ Şərq Tərəfdaşlığı Vətəndaş
Cəmiyyəti Forumunun əsasını qoymaqla VCT-ləri dəstəkləyir. Forum VCT ilə
dövlət qurumları arasında dialoqların sürətləndirilməsinə xidmət edəcək.
Vətəndaş Cəmiyyəti Forumunun əhəmiyyəti
• Təşəbbüs 7 may 2009-cu il tarixində baş tutan Praqa Sammitində təsdiq olunub.
• Forum Avropa Qonşuluq Siyasətinin bir hissəsidir.
• Forumun məqsədi vətəndaş cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək və
ictimai həyatda və islahatlar prosesində onların aktiv iştirakını artırmaqdır.
• Forumun rolu Aİ-yə üzv dövlətlər və Şərqi Avropa dövlətləri tərəfindən tanınıb
• Forum nümayəndələri daimi olaraq tematik platformalarda iştirak edir.
Foruma nəzarəti Rəhbər Komitə yerinə yetirir. Onun vəzifələri:
• tematik platformaların yığıncaqlarında iştirak etmək;
• işçi qrupları ilə əlaqə saxlamaq;
• yerli platformaların inkişafına dəstək vermək;
• informasiya mübadiləsini həyata keçirmək.
• ŞT Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının
məqsədi:
– Vətəndaş Cəmiyyətinin Şərq Tərəfdaşlığı Proqramının inkişafı sahəsində
fəaliyyətini Azərbaycanda tanıtmaq;
– Bu istiqamətdə atılacaq addımlar və təşəbbüsləri əlaqələndirmək.
• Milli Platforma nələri edəcəkdir:
– VCF səviyyəsində fəaliyyəti əlaqələndirmək;
– VCF-nin fəaliyyətinin Azərbaycanda təbliği ilə məşğul olmaq;
– VCF-da müzakirə olunan məsələ və qəbul olunan qərarları yerlərdə
reallaşdırmaq və rəylər toplamaq;
– Platformaların inkişafı ilə bağlı təkliflər toplamaq və ölkə üzrə istiqamətləri
müəyyən etmək;
– Forumda iştirak etmək üçün Azərbaycanda vətəndaş cəmiyyətini
həvəsləndirmək və yeni üzvlərin cəlb olunmasını təşkil etmək;
Şərq Tərəfdaşlığının təsis
olunması. Azərbaycandan
ilk növbədə 21, daha
sonra isə 25 təşkilat
akkreditasiya olunmuşdur.
ŞT çərçivəsində Avropa İttifaqı və
Azərbaycan arasında danışıqların
birinci və ikinci raundları keçirilir.
Hər iki tərəf əlaqələrin
genişləndirilməsində maraqlıdır.
Aİ dövlətlərinin xarici işlər
nazirləri ŞT ölkələri ilə
əlaqələri genişləndirməyə
qərar verirlər
16-17.11.2009
15.06.2010
01.02-30.05.2012
Viza danışıqlarının sonuncu
mərhələsi: 2013-cü ilin
sonunadək vizanın
sadələşdirilməsi
04.04.2013
ŞT ölkələrinin
orta göstəricisi
Azərbaycan
Aİ ilə ölkənizin əlaqələrindən razısınızmı?
Aİ-yə münasibətiniz:
Razıyam
Tam Müsbət
Narazıyam
Neytral
Bilmirəm
Tam Mənfi
Bilmirəm
Mənbə: Avropa Qonşuluq Barometri, 2012
Bu məlumatlandırma sənədi Avropa Birliyi tərəfindən maliyyələşdirilir.
Layihə Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (www.cesd.az) və
Moldovanın Regional Ətraf Mühit Mərkəzi (www.rec.md) tərəfindən icra
edilir.
Bu buraxılışda olanlar layihə icraçılarının məsuliyyətindədir və heç bir halda
Avropa Birliyinin mövqeyini əks etdirmir.
Qrafiklər və şəkillərin müəlliflik hüquqları İSİM və PhotoBucket.com-a
məxsusdur.