ETL-IBIM - Azərbaycan Dövlət Neft Akademiyası

Download Report

Transcript ETL-IBIM - Azərbaycan Dövlət Neft Akademiyası

Azərbaycan Dövlət Neft Akademiyası
“İqtisadiyyat, Beynəlxalq İqtisadi
Münasibətlər və Menecment” fakültəsi
“Neft emalı və neft-kimya sahələrinin
iqtisadiyyatı və menecment” kafedrası
“Xarici iqtisadi əlaqələr” elmi-tədqiqat
laborotoriyası
Mövzu: “Azərbaycanın yanacaq-enerji və kimya kompleksi
sahələrinin biznes prosesinin təşkili mexanizminin
təkmilləşdirilməsi”
Işin adı
Yanacaq-enerji kompleksi müəssisələrinin
fəaliyyətində biznes proseslərin təşkilinin
innovasiya aspektləri
İCRAÇILARIN SİYAHISI
Məsul icraçı: professor, i.e.d.
V.T.Novruzov
İcraçılar: b.e.i. K.H.İsayev; k.e.i. S.S.Tağızadə
mühəndislər -N.M.Muradova, A.N.Salamova;
laborant Z.İ.Uğurliyeva
İşin məqsədi yanacaq-enerji kompleksi
müəssisələrinin fəaliyyətində biznes
proseslərin təşkilinin innovasiya aspektlərinin
elmi-nəzəri cəhətdən tədqiq etməkdir.
Alınan nəticələr və yeniliklər yanacaq-enerji
kompleksi müəssisələrinin fəaliyyətində
biznes proseslərin təşkilində innovasiyaların
istifadəsi üzrə elmi-nəzəri xarakterli
t ö v s i y ə l ə r
s i s t e m i d i r .
I FƏSİL. BİZNES PROSESİN TƏŞKİLİ VƏ İNNOVASİYA
FƏALİYYƏTİNİN QARŞILIQLI TƏSİR PROBLEMLƏRİNİN
TƏDQİQİ
Dünya ölkələrinin iqtisadi inkişaf tarixinin müxtəlif
mərhələlərinə nəzər yetirdikdə, onu görmək olar ki,
sənaye sahələrinin, bütövlükdə iqtisadiyyatın və əlbəttə
onların bazasını təşkil edən biznesin inkişafı məhz elm və
texnikada yeniliklərin əldə edilməsi və tətbiqi nəticəsində
mümkün olmuşdur. Elmi-texniki inqilablar seriyası,
industrial sistemə keçid, postindustrial, xidmət
iqtisadiyyatlarının və informasiya cəmiyyətində
özünəməxsus iqtisadi sistemin formalaşması
innovasiyaların istehsala və cəmiyyətin həyat fəaliyyətinə
tətbiqi, biznes proseslərin daha sürətli və səmərəli təşkili
n ə t i c ə s i n d ə ə l d ə o l u n m u ş d u r.
Biznesin inkişafında müasir iqtisadiyyatının əsas məsələsi innovasiya aktivliyinin
artmasıdır. Məhz bu istiqamət istənilən sahə və regional rəqabət qabiliyyətliliyini
təmin edir. İnnovasiya infrastrukturu ölkənin istehsalat sektorunun ümumi inkişaf
alətidir.
İnnovasiya fəaliyyətinin təşkilinin fərqləndirici cəhəti ondan ibarətdir ki, o, elm və
texnikanın hərtərəfli tətbiqinə, yeni növ məhsulların işlənib hazırlanmasına,
mütərəqqi texnoloji proseslərin yaradılmasına, mövcud məhsul növlərinin
keyfiyyətinin yaxşılaşdırılmasına və əmək vasitələrinin modernləşdirilməsinə,
yaradıcılıq axtarışlarına və yeniliklərə, iqtisadi artımın əldə edilməsinə və s.
yönəldilmişdir. Deməli, innovasiya fəaliyyəti yalnız müəssisənin sərəncamında
olan iqtisadi ehtiyatları deyil, həmçinin istehsal, bölgü, mübadilə və istehlakla
əlaqədar olan münasibətlərin bütün kompleksini əhatə edir.
II FƏSİL. BİZNES PROSESLƏRİN TƏŞKİLİ VƏ
İNNOVASİYA POTENSİALININ İDARƏ EDİLMƏSİ
ASPEKTLƏRİ
Biznes proseslərinin təşkili bir neçə mərhələləri əhatə
edir:
• yeni ideyanın axtarış və hərtərəfli qiymətləndirilməsi;
• bazarda “boşluğu”n axtarışı;
• biznes-planın işlənib hazırlanması;
• fəaliyyət konsepsiyasının formalaşdırılması, biznesin
məqsədlərinin secilməsi;
• fəaliyyət strategiyasının işlənilməsi;
• layihənin reallaşdırılması;
• müəssisənin təşkili və idarə edilməsi.
Biznes proseslərin səmərəli təşkilində innovasiya
potensialının istifadə edilməsi onun idarə edilməsi ilə
bağlı olan praktiki əhəmiyyətli bir sıra məsələləri
əhatə edir. İnnovasiya potensialının idarə edilməsi
innovasiya menecmentinin istifadə etdiyi metod və
texnologiyalar innovasiyanın idarə edilməsinin
prosesual funksiyalar məcmusunu təşkil edir. Onlar
idarəetmənin daha ümumi xarakterlərini özündə əks
etdirir. Bura əsasən məqsədlərin formalaşdırılması,
innovasiyanın təşkili və ona nəzarət kimi funksiyalar
daxildir.
İnnovasiya proseslərini bir-birilə əlaqələndirmək və
birgə fəaliyyətini təmin etmək üçün dövlət orqanları
vahid texnoloji mühit yaradaır. Aktual məsələlər
zaman etibarilə və maliyyə cəhətdən koordinasiya
olunur.Buraya rəqabəti gücləndirmək, həmçinin
müxtəlif güzəştlər, mükafatlar və digər həvəsləndirici
vasitələr daxildir. İnnovasiya risklərinin dövlət və
xüsusi orqanlar tərəfindən sığorta olunması
stimullaşdırılma məsələsində xüsusi önəm yaradır.
Buraya təkcə stabilliyi təmin edən və biznes
proseslərini koordinasiya edən hüquqi aktlar deyil,
həmçinin real fəaliyyət mexanizmi və ona riayət
olunması daxildir. Burada intellektual və sənaye
məhsullarının dövlət mühafizəsi də daxildir.
III FƏSİL. YANACAQ-ENERJİ KOMPLEKSİ MÜƏSSİSƏLƏRİNDƏ
BİZNES PROSESLƏRİN TƏŞKİLİNİN İNNOVASİYA
İSTİQAMƏTLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Biznes proseslərin təşkili və innovativ istiqamətdə inkişafı heç
şübhəsiz ki, onların getdiyi subyektin hansı formada təşkil
edilməsindən bilavasitə asılıdır. Buna görə də biznes prosesin
təşkili və ümumiyyətlə biznesin təşkilinin forma, təşkilati
statusu apektlərini üzvü əlaqəli şəkildə tədqiq etmək
m ə q s ə d ə u y ğ u n d u r .
YEK müəssisələrinin ölkə üçün strateji əhəmiyyəti, onların
iqtisadi, idarəetmə, texnoloji cəhətləri burada biznesin təşkili
məsələlərinə xüsusi yanaşmanı tələb edən məqamlardandır.
Buna görə də həmin sahədə biznes strukturların formalaşmasına
d a i r d a h a mə q b u l v a r i a n t l a r ı n s e ç i l mə s i v a c i b d i r.
Biznes proseslərin inkişafında biznes-inkubatorların
rolu
Biznes-inkubatorların qarşıya qoyulmuş məqsəddən (yeni iş
yerlərinin yaradılması, innovasiya yönümlü sahibkarlığın
inkişafı və s.) asılı olaraq bir sıra formaları tətbiq edilir.
Biznes-inkubatorlar kiçik və orta sahibkarlara əsasən servis,
tədris-metodiki, maliyyə, psixoloji istiqamətdə dəstək göstərir.
Biznesin təşkilinin klaster formasının
xüsusiyyətləri
Klasterlərin formalaşması əsas etibarilə istehsal amilləri
fondlarına – ixtisaslaşmış əməyə, elmi tədqiqatlara, münasib
coğrafi vəziyyətə və inkişaf etmiş müvafiq infrastrukturlara
əsaslanır.
Klaster daxilində qarşılıqlı münasibətləri formalaşdıran
prinsipial məsələlərdən biri də marketinq, texnologiyalar və s.
ixtisaslaşmış informasiyalara yaxınlıqdır. Bu informasiyalara
yaxınlıq klaster daxilindəki firmaların məsrəflərinin
azaldılmasına, nəticədə onarın daha məhsuldar işlənməsinə,
yeni adda və keyfiyyətdə məhsul istehsalının həcminin
yüksəlməsinə imkan yaradır.
İnkişaf etmiş bazar iqtisadiyyatına malik
ölkələrdəki klasterlər yeni fəaliyyət sahələrini
yaradan güclü iqtisadi mənbə rolunda çıxış
edirlər.
Daha geniş mənada bazar iqtisadiyyatı inkişaf etmiş
ölkələrdə klasterlər iqtisadiyyatın mobil
strukturlaşmasının, iqtisadi inkişafın nəzəri və praktiki
məsələlərinin həllinin, habelə dövlətin iqtisadi siyasətinin
formalaşdırılmasının – son nəticədə isə rəqabətli
iqtisadiyyatın inkişaf etdirilməsinin təminatçı
sistemlərindən biri kimi çıxış edir. Burada klasterlər
iqtisadi inkişafdakı dəyişikliklər sayəsində real rifahların
yaradılması, rəqabətqabiliyyətliliyinin güclənməsi,
rəqabətin isə daha da canlanması prosesini əks etdirir.