Ürək əzələsinin elektrofiziologiyası
Download
Report
Transcript Ürək əzələsinin elektrofiziologiyası
Ürək əzələsinin elektrofiziologiyası
Ə.Əliyev adına AzDHTİ
Kardiologiya kafedrası
Dosent A.F.Zeynalov
ÜRƏK ƏZƏLƏSININ AKSION POTENSIALI
Miokard hüceyrəsi membranı normalda K 'a keçirici ikən Na ' a
qismən impermeabl'dir. Membrana bağlı bir Na /K ATPaza,
Na'u hüceyrə xaricinə atarkən intrasellüler K miqdarını da
artırar. İntrasellüler natrium konsentrasiyası aşağı tutularkən,
intrasellüler kalium konsentrasiyası isə ekstrasellüler mühitlə
müqayisədə olduqca yüksək tutulur. Membran Ca ++ 'a da
nisbətən impermeabl olması səbəbindən yüksək bir ekstrasellülersitoplazmik Ca ++ gradiyenti yaradılır. K 'un hüceyrə xaricinə
çıxışı isə konsentrasiya gradiyentinin düşməsi, hüceyrə içindəki
müsbət yükün də azalmasına səbəb olar. K 'a anionlar yoldaşlıq
etmədiyindən hüceyrə içi, hüceyrə xaricindəki mühitə görə daha
mənfi olar və hüceyrə membranı boyunca bir elektrik potensial
meydana gələr
1. Tez Na kanalları
2. Yavaş Ca kanalları
3. K kanalları
Beləcə istirahət membran potensialı iki zidd
qüvvənin arasındakı bir tarazlığı ifadə edir;
K + 'un hərəkəti ilə konsentrasiya
gradientini salması və mənfi yüklənən
intrasellüler mühitin müsbət yüklü kalium
ionlarını çəkməyə çalışması. Normal
ventrikül hüceyrəsi istirahət membran
potensialı (-80) - (- 90) mV'tur.
Elektrodun birini hüceyrə daxilinə ,digərini xaricə
qoysaq ossiloqraf meyl edir,bu meyl transmembran
potensialı adlanır,hüceyrə daxilində və ətrafında
olan potensiallar fərqini əks etdirir.
Ürək əzələsi 3 elektrofizioloji vəziyyətdə olur:
•Polyarizasiya yaxud sakit vəziyyətdə ( düz xətt )
•Depolyarizasiya yaxud oyanma ( kəskin yuxarı
qalxan xətt )
•Repolyarizasiya yaxud bərpa ( sonrakı əyriliklər )
Membran potensialı daha az mənfi hala gəldiyində və müəyyən
dərəcəyə çatdığında, xarakterik bir aksion potensialı
(depolarizasiya) meydana gələr. Aksiyon potensialı, hüceyrə içi
potensialı + 20mV'a müvəqqəti olaraq yüksəldər. Neyronlardaki
hərəkət potensiallarından fərqli olaraq ürək hərəkət
potansiyalındakı spike'ı bir 0,2-0,3sn davam edən plato fazası
izləyir. Ürək hərəkət potensialı həm sürətli natrium kanallarının
(spike), həm də yavaş Ca ++ kanallarının (plato) açılmasından
asılıdır. Depolyarizasiyaya eyni zamanda kalium keçiriciliyinin
müvəqqəti bir azalması da yoldaşlıq edir. Ardından normal K
keçiriciliyinin bərpası və Na ilə Ca ++ kanallarının bağlanması
ilə membran potensialı normala qayıdır
Plato dövrünün meydana
gəlməsinin iki səbəbi var:
- Yavaş kalsium kanallarının (kalsiumnatrium kanalları) açılması.
- Ürək əzələsi membranının kalium
ionlarına keçirgənliyinin azalması
(təxminən 5 qat).
Transmembran
potensialının dəyişməsini
əks etdirən əyrilikdə 5
faza ayırd edilir :
0 --- kəskin yuxarı qalxan xətt –
depolyarizasiya
1 --- erkən tezləşmiş repolyarizasiya
2 --- ləng repolyarizasiya -0-a yaxın
horizontal plato
3 --- kəskin aşağı düşən –gecikmiş
repolyarizasiya
4 --- polyarizasiya yaxud sakit
vəziyyət
Faza İsim
Hadisə
Selluar ion hərəkəti
0
Upstroke
Sürətli Na kanallarının aktivasiyası
(açılması) və K+ keçiriciliyində
azalma
1
Erkən sürətli
repolarizasiya
Na+ kanallarının inaktivasiyası və K+
keçiriciliyində qisamüddətli artış
K+ çölə
2
Plato
Yavaş Ca++ kanallarının aktivasiyası
Ca++ içəri
3
Son
repolyarizasiya
Ca++ kanallarının inaktivasiyası və
K+ keçiriciliyinin artışı
4
İstirahət
potansiyalı və ya
diastolik
repolarizasiya
Normal keçiriciliyin bərpası (atrial və
ventrikulyar hüceyrələrdə) Spontan
olaraq depolyarizasiya olan hüceyrələr
içinə yavaş Na+ və Ca++ axışı
Na+ içəri
K+ çölə
K+ çölə
Na+ içəri,
Ca++ içəri?
Ürəyin elektrofizioloji xüsusiyyətləri
•Avtomatizm
•Keçiricilik
•Oyanma
•Refrakterlik
Ürəkdə aksion
potensialının
qaynağı
normalda sinus
düyünüdür.
Avtomatizm
Adi kardiositlərdən fərqli olaraq peysmeykerlərdə
spontan depolyarizasiya adlanan proses vardır ki ,
bu zaman Na ionlarının daxilə zəif axını
saxlanılmış olur.Bu zaman hüdud potensialına
qədər zəif spontan depolyarizasiya baş verir , 4
faza düz xətt deyil maili olur, hüdud potensialına
çatdıqdan sonra sürətli depolyarizasiya baş
verir.Beləliklə kənar qıcığın təsiri olmadan
peysmeykerlərdə avtomatizm oyanma olur.Bunlar
P hüceyrələrdə (peysmeyker ) baş verir.
İndi P hüceyrələrə təsir edən
dərman maddəsi tapılmışdır
Koraksan - ancaq sabit
stenokardiyanın müalicəsində
istifadə olunur ,antiritmik
preparat deyil.
Sakitlik və hüdud potensialı
arasındakı məsafənin uzunluğu
ürək döyüntülərin sayını təyin edir.
Bu məsafə nə qədər qısa olsa ÜDS
artır ,uzun olsa azalır, bu məsafəyə
də təsir edən preparatlar var və
bununla ÜDS –na nəzarət edirik.
KEÇIRICILIK
Impuls sinus düyünündə əmələ gəlir ,onunla birləşən
hüceyrələrə keçir.Hüceyrə əvvəl sakit vəziyyətdə olur
,ətrafı müsbət , daxili isə mənfi olur.Oyanma I
növbədə hüceyrənin bir kənarından başlayır,həmin
tərəfdə hüceyrə xarici - , daxili isə + olur.Digər kənarı
isə olduğu kimi qalır.Beləliklə dipol əmələ
gəlir.Elektrik axını əmələ gəlir ,oyanma digər kənara
yayılır , digər hüceyrələrə keçir ,yenə dipol yaranır,
beləliklə keçiricilik baş verir.
ÜRƏYIN ÖTÜRÜCÜ SISTEMI
Ürək öz funksiyasını yerinə yetirmək üçün
əmələ gətirdiyi elektrik impulslarını
kardiomiositlər boyunca ötürür.
Ürəyin ötürücü sistemi 4 önəmli hissədən
ibarətdir :
1 - sinus düyünü
2 - atrioventrikulyar düyün
3 - his dəstəsi
4 - purkinye lifləri
Ürəyin ötürücü sistemi
Sinus
düyünü
I dərəcəli avtomatizm
mərkəzidir.Normada
impulslar SA düyündə
yaranır. Yuxarı sağ
atriumun divarında , SVC
yaxınlığında
yerləşir.Qıcıqlandırıcıya
ehtiyac olmadan özü
impuls əmələ gətirir
Ürəyin ötürücü sistemi
Atrioventrikulyar
düyün
II dərəcəli avtomatizm
mərkəzidir.Patologiya
zamanı impuls əmələ
gətirə bilər.Atrium və
ventrikulların kəsişdiyi
yerdə septumda
yerləşir.SA düyündən
gələn impulsları
mədəciklərə ötürür.
Ventrikulyar impuls sayını
tənzimləyir.
Ürəyin ötürücü sistemi
Intraventrikulyar
septumu dələrək iki
ayaqcığa – sağ və sol
ayaqcığa
ayrılır.İmpulsun
ventrikulların distal
hissələrinə
çatdırılmasında
iştirak edir.
His dəstəsi
His dəstəsinin
sağ və sol
ayaqları
Ürəyin ötürücü sistemi
Ötürücü sistemin
sonu, miokardın
içindəki əzələ
lifləridir.Elektrik
impulsların
ventrikullarda
sürətlə
yayılmasını təmin
edir.
Purkinye
lifləri
Ürəyin ötürücü sistemi
Sinus düyünü
AV düyün
His dəstəsi
Purkinye lifləri
60-80 (90) impuls/dəq
40-50 impuls/dəq
25-40 impuls/dəq
15-18 impuls/dəq
OYANICILLIQ
Qıcığın təsirinə
cavab vermək
bütün hüceyrələrə
məxsusdur
REFRAKTERLIK
Oyanmış vəziyyətdə olan hüceyrə təkrar
qıcığa cavab vermir.Bu refrakterlik
adlanır.Refrakterlik olmasaydı hüceyrə
fasiləsiz oyanardı, diastola olmazdı,enerji
qənaəti olmazdı , apoptoz baş verə bilərdi
- Mütləq refrakter dövr: Ürək əzələləri yüksək
şiddətdə qıcıqlara belə duyarsızdır, heç bir
şəkildə cavab verməz
- Nisbi refrakter dövr: əzələ lifləri bir-birinin
ardınca verilən qıcıqlara qarşı cavab verə
biləcək səviyyəyə gələ bilər
- Uzun refrakter period tetanik
kontraksiyonların yaranmasının qarşısını alır
0,1,2 fazalar
-----mütləq refrakter dövr
3 faza
----nisbi refrakter dövr
DIQQƏTINIZƏ GÖRƏ MINNƏTDARAM!!!