Formativ qiymətləndirmə jurnalı

Download Report

Transcript Formativ qiymətləndirmə jurnalı

Məktəbdaxili
qiymətləndirmə:
problemlər və qarşıda
duran vəzifələr
1
Yeni qiymətləndirməyə keçid
 2003-cü ildə beynəlxalq təşkilatların
köməyi və tövsiyəsi ilə məktəbdaxili
qiymətləndirmənin yeni nəzəriyyəsi və icra
mexanizminin hazırlanmasına başlanıldı;
 2008/2009-cu dərs ilində ibtidai təhsil
səviyyəsində yeni qiymətləndirmə
sisteminin tətbiqinə başlanıldı.
2
Yeni qiymətləndirmə sisteminin
hüquqi əsasları
 Beynəlxalq və müəyyən qədər yerli təcrübə
əsasında “Azərbaycan Respublikasının ümumtəhsil
sistemində Qiymətləndirmə Konsepsiyası”
hazırlandı və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli
qərarı ilə təsdiq edildi;
 Konsepsiyada məktəbdaxili qiymətləndirmənin üç
tərkib hissəsinin (diaqnostik, formativ və summativ
qiymətləndirmələr) prinsipləri, əsas xüsusiyyətləri
və mexanizmi təsbit olundu.
3
Yeni qiymətləndirmənin dünya
təcrübəsi
Yeni qiymətləndirmə sisteminin nəzəriyyəsi
dünyada ilk dəfə XX əsrin 60-cı illərində
ABŞ-da yaradılıb.
XX əsrin 70-80-ci illərində Avropa, XXI əsrin
əvvəllərindən isə MDB ölkələrində tətbiq
edilib.
4
Məktəbdaxili
qiymətləndirmənin tərkib
hissələri
Diaqnostik
Formativ
Summativ
5
Ənənəvi və yeni qiymətləndirmənin
səciyyəvi cəhətləri
Ənənəvi qiymətləndirmə
1. Qiymət yazmaq
formasında təzahür edirdi.
2. Yalnız bilik
qiymətləndirilirdi.
3. Şagird bilik və bacarığına
görə deyil, siniflə
müqayisədə
qiymətləndirilirdi.
4. Əsasən dərsin sonunda
həyata keçirilirdi.
Yeni qiymətləndirmə
1. Bütövlükdə qiymətləndirmə
prosesidir.
2. Şagirdlərin bilik və
bacarıqlarının
qiymətləndirilməsinə imkan
verir.
3. Fəaliyyəti izlənilməklə şagird
dünəninə və bu gününə görə
qiymətləndirilir.
4. Bütün dərs prosesini müşaiət
edir.
Yeni qiymətləndirmənin bu xüsusiyyətləri məhz formativ
qiymətləndirmə ilə həyata keçirilir.
6
Formativ qiymətləndirmə
Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə
deyil. Şagirdin təlim fəaliyyətini izləməklə
onun təlim nəticələrinə nail olmasını tənzimləyir.
Formativ qiymətləndirmə summativ
qiymətləndirməyə aparan yoldur.
Formativ qiymətləndirmənin nəticələri rəqəmlərlə
deyil, sözlə ifadə olunur və nəticədə şagird
qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək
üçün çalışır.
7
Formativ qiymətləndirmənin nəzəri
əsasları
 İlk dəfə Amerika pedaqoqu Mişel Skriven
1967-ci ildə formativ və summativ
qiymətləndirmənin aparılması texnologiyasını
təklif etdi.
 Həmin ideyanı Benjamin Blum 1968-ci ildə
“Mustery for learning” adlı kitabında inkişaf
etdirdi və göstərdi ki,təhsilalanların öyrənmə
prosesini izləmək üçün formativ
qiymətləndirmə ən əlverişli yoldur.
8
Formativ qiymətləndirmə dünya
ədəbiyyatında
 Benjamin Blum, Hasting, Tomas, Madaus, Corc
“Şagirdlərin formativ və summativ qiymətləndirilməsi üzrə
vəsait” Nyu-York, 1971.
 K. M. Kaley, J. H. Mikmaylan “Formativ qiymətləndirmə
texnikaları”. Kaliforniya 2010.
 Huhta, Ari “Diaqnostik və formativ qiymətləndirmə".
Oksford, 2010
 P. J. Black, D. Uilyam Formativ qiymətləndirmə
nəzəriyyəsinin inkişaf etdirilməsi. Təhsilin
qiymətləndirilməsi, dəyərləndirilməsi və
hesabatlılıq” Britaniya Təhsil Tədqiqatları jurnalı 2009.
9
Dünyanın məşhur pedaqoqlarının
fikrincə:
 təlim məqsədləri və meyarları şəffaf olmalı və
öyrənənlər üçün qiymətləndirmənin tələbləri aydın
olmalıdır;
 öyrənənlərin bilik və bacarıq əldə etməsi üçün
əlverişli strategiyalardan istifadə olunmalıdır;
 öyrənənlərin təlim fəaliyyəti barədə mütəmadi
qeydlər aparılmalıdır;
 qiymətləndirmə öyrənənləri öyrənməyə
həvəsləndirməlidir.
10
Monitorinqlər
2010/ 2011 və 2011/2012-ci dərs
illərində aparılan monitorinqlər yeni
məktəbdaxili qiymətləndirmə, o
cümlədən formativ qiymətləndirmə
sahəsində müəyyən problemlərin
olduğunu üzə çıxardı.
11
Araşdırmalar göstərdi ki:
 Formativ qiymətləndirmə bir çox hallarda məzmununa
uyğun şəkildə aparılmır;
 Formativ qiymətləndirmənin prinsiplərinə zidd olaraq sinif
jurnallarında və məktəbli kitabçalarında şagirdlərə gündəlik
qiymətlər yazılır;
 Məktəblərdə formativ qiymətləndirmənin mahiyyətinə
tamamilə zidd olan jurnallardan istifadə olunur;
 Formativ qiymətləndirmənin mahiyyəti müəllimlərə və
valideynlərə tam aydın olmadığına görə, hər iki tərəf üçün
çətinliklər yaradır;
 Məktəbdaxili qiymətləndirmənin hər üç tərkib hissəsi üçün
yalnız test tapşırıqlarından ibarət və Təhsil Nazirliyinin qrifi
olmayan vəsaitlər məktəbə ayaq açır.
12
Problemləri aradan qaldırmaq üçün
hansı tədbirlər görüldü?
 V siniflərdə dərs deyən müəllimlər üçün keçirilən
təlimlərdə təlim materialının qiymətləndirmə hissəsi
daha da təkmilləşdirildi və təlimlərin monitorinqi
həyata keçirildi;
 Məktəbli kitabçası təkmilləşdirildi və formativ
qiymətləndirməyə uyğunlaşdırıldı;
 Formativ qiymətləndirmə jurnalının tərtib edilməsi
üçün işçi qrupu yaradıldı və jurnal layihə şəklində Bakı
şəhərinin 5 (6, 23, 164 nömrəli, Avropa liseyi, Zəngi
liseyi) və Gəncə, Lənkəran, Bərdə məktəblərində
ibtidai sinif müəlimləri tərəfindən sınaqdan keçirildi.
13
Problemləri aradan qaldırmaq üçün
hansı tədbirlər görüldü?
 Sınaqdan keçmiş formativ qiymətləndirmə
jurnalı daha da təkmilləşdirilərək çap edildi
və 2012/2013-cü dərs ilində istifadə üçün
məktəblərə paylanıldı.
 İbtidai təhsil səviyyəsi və 5-ci sinifdə tədris
olunan fənlər üzrə müxtəlif qiymətləndirmə
vasitələrindən ibarət vəsait hazırlandı və çap
olundu.
14
15
Formativ qiymətləndirmə
jurnalı
Formativ qiymətləndirmə jurnalı sinif
və fənn müəllimləri tərəfindən
şagirdlərin gündəlik fəaliyyətini
meyarlar üzrə izləyərək qeydiyyatın
aparılması üçün nəzərdə tutulur.
16
Fənnin adı________________________________
№
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
Şagirdlərin adı və soyadı
17.09.2012 18.09.2012 19.09.2012 20.09.2012 21.09.2012
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
17
Formativ qiymətləndirmə
jurnalı
 Jurnal müəllimin istifadəsinə verilməzdən əvvəl
məktəb və ya sinif rəhbərliyi tərəfindən tədris
planına görə ayrı-ayrı fənlərə ayrılan səhifələrin
sayı müəyyənləşdirilir;
 Summativ qiymətləndirməyə ayrılan saatlar bu
hesablamada nəzərə alınmır;
 Birinci səhifənin sol hissəsində “Şagirdlərin soyadı
və adı” yazılmış vərəqdə şagirdlərin siyahısı
yazılır və bütün fənlər üçün istifadə olunur;
 Keçilən dərslərin tarixini yazmaq üçün jurnalın
sol səhifəsi 5 sütuna bölünüb.
18
Formativ qiymətləndirmə
jurnalı
Jurnalın sağ səhifəsindəki cədvəldə mövzunun adı, şagirdin
fəaliyyətini davamlı izləmək üçün müəllim tərəfindən
müəyyən edilmiş standartlar və həmin standartlar əsasında
meyarlar və müşahidə aparmaq üçün istifadə edilən
qiymətləndirmə üsulu və vasitəsinin adı yazılır. Bir dərs
müddətində müəllim şagirdin fəaliyyəti barədəki qeydləri
onun soyadı və adının qarşısında sözlə yazır. Məsələn,
yuxarıda verilən cədvələ uyğun olaraq, mətni ifadəli
oxuduğu halda, mətndəki əsas fikrə sərbəst münasibət
bildirə bilməyən şagird barədə qeydləri qısa şəkildə
aşağıdakı kimi yazmaq olar: ifadəli oxuyur, əsas fikrə
sərbəst münasibət bildirə bilmir. Hər iki meyar üzrə
fəaliyyəti qənaətbəxş olan şagird haqqında belə yazmaq
olar: ifadəli oxuyur və mətndəki əsas fikrə sərbəst
münasibət bildirir.
19
Formativ qiymətləndirmə
jurnalı
 Formativ qiymətləndirmə nəticələri yalnız
sözlə ifadə olunur, rəqəm və simvollardan
istifadə olunmur;
 Hər dərsdə sinifdəki bütün şagirdlərin
adının qarşısında qeydlərin olması mütləq
deyil. Bu, müəllimin təlim strategiyasına
uyğun olaraq həyata keçirilir.
20
Məktəbli kitabçası
21
22
Mövcud problemlər:
 V sinifdə dərs deyən müəllimlər üçün
keçirilən təlimlərin nəticələrini öyrənmək;
 Formativ qiymətləndirmənin tam təfərrüatı ilə
icra edilməməsi (holistik və analitik qiymət);
 Formativ qiymətləndirmə təlim fəaliyyətini,
yoxsa şagirdlərin yalnız davranışını
qiymətləndirir?
23
Mövcud problemlər:
 Formativ qiymətləndirmə jurnalının
tam istifadə edilməməsi;
 Valideynlərin maarifləndirilməməsi;
 Summativ qiymətləndirmə
vasitələrinin vahid prinsiplər
əsasında tərtibi.
24
Görüləcək işlər:
 Müəllim fəaliyyətinin monitorinqini
keçirmək;
 Formativ qiymətləndirmənin və onun
jurnalda qeydiyyatının aparılmasını
təmin edən monitorinqlər keçirmək
və müəllimlərə kömək etmək.
25
Təkliflər:
 Yeni məktəbdaxili qiymətləndirməni həyata
keçirmək üçün işçi qrupu yaradılsın;
 Həmin işçi qrupuna formativ və summativ
qiymətləndirmə qaydalarını yazmaq tapşırılsın;
 Formativ və summativ qiymətləndirmə
qaydaları ölkənin ümumtəhsil məktəblərinə
göndərilsin.
26
Görüləcək işlər:
 Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli
təhsili idarəedən orqanlar və məktəb
müəllimlərindən ibarət xüsusi komissiya
tərəfindən summativ qiymətləndirmə
vasitələri bankının yaradılması;
 Formativ qiymətləndirmədə valideynlərlə
əməkdaşlıq qiymətləndirmə üsuluna
üstünlük vermək.
27
DİQQƏTİNİZƏ GÖRƏ
TƏŞƏKKÜR EDİRİK!
28