Faylın ölçüsü: 1.51 MB

Download Report

Transcript Faylın ölçüsü: 1.51 MB

2012-2013-cü tədris ilində respublikanın şəhər və
rayonlarının yerli təhsili idarəetmə orqanlarının
rəhbərləri, ümumtəhsil
müəssisələrinin direktorları və müəllimləri üçün
yeni fənn kurikulumlarının tətbiqi üzrə
təlim kursunun proqramı
Ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin tətbiqi
1
Hüquqi –normativ sənədlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13
yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş
“AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMİ TƏHSİL
SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI”
Təsdiq ərəfəsində olan sənəd
2
Qiymətləndirmənin istiqamətləri
Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı
forma, məzmun və məqsədə malik olan
qiymətləndirmələr nəzərdə tutulur. Ölkəmizdə
qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır:
 Beynəlxalq qiymətləndirmə
 Milli qiymətləndirmə
 Məktəbdaxili qiymətləndirmə

3
Qiymətləndirmənin istiqamətləri
Milli və beynəlxalq qiymətləndirmələr təhsildə
perspektivləri müəyyənləşdirmək üçün aparılan
qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar
tərəfindən həyata keçirilir.
 Məktəbdaxili qiymətləndirmə rəsmi
qiymətləndirmədir və təhsilalanların attestasiyasına
xidmət edir.

4
Qiymətləndirmə formaları
Qiymətləndirmə forması dedikdə,onun keçirilmə
mexanizmi nəzərdə tutulur. Məsələn,yekun
qiymətləndirmənin mərhələsi olan buraxılış
imtahanları mərkəzləşdirilmiş, kiçik summativ
qiymətləndirmə sinifdaxili, böyük summativ
qiymətləndirmə məktəbdaxili, milli və beynəlxalq
qiymətləndirmə tədqiqatları seçim yolu ilə
məktəbdaxili formada aparılır.
5
Qiymətləndirmənin üsul və vasitələri
Qiymətləndirmə üsulu dedikdə, bu prosesin həyata
keçirilmə üsulları nəzərdə tutulur.
 Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə
olunan alətlərdir.
Əgər qiymətləndirmə üsulu yazı
müəyyənləşdirilibsə, istifadə olunan alət- imla, inşa,
məsələ və misal həlli qiymətləndirmə vasitəsi olur.
 Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və
vasitələr fərqli olur.

6
Qiymətləndirmənin növləri –
tərkib hissələri
Qiymətləndirmənin növləri dedikdə, eyni bir qiymətləndirmə
istiqamətinin tərkib hissələri başa düşülür. Məktəbdaxili
qiymətləndirmənin tərkib hissələri aşağıdakılardır:
Diaqnostik
qiymətləndirmə - ilkin səviyyənin qiymətləndirilməsi
Formativ
qiymətləndirmə - şagird fəaliyyətinin izlənilməsi
Summativ
qiymətləndirmə - şagird nailiyyətinin qiymətləndirilməsi
7
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının
ilkin
səviyyəsini
müəyyənləşdirməklə,
birbaşa
müəllimin təlim strategiyalarının seçilməsinə xidmət
edir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, tədris
vahidlərinin əvvəlində, şagird başqa ümumi təhsil
müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər
zəruri hallarda onun bilik və bacarıqları haqqında
məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və
təlim strategiyasını müəyyənləşdirmək məqsədilə
müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin
nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında
qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır.
8
Diaqnostik qiymətləndirmədə istifadə olunan
əsas üsul və vasitələr
Üsullar
Vasitələr
Tapşırıqvermə
Çalışmalar
Müsahibə
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq
hallarda qrup, yaxud siniflə aparılan sifahi yoxlama
zamanı müəllimin öyrənmək (diaqnoz qoymaq)
istədiyi məsələnin yazıldığı vərəq)
Valideynlərlə və
digər fənn
müəllimləri ilə
əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və
ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış
vərəq)
9
Formativ qiymətləndirmə
Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini
formativ qiymətləndirmə təşkil edir.
Formativ qiymətləndirmənin əsas mahiyyəti şagirdin
təlim fəaliyyətinin daim izlənilməsidir. Formativ
qiymətləndirmə şagirdin bilik və bacarığını
formalaşdırmaqla onun təlim nəticələrinə nail olması
məqsədilə aparılır.
Formativ qiymətləndirmə sayəsində şagird gündəlik
təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün
deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
10
Formativ qiymətləndirmə
Formativ qiymətləndirmə şagirdin məzmun
standartlarından irəli gələn bilik və bacarıqlara
yiyələnməsi vəziyyətinin qiymətləndirilməsidir.
Formativ qiymətləndirmə dərsi müşayiət edən
prosesdir. Fənn üzrə aparılan formativ
qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək,
uğur qazana bilməməsinin səbəblərini araşdırmaq
və onun inkişafını təmin etmək məqsədilə
müntəzəm olaraq həyata keçirilir.
11
Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar
Vasitələr
Müşahidə
Müşahidə vərəqələri
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları üzrə qeydiyyat
vərəqi
Tapşırıqvermə
Çalışmalar
Valideynlərlə və digər fənn müəllimləri
ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və
ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar
yazılmış vərəqi)
Oxu
Mətn
Yazı
Yazı işləri (inşa, esse, misal və məsələ
həlli)
Layihə
Şagirdlərin təqdimatı və müəllim
tərəfindən müəyyən olunmuş meyar
cədvəli
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqələri
Test
Test tapşırıqları
Qeyd: Məzmun standartının bir dərs ərzində reallaşdırılması nəzərdə tutulduğu
halda şagirdlərin fəaliyyəti test tapşırıqları vasitəsilə qiymətləndirilə bilər.
Formativ qiymətləndirmə
jurnalı və məktəbli kitabçası
Formativ qiymətləndirmənin
nəticələri formativ
qiymətləndirmə jurnalında və şagirdin məktəbli
kitabçasında sözlə qeyd olunur.
Formativ
qiymətləndirmə
müəllimləri
tərəfindən
jurnalı
sinif
şagirdlərin
və
fənn
gündəlik
fəaliyyətini meyarlar üzrə izləyərək qeydiyyatını
aparmaq üçün nəzərdə tutulur.
13
Formativ qiymətləndirmə jurnalı
Fənn üçün ayrılmış dərs saatının tarixlərini yazmaq üçün
hər bir səhifənin sol tərəfi şaquli olaraq sütunlara
bölünüb.
Hər bir səhifənin sağ tərəfində verilmiş cədvəldə
mövzunun adı, şagirdin fəaliyyətini davamlı izləmək
üçün müəllim tərəfindən standartlar əsasında müəyyən
edilmiş meyarlar və istifadə edilən qiymətləndirmə
üsulu və vasitəsinin adı yazılır.
14
Fənnin adı________________________________
№
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
Şagirdlərin adı və soyadı
17.09.2012 18.09.2012 19.09.2012 20.09.2012 21.09.2012
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
Mövzu
Standart
Meyar
Qiymətləndirmə
üsulu
Qiymətləndirmə
vasitəsi
15
Məktəbli kitabçası
16
17
Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik, böyük və yekun summativ
qiymətləndirmələrdən ibarətdir.
Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən
mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun
vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə
standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət
səviyyəsini ölçmək məqsədilə aparılır.
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif
jurnalında qeyd olunur.
Yekun summativ qiymətləndirmə buraxılış siniflərində yekun attestasiya
şəklində aparılır.
18
Summativ qiymətləndirmədə
istifadə olunan üsul və
vasitələr
Üsullar
Vasitələr
Layihə
Təqdimat
Şihahi sorğu
Sual-cavab
Test
Test tapşırıqları
Tapşırıqvermə
Tapşırıq, çalışma və
laboratoriya işləri
Yaradıcılıq və əl işləri
Fənlərə müvafiq olaraq rəsmlər,
hazırlanan məmulatlar və digər
əl işləri
Qeyd:



Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda
populyarlıq qazansa da, fənni tədris edən müəllim diaqnostik,
formativ və hətta summativ qiymətləndirmədə də test
tapşırıqlarına aludəçilik göstərməməlidir.
Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi
təfəkkürünü, müstəqil düşünmə qabiliyyətini inkişaf etdirən
üsullardan- layihə (qiymətləndirmə vasitəsi-şagirdlərin
təqdimatı və müəllimin tərtib etdiyi meyar cədvəli), şifahi
sorğu (qiymətləndirmə vasitəsi-sual-cavab), yazı işlərindən
( imla, inşa, esse, məsələ və misal həlli) geniş istifadə
etməlidir.
Test tapşırıqlarından davamlı olmamaqla, yeri gəldikcə yalnız
summativ qiymətləndirmədə istifadə etmək tövsiyə edilir.
20
Qiymətləndirmə ilə bağlı
termin və ifadələr
Məzmun standartı- təhsil alanların əldə etməli
olduğu bilik və bacarıqlara qoyulmuş dövlət tələbidir.
 Təlim nəticəsi- müəyyən bir mərhələdə əldə edilməsi
nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş
təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
 Nəticəyönümlülük- yeni kurikulumların
hazırlanmasında nəzərə alınmış əsas prinsiplərdən
biridir. Bu prinsipə görə fənnin zəruri məzmunu
nəticələr formasında verilir.

21
Qiymətləndirmə ilə bağlı termin və
ifadələr
Qiymətləndirmə standartı- təhsil alanların nailiyyət
səviyyəsinə verilən dövlət tələbləri;
 Qiymətləndirmə meyarları- şagirdlərin bilik və
bacarıqlarının qiymətləndirilməsi üçün məzmun
standartları əsasında hazırlanmış tələblər;
 Portfolio- şagirdin fəaliyyəti ilə bağlı olan sənədlər, o
cümlədən, diaqnostik, formativ qiymətləndirmə
məlumatlarının qeydə alındığı xüsusu qovluq;
 Rubrik- şagirdlərin fəaliyyət və nailiyyətlərini
meyarlar əsasında ölçən qiymətləndirmə şkalası.

22
AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
Ümumtəhsil Məktəblərində Məktəbdaxili
Qiymətləndirmənin Aparılması barədə
TƏLİMAT
Bakı
2012
23
Təqdim olunan Təlimat Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə
təsdiq olunmuş “Ümumi təhsilin dövlət standartları və
proqramları (kurikulumları)” və 13 yanvar 2009-cu il tarixli,
09 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan
siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını
müəyyən edir:
24

1. Ümumi müddəalar
1.1. Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin
qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi),
summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir.
1.2. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin
səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial
imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət
edir.
1.3. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli
gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini
izləmək məqsədi ilə aparılır.
1.4. Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə
(tədris vahidinin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq
məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında
hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək
məqsədilə aparılır.
1.5. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli
şəkildə yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata
keçirilir.
25

2. Diaqnostik qiymətləndirmə
2.1. Diaqnostik qiymətləndirmə müəllim üçün təlim strategiyasını
müəyyənləşdirməyə xidmət edir. Bir qayda olaraq, təhsil
səviyyəsinin, dərs ilinin, tədris vahidlərinin əvvəlində sinifdəki
şagirdlərin bilik və bacarıqları, eyni zamanda şagird bir ümumi təhsil
müəssisəsindən digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri
hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq,
şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə aparılır.
2.2. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi
tərəfindən müəyyənləşdirilir və aparılır.
2.3. Diaqnostik qiymətləndirmə vasitələri bir qayda olaraq, standartlar
üzrə əldə olunmuş bilik və bacarıqlar əsasında hazırlanır (ibtidai
təhsil səviyyəsinin birinci sinfində dərs ilinin əvvəli istisna
edilməklə).
2.4. Diaqnostik qiymətləndirmə məqsədinə uyğun olaraq iki formada
keçirilir: davamlı və qısamüddətli.
2.5. Davamlı diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin və
dərs ilinin əvvəlində bir neçə dərsin müəyyən hissəsində aparılır. 26
2.6. Davamlı diaqnostik qiymətləndirmənin məqsədi sinifdəki şagirdlərin
bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənməkdir.
2.7. Davamlı diaqnostik qiymətləndirmədə müəllim şagirdin bilik və
bacarıqlarının daxil olduğu inkişaf sahələrini (idraki, fiziki, sosialemosional, hərəki) öyrəndiyinə görə daha çox müşahidə üsulundan və bu
üsulu reallaşdıran vasitədən – müşahidə cədvəlindən istifadə edir. Şagird
haqqında daha ətraflı məlumat toplamaq üçün valideynlərlə və digər
fənn müəllimləri ilə əməkdaşlıq üsulundan və sorğu vasitələrindən
istifadə edilir.
2.8. Qısamüddətli diaqnostik qiymətləndirmə, adətən, tədris vahidlərinin
əvvəlində bir dərsin müəyyən hissəsində aparılır.
2.9. Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi şagirdin fənn üzrə
zəruri bilik və bacarıqları haqqında məlumat toplamaqdır.
2.10.Qısamüddətli diaqnostik qiymətləndirmədə müəllim şagirdin hər hansı
bir bəhs və bölmə üzrə bilik və bacarıqlarını yoxladığına görə
tapşırıqvermə, müsahibə, layihə kimi qiymətləndirmə üsullarından və
müvafiq olaraq çalışma, şifahi sual-cavab, təqdimat vasitələrindən
istifadə edir.
2.11. Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd
olunmur, yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır.
27

3. Formativ qiymətləndirmə
3.1. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və
bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya
çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə
aparılır.
3.2. Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan
formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin
səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq
həyata keçirilir.
3.3. Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün məzmun
standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir.
Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılarkən məzmun
kənarda qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs
mövzusu üzərində icra olunur. Məsələn: IV sinif Həyat bilgisi fənni üzrə “2.4.2.
Hüquq və vəzifələri barədə kiçik təqdimatlar edir”, “1.4.2. Ekologiyanın qorunması
ilə bağlı kiçik təqdimatlar edir” standartlarında təqdimetmə bacarığının izlənilməsi
zəruriləşir. Bu bacarıq yuxarıdakı standartların məzmununa uyğun olaraq, müxtəlif
dərslərdə “Ekologiya” və ya “Uşaq hüquqları və vəzifələri” mövzuları üzərində icra
olunur. Nəticədə formativ qiymətləndirmə zamanı müəllim şagirdlərin standartlarda
tələb olunan bacarıqlara yiyələnməsi üçün onların fəaliyyətini konkret mövzular üzrə
izləməyə müvəffəq olur.
3.4. Eyni bir standart dərslikdəki bir neçə mövzu ilə reallaşdığına görə həmin
standartlardan çıxan qiymətləndirmə meyarları növbəti müvafiq dərslərdə də istifadə
edilir.
28
3.5. Formativ qiymətləndirmə zamanı müşahidə üsulu və müşahidə vərəqləri
vasitəsindən, müsahibə üsulu və şifahi nitq bacarıqları üzrə qeydiyyat
vərəqi vasitəsindən, yazı üsulu və yazı işləri, imla, inşa, esse, ifadə,
məsələ, misal həlli vasitəsindən, oxu üsulu və mətnlər vasitəsindən,
layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı təqdimat
vasitəsindən istifadə olunur.
3.6. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ
qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki və
hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir
rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”,
“yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur.
3.7. Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs
boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək
vaxt ayırır.
3.8. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ
qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə
qeydlərin olması mütləq deyil.
3.9. Sinif iki yarımqrupa bölündükdə həmin fənn müəllimləri hər bir
şagirdin fəaliyyəti barədə qeydləri onun hansı yarımqrupda olmasından
asılı olmayaraq, adının qarşısında yazır.
3.10. Formativ qiymətləndirmə jurnalındakı qeydlər məktəbli kitabçasında da
yazılır.
29
4. Formativ qiymətləndirmənin icra mexanizmi
4.1. Formativ qiymətləndirməni həyata keçirən müəllim
aşağıdakıları bilməlidir:
4.1.1 Fənn üzrə hər bir dərs müəyyən məzmun standartlarının
reallaşdırılmasına xidmət edir.
4.1.2. Hər dərsdə müəllim təlim prosesini şagirdlərin məzmun
standartlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə
yönəltməlidir.
4.1.3. Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin
bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə
bilərlər.
4.1.4. Qaydaların 3.3. bəndinə uyğun olaraq, müəllim əvvəlcədən
hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə
oluna biləcək fəaliyyət səviyyəsini zəif, orta, yüksək olmaqla
qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun
müvafiq qeydlərini yazmalıdır. Formativ qiymətləndirmədə müəllim
əvvəlcədən proqnozlaşdırmadığı və dərs prosesində müşahidə
etdiyi fəaliyyətləri də uyğun ifadələrlə təsvir edə bilər.
30
QEYD: Müəllimlərin nəzərinə!
Təqdim edilən nümunələrdə standartlardakı məzmunun kənarda qalmasına
baxmayaraq, müəllim şagirdləri formativ qiymətləndirərkən məzmunu nəzərə
almalıdır. Təlimatın 3.3. bəndinə uyğun olaraq, şagird bacarığa yiyələnməni
müəyyən məzmun üzərində icra edir. Bacarığa yiyələnmənin məzmunla vəhdətdə
qiymətləndirilməsi müəllimin öz yaradıcılığının məhsulu olmalıdır. Verilən
nümunələrdə müəllim şagirdlərin fəaliyyət səviyyələri üzrə qeydlərini məzmun
üzərində yazılı izah edə bilər.
Müəllim dərsin sonunda formativ qiymətləndirmə jurnalında şagirdlərin adının
qarşısında və məktəbli kitabçasında onların fəaliyyətinə uyğun, nümunələrdə
verilməyən məzmunu nəzərə almaqla da zəruri qeydləri edir.
31
Formativ qiymətləndirmənin aparılmasına dair
nümunələr:
Azərbaycan dili
V sinif
Standart
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini
müəyyənləşdirir.
Qiymətləndirmə meyarları:
1. Mühakimə yürütmə;
2. Fikri əsaslandırma;
3. Sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirmə.
Standartlardan irəli gələn tələblərə yiyələnmə
prosesində müəllim şagirdlərin aşağıdakı
fəaliyyətlərini müşahidə edə bilər.
32
Zəif
Orta
Yüksək
Mühakimə yürütməkdə
çətinlik çəkir.
Mühakimələri mətndəki Əsas fikirlə bağlı sərbəst
əsas fikri qismən
mühakimə yürüdə bilir.
əhatə edir.
Fikirlərini müəllimin və
yoldaşlarının verdiyi
sualların köməyi ilə
ifadə edir.
Faktları dəqiq olmasa
da, sərbəst fikir
söyləyir.
Fikirlərini dəqiq fakt və
nümunələrlə əsaslandırır.
Mətndəki sözlərin
semantik
xüsusiyyətlərini
sualların köməyi ilə
müəyyənləşdirir.
Sözlərin semantik
xüsusiyyətlərini
yalnız tanış mətn
daxilində
müəyyənləşdirir.
Tanış olmayan mətndə sözlərin
semantik xüsusiyyətlərini
müəyyənləşdirir və
nümunələrlə izah edir.
Nümunə:
1. Mühakimə yürütməkdə çətinlik çəkir.
2. Mühakimələri mətndəki əsas fikri qismən əhatə edir.
3.Əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir.
4. Fikirlərini müəllimin və yoldaşlarının verdiyi sualların köməyi ilə ifadə edir.
5. Faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir.
6. Fikirlərini dəqiq fakt və nümunələrlə əsaslandırır.
7. Mətndəki sözlərin semantik xüsusiyyətlərini sualların köməyi ilə müəyyənləşdirir.
8. Sözlərin semantik xüsusiyyətlərini yalnız tanış mətn daxilində müəyyənləşdirir.
9. Tanış olmayan mətndə sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirir və nümunələrlə izah
33
edir.
Formativ qiymətləndirmənin aparılmasına
dair nümunələr:
Riyaziyyat
III sinif
Standart:
1.1.5. 1000 dairəsində ədədləri müxtəlif ekvivalent
formalarda təsvir edir.
1.1.6. 1000 dairəsində ədədləri düzünə və tərsinə on-on,
yüz-yüz ritmik sayır.
Qiymətləndirmə meyarları:
1. Təsviretmə.
2. Təqdimetmə.
34
Zəif
Orta
Yüksək
Əyani vəsaitlərin köməyi
ilə təsvir edir.
Əyani vəsaitlərin
köməyi ilə izahlı
təsvir edir.
Nümunələr qurmaqla izahlı
təsvir edir.
Ədədləri on-on yalnız
düzünə saymaqla
təqdim edir.
Ədədləri on-on, yüzyüz yalnız düzünə
saymaqla təqdim
edir.
Ədədləri on-on, yüz-yüz
düzünə və tərsinə
saymaqla təqdim edir.
Nümunə:
1. Əyani vəsaitlərin köməyi ilə təsvir edir.
2. Əyani vəsaitlərin köməyi ilə izahlı təsvir edir.
3. Nümunələr qurmaqla izahlı təsvir edir.
4. Ədədləri on-on yalnız düzünə saymaqla təqdim edir.
5. Ədədləri on-on, yüz-yüz yalnız düzünə saymaqla təqdim edir.
6. Ədədləri on-on, yüz-yüz düzünə və tərsinə saymaqla təqdim edir.
35
Formativ qiymətləndirmənin aparılmasına
dair nümunələr:
Azərbaycan tarixi
V sinif
Standart:
1.1.2. Sadə xronoloji məsələləri həll edir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri
müəyyənləşdirir.
3.1.2. Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.
Qiymətləndirmə meyarları:
1. Xronoloji məsələləri həll etmə
2. Xəritədə məkanı müəyyənləşdirmə
3. Dəyərləndirmə
36
Zəif
Orta
Yüksək
Hadisələrin xronoloji
çərçivəsini
müəyyənləşdirir,
məsələni həll edə
bilmir.
Tarixi faktların
xronoloji
ardıcıllığını
müəyyənləşdirir.
Öyrədilən məkanı
xəritədə çətinliklə
müəyyənləşdirir.
Xəritədə məkanları
mövzu üzrə
müəyyənləşdirir.
Xəritədə məkanı dəqiq
müəyyənləşdirir.
Hadisələri, faktları
məzmuna istinad
etməklə
dəyərləndirir.
Hadisələri, faktları zaman və
məkan daxilində faktlarla
sərbəst dəyərləndirir.
Hadisələri, faktları yalnız
təsvir edir,
dəyərləndirmir.
Xronoloji məsələləri həll edir.
Nümunə:
1. Hadisələrin xronoloji çərçivəsini müəyyənləşdirir, məsələni həll edə bilmir.
2. Tarixi faktların xronoloji ardıcıllığını müəyyənləşdirir.
3.Xronoloji məsələləri həll edir.
4. Öyrədilən məkanı xəritədə çətinliklə müəyyənləşdirir.
5. Xəritədə məkanları mövzu üzrə müəyyənləşdirir.
6. Xəritədə məkanı dəqiq müəyyənləşdirir.
7. Hadisələri, faktları yalnız təsvir edir, dəyərləndirmir.
8. Hadisələri, faktları məzmuna istinad etməklə dəyərləndirir.
9. Hadisələri, faktları zaman və məkan daxilində faktlarla sərbəst dəyərləndirir
37
Formativ qiymətləndirmənin aparılmasına dair
nümunələr:
Həyat bilgisi
IV sinif
Standart:
2.4.2. Hüquq və vəzifələri barədə kiçik təqdimatlar edir.
Qiymətləndirmə meyarları:
1. Təqdimetmə
Zəif
Faktları sadalayır,
mahiyyətini izah
edə bilmir.
Orta
Faktların səciyyəvi
xüsusiyyətlərini mətn
əsasında təqdim edir,
nitqi rabitəli deyil.
Yüksək
Nümunələrə əsaslanmaqla
sərbəst təqdimat edir.
Nümunə:
1. Faktları sadalayır, mahiyyətini izah edə bilmir.
2. Faktların səciyyəvi xüsusiyyətlərini mətn əsasında təqdim edir, nitqi rabitəli deyil.
3. Nümunələrə əsaslanmaqla sərbəst təqdimat edir.
38
Formativ qiymətləndirmənin aparılmasına dair
nümunələr:
Fiziki tərbiyə
V sinif
Standart:
1. Müxtəlif təyinatlı estafetləri, oyunları icra edir.
Qiymətləndirmə meyarları:
1. Hərəkətləri icraetmə.
2. Müəllim şagirdin standartlardan irəli gələn bacarıqlara yiyələnməsi
prosesində onların aşağıdakı fəaliyyətlərini müşahidə edə bilər:
Zəif
Hərəkətin
qüsurludur.
Yüksək
Orta
icrası Hərəkətin icrasında
kiçik qeyridəqiqliyə yol verir.
Hərəkətləri nümunələrə
müvafiq icra edir.
Nümunə:
1. Hərəkətin icrası qüsurludur.
2. Hərəkətin icrasında kiçik qeyri-dəqiqliyə yol verir.
3. Hərəkətləri nümunələrə müvafiq icra edir.
39
6. Summativ qiymətləndirmə
6.1. Summativ qiymətləndirmə kiçik, böyük və yekun
olmaqla üç yerə ayrılır.
6.2. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin
sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə
isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin
rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın
nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun
qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış
imtahanları şəklində aparılır.
6.3. Summativ qiymətləndirmələrin nəticələri keçirildiyi tarixdə
sinif jurnalında qeyd olunur.
6.4. Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq
olunan siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec
olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik
qiymətlərin hesablanmasında nəzərə alınır.
6.5. Kiçik summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt fənni
tədris edən müəllim tərəfindən müəyyənləşdirilərək
qiymətləndirmə vasitələri hazırlanır. Böyük summativ
qiymətləndirmə vasitələri isə Azərbaycan Respublikasının Təhsil
Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar
və ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya
tərəfindən hazırlanır.
40
6.6. Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs
saatının bir hissəsində aparıla bilər. Bu müddət fənni tədris
edən müəllim tərəfindən müəyyənləşdirilir.
6.7. Yarımillərin sonunda böyük summativ qiymətləndirmənin bir
dərs saatı ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə
tutulur.
6.8. Kiçik və böyük summativ qiymətləndirmə vasitələri asan,
orta, çətin olmaqla hazırlanır. Asan tapşırıqlar idrakın bilmə
mərhələsinə aid olub şagirdin hər hansı bir məlumatı bilməsini
və yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar idrakın
anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəbnəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və
fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin
səviyyəli tapşırıqlar idrakın sintez və dəyərləndirmə
mərhələsinə aid olub şagirdin sintez etmək, qarşılaşdırmaq,
dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür.
6.9. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə
iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı
xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q”(qaib)
yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə
növbəti 2 həftə ərzində kiçik summativ qiymətləndirmə aparır
və onun nəticəsini məxrəcdə qeyd edir.
41
6.10. Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak
etmədikdə, bir ay müddətində onun böyük summativ
qiymətləndirmədə iştirakı təmin edilir. Şagird II yarımildə
üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak
etmədikdə, II yarımillik qiyməti çıxarılarkən I böyük
summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük
summativ qiymət hesab olunur. Şagirdin üzrsüz səbəbdən
iştirak etmədiyi II yarımildəki böyük summativ
qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən
"0" qəbul edilir.
6.11. Böyük summativ qiymətləndirmə vasitələri fənnin
məzmunundakı əsas zəruri bilikləri əhatə etməklə daha çox
tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Təhsil Nazirliyinin
tövsiyələri və verdiyi nümunələr əsasında hər bir ümumi təhsil
müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir.
6.12. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün
yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni
səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
42
Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik
ərzində keçirilən) qiymətləndirmənin nəticələri
40%, böyük summativ (yarımillik sonunda
keçirilən) qiymətləndirmənin nəticələri 60 % hesab
olunmaqla aşağıdakı düstur əsasında çıxarılır:
ksq1  ksq2  ...  ksqn 40
60
Y

 BSQ 
n
100
100
Burada, Y- şagirdin I və ya II yarımil üzrə qiymətini, ksq1,
ksq2 ,..., ksqn -şagirdin müvafiq yarımil ərzində kiçik
summativ qiymətləndirmələrinin nəticələrini, n-müvafiq
yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin
sayını, BSQ isə, I və ya II yarımildə keçirilən
böyük
summativ qiymətləndirmənin nəticəsini bildirir.
43
Şagirdin yarımillik və illik qiymətləri çıxarılarkən
yuvarlaqlaşdırma qaydası tətbiq edilir.
Məsələn, şagird 1-ci yarımildə aparılmış kiçik summativ
qiymətləndirmələrdə 3, 3, 4 və böyük summativ
qiymətləndirmədə 3 qiymət aldıqda, onun yarımil üzrə
qiyməti aşağıdakı kimi hesablanır:
3  3  4 40
60
Y1 

 3
 1,3  1,8  3,1  3
3
100
100
Və yaxud, şagird 1-ci yarımildə kiçik summativ
qiymətləndirmələrdən 2, 3, 3 və böyük summativ
qiymətləndirmədən 3 aldıqda, onun yarımillik qiyməti
aşağıdakı kimi hesablanır:
2  3  3 40
60
Y1 

 3
 2,8  3
3
100
100
44
6.14. Şagirdin illik qiyməti aşağıdakı düsturla
müəyyən edillir:
Y1  Y2
I 
2
Burada I - şagirdin illik qiyməti, və isə 1-ci və 2-ci
yarımillər üzrə qiymətləridir.
Məsələn, şagirdin birinci yarımil üzrə qiyməti 3, ikinci
yarımil üzrə qiyməti 4 olduqda, onun illik qiyməti
3 4
I
 3,5  4
2
olur.
45
6.15. Summativ qiymətləndirmə sinfin bütün şagirdləri
üçün eyni vaxt ərzində eyni çətinlik dərəcəsinə malik
olan qiymətləndirmə vasitələri ilə aparılır. Summativ
qiymətləndirmənin aparılması üçün vaxt sualların sayına
uyğun olaraq müəllim tərəfindən müəyyənləşdirilir.
6.16. Qiymətlər şagirdin tapşırıqlara verdiyi düzgün
cavabların sayına uyğun müəyyənləşdirilir. Sualların
ümumi sayının 10%-nə qədər düzgün cavab verən “1”,
10% daxil olmaqla 20%-nə qədər düzgün cavab verən
“2”, 20% daxil olmaqla 50%-nə qədər düzgün cavab
verən “3”, 50% daxil olmaqla 80%-nə qədər düzgün
cavab verən “4”, 80% daxil olmaqla 100%-nə qədər
düzgün cavab verən şagird “5” qiymətlə qiymətləndirilir.
6.17. Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi
qiymətləndirilməsidir və nəticələr 5 ballıq qiymət şkalası
üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər sinif
jurnalına yazılır.
46

Ədəbiyyat siyahısı:
1.
Формативное оценивание.ppt
2.
file.pdf
RƏY VƏ TƏKLİFLƏRİNİZ ÜÇÜN:
1. [email protected]
2. [email protected]
3. [email protected]
4. [email protected]
48
DİQQƏTİNİZƏ GÖRƏ
TƏŞƏKKÜR EDİRİK!
49