Treninq prosesi dairəsi

Download Report

Transcript Treninq prosesi dairəsi

İŞÇİLƏRİN
TƏLİMATLANDIRILMASI
İşə başlama və uyğunlaşdırma
necə həyata keçirilməlidir?
GİRİŞ
TƏLİMATLANDIRILMA NƏDİR?
Müəssisəyə qəbul edilən kadrların iş yerinə ya da əmək şəraitinə
alışması üçün həyata keçirilən tədbirlərin məcmusudur.
Şirkətin daxili qayda-qanunları ilə tanışlıq mərhələsi çox mühüm
əhəmiyyət kəsb edir.
YENİ İŞÇİLƏRİN ƏSAS PROBLEMLƏRİ




Yeni işi yerinə yetirə bilməmək, cəsarətsizlik
İşlə bağlı fiziki qaydalara və əmək şəraitinə uyğunlaşa bilməmək
Fərdin xarakterinə bağlı olan nöqsanlar
Əmək şəraitinə uyğunlaşma işinin qeyri-kafi təşkili
UYĞUNLAŞDIRMANIN ƏSAS YOLLARI


problemi yaradan mühiti aradan qaldırmaq
treninq və təlimatlandırma proqramları
TRENİNQ VƏ TƏLİMATLANDIRMA
PROQRAMLARI




Yeni əməkdaşlara şərait yaradılmalıdır ki, onlar öz maraq dairələri
çərçivəsində suallar versinlər.
İşin texniki və sosial tərəfi ilə əlaqədar işçilərə geniş və anlayışlı
məlumatlar verilməlidir.
İşçilərə diqqət və nəzakətlə davranılmalı, alçaldıcı və tənqidedici
davranışlardan uzaq durulmalıdır.
İşçiyə verilən məlumatlarda müəssisə və işlə bağlı bütün cəhətlər öz
əksini tapmalı, qeyri-müəyyənlik aradan qaldırılmalıdır.
TRENINQ VƏ TƏLIMATLANDIRMA
PROQRAMLARI
İnsan Resursları departamenti tərəfindən hazırlanmış treninq və
təlimatlandırma proqramları sosial anlaşma fəaliyyətlərinin daha
da gücləndirilməsinə istiqamətləndirilməlidir.
Başqa sözlə işçilər özünə və işə xas olan dəyərləri dərk etməli və
normalarla yaxından tanış olmalıdırlar.
TRENİNQ
PROQRAMLARININ MƏZMUNU
Təlimatlandırma proqramlarında təsvir olunan məlumatları
əsasən 2 qrupa ayırmaq mümkündür:
1. Şirkətlə bağlı məlumatlar
2. İşlə bağlı məlumatlar
TRENİNQ PROQRAMLARININ MƏZMUNU
Şirkətlə bağlı məlumatlar:
Şirkətin təsisçiləri, istehsal edilən məhsullar, göstərilən xidmətlər,
şirkət rəhbərləri, həyata keçirilən tədbirlər, işçilərə edilən sosial
güzəştlər, sağlamlıq sığortası, təhsil və ixtisaslaşma üçün təmin
edilən imkanlar .
Bu tədbirlər İnsan Resursları Departamentinin rəhbərliyi
tərəfindən həyata keçirilir.
İşlə bağlı məlumatlar:
Yeni əməkdaşın iş prosesində görəcəkləri işlərlə bağlı
məlumatlar verilir. Şöbə rəhbərləri işçilərin işlə bağlı suallarına
aydınlıq gətirirlər.
Bu tədbirləri əsasən şöbə müdirləri həyata keçirirlər.
TƏLİMATLANDIRMA
ümumi mənzərə
Şirkətə aid məlumatlar:
• Şirkətin tarixi
• Şirkətin strukturu
• Şirkət rəhbərliyi
• Şirkətin müəssisələri haqqında
• Məhsul və xidmətlər
• İstehsal prosesləri
• Müəssisənin kadr siyasəti
• Daxili nizam-intizas
• Mühafizə tədbirləri
İşlə bağlı məlumatlar:
• İşin yerləşdiyi məkan
• İşlə bağlı vəzifələr
• İşin məqsədi
• İşin şərtləri
İşçilərə verilən imkan:
• Əmək haqqı
• Əmək haqqının ödənilməsi şərtləri
• Təhsil və inkişaf imkanları
• İstirahət vaxtları
• Sosial sığorta imkanları
İŞƏ BAŞLAMA VƏ UYĞUNLAŞMA TRENINQI
Təlimatlandırma ardıcılıq planı











1. İşə yeni qəbul edilənlərin qarşılanması
2. Onun, yaşı, təcrübəsi, təhsili və işi haqqındakı məlumatların gözdən
keçirilməsi
3. İşin tərif və şərtlərinin əl altında tutulması
4. İşə yeni qəbul edilən şəxsə qayğının göstərilməsi
5. Onun ev və nəqliyyat imkanlarının öyrənilməsi
6. İşçinin alacağı əmək haqqı barədə məlumatın verilməsi
7. Şirkət barəsində məlumatın verilməsi
8. Şirkəti tanıdacaq materialın (kitabçanın) paylanması
9. Şirkətin əsas məqsədini və fəlsəfəsinin yeni əməkdaşa izah edilməsi
10. Şirkətin kadr siyasəti haqqında məlumatın verilməsi
11. Şirkət binasında yerləşən şöbələrlə əməkdaşın tanış edilməsi
(şirkətdaxili gəzinti)










12. Şirkətin istehsal etdiyi mal və göstərdiyi xidmətlərlə bağlı
məlumatların verilməsi
13. İşə yeni qəbul edilən əməkaşlara işləyəcəyi iş sahəsindəki vəzifələri
başa salmaq
14. Əməkdaşın şirkətdəki mövqeyinin müəyyən edilməsi
15. Kimdən əmr alacağına və ya kimlərə əmr verəcəyinə dair
təlimatlandırma
16. İşin şərtlərinin müəyyən edilməsi
17. İş vaxtının başlama və qurtarma müddəti barəsində məlumatın
verilməsi
18. Nahar fasilələri barəsində məlumatın verilməsi
19. Təhlükəsizlik qaydaları və vəzifələrindən istifadə edilməsinə dair
izahat işlərinin aparılmsı
20. İcazə alma yollarının və bu barədə müraciət ediləcək şəxslərin
göstərilməsi
21. Telefondan istifadə qaydalarının göstərilməsi.