Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri
Download
Report
Transcript Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri
“Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri”
elmi-texniki jurnalının redaksiya heyəti haqqında
MƏLUMAT
Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalının redaksiya heyətinin tərkibi:
Baş redaktor: akademik S.F.Qarayev (Azərbaycan Dövlət Neft Akademiyasının rektoru).
Baş redaktor müavini: professor R.Ə.Həsənov (Elm və texnika işləri üzrə prorektor).
Məsul katib: g.m.e.n. M.M.İsmayılova
Redaksiya heйяti:
проф. В.Ш.Гурбанов (Tədris işləri üzrə prorektor),
проф. Б.Я.Баьыров (“Neft-qaz mədən geologiyası” kafedrasının müdiri),
проф. Т.Я.Сямядов (“Qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı” kafedrasının müdiri),
проф. Т.Ш.Салаватов (“Neft yataqlarının işlənməsi və istismarı” kafedrasının müdiri),
проф. C.İ.Mirzai (“Fiziki və analitik kimya” kafedrasının müdiri),
проф. Ç.Ş.İbrahimov (“Kimya texnologiyasının mühəndis əsasları” kafedrasının müdiri),
проф. R.S.Gurbanov (“Maşınların dinamikası və möhkəmliyi” kafedrasının müdiri),
проф. S.M.Mustafayev (“Materialşünaslığın və materialların texnologiyası” kafedrasının əməkdaşı),
проф. К.М.Абдуллайев (“İstilik energetikası” kafedrasının müdiri),
проф. Ə.M.Guliyev (“Elektrotermiki qurğular və yüksək gərginliklər texnikası” kafedrasının müdiri),
проф. K.R.Ayda-zadə (“Tətbiqi riyaziyyat” kafedrasının müdiri),
проф. İ.R.Əfəndiyev (“İstehsalat proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri),
проф. Н.Щ.Фярзаня (“Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəolunması” kafedrasının müdiri),
проф. R.Q.Məmmədov (“İnformasiya-ölçmə və hesablama texnikası” kafedrasının müdiri),
проф. N.Ə.Səlimova (“Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri),
проф. M.C.Atakişiyev (“Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment”)
проф. V.T.Novruzov (“Neft emalı və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri).
“Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri”
elmi-texniki jurnalının rubrikaları haqqında məlumat
Geologiya
Neft və qaz
Kimya və kimya
texnologiyası
İqtisadiyyat və
idarəetmə
«Azərbaycan Ali
Ekologiya və
təhlükəsizlik
Texniki Məktəblərinin
Xəbərləri» elmitexniki jurnalının
rubrikaları
Metrologiya və
cihazqayırma
İnformatika
və avtomatika
Mexanika və
maşınqayırma
Energetika
və enerji
maşınqayırması
Jurnalın tarixi
1999-cu ildən başlayaraq ADNA-da Mətbuat və İnformasiya Nazirliyinin AV seriyalı, 022215 saylı,
28.10.1998-ci il tarixli lisenziyası əsasında «Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri» elmi-texniki
jurnalı nəşr olunur.
Jurnal ali texniki məktəblərin alimləri və mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. İl ərzində jurnalın hər
birində 100-110 səhifə olmaqla 6 sayının buraxılması nəzərdə tutulur, məqalələr isə Azərbaycan, rus və ingilis
dillərində çap olunur.
Jurnalın səhifələrində Azərbaycanın texniki və humanitar ali məktəblərində, elmi-tədqiqat mərkəzlərində və
sənaye müəssisələrində aparılan elmi-tədqiqat işlərinin ən dəyərli nəticələri işıq üzü görmüşdür. Jurnal Sovetlər
dövründə 40 ildən artıq bir müddətdə nəşr olunan “Neft və qaz” jurnalının “varisi” kimi səmərəli fəaliyyət
göstərərək elm, təhsil və sənaye qurumlarının arasında yüksək nüfuzunu təsdiqləmişdir.
Ildən-ilə jurnalla əməkdaşlıq edən təşkilatların və müəssisələrin sayı artır, dərc olunan elmi məqalələrin spektri
isə genişlənir.
Jurnalın Parisdə Beynəlxalq Standart Seriya Nömrələr Mərkəzində rəsmi qeydiyyatdan keçməsi və Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması
üçün tövsiyyə etdiyi elmi nəşrlər siyahısına daxil edilməsi də onun elmi ictimaiyyət arasında layiqli nüfuza malik
olduğuna əlavə sübutdur.
Ötən 14 il ərzində jurnalın 84 sayında 1050 məqalə dərc olunmuşdur.
2012-ci ildən etibarən jurnalın mövzular siyahısına yeni rubrika – «Geologiya» rubrikası daxil edilmişdir.
Bundan əlavə jurnalda ölkənin həyatında baş verən əlamətdar hadisələrə: ADNA-nın 90-illik yubileyinə,
ümummilli liderimiz Heydər Əliyevin 90-illiyinə, akademik Musa Əliyevin 100-illik yubileyinə həsr olunmuş
elmi-praktiki konfranslar haqqında məlumatlar dərc edilmişdir.
“Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalının
nəşrə təqdim edilən məqalələrin tərtib edilməsi üçün
TƏLİMAT
Məqalələrin mətnləri Times Nеw Roman-12 şrifti ilə (məsələn, Azərbaycan dilində latın əlifbası, rus dilində Kiril əlifbası,
ingilis dilində ingilis əlifbası ilə) 1 intervalla çap olunmalıdır.
Hər bir məqalə yeni səhifədə verilməli və səhifənin yuxarısında dövri elmi nəşrin adını, ilini, cildini, sayını, məqalənin
başlanğıc və son səhifələrini bildirən başlıq (заставка) olmalıdır.
Məqalədə müəllif(lər)in işlədiyi və həmin müəssisənin (müəssisələrin) ünvan(lar)ı, müəllif(lər)in elektron poçt ünvan(lar)ı
göstərilməlidir.
Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi
yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.
Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı ya istinad
olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla (məsələn, [1] və ya [1, səh.119] kimi işarə olunmalı), ya da əlifba
ardıcıllığı ilə nömrələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin
ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. Istinad olunan mənbənin biblioqrafik
təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium,
konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərək məqalənin, məruzənin və ya tezisin
adı göstərilməlidir.
Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrə
üstünlük verilməlidir.
Dərc olunduğu dildən əlavə, başqa iki dildə məqalənin xülasəsi verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələri birbirinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir. Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin
elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan
ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.
Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və
xülasələrin yazıldığı dillərdə) verilməlidir.
Plagiatlıq faktı aşkar edilən məqalələri dərc edən dövri elmi nəşrlər Ali Attestasiya Komissiyası tərəfindən ciddi xəbərdarlıq
edilir.
İnformasiya sistemində jurnalın rolu
Ölkəmizin bütün ali-texniki məktəbləri və bir sıra xarici institutlar və universitetlər jurnalda
elmi əsərlərinin işıqlandırılması üçün müraciət edir, istehsalatda çalışan alim mütəxəssislər isə
yeni işləmələrinin məhz bizim jurnalda çap olunmasını arzulayırlar.
Jurnalın
alimlərin məlumatlılıq səviyyəsinin yüksəldilməsində;
ictimai-elmi proseslərin işıqlandırılmasında;
elmdə, sənayedə, istehsal sahələrində baş verən dəyişikliklərlə dolu informasiyaların
ölkədən kənara ötürülməsində rolu böyükdür.