Transcript Yüklə

Ürək küyləri
ATU-NUN TPP KAFEDRASININ ASSİSTENTİ
NOVRUZOVA MƏNZƏR SƏLİM QIZININ AÇIQ
DƏRSİNƏ DAİR PREZENTASİYASI
 Ürək küyləri –ürək boşluqları və
magistral damarların qapaqüstü
şöbələrində
turbulent
axınin
yaranması
zamanı
dəfələrlə
təkrarlanan patoloji səs dalğalarıdır.
Küylərin əmələ gəlmə
mexanizmləri-turbulent axın
 Qan cərəyanının daralmış nahiyədən keçməsi(məs.aorta





mənfəzinin daralması),
Qanın genişlənmiş
nahiyəyə keçməsi(məs.aortanın
anevrizması),
Damarların intima qişasında nahamarlığın olması
(tromb,aterosklerotik pilək,çapıq)
Normal strukturdan keçən qan cərəyanının sürətinin
artması(tireotoksikoz,qızdırma.sinir oyanıqlığı),
Qanın reoloji xüsusiyyətlərinin dəyişməsi- suvaşanlığının
azalması(məs.anemiya).
Ürək boşluqları, kameraarası arakəsmənin anadangəlmə
qüsurlarında qanin yüksək təzyiqli boşluqdan alçaqtəzyiqli
boşluğa
hərəkəti
zamanı(məs.mədəcikarası,yaxud
qulaqcıqarası çəpərin qüsuru zamanı).
Yaranma mexanizmi
Küylərin təsnifatı
KÜYLƏR
 Ürəkdaxili(intrakardial):
- Üzvi və funksional
 Ürəkdənkənar(ekstrakardial):
-Perikardın sürtünmə küyü,
-Plevroperikardial küy,
-Damarların mənfəzinin daralması,
-Damarların mənfəzinin genişlənməsi(anevrizmalar).
ÜZVİ KÜYLƏR
 Üzvi küylər(qapaqlarda və arakəsmələrdə struktur
dəyişikliklər):
-ürəyin qazanilmış qüsürları(2- və 3-taylı qapaq
çatişmazlıqları,mitral və trikuspidal dəliklərin
daralması,aypara qapaqların çatışmazlığı,aorta və ağ
ciyər arteriyasının mənfəzlərinin daralmaları).
-anadangəlmə ürək qüsurları(mədəcikarası-və qulaqcıq
arası çəpərin qüsurları botal axacağının açıq qalması və
s.)
Üzvi küylər:
-Qapaq mənşəli və
-Əzələ mənşəli ola bilər
FUNKSİONAL KÜYLƏR.
 Funksional küylər:
-Dinamik küylər(tireotoksikoz,qızdırma ,nevroz və s),
-Anemik küylər(anemiyalar).
-Nisbi funksional küylər(qapaqların nisbi çatışmazlığı və
ya qapaq dəliklərinin nisbi daralmaları).
-Aksidental(zərərsiz)küylər.
NİSBİ FUNKSİONAL KÜYLƏR.
 AV-qapaqların fibroz halqalarının genişlənməsi(2- və
3-taylı qapaqların nisbi çatışmazlıqları),
 Papilyar əzələlərin funksional pozulmaları:
-papilyar əzələlərin infarktı,
-mitral qapağın prolapsı.
 Digər səbəblərdən ürək boşluqlarının genişlənmələri
zamanı fibroz halqanın ölçülərinin normal
olması,hemodinamikanın pozulması səbəbindən
daralmanın baş verməsi,aorta və ağ ciyər arteriyasının
genişlınməsi:
-Kumbs küyü,
-Flint küyü,
-Qrehem-Still küyü,
-Aorta qapağı çatışmazlığı zamanı nisbi sistolik küy.
Üzvi küylərin xüsusiyyətləri
 Hemodinamik mənşəinə görə küylər bölünür:
-qovulma küyləri-qanın mədəcikdən magistral damara
qovulması zamanı maneə ilə rastlaşması(aorta və ağ
ciyər arteriyasının mənfəzinin daralması),
-requrgitasiya küyləri-qanın geriyə axını zamanı dar
yerdən keçməsi (mitral,trikuspidal,aortal və pulmonal
qapaqların çatışmazlıqları),
-dolma küyləri-qanın qulaqcıqdan mədəciyə daxil olması
zamanı maneə ilə rastlaşması(mitral və trikuspidal
dəliklərin daralması).
Üzvi küylərin xarakteristikası
 Tembri- təzyiqlər qradientindən asılıdır
 Gücü(intensivliyi)-qan cərəyanı sürətindən və qanın
həcmindən asılıdır.
 Küyün intensivliyi həmçinin tənəffüs fazalarından asılı
olaraq dəyişir
 Davametmə müddəti qan cərəyanının keçdiyi dəliyin
ölçüsündən asılıdır.
 Irradiasiyası və intensivliyi bədən vəziyyətinin dəyişməsi
zamanı dəyişir
 Sistola və diastola fazalarına münasibəti qüsürun
formasından asılıdır.
 Forması-qanın həcminin dəyişməsindən asılıdır.
Üzvi küylərin ümumi
xüsusiyyətləri
 Küyün lokalizasiyası-episentri(punctum maximum)
-mitral qapaq çatışmazlığı və mitral stenoz-ürəyin
zirvəsi və IV-cü q.a.döş sümüyündən solda(mitral
qapağın anatomik proyeksiyası ).
-3-taylı qapaq çatışmazlığı və trikuspidal stenozxəncərəbənzər çıxıntı üzərində,
-aortal stenoz-II-ci q.a. döş sümüyündən sağda)
və aorta qapağının çatışmazlığı-III-cü qabırğanın döş
sümüyünə birləşdiyi nahiyyədə və II-ci q.a.s.döş
sümüyündən sağda,
-ağ ciyər arteriyasının stenozu və ağ ciyər arteriyasının
aypara qapağının çatışmazlığı-II-ci q. a.s.döş
sümüyündən solda.
Küylərin dinlənilmə nöqtələri
Küyün irradiasiyası:(qan cərəyanı
və miokard vasitəsi ilə:
 Mitral qapağın çatışmazlığı:sol qulaqcığa doğru,sol






qoltuqaltı nahiyyəyə ,
Mitral stenoz:irradiasiya etmir,
Üçtaylı qapaq çatışmazlığı: yuxarı və sağa sağ qulaqcığa
doğru,.
Trikuspidal stenoz: adətən irradiasiya etmir,bəzən yuxarı
III-cü qabırğaarası sahə döş sümüyünün orta
hissəsinə,döş sümüyünün sol kənarına
Aortal stenoz:boyun damarlarına,kürəkarası sahəyə
yayılır,
Aorta qapağı çatışmazlığında:Botkin-Erb nöqtəsinə,
Ağ ciyər arteriyası mənfəzinin anadangəlmə daralması
qüsuru zamanı döş sümüyünün sol kənarı ilə ötürülür
və II-ci tonun zəifləməsi ilə müşaiət olunur.
Üzvi küylərin xüsusiyyətləri
 Ürək tsikli ilə əlaqəsinə görə:
-sistolik,
-diastolik.
Sistolik küylər -I-ci tonla birlikdə başlayib ürəyin qısa
pauzası zamanı meydana çıxır zirvə vurğusu və yuxu
arteriyalarının pulsasiyası ilə üst-üstə düşür.
Yaranma vaxtına görə:
 Mezosistolik-sistolanın ortasında(qovulma
küyləri(aortal və pulmonal stenoz, hipertrofik
kardiomiopatiya)
 Pansistolik-I-ci tonla başlayıb II-ci tona qədər davam
edir(mitral və trikuspidal çatışmazlıq ,mədəcikarası
çəpərin qüsuru.
Diastolik küylər-II-ci tondan sonra uzun pauzadan sonra
meydana çıxır:protodiastolik(aorta qapağının
çatışmazlığı)
 mezodiastolik (yüngül mitral stenoz) ,
 presistolik(ağır dərəcəli mitral stenoz) ola bilər.
Küylərin irradiasiyası
Üzvi küylərin xüsusiyyətləri
 İntensivliyi(ucalığı):
 Güclü
 Zəif(asta).
 Tembri(çaları):
 Kobud(mişarlayıcı,cırmaqlayıcı,motor səsi və s)
 Zərif(üfürücü,musiqili və s)
 Forması:
 Artan-crescendo(übucaqli forma)
 Azalan-decrescendo(üçbucaqlı əks)
 Artıb-azalan-crescendo-decrescendo(rombşəkilli)
 Dəyişməyən(lentvari )
 Davametmə müddəti:-qısamüddətli-(ürək ts.1/2-az hissəsi)
 Uzunmüddətli_-(ürək tsiklinin 1/2-dən uzun)
Funksional küylərlə üzvi küylərin
differensiasiyası.
 Funksional küylər tembrinə görə daha zərif və asta olur
 Funksional küylərin davametmə müddəti daha qısadır
 Onlar əksərən ürəyin zirvəsində və ağ ciyər
arteriyasında eşidilir
 Üzvi küylərdən fərqli olaraq irradiasiya etmir
 Funksional küylər əksərən sistolik olur
 F.k. daimi deyil, dəyişkəndir.fiziki yükdən və bədən
vəziyyəti dəyişdikdən sonra itir,yaxud dəyişir.
 F.k. dəyişməmiş ürək tonları fonunda eşidilir
 F.k.zamanı ürək –damar patoloqiyası tapılmır.
Fizioloji(zərərsiz)aksidental küylər.
 Bu küylər aorta və ağ ciyər arteriyasında qan






cərəyanına qarşı müqavimətin daha az olması, qan
cərəyanının daha sürətli olması səbəbindən turbulent
axın yaranması ilə əlaqədardır.
Onlar aşağıdakı nahiyələrdə dinlənilir:
II-ci q.a.s.döş sümüyünün sol kənarı-sistolik küy,
II-ci,IV-cü və V-ci q.a.s. Döş sümüyünün sol kənarısistolik küy
Döş sümüyünün sol kənarı II-V-ci q.a.s.boyunca
II-ci q.a.s.döş sümüyünün sol və sağ kənarında.
Aksidental küylər uşaqlarda və yeniyetmələrdə
müşahidə olunur.
Üzvi sistolik küylər
 Sistolik requrqitasiya küyləri:
 Mitral qapağın çatışmazlığı:
 Kobud,uca,uzunmüddətli(pansistolik),
 Bütöv sistolanı və ya onun çox hissəsini tutur
 Maksimal eşidilmə nöqtəsi-ürəyin zirvəsi I-ci nöqtə
 Irradiasiya-döş sümüyünün sol kənarı ilə yuxarı,sol
qoltuqaltı,sol kürəkaltı nahiyələrə,
 ıUcalığı xəstənin üfqi ,sol böyrü üstə nəfəsvermədə və
çömbəlmiş vəziyyətində,fiziki yükdən sonra artır.
 Forması-lentvari,yaxud -decrescendo(azalan)
Mitral qapaq çatışmazlığı
Mitral qapaq çatışmazliğı zamanı FKQ
Üzvi sistolik küylər
 3-taylı qapağın çatışmazlığı:
 Kobud,zəif,qısa(sistolanın bir hissəsini tutur)
-lokalizasiyası-xəncərəbənzər çıxıntı,yaxud döş
sümüyünün aşağı hissəsi
-irradiasiya- yuxarı döş sümüyünün hər iki kənarına
 Sağ böyrü üstə uzanmış vəziyyətdə və nəfəsalmada
güclənir(Rivero-Korvalyo simptomu)
 Forması-lentvari
ÜÇTAYLI QAPAQ ÇATIŞMAZLIĞI
3-taylı qapaq çatişmazlığında
FKQ:alçaqtezlikli lentvari küy.
Sistolik qovulma küyləri
 Aortal stenoz:
 Kobud,mişarlayıcı küydür
 Sistolanın çox hissəsini tutur(mezosistolik)
 Forması-decrescendo -artııb-azalandır(rombvari)
 Lokalizasiya-II-ci q.a.s.döş sümüyündən sağda
 Irradiasiya-döş sümüyünün dəstəyi,boyun damarları(sağ
körpücükaltı,sağ yuxu arteriyası),kürəkarası sahə(I-IIId.f.)
 Nəfəsvermədə və ayaqüstə güclənir
 Sirotinin-Kukoverov sindromu(əlləri yuxarı qaldırdıqda
sistolik küy güclənir)
 Döş qəfəsinin titrəməsi ilə müşaiyət olunur(pişik mırıltısı
fenomeni).
Aortal stenoz
Aortal stenoz zamanıFKQ4rombvari
formalı sistolik küy.
Sistolik qovulma küyləri
 Ağ ciyər arteriyasının mənfəzinin daralması:
 Zəif,zərif,üfürücü küydür
 Davametmə müddəti-sistolanı tam və ya onun bir
hissəsini tutur(mezosistolik)
 Lokalizasiya-II vəIIIq.a.s.döş sümüyündən solda
 Irradiasiya-sol çiyin,qoltuqaltı nahiyəyə və boynun sol
hissəsinə
 Üfqi vəziyyətdə nəfəsalmada güclənir
 II-ci və IV-cü tonların ikiləşməsi ilə müşaiyət olunur
Üzvi diastolik küylər
 Diastolik requrqitasiya küyləri.
Aorta qapağının çatışmazlığı:
-tembri: kobud,üfürücü
-gücü(ucalığı):orta intensiv,zəif(asta)
-davametmə müddəti:bütövlüklə diastolanı,yaxud onun bir
hissəsini tutur
-lokalizasiya:p.max.II-ci q.a.s.döş sünüyünün sağ kənarı və
Botkin- Erb nöqtəsi
-irradiasiya:döş sümüyünün sağ kənarı boyunca aşağı və solda
IIIcü q.a.s. döş sümmüyünün kənarına.
-küy xəstənin uzanıqlı vəziyyətində zəifləyir
-önə əyildikdə və nəfəsvermədə çömbəlib oturduqda güclənir.
Aorta qapağı çatışmazlığı
Aorta qapağı çatışmazlığı zamanı
FKQ:1)II-ci tona söykənən
protodiastolik küy;2)II-ci və I-ci ton
arasında mezodiastolik küy
Üzvi diastolik küylər
Ağ ciyər arteriyasi qapağının çatışmazlığı
 tembri-zərif
 Ucalığı-zəif
 Davametmə-qısa,diastolanın bir hissəsi
 Lokalizasiya-II-ci q.a.s .döş sümüyünün sol kənarı
 Irradiasiya-döş sümüyünün kənarı boyu aşağı(III-IVcü q.a.s.
 Nəfəsalmada güclənir
Üzvi diastolik küylər
Mitral dəliyin daralması(mitral stenoz)
 Tembri-üfürücü
 Ucalığı-güclü
 Davametmə-uzunmüddətli
 Lokalizasiya-I-ci auskultasia nöqtəsi
 Irradiasiya-V-VI-cıq.a.s. Döş sümüyünün kənarı ilə
məhdudlaşır
 Stenoz güclü olduqda- protodiastolik
 Mötədil stenozda-mezodiastolik
 Sol böyrü üstə,ayaq üstə ,nəfəsvermə zamanı güclənir
 I-ci çırpılan tonla və döş qəfəsinin titrəməsi ilə və “bildirçin
ritmi” ilə müşayiət olunur
 Forması-crescendo-decrescendo-rombvaridir
Mitral stenoz
Mitral stenoz zamanı FKQ:I-ci tonun
güclənməsi,mitral qapağın açılması
tonu,presistolik(I-ci tondan əvvəl) küy
Üzvi diastolik küylər
 Trikuspidal stenoz
 Tembri –zərif
 Ucalığı-zəif
Davametmə- diastolanın bir hissəsi
Lokalizasiya-xəncərəbənzər çıxıntı üzərində
İrradiasiya - döş sümüyünün sağ kənarı
Sağ böyrü üstə və dərin nəfəsalmada güclənir.
Trikuspidal çırtma(bildirçin ritmi)ilə müşaiyət olunur
Nisbi funksional küylər
AV-qapaqların fibroz halqasının genişlənməsi zamanı
mitral və trikuspidal qapaqların nisbi çatışmazlıqları
Bu mədəcik boşluğunun miogen dilatasiyası ilə
əlaqədardır,qan qulaqçığa qayıdarkən dar yerdən keçir
 Səbəbləri:arterial hipertenziya,aortal qüsurlar(aotal
qüsurun mitralizasiyası),istənilən mənşəli ürək
çatışmazlığı(mitral qapaq çatışmazlığı)
 Mitral stenozun son mərhələlərində və ağ ciyər
ürəyində-trikuspidal çatışmazlıq
NİSBİ FUNKSİONAL KÜYLƏR
Nisbi funksional küylər qapaq taylarının hemodinamik
yerdəyişməsi.aorta və ya ağ ciyər
arteriyasınınmənfəzinin genişlənməsi ilə əlaqədar olur.
 Qrehem-Still küyü-mitral stenoz,birincili ağ ciyər
hipertenziyası,ağ ciyər ürəyi zamanı ağ ciyər
arteriyasında təzyiqin uzun müddətli yüksəlməsi
səbəbindən onun genişlənməsi və ağ ciyər arteriyası
qapağının çatışmazlığının inkişafıilə əlaqədar
yaranır.Bu zaman III-cü auskultasiya nöqtəsində
azalan nisbi diastolik küy eşidilir.
Nisbi funksional küylər.
Flint küyü:
 Küy üzvi aorta qapağı çatışmazlığı zamanı diastolada
aortadan geriyə,mədəciyə qayıtması zaman güclü qan
şırnağının mitral qapaq taylarını(yaxud bir
tayını)yuxarı qaldıraraq nisbi mitral stenoz yaratması
ilə əlaqədardır.Bu zaman nisbi
presistolik(diastolik)küy yaranır. Bu küy ürəyin
zirvəsində I-ci nöqtədə eşidilir.
 Bu qüsur zamanı həmçinin II-ci auskultasiya
nöqtəsində üzvi mınşəli diastolik küy eşidilir
Nisbi funksional küylər
 Kumbs küyü:
 Mitral qapaq çatışmazlığı zamanı sol mədəcik və sol
qulaqçıq kameralarının dilatasiyası ilə əlaqədar ürəyin sol
şöbəsi qum saatı forması alır və mitral dəlik sol qulaqcıqda
çoxalmış qan həcmi üçün nisbətən dar gəldiyindən nisbi
mitral stenoz yaranır.Bu zaman qanın sol qulaqcıqdan sol
mədəciyə keçməsi zaman turbulent axın baş verir və nisbi
mezodiastolik küy yaranır.Ürəyin zirvəsində I-ci nöqtədə
eşidilir.
 Ürəyin zirvəsində həmçinin üzvi sistolik küy eşidilir(mitral
qapaq çatışmazlığı küyü.)
Kumbs küyü
Funksional nisbi küylər
 Aorta qapağının üzvi çatışmazlığı zamanı aorta mənfəzinin
nisbi stenozu səbəbindən nisbi funksional sistolik küy
yaranır.
 Küy aortaya qovulan qanın sistolik həcminin əhəmiyyətli
çoxalması ilə əlaqədardır.Bu zaman aorta qapağının normal
dəliyi qanın həcmi üçün nisbətən dar gəldiyindən turbulent
axın yaranir.Bu zaman boyun damarlarına ötürülən nisbi
sistolik küy II-ci auskultasiya nöqtəsində eşidilir.
 Üzvi mənşəli diastolik küy isə II-ci və V-ci nöqtələrdə
eşidilir(aorta qapağının nisbi çatışmazlığı)
Nisbi funksional küylər
 Papilyar əzələlərin və xordaların funksiyasının
pozulması.
 Papilyar əzələlərin infarktı;
 Mitral qapagın prolapsı(AV-qapaqların xordalarından
birinin anadangəlmə və ya qazanılmış uzanması)-sol
mədəciyin sistolası zamanı mitral qapagın qulaqcığa
əyilməsi .
 Bu zaman nisbi mitral qapaq çatışmazlığı yaranır və I-ci
auskultasiya nöqtəsində qısa mezo-və ya gecikmiş
sistolik küy eşidilir.Adətən I-ci ton saxlanılmış olur.
Kombinə olunmuş və müştərək qüsurlar.
Kombinə olunmuş qüsurlar zamanı:
 Qapaqlardan birinin üzərində həm sistolik ,həm
diastolik küy eşidilir,yəni həm qapaq çatışmazlığı, həm
dəliyin daralması mövcud olur.
Müştərək qüsurlar:
 Qapaqlardan birinin üzərində sistolik ,digərinin
üzərində diastolik küy eşidilir,yəni iki qapağın
zədələnməsi mövcuddur.
Müxtəlif qapaqlar üzərində ürək tsiklinin eyni fazasında
küyün eşidilməsi-birinin üzərində yumşaq üfürücü,
digərinin-kobud küy iki qapağın zədələnməsini
göstərir və bu zaman qapaqları birləşdirən xətt boyu
auskultasiyada küy kəsilir sonra isə güclənir.
Ürəkdənkənar küylər
Perkardın sürtünmə küyü:
Quru(fibrinoz),aseptik(miokard infarktı),uremik(böyrək
çatışmazlığı) perikarditlər zamanı perikard səhfələrinin
nahamarlığı səbəbindən eşidilir.
Xüsusiyyətləri:
 Həm sistola,həm diastola zamanı eşidilir;
 Qar xışıltısını,cırmaq,kağızın kağıza sürtünməsi səsini
xatırladır ,yəni uca və asta oia bilər;
 Ürəyin mütləq kütlüyü üzərində eşidilir,qapaq
nöqtələrində deyil;
 Irradiasiya etmir;
 Daimi deyil,çox dəyişkəndir;
 Stetoskopla döş qəfəsinə təzyiq zamanı və önə
əyilərkən,üzü aşağı əllər və ayaqlar üzərində,başı arxaya
əydikdə güclənir
 Qulağa daha yaxın eşidilir(səthdən gəlir).
Plevroperikardial küy.
Ürəyə birbaşa söykənən plevranın iltihabı zamanı
plevra səhvələrinin ürək yığılmalari ilə sinxronbirbirinə sürtünməsi səbəbindən yaranır.
Xüsusiyyətləri:
 Ürəyin nisbi hüdudunun sol kənarı boyu eşidilir;
 Tənəffüs fazaları ilə əlaqədardır xüsusi ilə
nəfəsalmada güclənir;
 Maksimal nəfəsvermədə və tənəffüsü saxlayarkən
zəifləyir;
 Qulağa yaxın eşidilir;
 Stetoskopla təzyiq etdikdə güclənir.
 Qar xışıltısına,cirmaq,şırıltı səsinə oxşayır.
DAMARLAR ÜZƏRİNDƏ KÜYLƏR
 ÖTÜRÜLMƏ SİSTOLİK KÜYLƏR:
 Aorta mənfəzinin daralması və açıq Botal axacaq(küy vidaci
çuxurda ,a.carotis və a.subclavia-da eşdilir),
 Aorta qövsünün anevrizması,
 Mədəcikarasi çəpərin qüsuru;
 Aortanin koarktasiyasi(II-V-ci döş fəqərələrindən solda);
 SİSTOLO-DİASTOLİK KÜY:
 Aorta qapağinin çatişmazliği və açiq Botal axacağı zamanı:
 Vinoqradov-Dürozyenin ikili küyü(sistolo-diastolik küy






a.femoralis üzərində eşidilir),
Damarlarüzərində yerli sistolik küylər.Səbəbləri:
Endoarteriit;
Ateroskleroz;
Damarin çapıqla,şiş törəmə ilə və s.sıxılması;
Damarın anevrizması;
Fibromaskulyar hiperplaziya.
Damar sistolik küylərinin eşidilmə
nahiyələri.
 Aorta qövsü anevrizması,aortit,ateroskleroz-vidaci çuxurda
 A.carotis- arteriiti,aterosklerozu-qalxanabənzər
qığırdağınyuxarı kənarı səviyyəsində,
 A .vertebralis aterosklerozu,arteriiti-C VII-nin tinli çixintisi,
 Aorta abdominalis-aortit,ateroskleroz,anevrizma-linea
mediana anterior göbəkdən yuxarıda,
 A.renale-aorto-arteriit,fibromaskulyar
hiperplaziya,ateroskleroz-l.xyphoumbilicalis orta hissəsindən
keçən üfqi xəttin qarnın düz əzələlərinin bayır kənarlarının
kəsişdiyi nöqtələr.
 A.poplitea-arteriit,aterskleroz-dizaltı çuxurda.
SON
DİQQƏTİNİZƏ
GÖRƏ
TƏŞƏKKÜR
EDİRƏM.