Ferdi_kompyuter
Download
Report
Transcript Ferdi_kompyuter
Fərdi kompyuterlər
İlk fərdi kompyuter
Fərdi
kompyuterlərin
yaranma tarixi 1974-1975ci illər hesab olunur. 1974-
cü ildə iki amerikalı alim
S.Voznyak və S.Jobs fərdi
kompyuter
yaratmış
və
onu Apple adlandırmışlar.
Fərdi kompyuterlərin təsnifatı
Konstruksiya
etibarilə
fərdi
kompyuterlər aşağıdakı formalarda ola
bilər:
Stolüstü FK
Bloknot (NoteBook)
Superbloknot (Sub - Notebook)
Cib kompyuteri (Palmtop)
Elektron yazı kitabçası
Planşet tipli FK
Stolüstü FK
Bloknot (NoteBook)
Superbloknot (Sub - Notebook)
Cib kompyuteri (Palmtop)
Elektron yazı kitabçası
Planşet tipli FK
(Tablet PC)
Ultra Mobile PC
Fərdi kompyuterlərin
tərkib hissələri
Fərdi kompyuterlərin tərkib hissələri
aşağıdakılardır:
sistem bloku
monitor (displey)
klaviatura
Sistem bloku
Sistem bloku fərdi
kompyuterin əsas hissəsi
olub, daxilində kompyuterin
işləməsi üçün lazım olan ən
əhəmiyyətli qurğuları
birləşdirir.
Sistem blokunun
daxilində yerləşən qurğular
daxili, bloka xaricdən
qoşulan qurğular isə xarici
qurğular adlanır.
Sistem platası (Ana plata)
Ana plata fərdi kompyuterin
əsas platası sayılır. Ana plata
üzərində yerləşən elementlər
aşağıdakılardır:
Mikroprosessor
Mikroprosessor dəsti (çipset)
Şinlər
Əməli yaddaş
Daimi yaddaş qurğusu
Yuvalar və s.
Mikroprosessor
Kompyuterin əsas hissəsi
mikroprosessordur. Mikroprosessor
bir neçə santimetr ölçüdə mikrosxem
olub, kompyuterə daxil olan
informasiyanın təhlilini,
hesablanmasını, emalını,
ötürülməsini və s. təmin edir.
Mikroprosessorlar bəzən
mərkəzi prosessor (CPU – Central
Prosessor Unit – Mərkəzi
Prosessor Modulu) da adlanır.
Mikroprosessor
Mikroprosessorun
tərkibinə mərkəzi idarə
qurğusu, hesabməntiq qurğusu,
prosessorun daxili
əməli yaddaşı, registr,
keş-yaddaş və s.
daxildir.
Mikroprosessorun əsas
xüsusiyyəti
Mikroprosessorun əsas səciyyəvi xüsusiyyəti takt
tezliyi, işçi gərginliyi, takt tezliyinin daxili çoxaltma əmsalı,
keş-yaddaşın tutumu və dərəcəliliyidir.
Dərəcəlik (mərtəbəlilik) – eyni vaxtda emal olunan
informasiya bitlərinin sayı ilə ölçülür. Məs, 16, 32 və s.
Takt tezliyi
Takt tezliyi
- 1 saniyə ərzində yerinə yetirilən
əməliyyatların sayıdır.
Takt tezliyi Meqaherslərlə (MHs) və Geqaherslərlə
(GHs) ölçülür. İndiki zamanda fərdi kompyuterlərdə geniş
istifadə olunan mikroprosessorların maksimum takt tezliyi
saniyədə 1 milyard taktdır.
Bu göstərici prosessorun adından sonra yazılır
(məsələn, Pentium/75 Mhs).
Mikroprosessorların təsnifatı
Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları
istehsal edir.
Intel firması öz mikroprosessorlarını əsasən Pentium
markası ilə buraxır. Pentium tipli mikroprosessorların tezliyə
görə təsnifatı aşağıdakı kimidir:
Pentium I
- 75 Mhs 300 Mhs
Pentium II - 300 Mhs 600 Mhs
Pentium III - 600 Mhs 1100 Mhs
Pentium IV - 1100 Mhs (1,1Ghs) 4000 Mhs (4 Ghs)
Keş yaddaş
Keş-yaddaş mikroprosessorla əsas yaddaş
arasında yerləşən kiçik tutuma və yüksək
işləmə sürətinə malik yaddaşdır.
Keş-yaddaş kompyuterin məhsuldarlığını
artırmaq üçün istifadə edilir. Çünki keş
yaddaşa verilənləri axtarmaq üçün edilən
müraciət vaxtı əməli yaddaşa edilən müraciət
vaxtından bir neçə dəfə azdır.
BIOS
(Basic Input-Output System)
BIOS - Fərdi kompyuterin daimi yaddaşında kompyuter
avadanlıqlarının işini yoxlayan, əməliyyat sisteminin
yüklənməsini təmin edən proqramlar toplusudur.
BIOS (Giriş-çıxışın baza sistemi) ona görə belə adlanır ki,
bu sistem giriş-çıxış əməliyyatlarını yerinə yetirən
proqramlar toplusunu özündə cəmləşdirir.
Fərdi kompyuterlərə xidmət göstərən proqramların işləməsi
üçün cari tarix, saat, kompyuterin konfiqurasiyası haqqında
müəyyən informasiya lazım olur. Bu verilənlər CMOS-da
saxlanılır.
Portlar
Mikroprosessorun xarici
qurğularla informasiya
mübadiləsini həyata keçirən
yuvalara portlar deyilir. Portlar
sistem blokunun arxa
panelində yerləşir.
Portların iki: paralel və ardıcıl
növü var.
Qida bloku
Sistem blokunun
daxilində yerləşən qida
bloku fərdi kompyuteri
tələb olunan gərginliklə
mütəmadi olaraq
qidalandırır.
Qida blokunda
transformator, düzləndirici
və sərinləşdirici qurğu
yerləşdirilmişdir.
Kontroller
Kontroller
(və ya nəzarət qurğusu) idarə
qurğusu olub, giriş-çıxış qurğularını
mərkəzi prosessorla əlaqələndirir.
İnformasiya
mikroprosessora şinlər
vasitəsilə ötürülür. Kompyuterin bütün
daxili qurğuları sistem şini ilə
əlaqələndirilir.
Xarici yaddaş qurğusu
Xarici yaddasaxlama qurğusu böyük həcmli
informasiyanın uzun müddət saxlanmasını təmin
edir.
Xarici yaddaşa aşağıdakılar aiddir:
Elastik maqnit disklərdə toplanan informasiya
Sərt maqnit diskdə (vinçester) toplanan informasiya
Dəyişdirilə bilən maqnit disklərdə toplanan
informasiya
Kompakt disklərlə iş üçün disk qurğuları
Strimmerlər
Çevik maqnit disk
(Disket)
Elastik maqnit disklərdə
toplanan informasiya
daşıyıcıları – disketlərdir.
Adi disket 1,44 Mbayta
qədər informasiya tuta
bilər.
Sərt Maqnit Disk (Hdd)
Dəyişdirilməyən sərt maqnit
disk (HDD – Hard Disk Driver,
vinçester) EHM-lə iş zamanı
daim istifadə olunan
informasiyanın – əməliyyat
sisteminin, proqramların və s.in kompyuter şəbəkədən
ayrıldıqda belə uzun müddətə
saxlanılmasını təmin edir.
Müasir kompyuterlərdə
vinçesterin tutumu 1Tbayt-a
qədər ola bilər.
Dəyişdirilə bilən maqnit
disklərdə toplanan informasiya
Dəyişdirilə bilən sərt
maqnit disklər də
informasiyanın
saxlanması və
daşınmasını təmin edir.
Kompakt disklərlə iş üçün disk
qurğuları
Kompakt
disklərlə iş üçün disk qurğuları
müxtəlif tip kompakt disklərdən
informasiyanın oxunmasını təmin edir.
Əsas tipləri aşağıdakılardır:
CD-ROM (Compact disk – Read
Only Memory)
Kompakt disklərin
yalnız oxunmasını
təmin edir. Yaddaşın
həcmi ən azı 680
Mbayt olur.
CD-R disklər
Bu cür disklərə
informasiya
istifadəçi tərəfindən
xüsusi yazı qurğusu
(CD-Writer) ilə bir
dəfə yazıla bilər.
CD-RW disklər
Bu cür disklərə
informasiya, yazan
istifadəçi tərəfindən
çoxlu sayda yazılıb,
silinə bilər.
DVD disklər
Bu disklərin digər lazer
disklərdən fərqi
informasiyanın daha sıx
yerləşdirilə bilməsindədir. Ən
çox istifadə edilən DVD
disklərin tutumu 4,38
Gbaytdır. Bu disklərin tutumu
15 Gbayta qədər ola bilər.
DVD-ROM – yalnız
informasiyanı oxumaq üçün
DVD-R isə həm oxumaq,
həm də yazmaq üçün istifadə
edilir.
Periferiya qurğuları
Verilənlərin sistem blokuna daxil edilməsi
və ya xaric edilməsi, həmçinin blokda
uzun müddət saxlanması üçün istifadə
edilən qurğulara periferiya qurğuları
deyilir.
Verilənləri daxil edən qurğular
(Giriş qurğuları)
Klaviatura
Skaner
Rəqəmli kamera
Mikrofon
Qrafik planşet və s.
Verilənləri xaric edən qurğular
(Çıxış qurğuları)
Printer
Plotter
Səs gücləndirici
Monitor və s.
İdarəetmə qurğuları
Mouse
Coystik
Trekbol
Sensor paneli və s.
Verilənləri saxlayan qurğular
Strimmer
Verilənləri mübadilə edən qurğular
Modem
Monitor
Monitor (displey) –
kompyuterə daxil
edilən və
kompyuterdən alınan
mətn və qrafik
informasiyanı əks
etdirən qurğudur.
Klaviatura
Klaviatura informasiyanın
kompyuterə daxil edilməsi
və onun işinin idarə
edilməsi üçün nəzərdə
tutulmuşdur.
Windows sistemində ən
geniş istifadə olunan
klaviatura 102 və 104
düyməlidir.
1. Hərf-rəqəm klavişləri
Bu düymələr çap makinasının rolunu
oynayırlar, hərf, rəqəm və bəzi simvolları
kompyuterə daxil etmək üçündür:
A-Z, <, >, , , . , ? , / , { , } , [ , ] , ; , : , ‘ , “,
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0, ! , @ , # , $ , % ,
^, & , * , ( , ) , - , _ , = , + , ` , ~ , \ , |
2. Funksional düymələr
Bu düymələr klaviaturanın yuxarı
hissəsində yerləşir. İstifadə olunan
əməliyyat sistemlərindən və proqramlardan
asılı olaraq bu düymələrin funksiyaları da
dəyişir.
F1, F2, F3, F4, F5, F6,
F7, F8, F9, F10, F11, F12
3. Kursoru idarə edən düymələr
Proqramın işçi sahəsi üzrə kursoru idarə etmək üçün
istifadə edilir. Bu düymələr aşağıdakılardır:
← - kursoru 1 simvol sola keçirir
→ - kursoru 1 simvol sağa keçirir
↑ - kursoru 1 sətir yuxarı qaldırır
↓ - kursoru 1 sətir aşağı salır
Home - kursoru sətrin əvvəlinə keçirir
End
PageUp - sənədi 1 ekran boyu yuxarı qaldırır
PageDn - sənədi 1 ekran boyu aşağı salır
- kursoru sətrin sonuna keçirir
3. Kursoru idarə edən düymələr
Bununla yanaşı, bu düymələri Ctrl-la birgə istifadə etdikdə,
funksiyaları dəyişir:
Ctrl + ← - kursoru 1 söz sola keçirir
Ctrl + → - kursoru 1 söz sağa keçirir
Ctrl + ↑ - kursoru 1 abzas yuxarı qaldırır
Ctrl + ↓ - kursoru 1 sətir aşağı salır
Ctrl + Home - kursoru sənədin əvvəlinə keçirir
Ctrl + End
Ctrl + PageUp - sənədi 1 səhifə yuxarı qaldırır
Ctrl + PageDn - sənədi 1 səhifə aşağı salır
- kursoru sənədin sonuna keçirir
4. Rəqəm klaviaturası
Bu düymələrdən
hesablama zamanı
kalkulyator kimi istifadə
edilir, yalnız NumLock
düyməsi aktiv olan zaman
rəqəmlərlə işləmək
mümkündür. Rəqəm
klaviaturası adətən
klaviaturanın sağ hissəsində
yerləşir.
5. Xüsusi düymələr
Caps Lock - əlifbanın böyük hərflərinin daxil edilməsi rejimini
verir.
Enter – mətn yazıldıqda abzasın bitməsi və yeni abzasın
başlaması üçün və dialoq pəncərəsində aktiv düymənin sıxılması
üçün istifadə olunur.
BackSpace (←) – kursordan solda yerləşən simvolu ləğv edir.
Del (Delete) – kursordan sağdakı simvolu ləğv edir.
5. Xüsusi düymələr
Space bar (probel) – boş yer daxil etmək üçün istifadə edilən,
üzərində heç bir yazı olmayan düymədir.
Num Lock – Rəqəm klaviaturasını aktivləşdirir.
Pause – Proqramın yerinə yetirilməsini müvəqqəti olaraq
dayandırır.
Ins (Insert) – simvolların daxil edilməsi rejimlərinin dəyişdirilməsi
üçün nəzərdə tutulub.
5. Xüsusi düymələr
PrntScrn – ekranın təsvirini mübadilə buferinə göndərir
Shift + PrntScrn – ekranın təsvirini çapa vermək üçün istifadə
edilir.
Tab – kursorun bir neçə mövqe yerinə dəyişdirilməsi üçün
istifadə edilir.
Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı
müxtəlif istiqamətlərdə hərəkət etdirməyə imkan verir. Bu
düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik ola bilər.
Mouse (manipulyator)
Mouse – hamar səth
üzərində hərəkət etdirildikdə,
kursorun da ekranda həmin
istiqamətdə hərəkətini təmin
edən, üzərində iki, ya üç
düymə olan qurğudur. Sol
düymə əmrləri vermək, sağ
düymə isə kontekst menyunu
açmaq üçün istifadə olunur.
Printer
Printer informasiyanı
kağıza çap edən
qurğudur. Printerlər
bir-birindən iş
prinsipinə, çapetmə
üsuluna, sıxlığına,
sürətinə və çap
rənginə görə
dəyişirlər.
Plotter
Plotter mürəkkəb
sxemlərin, böyük ölçülü
qrafiklərin, keyfiyyətli
rəngli təsvirlərin kağız
üzərinə çıxarılması üçün
nəzərdə tutulmuş
qurğudur.
Skaner
Kağız üzərindəki
istənilən
informasiyanın
oxunub,
kompyuterə daxil
edilməsini təmin
edir.
Qrafik planşet
Əl ilə çəkilən şəkli
bilavasitə kompyuterə
daxil edən giriş
qurğusudur.
Modem
Modem – kompyuter və telefon xətləri
arasında rəqəmli elektrik siqnallarını analoq
siqnallarına və ya əksinə avtomatik çevirən
qurğudur.
Texnikada rəqəmli siqnalların analoq
siqnallarına çevrilməsinə modulyasiya, əks
prosesə demodulyasiya deyilir.
Modemlər istifadə olunan kompyuterlərin
tiplərindən asılı olaraq daxili və xarici
olurlar.
Strimmer
Strimmer (stream – uzun
lent) informasiyanı maqnit
lentinə yazan xüsusi
imkanlı maqnitofondur.
Strimmerin kasetləri
böyük tutuma (120Mbayt
– 5Gbayt) malikdir.
Videoadapter
Videoadapter vasitəsilə qrafiki
informasiya monitorun ekranına çıxarılır.
Videoadapterin cəld işləməsi və imkanları
videokontrollerdən asılıdır. Onun
vasitəsilə videoyaddaşdan təsvirin
alınması və bu kimi əməliyyatlar təmin
edilir.
Şəbəkə kartı
Şəbəkə kartı kompyuterin şəbəkəyə
qoşulmasını təmin edir. Əgər firma və ya
təşkilatda lokal şəbəkə varsa, şəbəkə
kartı vasitəsilə kompyuterlər arasında
informasiya mübadiləsi yaratmaq
mümkündür.