Transcript Əvəzlik
GÜNAY KƏRIMOVA Əvəzlik nədir Əsas nitq hissələrini əvəz edən sözlərə əvəzlik deyilir.Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə,onun da sualına cavab verir.Onun əsas xüsusiyyəti bütün əsas nitq hissələrini əvəz etməkdir. Nümunə: İsmin yerinə:O(Koroğlu),Azərbaycanın qəhrəmanıdır. Sifətin yerində:Belə(bacarıqlı) insanlar yüz ildə bir doğulurlar. Sayın yerinə:Həmin(1945-ci)il Dünya müharibəsi başa çatdı. Zərfin yerinə:İnanırdım ki,belə(yaxşı)danışacaqsan. Felin yerinə:Səbinə nə edəcək(oxuyacaq)? Əvəzliyin yerinə:Özün(sən)danışacaqsan Əvəzliyin mənaca növləri bunlardır: 1.Şəxs əvəzliyi 2.İşarə əvəzliyi 3.Qeyri-müəyyən əvəzliklər 4.Təyini əvəzliklər 5.Sual əvəzlikləri Əvəzlikdir elə,belə Öyrənmişəm elə-belə Amma testi səhv yazmışam, Bu mövzunu bilə-bilə. Əvəzlikdir bəri,hamı Bilməlidir bunu hamı Əvəzliyin özünü də Əvəz edən söylə varmı? ƏVƏZLIYIN MƏNACA NÖVLƏRI Şəxs əvəzlikləri Təyini əvəzliklər Sual əvəzlikləri Qeyrimüəyyən əvəzliklər İşarə əvəzlikləri Şəxs əvəzlikləri İsmin əvəzinə işlənən və kim? Nə? Suallarından birinə cavab olan əvəzliklərə şəxs əvəzlikləri deyilir.Bu əvəzliklər şəxsə və kəmiyyətə görə dəyişir. Şəxslər Tək Cəm Sual 1-ci şəxs mən biz kim? 2-ci şəxs sən siz kim? 3-cü şəxs o onlar kim? ,Nə? Birinci və ikinci şəxsi bildirən əvəzliklər,adətən,insana aid olur. Haqqında danışılan üçüncü şəxs isə canlı və ya cansız varlıq ola bilər: 1.Cavad xan Gəncə hakimi olmuşdur.O,doğma vətəninin müstəqilliyi uğrunda həlak olmuşdur. 2.Elbrus Avropada ən böyük zirvədir.O,Qafqaz dağlarında yerləşir. Diqqət! Şəxs sözü də,əşya sözü kimi,qrammatik anlayışdır və həmişə insanla bağlı olmur. İŞARƏ ƏVƏZLIKLƏRI Bu Həmin O Elə Belə İŞARƏ ƏVƏZLIKLƏRININ QARŞISINDAKI MÖTƏRIZƏDƏ ONLARIN HANSI NITQ HISSƏSINI ƏVƏZ ETDIYINI SÖYLƏYIN. Əziziyəm gülə naz, Bülbül edər gülə naz. Dağıl belə(...)zamana, Ağlayan çox,gülən az. Bir ev tikdim dəyirmi, Dirəkləri iyirmi, Namərd,hara gedirsən, Bu(...)yurd sənin deyilmi? Gedirəm, yolum budu Dərd budu,zülüm budu, Sən sevəsən,yad ala, Əcəlsiz ölüm budu(...) Diqqət! Cümlədə mübtəda rolunda işlənən o,bu əvəzliklərindən sonra isim,sifət,say,əvəzlik,zərf gələrsə,mübtədadan sonra vergül qoyulur. Qeyri müəyyən əvəzliklər də,əsaən ismin yerində işlənir və kim? nə? Suallarına cavab verirlər.Lakin şəxs əvəzliyindən fərqli olaraq,bu əvəzliklərin aid olduğu şəxs qeyri-müəyyən və ya ümumiləşdirilmiş olur. Müqayisə: O,mənim saatımı götürüb. Kimsə mənim saatımı götürüb. Ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır:biri,kimi,kimsə,hamı,hərə,hər kəs,hər nə,kim isə, nə isə,hər şey,bəzi. BƏzi əvəzliyi istisna olmaqla qeyri-mqəyyənlik bildirən əvəzliklər isim kimi hallanır.Bəzi əvəzliyi yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə ismin xüsusiyyətlərinə malik olur:bəzisinə,bəzilərindən və sair. Kim isə,nə isə əvəzlikləri hallanarkən birinci söz hal şəkilçiləri qəbul edir,ikinci söz isə dəyişməz qalır:kimin isə nəyi isə və sair. TAPŞIRIQ Qeyri-müəyyənlik bildirən əvəzlikləri söyləyin. Hamı dindi,can oldu,mən dinəndə qan oldu. Bağçamızda gül bitdi, Lalə bitdi,gül bitdi, Vətəndə bir bağ saldıq, Hər nə əkdik,gül bitdi. Səyyada bax,səyyada, Torun qurmuş qayada, Toruna tərlan düşüb, Kimsəsi yox oyada. Diqqət! Qeyri-müəyyən əvəzliklər arasında heç sözünün köməyi ilə düzələn bir sıra əvəzliklər var ki,onlar ümumi leksik mənasına görə inkarlıq bildirir:heç kim,heç kəs,heç nə. Vurğuya diqqət edin: kimsə’=heç kim ki’msə=kim isə Heç kəs öz ayranına turş deməz. Kimsə səsini çıxarmırdı. SUAL ƏVƏZLİKLƏRİ Bir çox sual cümlələrində,adətən,sual bildirən sözlər işlədilir:Kim dərsi bilir?Neçə yaşın var?Bu cür sual ifadə edən sözlərə sual əvəzlikləri deyilir.Sual əvəzlikləri bütün əsas nitq hissələrini,o cümlədən,əvəzlikləri də əvəz edir. Verilmiş cümlələrdən sual əvəzliklərini tapın. 1.Molla Nəsrədddin jurnalının redaktoru kim olub? 2.Cavad xan neçənci əsrdə yaşayıb? 3.B.Vahabzadə harada anadan olub? 4.Qəzəl hansı xüsusiyyətlərə malikdir? Bütün Hər Təyini əvəzliklər Filan Öz TƏYINI ƏVƏZLIKLƏR Hər,bütün,öz.filan,cümlə təyini əvəzliklərdir.Bu əvəzliklər cümlədə ismə aid olur və təyin rolunda çıxış edir.İşarə əvəzliyindən fərqli olaraq,təyini əvəzliklər ismi ümumi şəkildə təyin edir.Müqayisə edin: İşarə əvəzlikləri Təyini əvəzliklər O müəllim Hər müəllim Bu uşaqlar Bütün uşaqlar Belə hadisə Filan hadisə Hər,bütün,filan təyini əvəzlikləri hansı? Sualına cavab verir,heç vaxt isim yerində işlənmir və hallanmır. Öz təyini əvəzliyinin aid olduğu isim həmişə mənsubiyyət şəkilçisi qəbul edir.Bu əvəzlik özü mənsubiyyət şəkilçisi qəbul etdikdə isə şəxs əvəzliyi vəə ya isim yerinə işlənir:özüm(mən),özləri(onlar) və b. TAPŞIRIQ Təyini əvəzliklər olan cümlələri göstərin. 1.Bütün camaat meydana yığışmışdı. 2.Hərənin ağzından bir avaz gəlir. 3.Hər çiçəkdən təzəsən. 4.Yağış onu büsbütün islatmışdı. Məntiq. Verilmiş əvəzlikləri müvafiü sıralara artırın. hamı,belə,hər,onlar,hansı A)o,həmin bu,... B)kim,nə,hara,... C)biri,kimi,heç kim,... D)öz,filan,bütün,... E)sən,o,biz,... Sadə Şəxs əvəzlikləri quruluşca necə olur? Hansı qeyrimüəyyən əvəzliklər cəmlənə bilir? Bəziləri,kimsəl ər,filankəslər. Cümlədə mübtəda vəzifəsində çıxış edərkən. O,bu işarə əvəzliklərindən sonra nə zaman vergül qoyulmalıdır? O yalnız sifəti əvəz edir. Həmin işarə vəzliyi hansı nitq hissəsini əvəz edir? Bütün təyini əvəzliklər cümlənin yalnız təyini olduğu halda öz əvəzliyi isimləşərək mübtəda,tamamlıq və xəbər olur. Hansı təyini əvəzlik cümlənin mübtəda,tamamlıq və xəbəri olur. Köməyinizə görə sağ olun!