Transcript Document

2.1 Dənli-paxlalı bitkilərin göbələk xəstəlikləri və onlarla mübarizənin əsas şərtləri

Dənli-paxlalı bitkilərin unlu şehi – Erysiphe communis f. pisi (H.A.Dietr.) Jacz.

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Euascomycetes sinfi, Erysiphales sırası, Erysiphaceae fəsiləsi, Erysiphe cinsi

Bioloji qrupu:

Biotrof

Patogenin morfologiya və biologiyası

. Xəstəlik yarpaq və paxlalarda baş verir. Göbələk ağ torlu örtük əmələ gətirir. Müəyyən müddətdən sonra örtük boz rəng alır. Yarpaqlar qıvrılır və ölürlər.

Sirayətlənmiş cavan paxlalar toxum vermirlər, gec yoluxmada isə qın meyvələrdə dərin yaralar əmələ gəlir. Vegetasiya dövrü göbələk konidi (anamorf) və kisə (teliomorfa) spor mərhələlərini əmələ gətirir. Konidi mərhələsi birhüceyrəli, rəngsiz, elliptik konidilərlə təmsil olunur. Onların ölçüləri 28-44 x 17-18 mkm-dir. Vegetasiya nın sonunda kisə mərhələsi baş verir. O, sarıtəhər və ya tünd-qonur kleystotesilərdən ibarətdir. Meyvə bədəni- kleystotesilər şarşəkilli, 160 mkm diametrli, çoxsaylı çıxıntılıdır (10-28 ədəd). Çıxıntılar rəngsiz, radikal yerləşmiş, küt uc budaqlarına malikdir. Kisələr ellepsoidal, 4-6 askosporludur. Askosporlar birhüceyrəlidir, rəng sizdir, ölçüləri 16-22 x 9-12 mkm-dir.

Xəstəlik törədici noxuddan əlavə vika (Vicia cativa L.) yemli paxlaları (Vicia fabae L.) və lərgəni (Lathyris pratensis L.) də yoluxur.

XƏSTƏLİYİN YAYILMA AREALI

MDB Avropa ölkələri America Kanada Yaponiya Yeni Zelandiya Hindistan

OPTİMAL TEMPERATUR 18 22°C XƏSTƏLİYİ ŞİDDƏTLƏNDİRİR, QURU-İSTİ HAVA

TÖRƏDİCİNİN EKOLOGİYASI

NİSBİ NƏMLİK 60-80% XƏSTƏLİYİ LƏNGİDİR GÜCLÜ YAĞIŞLAR İNKUBASİYA MÜDDƏTİ 4-5 GÜN XƏSTƏLİYİN ƏMƏLƏ GƏLMƏSİ, MAY-İYUN

MÜBARİZƏ TƏDBİRLƏRİ

AQROTEXNİKİ KİMYƏVİ

Davamlı sort Erkən səpin Tiovit djet 2kq/ha Panç 0,1 l/ha Növbəli əkin Bitki qalıqlarının məhv edilməsi Valsaton 0,2 kq/ha Kumulus 4 kq/ha