Məktəbdaxili qiymətləndirmə.

download report

Transcript Məktəbdaxili qiymətləndirmə.

Məktəbdaxili qiymətləndirmə
Ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılması
qaydaları
Təranə Hacıyeva
Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri
Məktəbdaxili qiymətləndirmə
Ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
AZƏRBAYCAN
RESPUBLİKASININ ÜMUMi
TƏHSİL SİSTEMİNDƏ
QİYMƏTLƏNDİRMƏ
ÜMUMTƏHSİL
MƏKTƏBLƏRİNDƏ , PEŞƏ
LİSEYLƏRİNDƏ BURAXILIŞ
İMTAHANLARI VƏ
ŞAGİRDLƏRİN SİNİFDƏNSİNFƏ KEÇİRİLMƏSİ
HAQQINDA QAYDALAR
KONSEPSİYASI
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 13 yanvar
tarixli 9 nömrəli qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin 17.02.2009-cu il tarixli,
3434 nömrəli şəhadətnaməsi ilə
Dövlət qeydiyyatından keçmiş,
Azərbaycan Respublikası Təhsil
nazirinin 11.02.2009-cu il tarixli, 164
nömrəli əmri ilə təsdiq edilmişdir.
Məktəbdaxili qiymətləndirmə
Qayda 1
Məktəbdaxili qiymətləndirmə komponentləri

Şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi)
(sinifdaxili diaqnostik, formativ və summativ
qiymətləndirmələr)

Kurikulum üzrə qiymətləndirmə
(təhsili idarəetmə orqanları tərəfindən müəyyən fənlər
üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu
ölçmək üçün aparılan qiymətləndirmə )
Ümumi təhsil pillələri üzrə yekun qiymətləndirmə
(əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları)

Məktəbdaxili qiymətləndirmə
Qayda 2
Şagird nailiyyətlərinin qiymətləndirilməsi
(monitorinqi) şagirdin bilik, bacarıq və dəyərlərə
yiyələnməsi haqqında məlumatların toplanması
prosesidir.



diaqnostik (ilkin səviyyənin
qiymətləndirilməsi);
formativ (inkişafın izlənməsi)
summativ (yekun qiymətləndirmə)
qiymətləndirmə formalarında aparılır.
Məktəbdaxili qiymətləndirmə
Qayda 3
Diaqnostik qiymətləndirmənin məqsədi şagirdin bilik
və bacarıqlarının ilkin səviyyəsini
müəyyənləşdirməkdir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin əvvəlində
aparılır.
Zərurət yarandıqda, bəhs və bölmələrin əvvəlində,
başqa məktəbdən gələndə, sinfi dəyişəndə və digər
hallarda şagirdin bilik və bacarıqları barədə
məlumat toplamaq, təlim strategiyasını
müəyyənləşdirmək və şagirdə fərdi yanaşmanı
təmin etmək məqsədilə müəllim tərəfindən aparılır
və rəsmi sənəddə öz əksini tapmır.
Məktəbdaxili qiymətləndirmə
Qayda 4
Formativ qiymətləndirmə dərs ilinin əvvəlindən
başlayaraq təlim prosesində müntəzəm şəkildə
aparılır, şagirdin irəliləyişlərini və geriləmələrini
izləmək, qarşıya çıxan problemləri aradan
qaldırmaq üçün şagirdə kömək etmək və onu
istiqamətləndirmək məqsədi daşıyır.
Formativ qiymətləndirmə sinifdə hər bir şagirdin
inkişafının sistemli şəkildə izlənilməsini təmin edir.
Müəllim bu qiymətləndirmə vasitəsilə tədris
prosesini tənzimləyir, uğur qazana bilməyən
şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə
kömək göstərir.
Məktəbdaxili qiymətləndirmə
Qayda 5
Formativ qiymətləndirmənin nəticələri rəsmi xarakter
daşımır və jurnala qeyd olunmur. Bu nəticələr yalnız şagirdin
qeyd kitabçasında, müəllimin şəxsi qeydlərində öz əksini tapır
və şagird qovluğunda (portfolio) toplanır. Portfolio bir il ərzində
məktəbdə saxlanılır və ilin sonunda şagirdə təhvil verilir.
Məktəbdaxili qiymətləndirmə
Qayda 6



Summativ qiymətləndirmə təlim prosesində
müəyyən mərhələlərə (bəhs, bölmə, yarımil) yekun
vurmaqla, şagirdin bilik və bacarıqlarının
səviyyəsini ölçür.
Summativ qiymətləndirmənin ən mühüm cəhəti
şagirdlərin əldə etdiyi biliklərin tətbiqinə hansı
səviyyədə nail olduğunu aşkar etməkdən ibarətdir.
Summativ qiymətləndirmə rəsmi
qiymətləndirmədir, onun nəticələri jurnalda qeyd
olunur.
Məktəbdaxili qiymətləndirmə
Qayda 7


Summativ qiymətləndirmə kiçik və böyük
summativ qiymətləndirmələrdən ibarətdir.
Kiçik summativ (s) bəhs və bölmələrin
sonunda altı həftədən gec olmayaraq, böyük
summativ (S) isə yarımillərin sonunda
keçirilir.
Məktəbdaxili qiymətləndirmə
Qayda 8

Kiçik summativ qiymətləndirmələr müəllim,
böyük summativ qiymətləndirmə isə müəllim
və ya məktəb rəhbərliyi tərəfindən keçirilir
Məktəbdaxili qiymətləndirmə
Qayda 9

Böyük summativ qiymətləndirmə vasitələri
məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi
komissiya tərəfindən hazırlanır.
Məktəbdaxili qiymətləndirmə
Qayda 10


Böyük summativ qiymətləndirmə
vasitələri fənnin məzmunundakı zəruri
bilikləri əhatə etməklə daha çox tətbiqi
bacarıqları yoxlamağa xidmət edir.
Summativ qiymətləndirmə vasitələri
növbəti summativ qiymətləndirmədə
istifadə oluna bilməz.
Həmin vasitələr gələn dərs illərində
istifadə edilmək üçün məktəbin test
bankına daxil edilir.
Məktəbdaxili qiymətləndirmə
Qayda 11


Sinif summativ qiymətləndirməni yerinə
yetirdiyi gün üzürlü səbəbdən
qiymətləndirmədə iştirak etməyən şagirdin
jurnaldakı adının qarşısındakı xana diaqonal
olaraq 2 yerə bölünür. Surətdə qaib yazılır,
məxrəc isə boş saxlanılır.
Müəllim həmin şagirdlə 2 həftədən gec
olmayaraq summativ qiymətləndirmə aparır və
nəticə məxrəcdə qeyd olunur.
Məktəbdaxili qiymətləndirmə
Qayda 12

Sinfin summativ qiymətləndirməsində
istifadə olunan vasitələr üzürlü
səbəbdən qiymətləndirmədə iştirak
etməyən şagird üçün istifadə edilə
bilməz.
Məktəbdaxili qiymətləndirmə
Qayda 13


Böyük summativ qiymətləndirmələrdə qeyrimüvəffəq (1 və 2) qiymət alan şagird nəticəni
yüksəltmək üçün iki həftə ərzində təkrar
yoxlamadan keçməlidir.
Şagirdin nəticəsi yenə də eyni olarsa, ona
“Ümumtəhsil məktəblərində, peşə liseylərində
buraxılış imtahanları və şagirdlərin sinifdənsinfə keçirilməsi haqqında qaydalar”ın 51-ci
bəndinə əsasən yay tədris tapşırıqları verilir.
Məktəbdaxili qiymətləndirmə
Qayda 14

Yarımillik qiymət kiçik summativ qiymətlərin
və yarımillik böyük summativ qiymətin
əsasında müəyyən edilir. Kiçik summativlərin
nəticələri 40%, böyük summativin nəticəsi 60
% olmaqla aşağıdakı düstura əsasən yekun
qiymət çıxarılır.
s1  s2  ...  sn 40
60
Y1 

 S1 
n
100
100

Burada s1, s2,..., sn- kiçik summativlər, nyarımildə keçirilən kiçik summativlərin sayı, S1birinci yarımildəki böyük summativ , Y1- birinci
yarımillik qiymətdir.
Məktəbdaxili qiymətləndirmə
Qayda 14-davamı



Kiçik summativlərdən orta qiymət çıxarılarkən
yuvarlaqlaşdırma qaydası tətbiq olunur.
Məsələn, şagird 1-ci yarımildə kiçik summativlərdən 3, 3,
4 və böyük summativdən 3 almışsa, qiymət aşağıdakı
kimi hesablanmalıdır:
3  3  4 40
60
Y1 

 3
 3,1  3
3
100
100
Və yaxud şagird 1-ci yarımildə kiçik summativlərdən 2, 3,
3 və böyük summativdən 3 almışsa, qiymət aşağıdakı
kimi hesablanmalıdır:
2  3  3 40
60
Y1 
  3
 2,8  3
3 100
100
Məktəbdaxili qiymətləndirmə
Qayda 15

İllik qiymət aşağıdakı düsturla müəyyən
edilməlidir:
Y1  Y2
I
2

Burada İ-illik qiymət,Y1 və Y2 - yarımillik
qiymətlərdir. Məsələn, şagird I yarımildə
3, ikincidə isə 4 qiymət alıbsa,
olur.
3 4
I
 3,5  4
2
Məktəbdaxili qiymətləndirmə
Qayda 16
Qiymətləndirmə standartlarına əsasən 4 nailiyyət
səviyyəsindən heç birinə cavab verməyən
şagird təlim nəticələrini yerinə yetirməmiş
sayılır və qeyri-müvəffəq (1;2) qiymətləndirilir.
1-ci səviyyəni keçməyən şagird “3”,
3-cü səviyyəyə cavab verən şagird “4”,
4-cü səviyyəyə cavab verən şagird “5”
qiymətlə qiymətləndirilir.
2-ci səviyyəyə cavab verən şagird məzmundan
asılı olaraq “3” və ya “4” ilə qiymətləndirilə bilər.
Məktəbdaxili qiymətləndirmə
Qayda 17


Summativ qiymətləndirmə tapşırıqları
müxtəlif çətinlik dərəcəli suallardan ibarət
olur və qiymətlər düzgün cavabların əsasında
müəyyənləşdirilir.
Burada asan səviyyəli suallar 20%, orta
səviyyəli suallar 60%, çətin səviyyəli suallar
20% təşkil edir.
Məktəbdaxili qiymətləndirmə
Qayda 17-davamı
Sualların ümumi sayının

10%-nə qədər düz cavab verən “1”;
 10% daxil olmaqla 20%-ə qədər düz cavab
verən “2”;
 20% daxil olmaqla 50%-nə qədər düz cavab
verən “3”;
 50 % daxil olmaqla 80%-nə qədər düz cavab
verən “4”;
 80% daxil olmaqla 100%-nə düz cavab verən
şagird “5”
qiymətlə qiymətləndirilir.
Məktəbdaxili qiymətləndirmə
Qayda 18

I siniflərdə summativ qiymətləndirmənin
nəticələri 5 ballıq sistemə əsasən
(1,2,3,4,5) rəqəmlə ifadə olunur və
qiymətlər jurnala yazılır.
Məktəbdaxili qiymətləndirmə
Qayda 19
Qiymətləndirmənin nəticələri haqqında
məlumatlar şagirdlərə və valideynlərə
məktəbli kitabçası vasitəsilə çatdılır.
Bir il üçün nəzərdə tutulan kitabçada hər
həftəyə iki səhifə yer ayrılır. Bu
səhifələrdə günlər üzrə dərs cədvəli və
şagirdin dərslərdəki fəaliyyəti haqqında
müəllimin qeydləri yazılır.
Məktəbdaxili qiymətləndirmə
Qayda 20
Böyük summativ qiymətləndirmələrin nəticələri və
şagird haqqında məktəb psixoloqunun qeydləri
şagirdin şəxsi işində öz əksini tapır.
Şəxsi iş ümumitəhsil kursu üzrə olur. Kitabçada hər
sinif üçün bir səhifə ayrılır. Bu səhifədə hər sinifdə
tədris olunan fənlərin siyahısı, bu fənlər üzrə böyük
summativ qiymətləndirmə nəticələri, buraxılan
dərslər və şagird haqqında digər qeydlər öz əksini
tapır. Şəxsi iş şagird məktəbi bitirdikdən sonra 5 il
məktəbdə saxlanılır.